Erkən Uşaqlıq Dövründə İnkişaf

Portal BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi çərçivəsində hazırlanıb.

Haqqımızda

Erkən Uşaqlıq Dövründə İnkişaf(EUDİ) layihəsi 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sosial aktivliyinin artırılması, bu sahədə çalışan səhiyyə, təhsil və sosial mütəxəssislərin maarifləndirilməsi və təkmilləşdirilməsi, təşviq və dəstək proqramlarının həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsini əhatə edir.

Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Portalının və Mərkəzinin gələcəyə baxışı ondan ibarətdir ki, ailələr, icmalar və ümumilikdə cəmiyyət erkən yaşlı uşaqların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi, oynaması, öyrənməsi və inkişafı üçün şərait yarada bilməyə qadir və onların tam potensialını reallaşdırmaqda onlara dəstək göstərə bilir.

Bunun üçün ailələr, valideynlər və uşaqların qanuni hamiyədarları bütün lazımi biliklərə və bacarıqlara malik olmalı, uşaqlara onların inkişafın hər bir mərhələsində həssas və tələbatlara əsaslanan qayğı göstərə bilməli və onların inkişafını stimullaşdırmaqda öz vacib rolunu gerçəkləşdirməlidir. Ailələrə bu istiamətdə bütün lazımi dövlət dəstəyinin göstərilməsi, bilik və bacarıqların aşılanması, müvafiq xidmətlərə (səhiyyə, məktəbəqədər təhsil, sosial müdafiə və sair) maneəsiz çıxışın təmin edilməsi zəruridir və uşaqların düzgün inkişafının təməl şərtidir.

Erkən Uşaqlıq Dövründən İnkişaf Resurs Portalının və Mərkəzinin missiyası ailə, icma və cəmiyyətdə erkən uşaqlıq dövründə inkişafa dair biliklərin artırılması və bu biliklərin uşaqların inkişafının dəstəklənməsi və həyatlarında tam potensialına nail olması məqsədilə hərtərəfli inteqrasiya edilmiş xidmətlərin gücləndirilməsi üçün tətbiqindən ibarətdir.  

 

Portal vasitəsilə valideynlər və ailələr uşaqların inkişafı, sağlamlığı, düzgün qidalanması, erkən təlim-tərbiyə və müdafiəsi, habelə onlara düzgün və ehtiyaclara cavab verən qayğı haqqında ətraflı məlumatlar əldə edə bilərlər. Burada valideynləri maraqladıran bütün məsələlər üzrə dürüst və sübutlara əsaslanan məlumatlar, tövsiyələr, praktiki məsləhətlər və faydalı resurslar beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanaraq yerləşdirilir.

 

Səhiyyə, təhsil və sosial müdafiə sahələrində, eləcə də erkən uşaqlıq dövründə inkişaf üzrə mütəxəssislər faydalı materiallardan, o cümlədən yeni məlumatlar və elmi araşdırmaların nəticələri, video resurslar və online təlimlərdən faydalana bilər.

 

“Uşaqların Erkən İnkişaf Portalı” məktəbəqədər qurumların işçiləri, valideynlər və mütəxəssislər arasında onlayn şəbəkə yaradılmasını və bu platforma üzərindən əhali arasında müvafiq maarifləndirmə işlərinin təşkilini nəzərdə tutur. Portalın yaradılmasında məqsəd uşaqların cəmiyyətin hərtərəfli inkişaf etmiş bir üzvü kimi formalaşması üçün tələb olunan təlim-tərbiyə bazasının yaradılmasıdır. Eyni zamanda uşaq bacarıqlarının inkişafı üçün mərkəzdə yaradılmış imkanlara dair məlumatlar da portalın bazasına daxil ediləcək.
 

Mərkəzdə səhiyyə, təhsil və sosial sahədə çalışan mütəxəssislər üçün erkən uşaqlıq dövrü inkişafı üçün təlim proqramlarının təşkili və tətbiqi, uşaqların erkən inkişafının, uşaqlar üçün təhlükəsiz və stimullaşdırıcı mühit yaradılmasının əhəmiyyəti haqqında məlumat və biliklərin aşılanması məqsədilə valideynlər üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bundan başqa, həssas qrupa aid uşaqların ailələrinə dəstək proqramının hazırlanması, yeni ailə qurmaq istəyən gənclərin “Ailə Planlanması” üzrə maarifləndirilməsi, gənc ailələr üçün “Hamiləlik Dövrünə Dəstək” proqramının hazırlanması da mərkəzin fəaliyyət planına daxildir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Erkən uşaqlıq dövründə inkişaf” layihəsinin 2 il müddətində icra edilməsi nəzərdə tutulur.

