Erkən yaş (0-3 yaş)

0-3 yaş erkən yaş dövr adlanır. Bu dövrdə valideyn övladının sağlam böyüməsini təmin etməli, inkişafını dəstəkləməlidir. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Erkən yaş” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Uşaqlarda burun qanaxması

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, solğun olur, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur. Uşağın nə qədər qan itirdiyini təyin etmək mümkün deyil, qanın bir hissəsini uşaq sadəcə udur.

Uşaqlarda burun qanamasının səbəbləri nədir?

  • Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir. Uşaqların burnunda çox sayda damar olduğundan və səthə yaxın yerləşdiyindən, həmçinin selikli qişa incə olduğundan, buruna dəyən hər hansı bir zərbə qanaxmaya səbəb ola bilər.

  • Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.

  • Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən  çatlayaraq, qanaxmaya səbəb olur.

  • Damar keçiriciliyinin artması zamanı  iltihab, soyuqdəymə, qrip  zamanı burun qanaxması müşahidə oluna bilər. Bir qayda olaraq, damar divarının keçiriciliyinin artmasına irsi meyillilik olur.

  • Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda, xüsusən yeniyetməlik dövründə qan təzyiqində tez-tez kəskin dəyişiklik nəticəsində burun qanaması meydana gələ bilər. 

  • Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər. 

  • Yeniyetmə qızlarda hormonal dəyişikliklər zamanı burun qanamaları ola bilər. Bu qanamalar yaşla əlaqədar yox olur. 

  • Burun çəpərinin əyriliyi burun qanamasına və burun tənəffüsünün pozulmasına səbəb ola bilir.  

  • Bəzən burun qanamaları burundakı xoş və ya bədxassəli bir şişin, qan xəstəliklərinin əlaməti ola bilər.

Uşağın burnundan qan gəlirsə nə etməli?

  • Uşağı sakitləşdirin (və özünüz sakitləşin). 

  • Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun. Körpəni qucağınıza götürün və dik vəziyyətdə saxlayın, başını bir az irəli əyin. Burun qanaması zamanı başı geri atmaq olmaz! Bu, qanın nəfəs borusuna və ya burun-udlağa axmasına, qanlı qusmaya və ya sonradan pnevmoniyaya səbəb ola bilər. Həmçinin belə vəziyyətdə uşağın nə qədər qan itirməsini bilməyəcəksiniz.

  • Pəncərəni açaraq təmiz hava axınını təmin edin. Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.

  • Burun kökünə soyuq bir şey – dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun. Ayaqlar, əksinə, isti olmalıdır.

  • Burun qanadını barmaqlarınızla sıxın. Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu, xüsusi hemostatik (qankəsici) süngəri burun dəliyinə qoyun.

  • Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin. Bu, damarların genişlənməsinə səbəb olacaq və qanaxma yenidən başlayacaq.

  • Qanaxma şiddətlidirsə və dayandırıla bilmirsə, dərhal təcili yardım çağırın.
     

Ana südünün tərkibi

Həyatın ilk ilində uşaqların, xüsusən yeni doğulmuş uşaqların ana südü ilə qidalanması yeganə fizioloji haldır. Orqanların, sistemlərin və bütövlükdə orqanizmin tam inkişafı prosesi bətndaxili dövrdə tam başa çatmır. Yetkinləşmə, diferensiasiya prosesi uşaq doğulandan sonra da davam edir. Həyatın ilk ilində bu proseslər daha sürətlə davam edir və buna görə körpələr endogen və ekzogen təsirlərə daha həssasdırlar. Bu dövrdə normal inkişaf  və adaptasiya prosesləri üçün düzgün  qidalanma xüsusilə əhəmiyyətlidir. 

 Ana südü körpələrin böyüməsi və inkişafı üçün ən ideal qida olub, körpəni ehtiyacı olduğu miqdarda  makro və mikronutriyentlərlə təmin edir. Ana südünün tərkibində 500-ə yaxın komponent vardır ki, bunların bəziləri hələ axıradək öyrənilməyib. Halbuki ən keyfiyyətli süd qarışıqlarında belə bu komponentlərin sayı 50-dən çox deyil. Hətta  müasir mükəmməl texnologiyalar belə ana südü ilə eyni tərkibli süd qarışıqları yaratmağa imkan vermir. Ana südünün tərkibində olan qida maddələrinin (zülal, yağ, karbohidratlar) nisbəti ən ideal səviyyədədir. Bir sözlə, nə keyfiyyətinə, nə də tərkibinə görə ana südündə olan bioloji aktiv  birləşmələri tam təkrarlamaq mümkün deyil.

Ana südünün tərkibinin 87%-i körpənin orqanizmi tərəfindən daha yaxşı sorulan bioloji aktiv sudan təşkil olunub. Beləliklə, ana südü qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə və gigiyenik baxımdan təhlükəsiz olaraq  ödəyir.

Ana südü zülalın ümumi miqdar və tərkibi ilə fərqlənir. İnsanın südü digər məməlilərin südündən tərkibində daha az protein olması ilə fərqlənir. Ana südündəki zülallar ümumi kütlənin təqribən 1%-ni təşkil edir. Ana südündə zülalın miqdarı 9-1,3 qr/dl müəyyən edilir. Zülalın miqdarı yetkin süddə daha da azalır. Belə ki, daha yüksək zülal konsentrasiyası körpənin böyrəklərini çox yükləyə və həzm prosesini poza bilər. 

Ana südündə olan 18 zülal fraksiyasının qan zərdabında olanlarla eyni olduğu aşkar olunmuşdur. Ana südündə zülalların aşağıdakı fraksiyaları müəyyən olunur: kazein, α-laktalbumin, laktoferrin,  lizosim, immunqlobulin A (Ig A), zərdab albumini və s. Bundan əlavə, müəyyən bir konsentrasiyada  qeyri-protein azot komponenti (sidik cövhəri, sidik turşusu, kreatinin, kreatin, amin turşuları, nukleotidlər, müxtəlif  “südlü” azot əsasları) müəyyən olunub.

 Ana südü ilə daxil olan zülalın ümumi miqdarının cəmi 0,8%-i həzm, yəni qidalanma üçün nəzərdə tutulub. Qalan protein hidrolizə uğramır və IgA  95.2%, IgG - 2.9%, IgM - 1.9% şəklindədir. İnək südündə IgG üstünlük təşkil edir (90%). Ana südündə olan optimal protein miqdarı həm orqanizmin plastik və enerji ehtiyaclarını ödəmək üçün kifayətdir, həm də yeni doğulmuş uşağın maddələr mübadiləsi səviyyəsinə uyğundur. Ana südündəki proteinlərin heç biri inək südündəki ilə eyni deyil. Ana südündə çətin həzm olunan kazeinin miqdarı azlıq təşkil edir. Laktasiya dövründə zərdab zülallarının kazeinə nisbəti dəyişir; ağız südündə 80:20 arasında olduğu halda, yetkin süddə 60:40 olur. İnək südündə isə bu nisbət 20:80 nisbətindədir. Laktasiya dövründə ana südünün tərkibindəki  kazeinin miqdarının artımı qidalanma arasındakı müddəti artırmağa imkan verir.

Ana südü əvəz olunmayan amin turşuları ilə zəngindir. Orqanizmdəki amin turşularının çox hissəsinin protein hidrolizi nəticəsində meydana gəldiyi məlumdur. Ana südündə olan amin turşularının müəyyən bir hissəsi hidrolitik deyil, ancaq sərbəst formada olur. Ana südündə xüsusilə sərbəst taurinin yüksək konsentrasiyası yeni doğulmuş uşağın bu amin turşusuna olan  ehtiyacını ödəmək üçün uyğunlaşma mexanizmi kimi qəbul edilə bilər. Taurin hüceyrə mübadiləsində mühüm rol oynayaraq, antioksidant xüsusiyyətə malikdir. İnək südü proteinlərinin amin turşu tərkibi də ana südü zülallarının amin turşu tərkibindən çox fərqlidir. Ana südündə DNT və RNT zəncirini əmələ gətirən nukleotidlər (N) - biopolimerlər müəyyən olunmuşdur. Nukleotidlər immun cavabın formalaşmasında iştirak etməklə yanaşı, universal enerji mənbəyi olmaqla hüceyrələrin böyüməsinə və bölünməsinə kömək edir, həmçinin normal bağırsaq florasının formalaşmasında iştirak edir. İnsan bədənində nukleotidlərin sintezi məhduddur, böyük enerji  sərfi tələb edir və yalnız bəzi toxumalarda mümkündür. Nukleotidlərin insan orqanizminə daxil olmasının demək olar ki, yeganə imkanı onların yeməklə daxil olmasıdır.  

Ana südündəki yağların miqdarı 3.2-3.6 g/dl-r. Ana südündə olan lipidlərin 95%-i triqliseridlər (TG), 3-4% fosfolipidlər (PL) və sterollardır (0.1- 0.01%).  Ana südü beynin inkişafı və sinirlərin miyelinizasiyası  üçün vacib olan doymamış yağ turşuları, xüsusən  ω-6  ω-3  ilə zəngindir. Bu səbəbdən ana südü ilə qidalanma psixi reaksiyaların inkişafına müsbət təsir göstərir, uşağın gələcəkdə daha yüksək intellektual inkişafına zəmin yaradır.

Ana südündəki karbohidratların əsas mənbəyi β-laktozadır. Karbohidratların konsentrasiyası ağız südündə 4.5% -ə, yetkin süddə 7.0%-ə qədərdir. Laktoza ana südündə olan bütün şəkərin 80-90%-ni təşkil edir və uşağın enerji ehtiyacının 40%-ni ödəyir. β-laktoza Fe, Са, Mg, Mn, Zn sorulmasını təmin edir, mərkəzi sinir sisteminin inkişafına müsbət təsir göstərir, bifidum və laktobakteriyaların inkişafına kömək edir. 

İnsanın südündə olan mineral maddələrin miqdarı digər məməlilərin südündəkinə nisbətən xeyli aşağıdır. Lakin ana südündə olan mineral və mikroelementlərin yüksək bioloji dəyəri sayəsində  miqdar az olsa belə, həyatın ilk aylarında (4-6 ay) körpənin ehtiyaclarını tam ödəyir. Ana südündə uşağa lazım olan miqdarda vitaminlər, uşağın inkişafı üçün vacib olan müxtəlif bioloji aktiv maddələr, hormonlar, məsələn, boy hormonu, enerji mübadiləsinə təsir edən leptin, adiponektin, insulin, qrelin, rezistin, obestatin, YY peptid, qlyukaqona oxşar peptid var.

Yeni doğulmuş körpələrdə həzm şirələri az ifraz  olunduğu üçün  mədə- bağırsaq sistemi qidanı həzm etməyə tam hazır deyil. Ana südünün tərkibində  xüsusi fermentlər olduğu üçün, süd özü-özünü parçalayır və asanlıqla sorulur ( ana südü 1.5-2.5 saata, süni süd qarışıqları isə 3-4 saata həzm olunur). Ana südündə çox miqdarda proteolitik maddələr var: aktiv proteazlar, proenzimlər, proteaz aktivatorları, proteaz inhibitorları. Fermentlər qismən qandan, qismən də süd vəzinin epitel hüceyrələrində və immun hüceyrələrdə əmələ gəlir. Ana südündə plazmin, tripsin-2, elastaz, katepsin D, trombin, kallikrein, karboksi və aminopeptidaza müəyyən edilir.

Ana südünün əsas kimyəvi tərkibi bənzərsiz və balanslaşdırılmışdır, lakin hazırda onun hüceyrə tərkibi getdikcə daha çox maraq  doğurur. Bioaktiv zülallar hüceyrələrin qidalanmasından əlavə fermentativ, böyüməni stimullaşdırma, immun sisteminin modulyasiyası və patogen mikroorqanizmlərdən qorunma funksiyasını daşıyır. Ana südündə bioaktiv zülallar: laktoferrin, lizosim, ifraz olunan immunoglobulin A, haptokorrin, laktoperoksidaza, A-laktalbumin, lipaza ilə stimullaşdırılmış öd turşusu, β- və k-kazein, şiş böyümə faktoru β müəyyən olunur.  

Körpələrdə immun sistem zəif olduğu üçün asanlıqla müxtəlif infeksion xəstəliklərə tutula və bu xəstəlikləri daha ağır keçirə bilərlər. Ana südünün qoruyucu  qabiliyyəti onun tərkibindən qaynaqlanır. Ana südünün tərkibində uşağı yoluxucu xəstəliklərdən qoruyan bir çox amillər, milyonlarla canlı hüceyrə müəyyən edilir. Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti normal bağırsaq florasının inkişafına şərait yaradaraq immuniteti möhkəmləndirməsi, uşağı mikroblardan və parazitlərdən qorumasıdır.  Ana südünün antiseptik qabiliyyəti də var. Döş giləsini və gilə ətrafı nahiyəni ana südü ilə silmək infeksiyalaşma təhlükəsini aradan qaldırır. 

2007-ci ildə professor Peter Hartmann və Qərbi Avstraliya Universitetindən olan qrupu ilk dəfə olaraq ana südündə sütun hüceyrələrinin varlığını kəşf etdi. Bunlar universal sütun hüceyrələrdir. Bunlardan hər üç rüşeym vərəqi (endoderma, mezoderma və ektoderma) inkişaf edə bilər. Həmçinin embrional sütun hüceyrələri də var ki, bunlar da bədənin hər hansı bir toxumasına  diferensiasiya oluna bilər.

Ana südünün tərkibi  hələ  tam öyrənilməyib. Lakin artıq məlum olan faktlar belə ana südünün unikallığını, körpənin indiki və gələcək sağlamlığında, inkişafında əvəzolunmaz rolunu sübut edir.

 

Mənbələr

  1. Mackie R.I., Sghr A., Gaskins H.R. Delovmental microbial ecology of the neonatal gastrointestinal tract // Am. J. Clin. Nutr. – 1999. WHO.

  2. Infant and young child nutrition. Geneva (Switzerland): WHO; 2003. http://www.who.int/ nutrition/publications/infantfeeding/en

  3. И.Н. ЗАХАРОВА, д.м.н., профессор, Е.Б. МАЧНЕВА, к.м.н., И.С.ОБЛОГИНА “ ГРУДНОЕ МОЛОКО – ЖИВАЯ ТКАНЬ!” , 2017












 

Angina

Angina (kəskin tonzillit) yuxarı tənəffüs yollarının tez-tez rast gəlinən xəstəliklərindən olub, badamcıqlarda və digər limfoid toxumalarda gedən iltihabı proses və bədənin ümumi intoksikasiyasının inkişafı ilə xarakterizə olunur. Xəstəliyə müxtəlif mikroorqanizmlər – viruslar, bakteriyalar, göbələklər səbəb olur. Anginanın ən çox yayılmış törədicisi streptokoklardır. Eyni zamanda, virus mənşəli anginalara da çox təsadüf edilir. Xəstəliyin klinik təzahürləri streptokok angina ilə çox oxşardır, lakin  mühüm fərqlər var. Onları yalnız həkim təyin edə bilər.

Xəstəlik adətən hava-damcı yolu ilə yayılır. Bununla yanaşı, evdə ümumi məişət  vasitələrindən istifadə edərkən də yoluxma mümkündür. İnfeksiyanın yaxın təmasda yoluxması xəstəliyin ilk günündən mümkündür. Kiçik uşaqlar infeksiyaya xüsusilə həssasdırlar.

Yerli immunitet zəif olduğu halda, mikroblar badamcıqlarda qalır və aktiv şəkildə çoxalmağa başlayır. Beləliklə, badamcıqlar iltihablaşır və özləri bir infeksiya mənbəyinə çevrilir. Eyni zamanda, mikrobların həyat fəaliyyətinin zəhərli məhsulları qana sorulur, orqanizmdə yerli və ümumi iltihabı reaksiyaya səbəb olur. Xəstəlik vaxtında müalicə edilmədikdə ciddi ağırlaşmalar – revmatik xəstəlik, infeksion artrit, nefrit, meningit və digər patologiyalar meydana çıxa bilər.

Anginanın ümumi əlamətləri:

  • temperaturun 38-39˚С və daha yuxarı qalxması, titrətmə

  • udqunma zamanı boğazda ağrı

  • regionar limfa düyünlərinin böyüməsi

  • ümumi halsızlıq, zəiflik

  • iştahanın azalması

  • kiçik uşaqlarda ağlağanlıq

Müayinə zamanı  badamcıqlarda və ətraf toxumalarda qızartı, şişkinlik, bəzən irin tıxacları müəyyən olunur. 

 

Anginanın müalicəsi

Uşaqda anginanın olmasından şübhələndikdə valideynlər dərhal ixtisaslı bir mütəxəssisdən məsləhət almalıdırlar. Özbaşına müalicə uşağın sağlamlığına düzəlməyən zərər verə bilər. Həkim xəstəliyin növü və mərhələsinə uyğun olaraq optimal müalicəni təyin edir.

Bakterial (streptokok) angina zamanı antibiotiklər (patogenin həssaslığını nəzərə alaraq) təyin edilir. Badamcıqların virus mənşəli zədələnməsi zamanı isə  antibiotiklərin istifadəsi göstəriş deyil. Xəstəyə virus əleyhinə preparatlar təyin olunur. Angina göbələklər tərəfindən törədildikdə uşağa göbələk əleyhinə  dərmanlar verilir.

