Rəqsin uşaq inkişafında rolu

Dərnəklərin əksəriyyəti 4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu halda, rəqs  2-3 yaşdan etibarən uşaqlar üçün uyğun olan bir fəaliyyət növü olduğundan, artıq bu yaşda uşağı rəqs dərnəyinə yazdırmaq olar.  Musiqi sədaları altında rəqs edən uşaqlar nəinki əylənirlər, həm də ahəngdar və hərtərəfli inkişaf edirlər. Məktəb yaşlı uşaqlar üçün də rəqs etmək və rəqs dərnəklərinə yazılmaq faydalıdır. Məktəbdə dərslər, ev tapşırıqları, kompüter arxasında oturmaq; həyatın bu cür ləng ritmində uşağın mütəmadi fiziki fəaliyyətə ehtiyacı var. Rəqs hərəkətlərinin düzgün yerinə yetirilməsi fiziki səy tələb edir, lakin idmandan fərqli olaraq, rəqs praktik olaraq travmatik deyil və heç bir əks göstərişi yoxdur.

Uşaqların rəqs dərnəklərinə yazılması onlara nə qazandırır?

Rəqslə məşğul olmaq uşağın fiziki, emosional, intellektual, sosial və estetik inkişafına müsbət təsir edir.

Fiziki inkişaf

Mütəmadi olaraq rəqs edən uşaqlar düzgün seçilmiş fiziki fəaliyyət və aktivlik nəticəsində daha sağlam olurlar: 

  • Bütün əzələ qrupları güclənir;

  • Düzgün qamət formalaşır;

  • Dözümlülük artır;

  • Ürək və qan damarlarının, ağciyərlərin işi yaxşılaşır;

  • Hərəkətlərin koordinasiyası inkişaf edirı

  • Çeviklik və plastika, reaksiya sürəti inkişaf edir.

Emosional və sosial inkişaf

  • Rəqs pozitiv emosiyalar bəxş edir;

  • Uşaqlarda ünsiyyət bacarıqları inkişaf edir. Rəqsdə hökm sürən atmosfer emosional ünsiyyət bağlamağa şərait yaradır. Hətta utancaq və ünsiyyətcil olmayan uşaqlar da yeni dostlar qazanır, komandaya qoşulurlar;

  • Körpəlikdən uşaqda özünüidarəetmə bacarığı, bir komandada işləmək və həmyaşıdları ilə əməkdaşlıq etmək, müəllimə qulaq asmaq qabiliyyətlərini inkişaf etdirir. Məktəbə gedərkən uşaq onun üçün yeni olan şərtlərə psixoloji cəhətdən hazır olur;  

  • Başqa insanlar qarşısında çıxış etmək uşaqda özünəinam, özünənəzarət  hissini formalaşdırır. 

İntellektual inkişaf

  • Hərəkətləri və onların kombinasiyalarını öyrənmək uşaqların yaddaşını möhkəmləndirir; 

  • Eyni zamanda həm musiqini dinləmək, həm də müəllim və yoldaşları izləmək ehtiyacı diqqəti inkişaf etdirir;

  • Rəqs dərsləri məkan düşüncəsini formalaşdırır, körpə "yuxarı", "alt", "sağ", "sol", "yan", "ortada", "yuxarıda", "altında", "öndə", "arxada" anlayışlarını dərk etməyi daha sürətli öyrənir;

  • Obrazı yaratmaq üçün uşaq təxəyyüldən fəal şəkildə istifadə edir.

 Bədii və estetik inkişaf 

  • Rəqs uşaqlarda sənət sevgisi yaradır, gözəllik hissi aşılayır, həm də onlar üçün dünyanı musiqi və hərəkət vasitəsilə dərk etməyin yeni bir yolunu açır. Rəqs dərsləri, şübhəsiz ki, uşaqların bədii və estetik inkişafına öz töhfəsini verir.

  • Uşaqlarda musiqi və ritm duyumu formalaşır.