Əsas məqsədi maarifləndirmə olan layihənin hədəf qrupları səhiyyə işçiləri, uşaq evləri və məktəbəqədər hazırlıq müəssisələrində çalışan işçilər, sosial xidmətlər sahəsində çalışan işçilər, həssas qrupdan olan (əlilliyi olan, zorakılığa məruz qalan, ucqar kəndlərdə yaşayan, diqqətdən kənarda qalan və s.) uşaqlara qayğı göstərən işçilər, valideynlər və 0-8 yaş arası uşaqların erkən inkişafı sahəsində çalışan digər mütəxəssislərdir.

 

Layihənin əsas hədəf regionları Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarıdır. Ümumi maarifləndirmə işləri isə bütün ölkə üzrə aparılacaqdır.

EUDİ portalının əsas xidmətləri valideynlər və mütəxəssislərə yönəlib. Belə ki, portal valideynlərin daha çevik maariflənməsi və mütəxəssislərin ixtisasca təkmilləşməsi üçün çoxsaylı xidmətlər təklif edir.

“EUDİ sahələri” bölməsi uşaqların sağlamlığı, inkişafı, təlim-tərbiyəsi və s. mövzularda məlumatlandırıcı və oxunaqlı üslubda məqalələr təklif edir. Bundan başqa, “Valideynlik” bölməsində də rəngarəng məqalələr əldə etməklə yanaşı öz dəyərli təcrübənizi valideynlərlə bölüşə, “Onlayn məsləhət” və “Söhbət otağı” bölmələrində fikir mübadiləsi aparmaqla yanaşı mühüm məsləhətlər də ala bilərsiniz. Həmçinin bu bölmədəki “Tez-tez verilən suallar”da sizi maraqlandıran vacib suallara süərtli və yığcam cavablar əldə edə bilərsiniz.

Məhz mütəxəssislər üçün nəzərdə tutulmuş “EUDİ mütəxəssis” bölməsində təlimlər, tədqiqatlar, məqalələr və digər məlumatlandırıcı alətlər mütəxəssislərin yeni biliklər əldə etməsi üçün geniş imkanlar yaradır.

Portalın “Kitabxana və resurs” bölməsi də zəngin və faydalı materiallar təmin edir. Belə ki, müxtəlif məzmunlu videolar, tematik oxu materialları, bloqlar, podkastlar (mp3 və s. audio formatda yüklənə bilən media faylı) və s. rahat və maraqlı tərzdə öyrənib inkişaf etməyə imkanlar yaradır.

“Xəbərlər və tədbirlər” bölməsi isə layihənin tədbir və fəaliyyətləri haqqında mediada işıqlandırılmış xəbərləri təqdim etməklə yanaşı planlaşdırılmış tədbirlərin tarixi barədə ictimaiyyəti öncədən məlumatlandırır.

EUDİ portalındakı çoxsaylı resurslara çıxış əldə etmək üçün portala şəxsi hesabınızla daxil olmalısınız. Bunun üçün qeydiyyat bölməsində qeydiyyatdan keçib istifadəçi adı və şifrəsilə hesabınıza daxil olursunuz. Portaldan şəxsi hesab vasitəsilə istifadə edərək portalın imkanlarından daha çox daydalanmaqla yanaşı planlaşdırılmış təlimlər, tədbirlər və s. haqqında öncədən məlumat əldə etmiş olacaqsız.

Nigar Sədiyeva - həkim-pediatr, şöbəsinin müdiri, Təhsilin Keyfiyyətinin təminatı və İnnovasiya, ATU, Bakı, Azərbaycan

 

Nərmin Həsənli - mama-ginekoloq, Tədris-Cərrahiyə klinikası, ATU, Bakı, Azərbaycan

 

Vüsalə Əliyeva - həkim- pediatr, UNICEF-in resurs modulları üzrə milli təlimçisi, Bakı, Azərbaycan

 

Abuta Ağayeva - uşaq nevroloqu, Bakı, Azərbaycan

 

Xalidə Həmidova -  baş müəllim, “Məktəbəqədər təhsilin Pedaqogikası”kafedrası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan

 

Murad Babayev - Uşaq İnkişafı üzrə mütəxəssis, "Bağçam" uşaq bağçaları şəbəkəsi, Bakı, Azərbaycan

 

Rübabə Quliyeva - müəllim, 2 saylı Bakı Baza Tibb Kolleci

təlimçi, UNİCEF-in “Universal və mütərəqqi evə ziyarət modelinin tədbiqinə dair və pilot layihə” üzrə, Bakı, Azərbaycan

 

Aydın Murad - aparıcı mütəxəssis, Dövlət Sosial Müdafiə Fondu

sosial işçi, EUDİ layihəsi, Bakı, Azərbaycan

 

Siddiqə Süleymanova - həkim-nevroloq

təlimçi, UNICEF resurs modullar üzrə, Bakı, Azərbaycan