İltihabı azaltmaq və boğaz ağrısını aradan qaldırmaq üçün yerli spreylərdən, sorma dərmanlardan, qarqaralardan istifadə edilə bilər. Kiçik uşaqlarda ağız boşluğunu antiseptik məhlullarla yumaq olar. Yerli prosedurların istifadəsi xəstəliyə səbəb olan mikroorqanizmlərə birbaşa təsir göstərməyə imkam verir, sağalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir və paratonzilyar abses, flegmona və s. kimi ağırlaşmaların qarşısını alır. 

Uşaqlarda anginanın müalicəsində dərman preparatları ilə yanaşı fizioterapiya metodları da yaxşı effekt verir. Həkim uşağın  yaşını, xəstəliyi ağırlıq dərəcəsini və mərhələsini nəzərə alaraq, ultrasəs müalicəsi, UBŞ, inhalyasiya, UYT, elektroforez, fonoforez, maqnit terapiyası, fototerapiya və s. təyin edə bilər.

 

Ümumi tövsiyələr

Angina yoluxucu bir xəstəlik olduğu üçün xəstə uşaq müvəqqəti təcrid olunmalıdır. Kəskin tonzillit demək olar ki, həmişə yüksək temperaturla müşayiət olunur. Bu səbəbdən valideynlər uşağın yataqda qalmasına nəzarət etməli, yüksək temperaturu aşağı salmağa çalışmalıdırlar. İnfeksiyanın orqanizmdən kənarlaşdırılmasını sürətləndirmək və susuzlaşmanın qarşısını almaq üçün körpəyə çox miqdarda təmiz su, kompot, meyvə şirələri və digər mayelər verilməlidir. Bundan əlavə, valideynlər uşağı düzgün qidalandırmalıdırlar; udlağın qıcıqlanmasının qarşısını almaq üçün isti, kobud, ədviyyatlı, qızardılmış və duzlu qidalar istisna edilməlidir. Uşaq pəhrizində qaynadılmış və ya buxarda bişmiş yeməklər, meyvə və tərəvəz püreləri, az yağlı bulyonlar olmalıdır.

Bütün hallarda unutmamalıyıq ki, müalicənin vaxtında başlaması və düzgün, hərtərəfli aparılması oynaqlar, böyrəklər və ürək tərəfindən ciddi fəsadların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. 

 

 

Erkən yaşlı uşaqlarda yuxu

Erkən yaşlı uşaqların yuxu problemləri valideynlərin  pediatra və uşaq nevroloquna  müraciət etməsinin ən çox yayılmış səbəblərindən biridir. Həqiqətən, uşağın yaxşı yuxusu onun sağlamlığına dəlalət edir. Uşaq rahat yatmırsa, xüsusən gecələr tez-tez oyanır, ağlayırsa, valideynlər narahat olurlar: "Pis yuxu daha ciddi problemləri göstərmir ki?"

Uşaqların yuxusu böyüklərdən fərqlənirmi? 

Yuxu bir-birini ardıcıl əvəz edən fazalardan ibarətdir: yavaş və sürətli. Körpənin yuxusu böyüklərin yuxusundan fərqlidir. Erkən yaşlı uşaqlarda yuxunun çox hissəsi sürətli yuxunun payına düşür. Bu, yuxugörmə mərhələsidir. Yuxugörmə mərhələsində ana uşağın göz almalarının qapalı göz qapaqları altında tez-tez hərəkət etdiyini müşahidə edə bilər. Bu mərhələdə qıcıqlandırıcı faktorlardan (səs, tərpəniş , körpədə hər hansı bir narahatlıq) oyanma ehtimalı daha yüksəkdir. Yeni doğulmuş uşaqların yuxusu daha səthi və həssasdır, onlar tez-tez oyanırlar və bu, normal haldır. 

Uşaq nə qədər kiçik olarsa, o qədər çox yatmalıdır. Yeni doğulmuş uşaqlar günün çox hissəsini yatır. Yaşa görə normal yuxu müddəti aşağıdakı kimi olmalıdır:

  • 0-3 ayda 14-17 saat

  • 4-11 ayda 12-16 saat

  • 1-2 yaşda 11-14 saat

  • 3-4 yaşda 10-13 saat

Fərdi xüsusiyyətlərinə görə bəzi uşaqların həmyaşıdlarına nisbətən yuxuya tələbatı  daha az ola bilər. Əgər uşaq  nisbətən az yatır, lakin özünü yaxşı hiss edirsə, narahat olmaq lazım deyil. Körpənizin böyüdüyünü və ya fərqli bir yuxu rejiminə ehtiyac duyduğunu aşağıdakı əlamətlərlə başa düşə bilərsiniz: 

  • uşaq çətinliklə yuxuya gedir 

  • günorta yuxusundan sonra erkən oyanır

  • bütün günü aktiv olur

Erkən yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəbləri hansılardır?

Körpələrdə sinir sistemi hələ tam yetkinləşməmişdir. Buna görə də bəzi hallarda "yuxu-oyaqlıq" ritminin bir-birini aydın əvəz etmə prosesi pozula bilər. Bu zaman uşaq narahat olur, çox ağlayır, çünki oyanma tormozlanmadan daha yaxşı “işləyir”. Yenidoğulmuş körpələrdə tez-tez axşam düşdükdə və ya hava şəraitinin dəyişməsi ilə narahatlıq artır. Belə hallar müvəqqəti olub, adətən müalicə tələb etmir. Adətən, 6 aya qədər yuxu ritmi formalaşır.

Uşaqlarda yuxu pozuntusuna çox vaxt valideynlərin yanlış hərəkətləri səbəb olur:

  • uşaq artıq yuxuda olarkən yatağa qoyulur

  • uşaq  əmziklə yuxuya getməyə alışır

  • uşaq böyüklərdən biri ilə yuxuya getməyə alışır

  • uşağın yatağının yeri tez-tez dəyişir

  • uşaq qalmaqalla yatağa gedir 

Erkən yaşlı uşaqlarda  rahat yuxu üçün nə etmək olar?

Valideynlər yuxu rejimini qaydaya salan müəyyən şərtlərə riayət edərlərsə, adətən yuxu pozuntusu zamanla düzəlir: 

  • Yenidoğulmuş uşaq olan otaqda çox səs-küy, kəskin qıcıqlandırıcı faktorlar aradan qaldırılmalıdır. Eyni zamanda kiçik yaşlı uşağı kənar səs-küydən tam təcrid etməyin. Əgər körpə yuxu zamanı işləyən paltaryuyan maşının yumşaq səsini, valideynlərinin sakit danışığını eşidərsə, bu səslərə alışacaq, yuxuda onlardan qorxmayacaq və buna görə daha yaxşı yatacaq, valideynlər körpəni oyatmaqdan qorxmadan adi fəaliyyətlərini davam etdirə biləcəklər. 

  • Yatağa getməzdən əvvəl uşağın yatdığı otağı havalandırmaq lazımdır. Təmiz hava körpənizin daha yaxşı yatmasına kömək edəcəkdir. Açıq havada yatmaq çox faydalıdır. Bu, eyni zamanda bədənin soyuqdəyməyə müqavimətini də artırır. Böyük yaşlı uşaqlar üçün yatmazdan əvvəl gəzintilər  çox faydalıdır. Uşaq olan otaqda siqaret çəkmək olmaz!

  • Yaxşı yuxu üçün yatağın rahat olması da vacibdir. Yatarkən uşağa çox isti və ya soyuq olmamalıdır. Buna görə, yorğan mövsümə və otaqdakı ümumi istiliyə uyğun olmalıdır. 1 yaşdan böyük uşaqlar üçün yastığın düzgün seçiminə, xüsusən də hündürlüyünə diqqət yetirin. Yastığın düzgün qoyulması vacibdir: yastığın kənarı boyunda, çiyinlər və kürəyin yuxarı hissəsi döşəkdə olmalıdır. Bu,  fizioloji baxımdan düzgün mövqedir.

  • Uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalar, duş qəbulu çox kömək edir.

  • Yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmamalıdır. Yataq oyun yeri deyil. 

  • Yataq otağında televizor olmamalıdır.

  • Uşağa yatmazdan qabaq çətin həzm olunan qidalar verməyin. 

Uşaqlarda yuxu pozuntusu xüsusi diqqət tələb edir, çünki fiziki və zehni inkişafa təsir edir, öyrənmə qabiliyyətini azaldır. Görülən tədbirlərə rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman uşaq nevroloquna müraciət etmək lazımdır. Həkim körpənin sağlamlıq vəziyyətini qiymətləndirə, valideynlərin qorxularını aradan qaldıra  və təsirli məsləhətlərə kömək edə bilər.

Körpələrin qəfil ölüm sindromu

Həyatın ilk ilində nadir hallarda körpələrin qəfil ölüm sindromu baş verə bilər. Lakin bəzi sadə tədbirlər körpənizin yuxusunu maksimum təhlükəsiz edə bilər.

Körpə uşaqların ölüm səbəbindən biri körpələrin qəfil ölüm sindromu (KQÖS) kimi tanınır.  KQÖS ölümlərinin çoxu yuxu ilə əlaqədardır. Bu günədək sindromun səbəbləri dəqiq müəyyən olunmayıb. Lakin bəzi risk amilləri  məlumdur: 

  • Yaş. Bu sindroma yalnız 1 yaşa qədər körpələrdə rast gəlinir. Ən böyük risk 2 ayından 4 ayına kimi olan körpələrdə qeyd edilir.

  • Cins. Oğlanlarda qızlarla müqayisədə qəfil ölüm sindromuna daha tez-tez rast gəlinir.

  • Vaxt. Körpələrin ölümü əsasən gecə yarıdan səhər saat 6-dək müşahidə olunur.

  • Passiv siqaret çəkmə. Siqaret çəkən insanlarla yaşayan uşaqlarda KQÖS daha çox rast gəlinir.

 Aşağıdakı tədbirlər KQÖS riskini azalda bilər: 

  • Uşağı yatanda qarın üstə və ya böyür üstə deyil, kürək üstə qoyun. Bu, xüsusilə hələ bel üstə çevrilə bilməyən körpələrə aiddir. Qarın üstə uşağı yalnız oyaq olduqda və böyüklər yanında olduqda qoymaq olar. 

C:\Users\Hp\Downloads\48fe95b3021effbbc52d8dcaf0e98b00-800x.jpg

 

  • Uşaq düz və bərk səthdə yatmalıdır. Ortopedik döşək ən yaxşı seçimdir. Döşəyin üzərinə 4 qatlanmış ədyal qoyun. Bu, kifayətdir.

  • Uşağın üzü açıq olmalıdır.

  • Uşağın üstünü yorğanla və ya ədyalla örtükdə, o, nazik olmalı və kənarları döşəyin altına keçməlidir. 

  • Yorğanın əvəzinə yataq torbasından istifadə etmək olar. Belə olduqda körpə ölçüyə uyğun seçilmiş yataq torbasını ayaqları ilə atmaz və başına çəkməz.

 

  • Körpənin çarpayısına artıq əşyalar, yastıq və  yumşaq oyuncaqlar qoymayın. Bu, çox vacibdir, çünki uşaq başını yastığa basdırıb boğula bilər.

  • Uşağı lazım olandan artıq geyindirməyin və bükməyin. Körpənizə bez, bodi, pijama və yataq torbası kifayətdir. Yay vaxtı otağın temperaturu yüksək olan zaman isə daha az geyim lazımdır. Körpənizə yatmaq üçün papaq geyindirməyin, çünki başı açıq olan zaman o, bədəninin temperaturunu daha yaxşı tənzimləyir.

  • Qış vaxtı yataq otağının hərarətinin 18°C-dən yüksək olmamasına nəzarət edin. Körpənizin əlləri və ayaqları sərin ola bilər. Bu, o demək deyil ki, uşağınız donur. Həddən artıq isti otaqda yatan körpədə bədən hərarətinin yüksəlməsi nəticəsində nəfəsalma dayana bilər. Əgər körpəniz ənsə nahiyyəsindən tərləyirsə, deməli otağın havasının hərarəti çox yüksəkdir. Qızdırıcılardan yalnız beşikləri öncədən isitmək üçün istifadə etməyə icazə verilir. Yuxu zamanı onlara ehtiyac yoxdur.

  • Uşaq olan otağın havasını tez-tez dəyişdirin. Həmin otaqda siqaret çəkmək, kəskin iyli vasitələrdən istifadə etmək olmaz.

  • Körpə 1 yaşınadək öz beşiyində və ya çarpayısında, valideynləri ilə bir otaqda yatmalıdır. 

  • Körpənizi ən azı 4-6 aya qədər ana südü ilə yedizdirin. Ana südü ilə qidalanan uşaqlarda qəfil ölüm sindromu riski aşağıdır.

 

Peyvəndlər

İmmunoprofilaktika yolxucu xəstəliklərə qarşı müdafiə metodudur. Əhalinin samlağlığı, eləcə də sanitar-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir. Yolxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunoloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkəmizdə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və tam təhlükəsizdir.

Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, difteriya,tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, hətta demək olar ki, yox dərəcəsindədir. AAP (America Pediatrik Akademiyasının) məlumatına görə vaksinoprofilaktika nəticəsində hər il dünyada 4,5 milion insan ölümdən xilas olur. Peyvəndlərin aparılması Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Peyvənd təqvimi 1994-cü ildə təsdiq edilib. Sonradan təqvimə əlavələr olunub.

Xəstəliklərdən  qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hal-hazırda ölkəmizdə hepatit B,  vərəm,  difteriya, göyöskürək, tetanus, poliomielit, B tip hemofil infeksiya , pnevmokokk, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Peyvənd yalnız tam sağlam uşağa vurulur. Bunun üçün öncədən uşaq pediatrı və nevropatoloq tərəfindən müayinə olunmalıdı. Birlikdə verilən qərara əsasən uşaga peyvənd vurulur.

Peyvəndlərə müvəqqəti əks əks göstərişlər bunlardır:  

  • Kəskin respirator infeksiya (KRİ) 

  • Xroniki xəstəliklərin kəskinləşməsi

Kəskin respirator infeksiya və kəskin bağırsaq infeksiyası keçirmiş uşaqlara hərarət normaya düşdükdən sonra peyvənd etmək olar. Xroniki xəstəliyi olan uşaqlara peyvəndlər remissiya dövründə vurulur (yəni kliniki və laborator göstəricilər norma daxilində olanda).

Mütləq əks göstərişlər bütün vaksinlər üçün:

  • Əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma

  • Birincili immunodefisit vəziyyətlər (immunosupressiya)

  • Bədxassəli törəmələr

  • Hamiləlik

Peyvəndlərin yan təsirləri iki qrupa bölünür: yerli və ümumi

Yerli reaksiyalar peyvənd yerində qızartı, şişkinlik, səpkilər və ağrı hissi ilə özünü biruzə verir. Ümumi reaksiyalar isə hərarətin yüksəlməsi, halsızlıq kimi əsas simptomlarla özünü büruzə verir. Adətən bu reaksiyaların peyvənd vurulduqdan 3 gün müddətində davam etməsi normal sayılır. Ümumiyyətlə peyvəndlərin yan təsirləri barəsində pediatr öncədən valideynləri məlumatlandırmalıdır və 3 gün müddətində yan təsirlər keçməsə, həkimlə əlaqə saxlamalarını bildirməlidi.

Peyvəndlər uşaqlarımızı ağır, ölümcül hətta bəzən əlilliyə gətirib çıxaran xəstəliklərdən qoruyur. Bəzən valideynlər peyvəndlərin yan təsirlərindən qorxaraq imtina edirlər. Nəzərinizə almaq lazımdır ki, peyvəndlər uşaqlarınızı ağır infeksion xəstəliklərdən və onların fəsadlarından (iflic, sonsuzluq, ensefalit və s.) və ölümdən qoruyur. Son zamanlar bütün dünyada tüğyan edən COVİD-19 virusuna qarşı peyvəndin hazırlanmasını hər kəs səbirsizliklə gözləyir. 

Azərbaycan Respublikasının Milli peyvənd təqvimi

Yaş

Peyvənd

Xəstəliklərin profilaktikası

Doğumdan sonra 12 saat ərzində

Hep B

Hepatit B xəstəliyinə qarşı peyvənd

4-7-ci gün

BCG

OPV

Vərəm əleyhinə peyvənd

Poliomielitə qarşı peyvənd

2 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

2 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

3 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

3 aylıqda

OPV

Poliomielitə qarşı peyvənd

4 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

4 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

6 aylıqda

Pk

Pnevmokok infeksiyalarına qarşı peyvənd

12 aylıqda

QPM

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Vitamin A

18 aylıqda

GDT

OPV

Vit A

Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd

Poliomielitə qarşı peyvənd

Vitamin A

6 yaşında

QPM

DT

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Difteriya və tetanus əleyhinə peyvənd

Vitamin A










 

Uşaqlarda EEQ müayinəsi

Elektroensefaloqrafiya (EEQ) müasir nevrologiya və pediatriyada geniş istifadə olunan müayinə metodlarından biridir. Bu müayinənin hansı hallarda və necə aparılmasına nəzər salaq.

EEQ müayinəsi nədir?

