18 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin iştirakı ilə Heydər Əliyev Fondu ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutmuş, əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılmışdır.

 

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in birgə dəstəyi ilə “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi icra olunmuş, uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələr həyata keçirilmiş, www.eudi.az portalı istifadəyə verilmişdir.

 

Layihə müddətində istifadəyə verilmiş www.eudi.az portalının fəaliyyətinin davam etdirilməsi 2023-cü ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

 

EUDİ Pilot Proqramı

.