Uşağınız 5 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər
Uşağınız beş yaşına çatanda imkan daxilində onu xoş olan bir nəzarət altında saxlamağa cəhd edin.
Etməsini istədiklərinizə qarşı müsbət bir reaksiya verməzsə, qışqırmayın və qəzəblənməyin. Sakit və israrlı bir şəkil də istəyinizi təkrarlayın.
Uşağınızı başqalarının yanında söylənib onu döyməyin. Əks təqdirdə, emosional baxımdan mənfi təsirə məruz qalmasına səbəb ola bilərsiniz.
Müsbət və mənfi davranışların nələrdən ibarət olduğunu münasib bir tərzdə ona xatırladın.
Uşağınıza günahlandırıcı mövqe nümayiş etdirməyin. Əks təqdirdə, günahkarlıq duyğusunun təməlini qoymuş olursunuz.
Beş yaşındakı uşağınızı sosial inkişafına kömək olması, qabiliyyətlərini ortaya qoya bilməsi və müsbət vərdişlərə yiyələn məsi üçün bağçaya qoya bilərsiniz.
Uşağınıza verdiyiniz əmr və qoyduğunuz qadağalarla bağlı hadisələrin necə və nə üçün olduğunu mütləq izah edin.
Uşağınızın əşyalar, hadisələr və davranışlarla əlaqədar sual larını qısa və başa düşülən tərzdə cavablandırın.
Kağız, qələm, rəngləmə kitabı və rəngli qələmlər alaraq çoxlu şəkil çəkməsini və rəngləməsini təmin edin. Bu məsələdə ona dəstək verin və onu həvəsləndirin.
Bəzi qabiliyyətlərini inkişaf etdirməsi və əl işləri ilə məşğul olması üçün imkanlar təşkil edin.
Düzgün cümlələr quraraq danışma, kəlmələri düzgün tələffüz etmə baxımından uşağınıza nümunə olun.
Düzgün cümlələrlə danışması və kəlmələri düzgün tələffüz etməsi üçün sövq edin.
Kitab sevgisi və oxumağa marağını, həvəsini artırmaq üçün uşaqlara məqsədəuyğun nağıl, hekayə və materiallar oxumağa, danışmağa davam edin. Eyni zamanda onun da danışmasını təmin edin.
Oxunan və danışılan nağıl və hekayələrdən düzgün nəticə çıxara bilməsi üçün uşağınıza kömək edin.
Beş yaşındakı uşağınızla bir sıra müqavilələr bağlaya bilərsiniz.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan həkim pediatr - neonatoloq Nərmin Məmmədova canlı yayımda COVID-19 virusundan uşaqların qorunması yollarından danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsi həyata keçirilir. Layihəmizin yeni rubrikasının qonağı uşaq cərrahı və uroloqu Aqil Abilov canlı yayımda uşaqlarda cərrahi patologiyalar haqqında danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan bədən tərbiyəsi müəllimi Hüseyn Hüseynov canlı yayımda idman və onun uşaq inkişafına təsiri haqqda danışıb və izləyicilərdən gələn sualları cavablandırmışdır.