EEQ beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün əsas müayinə üsuludur. Beyin də daxil olmaqla mərkəzi sinir sisteminin əsas elementləri sinir hüceyrələri – neyronlardır. Onlar elektrik impulslarını keçirmək və yaratmaq qabiliyyətinə malikdirlər. Bu impulslar (beyinin bioelektrik aktivliyi) xüsusi cihaz – elektroensefaloqraf tərəfindən qeyd olunur. Bu, çox həssas üsul olub, baş beyin qabığının və beynin dərin strukturlarının cüzi funksional dəyişkənliyini belə əks etdirir.  

Bu müayinə nə vaxt aparılır?

  • Yuxu pozuntuları: çətin yuxuyagetmə, yuxusuzluq, narahat yuxu, yuxuda gəzmək

  • Enurez (yuxuda sidik saxlaya bilməmək)

  • Qıcolma, epilepsiya (diaqnoz qoyulması, xəstəliyin izlənilməsi, müalicənin effektivliyinin təyin edilməsi)

  • Doğuş travmasının, hipoksiyanın nəticələri, psixomotor inkişafın ləngiməsi;

  • Kəllə-beyin travmaları

  • Beynin iltihabı xəstəlikləri (ensefalit, meningit)

  • Vegeto-damar distoniyası, huşunu itirmə

  • Baş ağrıları, başgicəllənmələr, xroniki yorğunluq

  • Autizm

  • Nitq pozuntuları, nitq inkişafının ləngiməsi, kəkələmə

  • Davranış  və diqqət pozuntuları, nevrozlar, panik həmlələr

  • Beyin qan dövranı pozuntuları;

  • Uşaq serebral iflici

  • Beyin şişləri

Müayinə necə aparılır?

Uşağın başı təmiz və quru olmalıdır. Uşağa elektrodlar birləşdirilmiş xüsusi papaq-dəbilqə geyindirilir və xüsusi dəliklərdən elktrod geli yeridilir. Prosedur uşağa heç bir narahatlıq vermir və tamamilə təhlükəsizdir. Ancaq hazırlıq prosesi uşağı qorxuda bilər. Bu səbəbdən evdə uşağa "sərgüzəştləri", məsələn güclü və sağlam olmaq üçün başına “sehirli dəbilqə” geyinəcəyi barədə danışmaq məsləhətdir. Böyük uşağa EEQ-nin necə və niyə edildiyini ətraflı izah edin. Erkən yaşlı uşaqlara müayinə adətən yuxu zamanı aparılır. 

Tədqiqatın müddəti 25-30 dəqiqədir. Uşağın hazırlanması daha çox vaxt aparır. Müayinənin özü 5-7 dəqiqə çəkir. Müayinə zamanı uşağın sakit davranması, ağlamaması, ac və yorğun olmaması vacibdir.

EEQ müayinəsini nə zaman etmək olmaz?

EEQ tamamilə zərərsiz və şüasız bir müayinə üsuludur. Bu müayinə üsulunun aparılmasına  heç bir əks-göstəriş yoxdur. Əlbəttə ki, körpədə qızdırma, kəskin bir tənəffüs xəstəliyi və ya yoluxucu xəstəlik, dəri səpgiləri aşkarlandığı təqdirdə klinikaya getməməlisiniz. 

 

Uşaqlarda otit

Otit nədir?

Otit qulağın iltihabi xəstəliyidir. Uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri olub, bütün yaşlarda təsadüf edilir, lakin ən çox  körpələr bundan əziyyət çəkirlər. 

 

Usaqlarda otit hansı səbəbdən baş verir?

İltihabi prosesin yaranma yerinə görə xarici, orta və daxili otit ayırd edilir. Xəstəlik kəskin və xroniki gedişli ola bilər. 

Xarici otit və ya xarici qulağın iltihabı infeksiya xarici qulaq keçəcəyinə daxil olduqda inkişaf edir. Bu, qulağı qurdaladıqda və ya qulağı düzgün təmizləmədikdə və ya qulaq kanalında furunkul əmələ gəldikdə baş verə bilər. Bu zaman xarici qulaq keçəcəyi nahiyyəsində dəri qızarır, şişkinlik nəticəsində xarici qulaq keçəcəyi daralır, şəffaf  maye axır.

Uşaqlar ən  çox orta qulağın iltihabından əziyyət çəkirlər. Bu, uşaqlarda qulağın anatomik xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, burun-udlağı qulaqla birləşdirən eşitmə borusu qısa və geniş olduğundan, hər hansı bir kəskin tənəffüs xəstəliyi zamanı infeksiya asanlıqla qulağa nüfuz edə və iltihaba səbəb ola bilir. Çimərkən qulaq  keçəcəyinə düşən su da iltihabı təhrik edə bilər. Uşaqda immunitetın zəif olması da xəstəliyə şərait yaradır. 

Uşağın səhv bir şəkildə fınxırması da otitin başlanmasına kömək edir. Buna görə uşağa hər burun keçəcəyində olan seliyi növbə ilə təmizləməyi öyrətmək lazımdır. Körpələrin burun keçəcəkləri hər gun diqqətlə təmizlənməlidir. Körpələr uzanmış vəziyyətdə qaytarırsa, süd burun-udlağa, oradan da eşitmə borusuna daxil ola bilər. Bu da orta qulağın iltihabına gətirib çıxara bilər.

 

Kəskin orta otit zamanı hansı əlamətlər olur?

Birincisi və ən başlıcası ağrıdır. Ağrı döyünən xarakterli olub, xüsusən gecələr güclənir. Qulaq önü – traqusa basarkən ağrı artır. Ağrıdan əlavə qulaqda dolğunluq hissi olur, temperatur yüksəlir (bəzən 39-40 dərəcəyə qədər), eşitmə  zəifləyir. 

Böyük yaşı uşaqlar qulağının ağrıdığını deyə bilər. Bəs danışa bilməyən çox kiçik uşaqlarda qulaq ağrısını necə bilmək olar?  

Körpənin davranışını çox diqqətlə izləmək lazımdır. Məsələn, körpə narahat olur, ağlayır, başını arxaya atır və ya bulayır, ağrılı qulağını anasının sinəsinə və ya yastığa sıxmağa çalışır, yaxşı yatmır. Körpə döşdən imtina edə bilər – bu, bir siqnal olmalıdır. Belə ki,  xəstəliyin ilk əlamətləri qidalanma zamanı dəqiq müəyyən edilə bilər. Körpə döşü əmdikdə ağrı artır, uşaq qışqırır, ayaqlarını bükür, sanki bağırsaq kolikası var.  Ancaq körpə ağrılı qulağın üstünə uzanan kimi sakitləşir və döşü əmməyə başlayır. 4 aylıqdan böyük körpələr əlini ağrıyan qulağına apara bilər. 

 

Orta otit nə ilə ağırlaşa bilər?

Orta otit irinli formaya keçə bilər. Bu zaman qulaq pərdəsi deşilir və qulaqdan irin axmağa başlayır. Bir qayda olaraq, bu halda körpənin əhvalı yaxşılaşır; temperatur azalır, qulaqdakı ağrı dayanır və ya azalır. Ancaq bu, bərpa demək deyil. İrinli otit təcili tibbi yardım tələb edir, çünki irin beyinə daxil ola bilər. Bu isə çox təhlükəlidir.

Orta otitin ciddi fəsadlara səbəb olmaması və xroniki bir formaya çevrilməməsi üçün valideynlər çox diqqətli olmalı və xəstəliyin ilk əlamətlərində LOR həkiminə müraciət etməlidirlər. Bir qayda olaraq, vaxtında və düzgün müalicə tam sağalma ilə nəticələnir.

Uşaqları qurd xəstəliklərindən necə qorumalı?

Helmintozlar müxtəlif parazit qurdlar – helmintlər tərəfindən törədilən və xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir. Uşaqlar ən çox 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar. Bu da uşaqların çox vaxt gigiyenik qaydalara riayət etməməsi ilə əlaqədardır. Yoluxma əsasən alimentar yolla (ağızla) – qida, su vasitəsilə, habelə uşaq çirkli əllərini ağzına saldıqda, yaxşı yuyulmamış meyvə-tərəvəz yedikdə baş verir. Bundan başqa, kontakt yolla – məişət əşyaları ilə, it və pişiklərlə oynayarkən də yoluxma mümkündür. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmint parazitlik edə bilər.

Uşağın hansı parazitə yoluxmasından asılı olaraq simptomlar dəyişkəndir.  Birdən-birə çox sayda qurd yumurtası ilə yoluxma baş verərsə, sağlamlıqda əhəmiyyətli pisləşmə müşahidə oluna bilər. Ancaq az sayda qurd yumurtası ilə yoluxma zamanı uşaqda qurd xəstəliyi əlamətləri uzun müddət tamamilə olmaya bilər və ya qeyri-spesifik ola bilər 

  Uşaqlarda helmintozun ilk əlamətləri:         

  • qeyri-düzgün temperatur reaksiyası  

  • iştahanın azalması və ya iştahanın yaxşı olmasına baxmayaraq uşağın arıqlaması

  •  qarında ağrılar, qəbizlik, bəzən ishal, ürəkbulanma, köp                     

  • yuxuda ağız suyunun çox ifrazı, dişlərin qıcanması                                                             

  • yuxusuzluq, yorğunluq, əzginlik, baş ağrısı, əhvalın pozulması, ağlağanlıq, yaddaşın zəifləməsi

  • allergik reaksiyalar (həm ümumi, həm lokal); qaşınma, allergik səpkilər bronxospazm

Helmintlər bağırsaqlardan vitamin, mikroelement, amin turşularının sorulmasını çətinləşdirərək uşaqda anemiyaya, nitq inkişafının, motor, əqli və fiziki inkişafın geriləməsinə səbəb ola bilər. Qan dövranına daxil olaraq bütün orqan və toxumaları zədələyə bilər. Helmintlər immuniteti zəiflətdiyindən, uşaq tez- tez xəstələnir, infeksion xəstəlıkləri daha ağır keçirir.

Bəzi spesifik helmintoz əlamətlərini də qeyd etmək lazımdır. Məsələn, bizquyruqla yoluxma zamanı (enterobioz) anus ətrafında gecələr dəri qaşınması və qaşınma izləri olacaqdır. Askaridlərə yoluxduqda, ilkin mərhələdə spesifik əlamətlər kimi öskürək, bronxit simptomları və limfa düyünlərinin böyüməsi olacaqdır.

Parazit qurdlara yoluxmanı müəyyən etmək üçün qanın seroloji, immunoloji müayinəsi, nəcisin, enterobiz zamanı perianal büküşlərdən götürülmüş materialın qurd yumurtalarına görə müayinəsi aparılır. Müayinə zamanı parazit qurdun olmasını müəyyən etmək mümkün olmadıqda, təkrar olaraq bir neçə dəfə müayinə aparılmalıdır. Lazım gəldikdə digər müayinə metodları təyin edilə bilər, məsələn, daxili orqanların ultrasəs müayinəsi, rentgenoqrafiya.

Uşaqda helmintoz müəyyən edildikdə digər ailə üzvlərinin də helmintlərə görə müayinə edilməsi və dehelmintizasiyanın aparılması məsləhət görülür. Helmintozlar zamanı yalnız mütəxəssis – pediatr və ya həkim-helmintoloq dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Helmint əleyhinə  dərman preparatları olduqca zəhərlidir, buna görə də uşağa zərər verməmək üçün dərman yalnız həkimin təyinatı ilə və dəqiq bir dozada qəbul edilməlidir.

Helmintozların profilaktikası üçün valideyinlər evin gigiyenasına ciddi nəzarət etməli, uşaqlara gigiyena qaydalarına riayət etməyi öyrətməlidirlər. Mütəmadi olaraq dırnaqların artıq hissələri kəsilməli, hər dəfə ayaqyolundan sonra və yemək qəbulundan əvvəl əllər sabunla yuyulmalı, yataq ağları və alt geyimləri yuyucu məhlullarda qaynadılmalı və ütülənməlidir. Meyvə-tərəvəz məhsulları və xüsusilə də göyərti yaxşı yuyulmalıdır. Ətdən hazırlanmış xörəklər mütləq tam bişirilməlidir.




 

Vitaminlər

Vitaminlər (latınca “vita” – həyat) üzvi birləşmələr olub insan qidasının zəruri hissəsidir. Maddələr mübadiləsinin tənzimlənməsində vitaminlərin böyük rolu var. 

Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır lakin balıq, ət məhsulları, süd və yumurtada da yetərincə vitaminlər var. Qidalarla orqanizmə lazımi qədər vitamin daxil olmadıqda avitaminoz adlanan vitamin çatışmazlığı yaranır. Vitaminlər iki qrupa bölünür:

  • Suda həll olan (C vitamini və B qrup vitaminlər)

  • Yağda həll olan (A, D, E, K) vitaminləri

Suda həll olan vitaminlər

C vitamini maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Hormonların sintezində sümük və qığırdaq toxumasının əmələ gəlməsində yaraların sağalmasında zəruri olan C vitamini bitkilərin (itburnu, kələm, çiyələk, turp, bibər, pomidor, portağal, limon, alma və s.) tərkibində daha çox olur. Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Zəiflik, yorğunluq, qanaxmalar, xüsusilə dişlərin dibinin qanaması avitaminozun əlamətləridir. C vitamininə  gündəlik tələbat 50-78 mq-dır. 

B qrup vitaminlərə bir çox vitaminlər daxildir (B1, B2, B3, B5, B6, B11, B12 və s.). Əsasən bitki və heyvan mənşəli məhsulların tərkibində olur və sinir sisteminin fəaliyyəti üçün zəruridir. B1 (tiamin) vitamininə sutkalıq tələbat 3-4 mq-dır. Buğda, noxud, yumurta sarısında, qaraciyərin tərkibində olur. Avitaminoz, yəni ciddi çatışmazlıq zamanı Beri-Beri xəstəliyi yaranır (yuxusuzluq, polinevritlər, sinir ağrıları, hissiyatın itməsi əlamətləri). B2 (riboflavin) vitamininə sutkalıq tələbat 2-4 mq-dır. Ən cox süd, balıq, tərəvəzlər və s. tərkibində olur və ürək-damar, tənəffüs, endokrin sistemlərinin fəaliyyətinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişaları zədələnir (xeyloz – dil qıpqırmızı olur), saçlar tökülür, ağız bucağı, dodaqlarda çatlar əmələ gəlir. Hemoqlobinin sintezində iştirak etdiyi üçün B2 çatışmazlığı zamanı anemiya əmələ gəlir.

B3 (niasin) antidermatit amilə sutkalıq tələbat 10 mg–dır. Çatışmazlıq zamanı Xartman xəstəliyi inkişaf edir (pellaqroid fotohəssas dəri, əqli inkişafın və boy artımının geriliyi).

B5 (pantoten turşusu) təbiətdə geniş yayıldığı üçün çatışmazlığına nadir halda  rast gəlinir. B5 ayrıca bağırsaqlardada sintez olunur. Çatışmazlıq zamanı dermatitlər, depiqmentasiya, yorğunluq, ətraflarda gecə ağrıları, tez-tez kəskin respirator xəstəliklər baş verir. Ən çox yumurtada, qara ciyərdə, tərəvəzlərdə, toyuq və mal ətinin tərkibində olur.

B6 (piridoksin) vitamininə gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, maya, qara ciyər, böyrək və s. tərkibində var. B6 çatışmazlığı zamanı saç tökülməsi, dermatit, qicolma, sinir sisteminin fəaliyyəti pozulması baş verir.

B11 (fol turşusu) qırmızı qan hüceyrələri və sinir toxumasının formalaşmasında mühüm rol oynayır. Hüceyrə bölünməsi prosesində iştirak edir. Bu səbəbdən dölün sinir sisteminin düzgün formalaşması üçün hamiləliyin ilk trimestrində qəbulu çox vacibdir. Avitaminoz zamanı iştahasızlıq, arıqlama, mədə-bağırsaq problemləri, qlossit, stomatit, hipoxrom, meqaloblast və makrositar anemiya inkişaf edir. Əsasən kahı, ispanaq, banan, qara ciyər, portağalın tərkibində olur.

B12 (sianokobalamin) vitamininə sutkalıq tələbat 1-3 mkq-dır. Xüsusən qara ciyərin tərkibində çox olur. Avitaminoz zamanı meqaloblast anemiya, atrofik, hipoasid qastrit, periferik neyropatiyalar inkişaf edir.

Vitaminlərin kontrolsuz və yüksək dozada qəbulu müxtəlif kliniki əlamətlərlə özünü büruzə verən orqanizmin intoksikasiyasına gətirib çıxarır. Belə vəziyyət hipervitaminoz adlanır. B qrup vitaminləri parenteral istifadəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər.

 

Mənbələr

  1. Şabalov N.P uşaq xəstəlikləri

  2. https://pediatriya.az

1 yaş böhranı

Birinci ilin sonunda artıq uşaq ayaqları üstündə dəstəksiz dayanmağa və gəzməyə başlayır. Nəticə olaraq onun gündəlik həyatında sərbəstlik kəskin şəkildə yeksəlir. O, evdə bir otaqdan o birinə qaçır, mənzilin bütün küncünə girir, dolabları açıb oradakı əşyaları qarışdırır, divar kağızlarını cızır, oturacaqlara qalxır və ümumiyyətlə, baxış sahəsinə daxil olan bütün əşyalara yaxınlaşıb toxunur. 

Digər tərəfdən bu fiziki müstəqillik uşağın mənfi reaksiyaları ilə müşayiət olunur. Belə ki, körpə onun hərəkətlərinin yetkin insan tərəfindən idarə edilməsinə qarşı etiraz edir, hətta böyüklərin davranışlarını idarə etmək istəyini irəli sürür, hara və nə vaxt gedəcəyinə, nə geyinəcəyinə və nə oynayacağına özü qərar vermək iddiasında olur. Bir zamanlar çox sakit körpə birdən kaprizli, davranışları isterika ilə dolu uşağa çevrilir. İnkişafın bu mərhələsi inkişaf psixologiyasında “bir yaş böhranı” adlandırılır. Bununla psixi inkişafda  körpəlik dövrü bitir və erkən yaş dövrü başlayır. Uşaq hər şeyi müstəqil eləmək istəyir, lakin həyatın əksər məqamlarında hələ bunu edə bilmir və dəstəyə ehtiyacı olur. Böhranın yaranmasının səbəblərindən biri də bundan ibarətdir: istəyir, lakin alınmır və yetkin insanın müdaxiləsinə etiraz bildirir.

Tədqiqatlar göstərir ki 1 yaş böhranı 10-15-ci ayları əhatə edir. Bu zaman uşağın davranışı növbəti əlamətlərlə müşahidə olunur:

  • Tərbiyə çətinləşir. İnadkarlıq, valideyn tərəfindən diqqətin tələb edilməsi, böyüklərin tələblərinə uymamaq kimi davranışlar özünü göstərir;

  • Müsbət və mənfi yeniliklər yaranır. Sərbəstlik cəhdləri yaranır (qida qəbulunda, paltar geyindirəndə), gigeyinik və rejim prosedurlarından imtina edir;
    Yetkin tərəfindən olan qiymətləndirməyə (pisləmə, tənqid) qarşı xüsusi həssaslıq – küsəyənlik, narazılıq, böyüyə və əşyalara yönəlmiş aqressiya yaranır;

  • Qeyri-adi və ziddiyyətli davranış özünü göstərir, yəni kömək istəyib sonra ondan imtina edir;

  • Kaprizlər kəskin çoxalır.

Böhran uşaq həyatının bütün sahələrini ehtiva edir. Bacarmasa belə əşyalarla hərəkətləri daha müstəqil etməyə cəhd edir. Məsələn, uşaq qaşığı tuta bilmir, lakin ananın onu yedizdirməyinə etiraz bildirib özü qaşığı götürərək qida qəbul etmək istəyir. 

Yetkin insanlarla davranışlarında seçici olurlar. Yad insanlara şübhə və ehtiyatla, ancaq yaxın yetkinlərə tələbkar və aqressiv yanaşa bilərlər. Körpənin özünə qarşı münasibətdə də dəyişiklik görmək olur. Öz müstəqilliyini daha qəti şəkildə qoruyur və sərbəst seçim haqqını tələb edir.

Artmış bacarıqlarla yanaşı birinci ilin sonunda uşaqda xüsusi psixi keyfiyyət formalaşır. Bir yaşlı uşağın davranışları təkcə qarşısında olan əşyaların təsiri ilə yox, həm də yadına düşın obraz və təsəvvür əsasında idarə olunur. Bu obrazlar “motivləşdirən təsəvvürlər” adlandırılır. Bununla uşaqda böyükdən aslı olmayan istək yaranır. Əgər öncəki dövrlərdə körpənin diqqətini bir oyuncaqdan o birisinə asanlıqla yönləndirmək olurdusa, bir yaşdan sonra bunu etmək alınmayacaq, çünki artıq uşaq həmin əşyanın obrazını yadında saxlayır. 

Beləliklə, 1 yaş böhranı iki əsas səbəbdən baş verir. Birinci səbəb – körpənin fiziki müstəqilliyi artır, lakin hələ də dəstəyə ehtiyacı olur. Bununla belə hərəkətləri heç kəsdən dəstək almadan icra etməyə cəhd göstərir. İkinci səbəb – uşağın davranışları yalnız yetkin insan tərəfindən yox, eyni zamanda onun istəkləri ilə də idarə olunur.  

 

Mənbələr

  1. Смирнова Е.О. Детская психология: Учебник для вузов. 3-е изд., перераб.-СПб.: Питер, 2009.-304 с.

  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.

 

Uşaqlarda anadan ayrılma qorxusu

Uşaqlarda anasız qalmaq qorxusu qaçılmazdır. Bu, təbii psixi faktorlarla, ona qayğı göstərən insana bağlılıqla əlaqədardır. Bu, narahatlıq və ağlama şəklində özünü göstərən ayrılıq qorxusudur. Bəzi uşaqlar isterikanı artırır, gecə oyanmaları olur. Qeyd edək ki, bu, normal inkişaf mərhələsidir və təxminən uşağın 8 aylığından başlayır, maksimal intensivliyə 10-18 aylığında çatır, 3 yaşına qədər keçir. Məktəb yaşına çatdıqda, uşaqlar artıq analarının yanında olmadığını sakit qəbul edirlər və qayıdacağını başa düşürlər.

Uşağın reaksiyaları yalnız yaşdan deyil, digər xüsusiyyətlərdən də asılıdır. Bunlar müxtəlif səbəblərlə ağırlaşa bilər:

  • Tərbiyənin xüsusiyyətləri; narahat və həddən artıq qayğılı yanaşma, uşağa anadan ayrılmadan  müsbət təcrübə qazanmağa imkan vermir.

  • Şəxsiyyət xüsusiyyətləri; vurulmağa meyilli, qorxaq uşaqlar həmyaşıdlarına nisbətən eyni vəziyyətlərə daha kəskin şəkildə dözə bilirlər .

  • İnkişaf pozuntuları; pozuntular səbəbindən yeni bacarıqları öyrənmək, çevik olmaq çətin olur ki, buna görə də hər hansı bir yeni situasiya uşaq üçün kəskin  qəbul edilir.

Bəzi uşaqlarda bu cür reaksiyalar xəstəxanaya yerləşdirildikdə, uzun müddətli müalicə və həyat tərzinin könlü dəyişməsini tələb edən bir xəstəlik səbəbindən sonra görünə bilər. Valideynlərin özlərinin hədsiz narahatlığı və həyəcanı, bu səbəbdən uşaqdan ayrılmaq istəməməsi də uşaqda ayrılıq qorxusu yarana bilər. 

 

Belə çıxır ki, uşaqlardan ayrılmaq nəinki mümkündür, həm də zəruridir? 

Bəli, təhlükəsiz ayrılmalar faydalıdır. Bu uşağa fürsət verir ki, öz-özünə oynamağı, digər ailə üzvləri və dostları ilə əlaqələr qurmağı öyrənsin. Bu, uşağa həm də onu öyrədir ki, ana ayrıldıqdan sonra geri qayıdır və bunda qorxulu heç bir şey yoxdur. 

 

Ayrılma həyəcanı ilə mübarizə  texnikası

Körpənizin reaksiyaları yaşa uyğun deyilsə, problemlər yaranır. Məsələn, o, artıq kiçik məktəblidir, amma hələ də anadan ayrıldıqda ağlayır və uzun müddət özünə gələ  bilmir, onu dəyişdirmək çətindir, başqa qorxuları var. Ümumi bir narahatlıq fonunda, psixosomatik problemlər (naməlum mənşəli ağrı, aşağı temperatur, dəridə qızartı və ya səpki) belə yarana edə bilər. Yaxud uşaq anadan ayrılmamaq üçün məktəbə/bağçaya getməkdən imtina edir və s. Uşağın davranışında bu əlamətlərdən bir neçəsini müşahidə etsəniz, narahat olmayın. Məhz bu cür həssas  uşaqların xüsusi yanaşmaya ehtiyacı var. Onları daha yaxşı hiss etmək üçün bir az artıq səy göstərməlisiniz. Ancaq bu cür narahatlıqlarla mübarizə üçün təsirli üsullar var. Onları sizin diqqətinizə çatdırırıq.

Valideyn davranış modeli

Əgər uşağınız ayrılma qorxusu ​​davranışa meyillidirsə, bu vəziyyətdə ona düzgün reaksiya verməlisiniz:

  • Onun hisslərini diqqətlə və şəfqətlə dinləyin;

  • Lazımsız duyğuları ifadə etməyin. Sizdən ayrıldığı üçün narahat olarsa, sakit olmağa çalışın. Bu, körpənin özünün düzgün davranışını modelləşdirmək üçün vacibdir;

  • Dərin nəfəs almaq, 10-a qədər saymaq və ya rahat bir mühitdə oturmaq kimi istirahət texnikalarını sınayın;

  • Stresli vəziyyətə əvvəlcədən hazırlaşmağa kömək edin, birlikdə strategiyalar hazırlayın. Məsələn, “o, məktəbdə narahatlıq keçirirsə nə etməlidir?” sualına birgə cavab tapın;

  • Bağlı olduğu insanlardan ayrıla bildiyi üçün övladınızı tərifləyin; 

  • Yalnız nəticəni deyil, uşağınızın cəhdlərini də mükafatlandırın.

 

Texnika 1. Sabun köpükləri

Mənimsəmək üçün ilk şey istirahətə yönəlmiş nəfəs texnikalarıdır. Dərin nəfəsalma və nəfəsvermə məşqləri etmək üçün sabun köpükləri idealdır. Nəfəs almağa konsentrasiya olarkən körpənizə böyük bir qabarcıq hazırlayın. Üstəlik, köpüklərin çox görünməsi və fəaliyyətin nizamlılığı onu sakitləşdirəcəkdir.

 

Texnika 2. Doldurma qutusu

Sakitləşməyə kömək etmək üçün körpənizlə "sakitləşdirici qutu" hazırlamağa başlayın. Uşağınızın yanında oturun və onu sakitləşdirəcək şeyləri bir qutuya yığın. Hər dəfə narahat olanda qutudan çıxarılan sevdiyi əşyalar onu sakitləşdirməyə kömək edəcəkdir. Qutuya körpənizin bəyəndiyi əşyaları qoya bilərsiniz. 

Bu məsləhətlər uşaqlarda anadan ayrılma qorxusunu dəf etməyə yardımçı olacaqdır.

Körpə (2-6 ay) ilə ünsiyyətin təşkilinə dair tövsiyələr 

Yenidoğulnuş dövrdə olduğu kimi, bu inkişaf mərhələsində də böyüklər ünsiyyətin təşkilinə düzgün yanaşmalıdır. İndiyə qədər uşaq və valideyn arasında qarşılıqlı əlaqədə böyüklər təşəbbüskar olmalı idisə, körpəliyin ikinci ayından sonra ünsiyyətdə “ilk addım” uşağın öhdəliyinə verilməlidir. Canlanma kompleksi müşahidə etdiyiniz məqamda bilin ki, bu uşağın ünsiyyət təşəbbüsü sizə yönəldilib və bu zaman siz tərəfdən dəyərləndirilməlidir. 

Bəs bunu necə etmək olar? Uşaqla emosional əlaqəyə daxil olduqda aşağıdakı tövsiyələrə əməl etməklə körpənin ünsiyyətdə olan təşəbbüskarlığını inkişaf etdirmək olar:

  1. Fiziki təmasın təmin edilməsi. Adətən iki aylıq uşaqlara onları sığallamaq, barmaqlarını saymaq, ayaq və əllərlərlə yüngül idman etdirmək kimi fiziki təmaslı hərəkətlər körpəyə həzz bəxş edir.

  2. Nəvazişli tonla danışmaq. Mütləq şəkildə uşağın sizə yönələmiş müraciətini dinləyin və danışğı dayandırdıqdan sonra ünsiyyəti siz davam edin.

  3. Təbəssüm. Uşaq tərəfindən göstərilən bütün davranışları (təbəssüm, ayaq və əllərlə hərəkət, müxtəlif səslər və baxış) qarşılıqlı təbəssümlə müşayiət edin.

  4. Baxış. Körpənin gözlərinə baxmağa unutmayın və bu göz təmasının uzatmağa çalışın.

Burada əsas məsələ körpə-valideyn arasında olan ünsiyyət çərçivəsində aktiv və passiv rolların ardıcıllığın təmin edilməsidir. Yani əgər uşaq “danışırsa”, siz izləmə roluna keçməli və körpə “nitqi”ni bitirdikdən sonra özünüz danışmağa başlaya bilərsiniz. 

Körpəni əmizdirərkən qucağınızda saxlayın, hətta butulkadan yedizdirsəniz belə. Uşağa zorla qida vermək yerinə ona ilk olaraq yeməyi dadmaq üçün imkan yaradın. Daddıqdan sonra üzündə olan reaksiyanı izləyin və əmziklə olan butulkanı yaxınlaşdırıb ağzını açmağını gözləyin.

Uşaq ağladıqda və qışqırdıqda onu qucağınıza götürün və sakitləşdirməyə çalışın. Çoxsaylı tədqiqatlar onu göstərir ki, narahatlığı vaxtında aradan qaldırılmış  körpələr gələcəkdə daha sakit olurlar.  

Həyatın ilk aylarında uşağı güzgüdə özü ilə tanış edə bilərsiniz. Üçüncü ayında o artıq özünü güzgüdə tanımağa başlayacaq. Bunu onun diqqətlə güzgüdəki təsvirini izləməsi və təbəssümündən görə bilərsiniz.

Öz təsviri ilə yanaşı ünsiyyət zamanı uşaq yetkin insanların obrazlarını da təsəvvüründə formalaşdırır. Yaxın və uzaq (tərbiyəsində iştirak cəhəddən) böyükləri ayıra bilir. Belə ki,  3-4 aylarında uşaq bütün yetkinlərə maraqla yanaşır, lakin bu diqqətin intensivliyi həmən yetkin insanın uşağa nə qədər yaxın olmasından aslıdır. Ana ilə ünsiyyətdə körpə daha təşəbbüskardır. Ana yaxınlaşan kimi dərhal təbəssüm edir,  qığıldayır və babılldayır ki, onun diqqətini cəlb etsin. Tanış olmayan yetkin insanın üzünə isə diqqətlə baxır.

Körpədə yetkin insanın obrazını tam formalaşdırmaq üçün körpə ilə ünsiyyətdə olmaq lazımdır. Ünsiyyətin müxtəlifliyi yetkin insanın uşaqda olan təsvirini daha bütöv edir. Bunun üçün körpəlik dövründə uşağa müxtəlif insanlarla ünsiyyət təşkil etmək lazımdır. Bilmək lazımdır ki, körpəlik dövründə müxtəlif insanlarla ünsiyyətdə olan uşağın gələcək inkişafında qorxular, xüsusilə anadan ayrılma qorxusu ilə qarşılaşma ehtimalı çox aşağıdır. Nəticə etibarilə gələcəkdə bağça mühitinə daha tez uyğunlaşırlar. 

Dostlarınızı, müxtəlif yaş kateqoriyasından olan uşaqları körpə ilə ünsiyyətdə olmağa icazə verin. Onun ətraf insanlarla ünsiyyət təşəbbüslərini dəyərləndirin. Bu, həm də gələcəkdə uşağın ünsiyyətli olmağına kömək edəcək.

Körpəyə müraciət etdiyiniz zaman nitqinizdə onun çıxardığı səsləri istifadə etməyi unutmayın!

 

Uşağı necə tərifləyək?

Uşağınızı müəyyən davranışına görə tərifləyin. Çalışın hansı müsbət cəhətinə görə təriflədiyinizi anlasın. Məsələn, əgər övladınız rəsm çəkibsə, “Sənin günəşin çox gözəl alınıb!” “O pişik isə lap canlı görünür!” kimi konkret nüansları vurğulayaraq tərifləyin. “Sən yaxşı oğlansan (qızsan)!”, “Əsl rəssamsan!” kimi ifadələrdən çəkinin. Unutmayın ki, şəxsiyyəti deyil, davranışı tərifləmək lazımdır. 

Təriflə yanaşı övladınıza təbəssüm edin, onu qucaqlayın. Uşaq sizin səmimi sevindiyinizi hiss etməlidir. Bu, “tərifliyim, canım qurtarsın” durumuna çevrilməməlidir. Bununla yanaşı, övladlarınızı gün ərzində bir neçə dəfə qucaqlamaq və alnını, yanaqlarını öpmək tövsiyə edilir.

Övladınızın müsbət və ya mənfi davranışlarına işarə edərək başqa uşaqların davranışların ilə müqayisə etməyin. Onda digərlərindən üstünlük hissini aşılamayın. Hər xırdalığa görə tərifləməyə ehtiyac yoxdur, əks təqdirdə tərif mənası itirəcək və uşaq bütün hərəkətlərinə görə hər zaman sizdən rəğbətləndirmə gözləyəcək. 

Tərifləyərkən uşağın nəyi asanlıqla, nəyi isə çətinliklə yerinə yetirdiyini qeyd edin. İrsi bacarıqlarına diqqətini cəmləşdirməyin (atanda vaxtilə əlaçı olub və ya anan  uşaqlıqda gözəl şeirlər ifa edirdi və bu bacarıq sənə onlardan qalıb s.). Daha çox uşağın öz səylərinə əsasən uğur qazandığı təəssüratını yaradın. 

“Böyüyəndə istedadlı rəssam olacaqsan.” kimi inam aşılamayın. Uşaq sizin gözləntinizi reallaşdıra bilməsə, məyus olacaq. Bununla yanaşı, “Boş yerə əziyyət çəkmə, onsuz da səndə alınmayacaq.” kimi fikirlər də qətiyyən səsləndirməyin. Bu cür fikirlər, uşaqların özünəinamını zəiflədir. Öncə təriflədiyiniz uğuru sonra dəyərsizləşdirməyin. Məsələ, “O rəsm dərsindən aldığın 5 heç də vacib deyildi.” kimi fikirlər səsləndirməyin.

 

Usaqlar bizdən öyrənir

Uşaqların erkən yaşlarda valideynlərindən öyrəndikləri və onların şəxsiyyətini formalaşdıran “beşlik” var:

  1. Təmizlik

Kiçik yaşlı uşaqların öyrənəcəkləri ilk dərslərdən biri səliqəli və təmiz olmalarıdır. Bu davranış instiktiv olaraq yaşamaq və sağlamlıq ilə əlaqəli vacib bir amildir. Təmiz mühit bizə sağlamlıq və ruhi rahatlıq verir.  Təmiz və səliqəli evdə yaşayan uşaqlar öz əşyalarına qulluq edirlər. Bu vərdiş yarandıqdan sonra bunu onlara həmişə xatırlatmaq lazım olmur.

  1. Zorakı münasibət 

Tədqiqatlar göstərir ki, aqressiv insanların çoxu uşaqlıqda fiziki və ya psixoloji zorakılığa məruz qalıblar. Bu, onların həyatında neqativ iz buraxıb. Unutmayın ki, zorakılıq müxtəlif formada ola bilər: evdə qışqırıq, təhqir, nifrət dolu sözlər eşidən uşaqda da kobudluq yaranır.

  1. Müsbət və ya mənfi fikirli olmaq

Mütəxəssislərin təhlilinə əsasən 4-7 yaşlılar arasında bədbəxt olduqlarını deyən və depressiyadan əziyyət çəkən uşaqlar, gördükləri, eşitdikləri ifadə və davranışları təkrarlayan uşaqlardır. Uşaqlarda yaxşı psixi sağlamlıq üçün səsələndirdiyimiz fikirlərin və münasibətimizin müsbət çalarlı olması vacibdir. “Biz bədbəxtik”, “vaxtımızı pis keçiririk” və s. kimi ifadələr eşidən uşaq böyüdükdə özünə inamsız, depressiv şəxs kimi yetişir.

  1. İşə və təhsilə sevgi

Həyatda uğur qazanmağın sirri təhsilə və işə olan sevgidir. Uşaqlar valideynlərinin evdə boşuna gəzdiyini gördükdə, başqasını aldadaraq asan yolla pul qazanmaqdan əyləncəli şəkildə danışan valideyni eşitdikdə, onlara yetkin yaşda məsuliyyəti öz üzərlərinə götürmək çətin olacaq. Uşaqlar valideynlərin kitab oxuduqlarını seyr etsələr, onları təqlid etmək ehtiyacı hiss edəcək, oxumaq üçün kitab almalarını xahiş edəcəklər. Lakin televizorun bütün günü açıq olduğu evlərdə uşaqlar öyrənmədə passiv olmağa meyilli olurlar.

  1. Qorxu

Çox vaxt uşaqlarımıza qarşı əsəbilik və onaları həddindən artıq qorumaq bizim onlara müəyyən dərəcədə etibarsızlıq və qorxu aşılamağımıza səbəb olur. Əgər biz böyüklər həmişə onları təhlükələrdən və mümkün problemlərdən xəbərdar etsək, övladlarımız həyatda istənilən vəziyyətlə qarşılaşdıqda şübhəsiz ki, qorxu hiss edəcəklər. Qorxunun bir növü də gecə qaranlıq qorxularıdır. Uşağı qorxutmaq üçün deyilən fikirlər onun həyatında iz buraxır.

Övladlarımızın fiziki və psixi sağlam böyüməsi xeyli dərəcədə bizim onlara göstərdiyimizin münasibətdən asılıdır. Odur ki, daim uşaqlarla olan münasibətimizə fikir verməliyik.


 

Uşaqlarda pis vərdişlər və onları aradan qaldırmağın yolları

Uşaqlarda pis vərdişlər və onları aradan qaldırmağın yolları

Uşaqlarda tez-tez xoşagəlməz vərdişləri müşahidə edirik. Onlardan ən çox rast gəlinənləri dırnaq yemək, barmaq sormaq, burun qurdalamaq, saçları barmağa dolamaq, qulağı ilə oynamaq, alt dodağını çeynəmək, barmaqlardan səs çıxarmaq, tüklərini yolmaq və s. 

Uşaqlarda pis vərdişlərin əmələgəlmə səbəbləri 

Uşağın psixikası çox plastikdir və müxtəlif təsirlərə çox həssasdır. Ətrafındakı hər hansı bir narahatlıq və ya dəyişiklik uşağın davranışına təsir edə bilər. Uşaqlarda pis vərdişlərin yaranmasının əsas səbəbləri bunlardır:

  • Həddindən artıq emosional gərginlik

  • Depressiya, pis əhval- ruhiyyə

  • Stresli vəziyyətlər (ailədaxili münaqişə, sevdiyi insandan ayrılma, xəstəlik və s.); 

  • Valideyn-uşaq münasibətlərində disharmoniya (valideynlər tərəfindən diqqətin az olması və emosional soyuqluq, həddindən artıq ciddiyyət, tərbiyə prosesində qeyri- stabillik)

  • Təhsildə uğursuzluq

  • Həmyaşıdları ilə münasibətdə problemlər

  • Valideynin pis adətlərinin olması

  • Məşğuliyyətin olmaması

 

Pis vərdişləri aradan qaldırmaq yolları

Uşaq çox vaxt vərdişlərindən imtina etmək istəmir və valideynlərin onu çəkindirmək cəhdlərinə müqavimət göstərir. Buna görə böyüklər səbirli olmalıdır. İlk növbədə pis vərdişin səbəbini müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır.

Uşaqlarda pis adətlə mübarizə üsulları müxtəlifdir. Ən sadə məsləhət - uşağınıza  mümkün qədər çox diqqət və vaxt ayırın. Valideynin məhəbbətini hiss etmək uşaqda özünəinam hissi yaradır. Pis vərdişlərin tərgidilməsində ailədə qarşılıqlı münasibətlərin normallaşmasının  çox önəmi var. Uşaq ailənin bir üzvü olduğunu, həm də sevilən bir üzvü olduğunu hiss etməlidir.

Uşağa evdə, küçədə, məktəbdə özünü necə aparmağı, bir sözlə, elementar davranış qaydalarını öyrətmək lazımdır. Ona başa salın ki, pis adət nədir və onu nə üçün etməməliyik. Uşaq bilməlidir ki, dırnaq yemək, barmaq sormaq, burun qurdalamaq dodağı çeynəmək xəstəliklərə səbəb ola bilər. Müxtəlif üsullarla uşaqda pis adətə qarşı ikrah yaratmağa çalışın.

Uşaqda pis adətlərin yaranmasının bir səbəbi də valideynin özündə pis adətlərin olmasıdır. Bu halda özünüzdən başlamalısınız.

Pis vərdişlə birbaşa mübarizə aparmayın, uşağı danlamayın, utandırmayın, uşağın diqqətini vərdişinə yönəltməyin. Əksinə, diqqətini maraqlı bir şeyə yönəltməyə, alternativ həll yollarını tapmağa çalışın. 

Uşaq barmağını sorursa, nə etməli?

Kiçik uşaqlar (iki və ya üç yaşa qədər) barmaqlarını tez-tez əmirlər. Bu, bir növ yuxugətirici və sakitləşdirici kimi təsir edir. Uşağın ehtiyacı olarsa, ona dəstək olun, sakitləşdirməyə çalışın. Yuxuya getməzdən bir-iki saat əvvəl aktiv oyunları istisna edin, körpəni çimizdirin, rahatlaşdırıcı masaj edin, nağıl oxuyun. Uşağın əlindən tutmaq və ya barmaqlarına vurmaq lazım deyil. Bu, problemi daha da dərinləşdirəcək.

Uşaq dırnaqlarını yeyirsə, nə etməli?

Bu, ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda, xüsusilə özünəinamı aşağı olan, emosional uşaqlarda rast gəlinir. Dırnaqlarını dişləyrək uşaq daxilindəki aqressiyanı, gərginliyi, qıcıqlanmanı azaltmağa cəhd edə və ya bundan sadəcə zövq ala bilər. Övladınızın həyəcan və narahatlığının səbəblərini aydınlaşdırmağa çalışın və onları dəf etməkdə yardım edin. Əgər dırnaqlarını dişləyrək uşaq qəzəbini söndürməyə çalışırsa, bunu başqa yolla, məsələn, kağızları cırmaqla və ya yastığı döyəcləməklə edə biləcəyini söyləyin. Uşağın həddindən artıq dərəcədə intellektual fəaliyyətə qapılmamasına da nəzarət edin.

Əgər uşaq sadəcə darıxdığından dırnaqlarını yeyirsə, ona rəsm, modelləşdirmə, tapmaca kimi alternativ məşğuliyyətlər təklif etmək, hərəkət prosesində uşağın barmaqlarını məşğul etmək olar. Böyük uşaqlara, xüsusən də qızlara, öz nümunənizdə dırnaqlara qulluq etmək, vaxtında kəsmək və təmiz saxlamaq öyrədilməlidir. 

Pis vərdişlər çox vaxt zərərsiz olub, tez bir zamanda yox olurlar. Lakin  davamlı pis vərdişlər artıq psixoloq və ya nevroloqa müraciət etmək üçün bir səbəbdir. Valideynlər vaxtında tədbir görsələr, arzuolunmaz davranışları daha tez və ağrısız aradan qaldırmaq olar.

 

 

 

 

.

Yenidoğulmuş uşağın (0- 2 ay) psixi inkişafı

Yetkin insanla qarşılıqlı münasibətin xüsusiyyətləri

İnkişafın bu dövründə uşaq, demək olar ki, bütün təlabatlarını yetkin insanın (ana-ata) vasitəçiliyi ilə ödəyir. Uşaq özünü narahat hiss etdikdə, yemək istəyəndə bu barədə siqnal verir (ağlayır) və böyüklər bu narahatlığın səbəbini aradan qaldırır.

Lakin bilmək lazımdır ki, uşaq bu siqnalı xüsusi olaraq hansısa adamlara yox, ümumi ətrafa verir. Təlabatları ödənildikdə sakitləşir və qarşılıqlı ünsiyyəti davam etdirmir. İnkişafın bu mərhələsində uşaq və böyük arasında ünsiyyət hələ yoxdur.

2-3-cü həftə uşağın oyaq olma vaxtının artması ilə xarakterizə olunur. Bu zaman uşağın sizin üzünüzə yönəlmiş baxışını izləmək olar.  Təxminən bu dövrlərdə uşaq səsə reaksiya verməyə başlayır. Belə ki, səsli əşyanın (zəng, açar) səsinə bir anlıq donur və sonra səsin mənbəyini gözləri ilə axtarmağa cəhd edir. 

Uşaq gözünüzə baxır. Bu, ünsiyyətin ilkin yaranması haqqında sizə məlumat verə bilər. Uşaqla dünyaya gəldiyi ilk gündən danışılmasa, qarşılıqlı münasibət yalnız fiziolojı ehtiyacları ödəməklə məhdudlaşsa, onda bu baxış (ünsiyyətin ilk komponenti) və əşyaları izləmə gec formalaşır.

Düzgün tərbiyə zamanı birinci ayın sonunda uşaq ona müraciət olduqda nəinki “donub” qalır, böyüyün gözünə baxır və təbəssüm edir. Qeyd etmək lazımdır ki, təbəssüm psixi inkişafın vacib məqamlarından biridir. Uşaq doğulandan sonra onun üzündə müxtləlif mimikalara (üz cizgilərinin ani vaxtda dəyişməsi) və təbəssümə rast gəlmək olur. Lakin bu təbəssüm ümumi ətrafa yönəlir və çox vaxt uşağın gözləri bağlı olur. Belə təbəssümü “fizioloji” adlandırırlar. Lakin böyüyün müraciəti əsnasında uşaq tərəfindən verilən təbəssüm (bu zaman uşağın baxışının böyüyün gözünə yönəlmisi şərtdir) “sosial” təbəssüm adlanır. 

Beləliklə, yenidoğulmuş uşaqda normal psixi inkişaf diqqətin insanlara və əşyalara yönəlməsi ilə xarakterizə olunur. Bu dövr həm də uşaq və böyük arasında olan ünsiyyətə hazırlıq mərhələsi hesab olunur.

 

Yenidoğulmuş (0-2 ay) uşaqların psixoloji dəyərləndirilməsi: canlanma kompleksi

Valideyn tərəfindən mütəxəssislərə övladları ilə bağlı  müraciətlərin böyük qismi uşaqların inkişafının normaya uyğun olub-olmamadığını aydınlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, hər bir mütəxəssis uşağı müayinə edərkən onun inkişaf normativlərinə uyğun olmasını dəyərləndirməlidir. Yenidoğulmuş uşaqların fizioloji parameterlərini (çəki, boy, başın ölçüsü və s.) obyektiv ölçmək üçün  cihazlar mövcuddur. Əlavə olaraq, bunun üçün xüsusi normativ cədvəllər var. Ölçülmüş vahidi bu cədvəldə olan rəqəmələrlə müqayisə etmək olar. Bəs psixoloq mütəxəssis tərəfindən bu yaş dövründə (0-2 ay) psixoloji dəyərləndirmə hansı meyarlara əsasən edilə bilər? Axı uşaq bu dövrdə heç danışmır. Bunun üçün canlanma kompleksi var ki, bu yaş dövründə normal inkişafın əsas göstəricisidir. Bu kompleks uşağın ətrafda olan insanlarla ünsiyyət vasitəsidir.

Dünyaya gəldikdən sonra dörd həftədən altı həftəyə qədər uşaqda bu halları müşahidə etmək olar: o artıq ananın dəstəyi ilə yetkin insanı əşyalardan ayıra bilir, müxtəlif ünsiyyət bacarıqlarını istifadə etməyə başlayır. Gözləri ilə inamlı şəkildə böyüyü axtarır, onun addımlarına, səsinə reaksiya verir, uzaq məsafədən onu görür. Ananın üzünə diqqətlə baxır, onun müraciətinə oyanıq reaksiya verir, səsinə diqqətlə qulaq asır, ayaq və əlləri ilə hərəkət edir.

Yuxarıda sadalananlar körpənin 2,5 ayında canlanma kompleksinin formalaşması ilə davam edir. Ananın körpəyə tərəf əyiləndə, o, gülümsəməyə başlayır, səslə reaksiya verir, məqsədyönlü olaraq gözlərə baxır və sadə əl-ayaq hərəkətlərini (yuxara-aşağı) yerinə yetirir. 

Canlanma kompleksi özündə 4 əsas komponenti ehtiva edir:

  1. “Donmaq” və baxışı insanın üzünündə cəmləşdirmək;

  2. Uşağın emosiyasını ifadə edən təbəssüm;

  3. Hərəkətli oyanma (başla hərəkətlər, əllərin və ayaqların qaldırılması, arxaya doğru əyilmə və s.)

  4. Vokalizasiya – qışqırtılar, qığıldamalar (qısa “kh”, “qk” bənzər səslər).

Bu komponentlər körpədə eyni zamanda ortaya çıxır. İkinci ayda formalaşan canlanma kompleksinin komponentləri öz intensivliyini dördüncü aya qədər artıra bilər. Altıncı aydan sonra bu kopleks “dağılır”, onun komponentləri bir-birindən müstəqil şəkildə müşahidə edilir və uşaqda digər davranış formaları yaranır. 

Aşağıdakı video-çarxda canlanma kompleksini əyani şəkildə müşahidə edə bilərsiniz 

https://www.youtube.com/watch?v=rOXQwt1g6Q4

Video-çarxda biz görürük ki, canlanma kompleksini izləmək üçün mütləq şəkildə uşaqla hər hansı bir şəxs (ana, ata və ya tərbiyəsində iştirak edən digəri) qarşılıqlı münasibət, ünsiyyət qurmalıdır. Maraqlı məqəmlardan biri odur ki, uşaq sanki böyük insanla dialoqdadır və bu dialoqda biri danışanda o birisi onu dinləyir. 

Psixoloq-mütəxəssis bu meyarları dəyərləndirərkən valideynə uşaqla danışmağını təklif edib yenidoğulmuşun reaksiyalarını müşahidə etməlidir. Bu zaman yenidoğulmuş çox vaxtı donmalı, valideynin müraciətini dinləməli və müraciət bitdikdən sonra özü vokalizasiya, əl-ayaq hərəkətlərinin müşayiəti ilə dialoqu davam etdirməlidir.  

Beləliklə, qeyd etmək lazımdır ki, yenidoğulmuş uşağın psixoloji inkişafını izləmək inmkanımız var. İki aylıq körpənin psixi inkişafının normaya uyğun olmasını dəyərləndirmək üçün əsas meyyarımız canlanma kompleksidir. Canlanma kompleksinin bütün komponentlərinin birgə müşahidə olunması şərtdir. Əgər onlar ayrı-ayrılıqda olsa, onda bu canlanma kompleksi deyil. 

 

Mənbələr

  1. Смирнова Е. О., Галигузова Л. Н., Ермолова Т. В., Мещерякова С. Ю. С 50 Диагностика психического развития детей от рождения до 3 лет — М.: АНО «ПЭБ», 2007.—128 с.

  2. СИДОРОВ И.Ю., СОБОЛЕВА Е.В. КОМПЛЕКС ОЖИВЛЕНИЯ КАК СПОСОБ ОБЩЕНИЯ МЛАДЕНЦА С РОДИТЕЛЯМИ Вестник совета молодых учёных и специалистов Челябинской области №2 (17) Т. 2 2017

 

Yenidoğulmuş uşağın tərbiyəsinə dair tövsiyələr

Uşağın ünsiyyətə hazırlanması

Uşaq dünyaya gələn andan etibarən artıq uşağın psixi inkişafı üçün uyğun şərtlər yaratmaq olduqca vacibdir. Bu səbəbdən doğum evində bununla bağlı bir sıra tədbirlər görülməlidir. Uşaq dünyaya gəldikdə ana ilə sıx əlaqədə olmalı, birbaşa ananın döşünə yaxınlaşdırılmalıdır. Ana və övlad üçün vacib olan məqamda onların arasında qarşılıqlı birgə münasibətin yaranması vacibdir.

Yenidoğulmuş uşaqlar öz fərdiliyi ilə dünyaya gəlir, buna görə də fərdi qayğıya ehtiyac duyurlar. Kimisi özünü uzanaraq və anadan ayrı olduqda rahat hiss edir, digəri üçün isə bu, əksinə, narahatlıq mənbəyidir. Bəziləri yalnız ananın əllərində sakitləşir. 

Əsas qayda budur ki, yenidoğulmuş körpənizlə nə qədər tez qayğısına qalmağa başlasaz, onu bir o qədər yaxşı tanıyacaq, tələbatlarını daha asan anlayacaqsız. İlk aylarda vacib məqamlardan biri uşağın narahatlığını qısa müddətdə aradan qaldırımaqdır. Əgər ana bunu təmin etsə, inkişafın ikinci yarımili uşaq müstəqil olaraq oyuncaqlarla təkbaşına daha çox vaxt keçirə bilər. 

Uşağın tərbiyəsində iştirak edən şəxslər onun gələcəkdə ərköyün olmasından narahat olmamalıdırlar. Ehtiyac varsa, uşağı qucaqda gəzdirin, ehtiyac varsa, əmzik verin. Uşaqla hər bir qarşılıqlı ünsiyyəti nəvazişlə qurun, münasibəti elə quqrun ki, sanki o, sizi anlayır.

Körpə ilə göz kontaktı qurmağa çalışın. Uşaq açıq gözlərlə uzandığı zaman onun hər baxışını “tutmağa” çalışın, diqqətini cəlb edin. O, sizin cəhdlərinizə reaksiya verməsəbelə, siz öz cəhdlərinizi davam etdirin. Göz kontaktı yarandıqda gülümsiyin, nəvazişli sözlərdən istifadə edin. Yenidoğulmuş körpə ana qucağında “döşəmmə düruşu”nda böyüklərin üzünü (emosiyalarını) daha yaxşı qavrayır.

Yenidoğulmuşun təbəssümünü mükafatlandırın. Əgər körpə sizə təbəssüm edirsə, ona təbəssüm və nəvazişlə reaksiya verin.

 

Zəkanın inkişafı üçün şəraitin yaradılması 

Uşağın dünyaya gəldiyi ilk günündən onun yatağında izləməsi üçün rahat olan əşyalar olmalıdır. Bu onun görmə qabiliyyətini inkişaf etdirəcək. Yatağa gəlincik qoymaq olar. Bu inkişaf dövründə insan üzü diqqəti cəlb edən ən əhəmiyyətli amillərdəndir. Bundan başqa, yatağın üstündə müxtəlif rəngli kişik oyuncaqlar asmaq olar.  Uşağın gözü ilə oyuncaq arasında uyğun məsafə 50 sm hesab olunur.

Uşaq əşyalara baxmağa başladıqda asan məşğələlərə keçə bilərsiz. Parıldayan əşyanı/oyuncağı uşağın gözlərinin önündə bir tərəfdən o biri tərəfə yelləyin və körpənin baxışını tutmağa çalışın. Təbii ki, ilk məqamlarda bu uğursuz ola bilər, lakin bunu davamlı olaraq etmək lazımdır. Bu məşğələ uğurlu alındıqdan sonra digər məşğələyə – əşyanı yaxınlaşdırıb-uzaqlaşdırmaq məşğələsinə keçmək olar. Bu məşğələlərlə uşağın ətrafa iki gözlə baxışını inkişaf etdirəcəksiniz. Oyuncaqları mütamadi olaraq dəyişə bilərsiz, lakin unutmayın ki, uşaq üçün ən maraqlı əşya insanın üzüdür.

Uşağın hərəkət bacarıqlarını, böyük motor bacarıqlarını inkişaf etdirmək üçün uşağı bələməmiş saxlamaq məqsədəuyğundur. Uşaq özünü nə qədər çox sərbəst hiss etsə, hərəkətlərini bir o qədər əlaqəndirə biləcək.

Bir əsas məqama da diqqət yetirmək lazımdır; bu, anaların istrahətinin təşkilidir. Ata, yaxud və digər ailə üzvləri doğuşdan ilk iki həftə sonra əmizdirmə istisna olmaqla, uşağın bütün ehtiyaclarını ödəyə bilərlər. Bu, həm ananın istirahətini təmin edir, həm də ailə üzvlərinin uşağı daha yaxşı tanımasına kömək edir.

 

Uşaq bezindən düzgün istifadə

  • Uşaq bezini hər 2-3 saatdan bir dəyişmək lazımdır.
  • Uşağın yanını gün ərzində (xüsusi ilə nəcis ifrazından sonra) bir neçə dəfə yuyun.
  • Uşağın bezini dəyişərkən dərisinin nəfəs alması üçün bir müddət fasilə vermək, uşağın bezsiz bir az iməkləməsinə imkan yaradın.
  • Qızartıların qarşısını almaq üçün bez altına krem sürtmək və ya uşaq tozu səpmək lazımdır.

Yenidoğulmuş üçün otaq temperaturu

•         Günorta saatlarında otağın istiliyi 22°C -dən çox olmamalıdır.

•         Gecə minimum 20-22°C, maksimum isə 24°C dərəcə ola bilər.

•         Otaq temperaturu 24°C -dən yüksək olsa, uşağın qəfil ölüm riski artır.

•         Quru və isti hava infeksiyalara qarşı həssaslığı artırır, tüpürcək və udma funksiyaları azalmış olur və mikroorqanizmlərin bu şəraitdə yerləşmə və çoxalma ehtimalı daha yüksəkdir.

Neonatal skrininq (Topuq testi)

Doğumdan dərhal sonra yenidoğulmuşda genetik xəstəlikilərin klinik əlamətləri özünü göstərməyə bilər. Yalnız yaş irəlilədikcə klinik simptomlar arta,kritik

vəziyyətə, postnatal ölümə belə gətirib çıxara bilər.

Neonatal skrininq dedikdə nə başa düşülür? 

- yenidoğulmuşlarda genetik xəstəlikləri aşkara çıxarmaq üçün aparılan çoxsaylı müayinə metodlarıdır. Bu müayinə üsullarından ən vaciblərindən biri-daban testidir. (topuq testi,zəka testi)

Topuq testi nə zaman aparılmalıdır?

- vaxtında doğulmuşun 4-cü sutkasında

- yarımçıq doğulmuşun 7-ci sutkasında

Bu test harada olunmalıdır?

- Adətən doğum evində aparılır.

Hansı qaydada aparılır?

Bəslənmədən 3 saat sonra topuqdan alınır. Bu müayinə metodu aşağıdakı genetik xəstəlikləri istisna etmək üçün aparılır.

-anadangəlmə hipotireoz,

-qalaktozemiya

-mukovissidoz

-Adrenogenital sindrom

Hər biri haqqında qısa məlumat verəcəyik.

Anadangəlmə hipotireoz-qalxanabənzər vəzin funskiyasının yetməzliyi nəticəsində uşağın psixi və fiziki inkişafı ləngiyir.Müasir tibbdə həkim tərəfindən təyin

olunmuş hormonal müalicə nəticəsində,inkişaf ləngiməsi bərpa olunur. Dərman təyini individual olaraq seçilir.

Fenilketonuriya- amintursşuların xüsusen də fenilalaninin metabolizminin pozulması nəticəsində yaranan nadir irsi fermentopatiyalardan biridir.Xəstəlik aşkar olunduqda həkim tərəfindən uzunmüddətli pəhriz təyin olunur.

Qalaktozemiya-süd mədsulları və ana südü ilə qidalanma zamanı yaranır.Bu zaman daxili orqanlar zədələnir (qaraciyər,sinir sistemi)

Adrenogenital sindrom-böyrəküstü vəz tərəfindən androgenlərin sintezi sürətlənir.Vaxtında müalicə olunmazsa,cinsi inkişaf sürətlənir,boy inkişafi dayanır.Gələcəkdə sonsuzluğa qədər gətirib çıxara bilər. Mukovissidoz-bu irsi xəstəlik nəsildən-nəsilə ötürülür. Çox rast gəlinir. Bu xəstəliyin özünəməxsus xüsusiyyətlərindən  biri yapışıq halda olan seliyin yaranmasıdır, bu da öz növbəsində selikli qişa ilə örtülən orqanlarının funksiyasını pozur( həzm sistemi,ağciyərlər və digər həyati vacib orqanlar.)

Neonatal dövrdə qıcolma əleyinə dərmanlar

 

Kəskin dövrdə qicolma əleyinə dərmanlarının konsentrasiyasına nəzarət edilməlidir. Bu dərmanlar tez-tez 3-6 ay arasında dayandırılır, əgər daha çox tutmalar baş verməmişdir. Daha əvvəl dayandırılma tendensiyası yaxşı nəticələrlə qarşılaşdı.

Ümumi tövsiyə 3 ay ərzində antiepileptik dərmanlardan  istifadə etməkdir, lakin elektroensefaloqrafiya AED-ların nə vaxt dayandırılacağına qərar verməkdə faydalı ola bilər.

Xəstə qıcolma olmursa , dərmanlar tədricən azaldıla bilər. Əgər xəstə 2 AED-dan istifadə edirsə, o zaman digərinin götürülməsini nəzərdən keçirməzdən əvvəl birincisi azaldılmalıdır.

Tutmalar təkrarlanırsa, xəstə yenidən AED-ları qəbul etməlidir. Fenobarbital və fenitoinin mənfi cəhətləri, o cümlədən uzunmüddətli yan təsirləri və fenitoin səviyyəsini saxlamaqda çətinlik çəkdiyi üçün digər dərmanlar nəzərdən keçirilə bilər. Bəzi variantlara levetirasetam, okskarbazepin və topiramat daxildir.

Antiepileptik dərmanların qəbulu nizamlı və effektiv şəkildə aparılmalıdır. Fenobarbital ilə ilkin müalicə nəzərdə tutulmalıdır. Tutmalar davam edərsə, fenitoin əlavə edilməlidir. Davamlı qıcolmalar  lorazepam və ya midazolam kimi venadaxili benzodiazepin istifadəsini tələb edə bilər.

Levetirasetam trandtional AED-lara cavab verməyən xəstələr üçün təsirli ola bilər. 2010-cu ildə levetirasetam FDA tərəfindən neonatal qıcolmalar üçün orfan dərman kimi təyin edildi. Levetirasetam venadaxili verilə bilər.

Lorazepam benzodiazepin antikonvulsantdır. Fenobarbital və fenitoinə davamlı olmayan hallarda istifadə olunur. Beyində əsas inhibitor neyrotransmitter olan GABA-nın təsirini artıraraq, lorazepam mərkəzi sinir sisteminin bütün səviyyələrini, o cümlədən limbik və retikulyar formasiyaları zəiflədə bilər.

Piridoksin artıq müzakirə olunan dərmanlara davamlı olan qıcolmalara  təsirli ola bilər. Normal dezoksiribonuklein turşusu (DNT) sintezi və hüceyrə funksiyası üçün vacibdir.

 Piridoksinə bağlı qıcolmalar olan xəstələr dərhal piridoksinə cavab verə bilərlər.

Neonatal dövrdə qıcolmalar

 

Neonatal dövrdə nevroloji disfunksiyaların ən xarakterik xüsusiyyəti qıcolmaların baş verməsidir. Neonatal qıcolmaların əsas etiologiyasını müəyyən etmək çox vacibdir. Etiologiya proqnozu və nəticəsini müəyyənləşdirir və terapevtik strategiyalara rəhbərlik edir.Neonatal dövr  körpənin həyatının ilk 28 günü ilə məhdudlaşır. Vaxtından əvvəl doğulmuş körpələr üçün bu termin adətən hamiləlik başlayandan 44 həftəyə qədər tətbiq edilir; yəni, konsepsiyadan 44 həftəyə qədər olan körpənin yaşı (yəni, doğuşdan sonra 4 həftəyə qədər).

Tutma xüsusiyyətləri.Yenidoğulmuşlarda qıcolmaların əksəriyyəti yalnız doğuşdan  bir neçə gün sonra  baş verir; körpələrin yarısından azında qıcolmalar daha sonra inkişaf edir. Bu cür neonatal qıcolmalar kəskin reaktiv (kəskin simptomatik) hesab edilə bilər və buna görə də neonatal epilepsiya termini neonatal tutmaları təsvir etmək üçün istifadə edilmir.Yenidoğulmuşlarda qıcolmalar nisbətən tez-tez baş verir, dəyişkən klinik təzahürlər göstərir. Onların mövcudluğu çox vaxt nevroloji disfunksiyanın ilk əlamətidir və onlar uzunmüddətli idrak və inkişaf pozğunluğunun güclü proqnozçularıdır.Yenidoğulmuşlarda əksər qıcolmalar fokal xarakter daşıyır, baxmayaraq ki, nadir hallarda generalizə qıcolmalar təsvir edilmişdir."İncə qıcolmalar" adlandırılanlar, vaxtında doğulmuş körpələrdə nisbətən  daha çox olur nəyin ki ,vaxtından tez doğulanlarda. Video elektroensefaloqramma (EEQ) tədqiqatları göstərdi ki, incə tutmaların əksəriyyəti elektroqrafik tutmalarla əlaqəli deyil.İncə qıcolmalara misal olaraq çeynəmə, pedal çevirmə və ya göz hərəkətləri daxildir, bu hərəkətlərin epileptik xarakter daşımadığı və daha çox ağır ensefalopatiyanın epi-fenomeni olduğu düşünülür. Neonatal qıcolmaların təsnifatı

Klonik qıcolmalar.Bu hərəkətlər ən çox elektroqrafik tutmalarla əlaqələndirilir. Onlar tez-tez bədənin bir ətrafını və ya bir tərəfini əhatə edir. Klonik hərəkətlərin ritmi adətən yavaş olur, saniyədə 1-3 hərəkətdir.

Tonik tutmalar.Bunlar bir ətrafı və ya bütün bədəni əhatə edə bilər. Bir ətrafı əhatə edən fokal tonik tutmalar çox vaxt elektroqrafik tutmalarla əlaqələndirilir.

Generalizə  tonik tutmalar tez-tez yuxarı və aşağı ətrafların tonik açıması  ilə özünü göstərir və həmçinin opistotonik şəkildə eksenel əzələləri əhatə edə bilər. Generalizə tonik tutmalar dekortik duruşları təqlid edir; əksəriyyəti elektroqrafik tutmalarla əlaqəli deyil.

Miyoklonik tutmalar.Bunlar bir  ətrafda və ya bədənin bir neçə hissəsində fokal şəkildə baş verə bilər (bu halda onlar multifokal miyoklonik qıcolmalar kimi təsvir olunur).Fokal və multifokal miyoklonik tutmalar adətən elektroqrafik korrelyasiya ilə əlaqəli deyil. Bu hərəkətlərin qeyri-epileptik xarakter daşıdığı və ağır ensefalopatiyanın əksi olduğu düşünülür.

Etiologiyası.Qıcolmalar böyük bir qrup neyron həddindən artıq, sinxron depolarizasiyaya məruz qaldıqda baş verir. Depolyarizasiya həddindən artıq həyəcanverici amin turşusu ifrazı (məsələn, glutamat) və ya çatışmazlıq inhibitor neyrotransmitter (məsələn, qamma aminbutirik turşusu [GABA]) nəticəsində baş verə bilər.

Hipoksi-işemik ensefalopatiya.Hipoksi-işemik ensefalopatiya nəticəsində yaranan qıcolmalar vaxtında və vaxtından əvvəl doğulmuş körpələrdə müşahidə oluna bilər. Onlar tez-tez həyatın ilk 72 saatında ortaya çıxırlar. Tutmalara incə, klonik və ya generalizə qıcolmalar daxil ola bilər.

Qanaxma.Kəllədaxili qanaxma vaxtından əvvəl doğulmuş körpələrdə nisbətən daha tez-tez baş verir.

.Metabolik pozğunluqlar.Metabolik pozğunluqlara hipoqlikemiya, hipokalsemiya və hipomaqnezemiya daxildir.

Genetik pozğunluqlar.İntrakranial infeksiyalar.Malformasiya sindromları

Xoşxassəli neonatal qıcolmalar.Xoşxassəli neonatal qıcolma sindromları ailəvi və ya idiopatik tutmalarla xarakterizə edilə bilər. Xoşxassəli ailəvi neonatal qıcolmalar adətən həyatın ilk 48-72 saatında baş verir; tutmalar 2-6 aya kimi yox olur. Bu körpələrdə inkişaf adətən normaldır.Xoşxassəli idiopatik neonatal qıcolmalar adətən həyatın 5-ci günündə (yəni, beşinci gün uyğun gəlir) özünü göstərir və böyük əksəriyyəti həyatın 4-cü və 6-cı günləri arasında özünü göstərir. Tutmalar çox vaxt multifokal olur. Serebrospinal mayenin (CSF) analizi ümumiyyətlə diqqətəlayiq deyil.

Körpəniz nə vaxt görür?

 

Dünya kiçik bir körpə üçün yeni və heyrətamiz bir yerdir. Öyrənməli çoxlu yeni bacarıqlar var. Sağlam körpələr görmə qabiliyyəti ilə doğulsalar da, gözlərini fokuslamaq, dəqiq hərəkət etdirmək və hətta onları birlikdə istifadə etmək qabiliyyətini hələ inkişaf etdirməmiş olurlar. Vizual məlumatların işlənməsi ətrafımızdakı dünyanı dərk etməyin vacib hissəsidir. Körpələrdə görmə və göz problemləri inkişaf gecikməsinə səbəb ola bilər, buna görə də körpəniz böyüdükcə və görmə qabiliyyəti inkişaf etdikcə müəyyən mərhələlərdən xəbərdar olmaq vacibdir.

 

Körpənizin görmə qabiliyyəti:

 Yeni doğulmuşdan 4 aya qədər

Körpəniz dünyaya gələndə sizə və ətrafdakı dünyaya qeyri-səlis gözlərlə baxır. Onlar ən yaxşı şəkildə müəyyən uzaqlıqdakı obyektlərə fokuslana bilirlər. Bu, körpənizi qucağınıza alarkən üzünüzü görməsi üçün doğru məsafədir. Bətninizin qaranlığından sonra dünya parlaq, vizual olaraq stimullaşdırıcı bir yerdir. Əvvəlcə körpəniz üçün müxtəlif obyektləri izləmək və ya bir-birindən ayırmaq çətin olacaq.

Körpənizin ilk bir neçə ayında gözləri birlikdə daha effektiv işləməyə başlayacaq. Ancaq koordinasiya çətin ola bilər və bir gözün çəpləşdiyini və ya hər iki gözün çəpləşdiyini görə bilərsiniz. Əksər hallarda bu normaldır. Xüsusilə bir gözün tez-tez içəriyə və ya xaricə baxdığını qeyd etməyə davam etsəniz, növbəti səfərinizdə bu barədə pediatrınızla danışmağa dəyər.

   Körpənizin əl-göz koordinasiyasını inkişaf etdirdiyini də fərq edə bilərsiniz, xüsusən də gözlərinin hərəkət edən bir obyekti izlədiyini və sonra əllərinin ona uzandığını izlədiyiniz zaman. Körpələrin doğulanda rəngləri nə qədər yaxşı ayırd edə bildiyi bilinməsə də, rəng görmə qabiliyyəti bu mərhələdə çox güman ki, tam inkişaf etməmişdir və körpəniz oyuncaqlarında və ədyallarında parlaq rənglərdən faydalanacaqdır. Təxminən 8 həftəlik körpələrin əksəriyyəti asanlıqla valideynlərinin üzünə diqqət yetirə bilir. Təxminən 3 ayda körpənizin gözləri ətrafdakıları izləməlidir. Körpənizin yanında parlaq rəngli oyuncağı yelləyirsinizsə, onun hərəkətlərini izlədiyini və əllərinin onu tutmaq üçün uzandığını görə bilməlisiniz. Körpənizlə danışmağı və gördüyünüz şeylərə işarə etməyi vərdiş edin.

 

Körpənizin görmə qabiliyyəti: 5-8 ay

Bu aylarda körpənizin görmə qabiliyyəti kəskin şəkildə yaxşılaşmağa davam edəcək. Onlar dərin qavrayış da daxil olmaqla yeni bacarıqlar inkişaf etdirməyə başlayacaqlar. Adətən, körpənin gözləri təxminən 5 aya qədər birlikdə kifayət qədər yaxşı işləmir. Bu yaşda onların gözləri hər şeyi dərindən görməyə başlamaq üçün lazım olan dünyanın 3 ölçülü görünüşünü yarada bilər.

Təkmilləşdirilmiş əl-göz koordinasiyası körpənizin maraqlı bir şey tapmasına, onu götürməsinə, çevirməsinə və müxtəlif yollarla araşdırmasına kömək edir. Körpəniz üzünüzə baxmağı çox sevəcək, ancaq tanış obyektləri olan kitablara baxmaq da maraqlı ola bilər. Bir çox körpə təxminən 8 aydan sonra sürünməyə başlayır və ya başqa cür hərəkət edir. Mobil olmaq körpənizin əl-göz-bədən koordinasiyasını daha da yaxşılaşdırmağa kömək edəcək. Bu müddət ərzində körpənizin rəng görmə qabiliyyəti də yaxşılaşacaq.

Övladınız 1 yaşı tamam olana qədər məsafəni yaxşı müəyyən edə biləcək. Bu, divanda səyahət etdikdə və ya otağın bir tərəfindən digərinə keçdikdə ortaya çıxan qabiliyyətdir. Bu mərhələdə onlar da müəyyən dəqiqliklə obyektlər ata bilərlər, ona görə də diqqətli olun!

Hələlik övladınız obyektləri bir araya gəldikdə çox yaxından görə bilər və s. Onlar hətta hərəkət edən obyektlərə də tez diqqət yetirə bilirlər. Şifahi birləşmələri stimullaşdırmaq üçün uşaqla danışarkən obyektlərin adını çəkməyə davam edin.

Göz simptomları və görmə problemləri

Uşaqların əksəriyyəti sağlam gözlərlə doğulur ki, bu da müvafiq böyümə modelini inkişaf etdirir. Amma görmə və görmə ilə bağlı problemlər ortaya çıxarmaq olar. Bu simptomlar problemi göstərə bilər:

  • göz qapaqları qırmızı və ya qabıqla örtülmüşdür
  • bir və ya hər iki göz daim çəpləşir
  • işığa həddindən artıq həssaslıq

Bunlar belə problemlərin əlamətləri ola bilər:

  • tıxanmış gözyaşı kanalları
  • göz infeksiyası
  • göz əzələlərinin disfunksiyası
  • gözdə yüksək təzyiq

Bu simptomlardan hər hansı birini görsəniz, həkiminizə müraciət edin. Körpəniz sizi doğulduqdan dərhal sonra görə bilsə də, gələn ili görmə qabiliyyətini yaxşılaşdırmaq və yeni bacarıqlara yiyələnməli olacaq. Yalnız körpənizlə əlaqə saxlayaraq və problemi göstərə biləcək hər hansı əlamətlərdən xəbərdar olmaqla bu inkişafı təşviq edə bilərsiniz. Əgər narahatsınızsa, həkiminizlə danışın.

 

Uşağım böyüsə də, hələ altını batırır, neyləməli?

   

 Enkoprez ən azı 3 ay davam müddətində və ayda ən azı 1 dəfə olan , 4 yaşdan yuxarı uşaqlarda nəcisin könüllü və ya qeyri -iradi nəcis saxlamamazlıqdır.

Bu halda məlumatsız valideynlər bəzən nə edəcəklərini bilmirlər. Ailə fiziki müayinə üçün əvvəlcə bir mütəxəssislə məsləhətləşməlidir. Megakolon, xroniki qəbizlik və anal çatlar kimi patologiyalar aradan qaldırılmalıdır. Sonra nəticədən asılı olaraq psixoloji və ailə faktorlarının qiymətləndirilməsi üçün bir psixoloqa müraciət edilməlidir. Tualet nəzarətinin əldə edilməsi prosesi, enkoprezin meydana gəlməsində həlledici və önləyici ola bilər.

Fərdi fərqlər olsa da, tualet vərdişi 2 yaşında əldə edilir. Bu dövrdə uşaq müstəqillik əldə etməyə çalışır. Bu cəhdlərdən lazımi və dəstəkləyici cavablar almasa, təşəbbüs göstərməyə qorxur. Buna görə də uşaq bir çox cəhdlərdə dəstəkləyici, sakit və səbirli olmalıdır. Tualetə nəzarət prosesində baxıcının dəstəkləyici münasibəti uşağa inam hissi verir.

Müstəqillik göstərmək bacarığı:

  • 2 saata qədər altının quru saxlamaq
  • Nəmli uşaq bezi sayının azalması
  • Paltarı öz başına geyinmək və çıxarmaq bacarığı, ümumi motor bacarıqları
  • Tualet ehtiyacını sözlərlə, mimikalarla və ya müxtəlif davranışlarla ifadə etmək/izah etməyə çalışmaq
  • Çirklənmiş uşaq bezi ilə özünü narahat hiss etmək və onu dəyişdirmək istəyi

Uşağın güvəcdə (qarşok) , tualetdə olarkən ayaqlarının yerə toxunması və rahat gücənməsi çox vacibdir. Bu şəkildə ailə uşaq üçün prosesi asanlaşdıra bilər. Oturanda uşaq üçün oxuya və danışa bilər. Burada məqsəd uşağın tualet mühitinə alışması üçün vaxt verməkdir. Valideyn tualet qaydaları haqqında mahnılardan istifadə edə bilər, tualet rejimini izah edən hekayələr danışa bilər. Uşağa tualet edərək sevimli oyuncağını modelləşdirə bilər. Qeyd olunan təkliflər uşağın anlaya biləcəyi şəkildə tətbiq olunmalıdır. Fiziki cəhətdən hazır olan uşaq da bu prosesə psixoloji cəhətdən hazır olacaq. Uşaqları tualetə təkbaşına baş çəkməyə təşviq etmək lazımdır. Bu təşviq israrlı və basqıcı bir şəkildə olmamalıdır. Əks təqdirdə, tualetə getmək uşaq üçün işgəncə ola bilər və proses hər iki tərəf üçün yorucu olmağa başlayır. Uşağın tualetdən istifadə qorxusu ola bilər. Tualet çöldədirsə, gecə qaranlıqda çölə çıxmaq, böyüklər üçün tualetə düşmək uşağı qorxuda bilər. Güvəcin hara qoyulacağına uşaqla birlikdə qərar vermək ,uşağın muxtariyyət qazanmağa çalışdığı bu dövrdə uşağın seçimini özünün etməsi daha məqbul olacaq.

Uşaq uşaq bezi üzərinə batırdıqda uşaq bezi güvəcə boşaldılır ki, uşaq görsün. Beləliklə, uşaq “kakanın” harada olması lazım olduğunu öyrənir. Diqqət yetirilməli olan başqa bir məqam ailənin uygunlaşmasıdır. Ailə uşağı cəzalandırmamalı, tolerant və çevik olmalıdır. Çox sərt və zülmkar bir davranış, uşağın yetkinlik yaşına çatdıqda mükəmməlliyə və həddən artıq titiz olmasına səbəb ola bilər. Bundan əlavə, ailənin bu münasibətinə qəzəblənərək və könüllü olaraq altını batırararq bununla ailəni cəzalandıra bilər. Əgər uşaq bezə etmək əvəzinə tualetə getmək istəyirsə, onu mükafatlandırmaqla yeni bacarığı gücləndirilməlidir. Bu mükafatlar; alqışlar, davranışları ilə bağlı özünü yaxşı hiss etdirəcək bir cümlə (" bezi tullamaq əvəzinə tualetdə etməyiniz xoşdur, bu davranışı çox bəyənirəm") və bu davranışına görə mükafatlandırıcıdır ("Çox xoşdur uşaq bezi ilə etmədin, indi səninlə parka gedə bilərik ").

Enkoprezisin yaranmasında və saxlanılmasında ailə faktorları çox vacibdir. Valideynlərdə  qarşıdurmalar, narahatlığın patoloji səviyyəsi, diqqətli olmaq və s. Problemlər enkoprez problemi olan ailələrdə tez -tez görülür. Ailə, ekspert dəstəyi alaraq həm enkoprez, həm də fərdi və ailənin rifahı üçün addımlar atmalıdır.  Ailə, münasibət və davranışlar mövzusunda son dərəcə diqqətli olmalısınız. Və ya əksinə, ailə bunun zamanla aradan qaldırılacağını düşünərək səssiz və passiv qalarsa, encoprez inkişaf edə bilər.

Oynayarkən altını batırmaq və ya uyğun olmayan yerdə etmək daha çox görülür. Bu səbəbdən ailə müəyyən vaxtlarda uşağa xatırlada bilər. Ancaq oyun zamanı çox məşğul olan tualet uşaq üçün cansıxıcı ola bilər. Bu səbəbdən ailə bu müzakirələrin vaxtını yaxşı təşkil etməlidir. Darıxdırıcı və yorucu olmamalıdır. Gün ərzində müntəzəm olaraq tualetə getmək də enkoprez vəziyyətində arzu olunan bir davranışdır. Hər yeməkdən sonra və ya gecə yatmazdan əvvəl uşaq uşağı tualetə apara bilər.

Yeni bir yerə köçmək, bacı - qardaş sahibi olmaq, qohumlarından birinə ciddi narahatlıq yaradan səbəblərə diqqət yetirməlidir. Bəzi hallarda uşaq ailəyə olan qəzəbini bu şəkildə ifadə edir. Bu baxımdan bir psixoloqa müraciət etmək çox vacibdir. Psixoloqun müşahidələri və tövsiyələri patologiyanın gedişatını təyin edir.

 

Uşağın sünnəti nə vaxt edilməlidir?

Ədəbiyyata baxanda ən çox tövsiyə olunan yaş qrupu doğulandan 1 həftədən 2 ilə qədər olan dövrdür, yəni körpəlik dövrüdür. Bu dövrdə müxtəlif səbəblərdən sünnəti olunmayan uşaqlarda 2 yaşdan 6 yaşa qədər olan dövr , cinsiyyət orqanları ilə tanış olmaq, diqqət çəkmə dövrü olduğu üçün tövsiyə edilmir. Bu dövrdə edilən sünnətlərdə, uşağın bədəninin bütövlüyünün pozulması, cinsiyyət orqanı ilə əlaqənin kəsilməsi, kastrasiya qorxusunun inkişafı kimi müxtəlif psixiatrik problemlər müşahidə olunur. Uşağın psixoloji inkişafı prosesində 2 ilə 7 yaş arası yaşın uyğun olmadığı düşünülür. Hər yaşda sünnət, uşaq üçün travmaya çevrilmədən və qorxu yaşamasına icazə vermədən, sakitləşdirici adlandırdığımız ümumi anesteziya altında edilməlidir. Cərrahiyyə uğuru və yara sağalma prosesi baxımından yaş əhəmiyyətli deyil.

Yenidoğan sünnətində sünnət hansı vəziyyətdə təxirə salınmalıdır?

1. Hər şeydən əvvəl, körpənin erkən dövründə fərq edilə biləcək ciddi bir əlavə xəstəliyin olub olmadığını istisna etmək və körpənizdə meydana gələn bütün fizioloji postnatal dəyişikliklərə uyğunlaşmaq lazımdır.

2. Ailədə qanaxma xəstəliyi tarixi olmamalıdır.

3. Penisin görünüşündə heç bir anormallıq olmamalıdır.

4. Penis ölçüsü kiçik olmamalıdır.

Yenidoğulmuş sünnəti necə edilməlidir?

● Steril bir mühitdə (əməliyyat otağında), anestezioloqun müşayiəti ilə və zəruri hallarda pediatr dəstəyinin olduğu yerlərdə edilməlidir.

● Yeni doğulmuş körpələrin ağrı hiss etmədiyini söyləmək yanlışdır. Körpə lokal anesteziya və ya sedasyon anesteziyası adlanan üsullarla sakitləşdirilməli və ağrı hissi olmamalıdır.

● Anesteziya üsullarından əvvəl körpə qusma səbəbiylə aspirasiya/boğulma riskinə baxmayaraq ən az 4 saat ac qalmalıdır.

Sünnətdə lazer istifadə edilməlidir, niyə?

Texnoloji sünnətin də mənfi bir təsiri var. Lehimləmə dəmiri sünnətdə istifadə olunmağa başladı. Xalq arasında "lazer sünnəti" adlanan, lakin bununla heç bir əlaqəsi olmayan bu sistemdə dəri elektriklə qızdırılan tellə kəsilir. İstiliyin təsiri ilə damarlar yanır və qanaxma görünmür. Bununla birlikdə, qan təchizatı və hissi sinirləri baxımından həssas olan penisə bir lehimləmə polad istifadə etmək qalıcı zədələrə səbəb ola bilər.

   Anesteziya niyə və necə edilməlidir?

Sünnət lokal və ya ümumi anesteziya altında edilə bilər. Seçim edərkən uşağın yaşı və daha da əhəmiyyətlisi sünnətin uşaqda qorxu, stres və travmaya səbəb olma ehtimalı nəzərə alınır. Sünnət 6 ay əvvəl xəbərdarlıq edilməmişsə və ya uşaq vəziyyəti başa düşmək və qəbul etmək üçün yetkin olsa, lokal anesteziya altında edilə bilər. Digər hallarda həm uşağı narahat etməmək üçün, həm də həssas əməliyyatın uğuru və keyfiyyəti baxımından ümumi anesteziyaya üstünlük verilməlidir.

    Bərpa prosesi nə qədər davam edir?

   ● Körpələrdə (2 yaşa qədər) yara sağalması sürətli olduğundan orta hesabla 4-7 gün ərzində normala tam qayıdış müşahidə olunur.

   ● 2 yaşdan yuxarı uşaqlarda orta hesabla 7-10 gün ərzində tamamilə normal bir görünüş və sağalma müşahidə olunur.

 

Pfizer, sentyabr ayında 2-11 yaş arası COVİD-19 peyvəndi EUA tələb etməyi planlaşdırır

 

2-11 yaş arası uşaqlar bu payızda Covid-19 peyvəndi ala bilərlər.

Pfizer sədri və baş icraçı direktoru Albert Bourla, DVM, Ph.D., rüblük mənfəət zəng edib. Çərşənə axşamı o sentyabrda Qida və Dərman Administrasiyasını (FDA) tərəfindən tələb təcili istifadə icazəsi (EUA) gözləyir. Planına görə, dördüncü rübdə altı aydan 2 yaşa qədər bir EUA tələbi davam edəcək.

Pfizer və tərəfdaşı BioNTech hazırda 12-15 yaş arası yeniyetmələr üçün EUA bağlı FDA qərarını gözləyirlər. New York Times təsdiq dərsləri payız başlamaq əvvəl yeniyetmələr peyvənd etmək imkanı verən, gələn əftə erkən sonra bu həftə və ya gələ bilər bildirdi. Mart ayında şirkətlər peyvəndlərinin təhlükəsiz və bu yaş qrupunda 100 % təsirli olduğunu bilirdi.

Prezident Joe Biden, çərşənbə axşamı günü FDA-nın təsdiq edəcəyi təqdirdə səlahiyyətlərinin pediatr və ailə həkimləri vasitəsilə peyvəndlərin hazırlanmasına diqqət yetirəcəklərini söylədi. Dövlətlərə 4 iyula qədər mümkün qədər çox yeniyetmənin peyvənd edilməsinə çağırır.

 “Valideynlər və övladları bu barədə ailə həkimi ilə danışa və vuruşlarını ən çox etibar etdikləri bir provayderdən ala bilərlər. Asan, sürətli və pulsuz” dedi.-Biden. “Yeniyetmələr bu yay hərəkətdədirlərsə, ilk vuruşlarını bir yerdə ikinci vuruşlarını başqa yerlərdə ala bilərlər.”

AAP, uşaqlarda və yeniyetmələrdə pediatrik peyvənd sınaqlarını aparmağa davam etdi. AAP və Uşaq Xəstəxanaları Birliyinin məlumatlarına görə, keçən həftə uşaqlar yeni hadisələrin 22,4 %-ni təçkil etdi, bu da artmaqdadır. 3,78 milyondan çox uşaq SARS-CoV-2-yə yoluxdu və ən az 303 nəfər öldü. Pandemiya, eyni zamanda uşaqların zehni və emosional sağlamlığı, sosial rifahı və təhsil təcrübələrinə də təsir etdi.

Yeniyetmələrin peyvəndi ilə AAP, pediatriklərə tətbiqlərində peyvəndi hazırlamağa kömək edir. Bu yaxınlarda Covid-19 peyvəndləri ilə bağlı suallarımızı yeniləmiş və necə hazırlanacağı, aşılamanın pediatrik praktikada necə tətbiq ediləcəyi və peyvənd administrasiyası üçün necə maaş alacağımız barədə yeni tövsiyyələr yayımladı.

Çərşənbə axşamı günü uşaqlar və yeniyetmələr üçün aşılanmaya toxunan Dr. Bourla, şirkətin bu ayın sonuna qədər 16-85 yaş arası Pfizer-BioNTech peyvəndinin tam FDA lisenziyasına müraciət etməyi planlaşdırdığını söylədi. İyul ayının sonu və ya avqust ayının əvvəlində hamilə qadınlar haqqında 2-ci mərhələdə təhlükəsizlik məlumatlarına sahib olmağı da gözləyir.

Pfizer, eyni zamanda ağır soyuq saxlama tələlərinə cavab verir və FDA-ya dörd həftəyə qədər standart soyuducu temperaturda saxlama ilə nəticələnə biləcək yeni məlumatlar təqdim etdi.

 

Uşaqlarda Covid-19 peyvəndi

 

Bir neçə ölkədə o cümlədən Azərbaycanda da 12 yaşdan başlayaraq uşaqlara valideynlərin razılığı ilə Covid-19 peyvəndinə icazə verildi. Məktəblərin açılması, ailələrin Covid-19 infeksiyası qoruma yolları narahatçılıqları peyvənd etdirmək zərurəti yaratdı.

Araşdırmalar Pfizer-BioNTech Covid-19 peyvəndinin 12-15 yaş arası uşaqlarda xəstəlikdən qorunmasında 100 % effektiv olduğunu göstərmişdir.

16 yaş və yuxarı insanlar da Covid-19-la bağlı ciddi xəstələnirlər.

Son araşdırmalar peyvəndin delta variantının törətdiyi ciddi ağırlaşmaları 96 % qoruduğunu göstərir.

Pfizer-BionTech Covid-19 peyvəndi 12-15 yaş arası uşaqlarda 16 yaş və yuxarı insanlarda bənzər yan təsirləri olduğu görülmüşdür.

Ən çox rast gəlinən yan təsirləri:

  1. İynə yerində ağrı
  2. Halsızlıq
  3. Baş ağrısı
  4. Titrətmə
  5. Əzələ ağrısı
  6. Hərarət
  7. Sümük ağrısı

Böyüklərdə olduğu kimi uşaqlarda da yan təsirlər 1-3 gün arası ola bilər. Peyvəndin 2-ci dozasından sonra yan təsirlər çox xəstələrdə olur, yan təsirləri və qoruyuculuğu isə böyüklərdə izləndiyi kimidir. Xüsusilədə məktəblərin açılması xəstəliyin yayılmasını sürətləndirir. Peyvənd həyat qurtarır.

 

Uşaqlarda iməkləmənin önəmi

Uşaqlar sərbəst oturmağı bacardıqdan sonra 7-8 aydan etibarən iməkləməyə başlayırlar. İməkləmənin üstünlükləri:

  1. Sümük-əzələ sistemi möhkəmlənir, xüsusilə qol, ayaq, qarın, çanaq əzələləri möhkəmlənir.
  2. Müvazinətini saxlamağa kömək edir.
  3. Sinir sisteminin inkişafına təsir edir. İməkləmə zamanı əllər və ayaqlar çarpaz hərəkət edir. Bu zaman beyin kürələri inkişaf edir.
  4. Görmə qabiliyyəti inkişaf edir.
  5. İncə motorika güclənir.

           Araşdırmalara görə iməkləyən uşaqlar oxuma, yazmada daha aktiv inkişaf edirlər. Həmçinin gələcəkdə riyazi fənnləri daha yaxşı qavrayırlar.

Səbəb çarpaz hərəkətlər sayəsində beyinin hər iki yarımkürəsinin birgə fəaliyyətidir. Bəzi usaqlar iməkləmədən yeriməyə başlayırlar.

Yenidoğulmuşlarda eşitmə testinin autizmin erkən aşkarlanmasında perspektivliyi

Sosial ünsiyyət və qarşılıqlı əlaqə problemlərini özündə cəmləşdirən autizm spektr pozuntusuna (ASP) təxminən 59 uşaqdan birində rast gəlinir. Erkən aşkarlama və müdaxilə nəticələrin yaxşılaşdırılması üçün vacibdir.

ABŞ-da aparılan tədqiqatın nəticələri yenidoğulmuşlarda geniş tətbiq olunan eşitmə testinin autizmin erkən aşkarlanması üçün indiyə kimi istifadə edilməmiş potensial imkanlarını göstərir. Tədqiqatın nəticələri 31 oktyabr 2020-ci il tarixində “Autism Research” jurnalında dərc edilmişdir.

Yenidoğulmuşlarda eşitmənin universal skrininqi (UNHS - Universal neonatal hearing skreening) üçün istifadə olunan ABR (Auditory brainstem response) testi zamanı eşitmə sinirinin və beyin kötüyünün səsə cavabını ölçmək üçün səthi elektrodlardan istifadə edilir.  Səslər səthi elektrod tərəfindən qeyd olunan elektrik aktivliyini yaradır və beyin kötüyünə çatdıqda ardıcıl beş dalğa yaradır - I, II, III, IV və V dalğalar. Tədqiqat zamanı aşağı intensivlikli səsdən istifadə edilmişdir. Eşitmə testi zamanı qulaqcıq uşağın qulağına qoyularaq sağ qulaqda saniyədə 77, sol qulaqda saniyədə 79 səs sürətilə normal eşitmə səviyyəsindən 35 dB yuxarı şıqqıltı səsinin ötürülməsi həyata keçirilmişdir.

Əvvəlki tədqiqatlar autizm olan uşaqlarda anormal ABR amplitudlarını təyin etmişdi. Hazırki tədqiqatın nəticələri ASP qrupunda sağ qulaqdakı ABR fazasının ASP olmayan qrupla müqayisədə əhəmiyyətli dərəcədə uzandığını göstərdi (P <0.001). Sol qulaqdakı ABR fazası ASP qrupunda əhəmiyyətli dərəcədə uzanmışdı (P = 0.021). Beləliklə, V-mənfi dalğa normal inkişaf edən uşaqlarda 8 ms-dən, ASP qrupunda isə 8,5 və ya 9 ms-dən sonra görünür.

Tədqiqatın aparıcı müəllifi Harvard Tibb Fakültəsi Biotibbi İnformatika Bölümünün elmi işçisi Oren Miron bildirmişdir: «Alınmış nəticələr autizmin bir çox hallarda sensor və eşitmə aspektləri olduğuna və səsə mənfi reaksiyaların autizmin ən erkən davranış əlamətlərindən biri olduğuna dair anlayışımızı daha da gücləndirir. Yenidoğulmuşlarda eşitmənin universal skrininqi (UNHS) üçün  istifadə olunan ABR testi eşitmə qüsurlarının aşkarlanması üçün optimallaşdırılaraq minlərlə uşağa kömək etməyə imkan verir. Doğuşdan sonrakı ilk həftələrdə ASP ABR biomarkerlərinin mövcudluğu bu uşaqların böyük bir qrupunda autizm spektr pozuntusunun doğuşdan əvvəl meydana gəlmə ehtimalının olduğunu göstərir.

ABR testi yalnız eşitmə zəifliyini aşkarlamaq üçün deyil, eyni zamanda daha az intensivlik istifadə etməklə autizm riskini müəyyənləşdirmək üçün də istifadə edilə bilər. Bu, davranış pozuntularının daha erkən diaqnozuna, ASP olan uşaqlar üçün daha erkən müalicəyə və daha yaxşı nəticələrə səbəb ola bilər. Eşitmə testi autizm üçün yalnız bir göstərici olub, xəstəliyin erkən diaqnozu, müalicəni asanlaşdırmaq və nəticələrini yaxşılaşdırmaq üçün digər davranış xüsusiyyətləri və genetik  markerlərlə birləşdirilməlidir.

Yeni tədqiqat V-mənfi və faza anomaliyalarının ASP ilə əlaqəli olduğunu göstərən ilk tədqiqat olub, ASP olan insanlarda bu dəyişilliklərin beyin kötüyündəki anatomik anomaliyalar ilə əlaqəli ola biləcəyini göstərir. Yenidoğulmuşlarda  eşitmə testinin klinik cəhətdən faydalı, daha dəqiq və spesifik olması üçün daha çox araşdırmalar aparmaq lazımdır.

 

Mənbə

  1. Common Newborn Hearing Test Promising for Early Detection of Autism - Medscape - Nov 17, 2020

Aşağı ətrafların deformasiyası

Böyüməkdə olan uşaqlarda aşağı ətraflarda olan deformasiyalar valideynlər üçün ümumi narahatlıq göstəricisidir, eyni zamanda bud, diz və ayaq ağrılarının potensial səbəblərindəndir. Pediatrlara edilən içə basma, bayıra basma, yastı pəncəlik, O/X şəklində ayaqlar, W şəklində oturma kimi şikayətlərlə müraciətlər hər zaman üstünlük təşkil edir. Bu əlamətlər, bəzən altda yatan xəstəliyin olmamasına baxmayaraq, çox ciddi xəstəliklərin ilk simptomu, xəbərçisi olaraq da qarşımıza çıxa bilir.

İçə basma bir neçə səbəbdən ola bilər və əsasən yaş artdıqca düzəlir. Düzəlmə olmadıqda isə müalicə seçimləri düşünülməlidir. Ən çox görülən deformasiya metatarsus adduktus adı verilən və ayağın sadəcə daraq və barmaq hissəsinin içə dönük olmasıdır. Uşaqların ana bətnində olan pozisiyası buna səbəb ola bilər. Bu problem yüngül və orta dərəcələrdə 3-4 yaşlarına qədər düzəlir, prosesdə masaj və ya sadəcə izləmə yetərli olur. Ağır dərəcələrdə isə konservativ və ya cərrahi müalicə ehtiyacı olur.

İçə və bayıra dönmənin səbəblərindən biri isə tibia sümüyünün (qamış sümüyü) dönməsidir və əsasən 1,5-2 yaşlarında heç bir müdaxiləyə ehtiyac olmadan düzəlir. Müalicəsində xüsusi ayaqqabı, şin (atel), korset və s. ehtiyacı yoxdur. Digər bir səbəb bud sümüyünün içə və ya bayıra dönüklük dərəcəsinin yüksək olmasıdır. Bu vəziyyətdə isə əsasən 7-8 yaşlarına qədər düzəlmə görülür. Uşaqların çox az qismində müalicəyə ehtiyac duyulur.

Yastı pəncəlik (pes planus) ailələri narahat edən digər şikayətlərdən biridir. Yenidoğulmuş uşağın ayağının altında yağ yastıqcığı olması səbəbi ilə ayaq altı düz görünümdə olur. 3 yaşına qədər bu ayaq altı yağ yastıqcığının azalması və ayaq qövsünün əmələ gəlməsi gözlənilir. Pes planus sərt və elastik (yumşaq) olabilir. Əgər ayağı havaya qaldırdığında ayaq qövsü görünür, yerə basarkən düzləşirsə bu elastik (yumşaq) pes planusdur. Ümumilikdə əzələlərin gücləndikcə düzəlməsi gözlənilir. Həkim təyinatı ilə xüsusi ayaqqabı və ya ayaqqabı içliyi verilə bilər. Əgər ayaq altı həm havada, həm də basarkən yastıdırsa bu sərt yastı pəncəlikdir və yaxın izləmə tələb edir, ehtiyac halında müdaxilə olunur. Pes planusa bağlı ağrı olduqda uşaq pediatr və ortoped tərəfindən tam müayinə edilməli, ehtiyac olarsa cərrahi müalicə üsullarına müraciət edilməlidir.

X və ya O şəklində ayaqların (genu varum və genu valgum) çox zaman səbəbi bilinmir və 5-7 yaşa qədər fizioloji olaraq görülə bilir. Bilinən səbəblər arasında raxitizm, sümük displaziyaları, genetik xəstəliklər (məsələn osteogenezis imperfekta kimi), travma və ya infeksiya sonrası epifiz zədələnməsi, ailədə bənzər şikayəti olan birinin olması və s. sayıla bilər. Həmçinin artıq çəki də genu varum/genu valguma səbəb ola bilər və ya var olan siptomları şiddətləndirə bilər. Əgər bu deformasiya 10 yaşından sonra da davam edərsə cərrahi müdaxilə ehtiyacı ola bilər.

Bir digər ailələri narahat edən şikayət isə uşaqların W şəklində oturmasıdır. Çoxları bu şəkildə oturan uşaqlarda ayaqlarda əyrilik, yerimədə pozulma kimi nəticələrin ola biləcəyini düşünsə də, tam tərsi ayaqlarda içəri əyrilik olan uşaqlar bu pozisiyanı rahat otura bildikləri üçün seçirlər. Qısa müddət bu şəkildə oturmağın göstərilmiş hər hansı bir zərəri yoxdur. Bəzi müəlliflər W şəklində oturan uşağın diqqətini dağıdaraq oturma şəklinin dəyişdirilməsini məsləhət görürlər.

 

Şəbnəm Bağırlı

Pediatr

 

 

Əmzikdən istifadə qaydaları

Yeni doğulmuş körpəsi olan valideynlər üçün körpələrinin əmzik istifadəsi önəmli qərarlardan biridir. Valideynlərə qərar verməyi asanlaşdırmaq üçün əmzik barədə bütün məlumatları bu yazıda topladıq.

Körpələrin əmzikdən istifadəsi sadəcə valideynlər arasında deyil, pediatrlar arasında da hər zaman müzakirələrə səbəb olmuşdur. Bütün bu fikirlər gözdən keçirildiyində bəzi avantajlar və dezavantajlar ortaya çıxır.

Amerika Pediatriya Akademiyası “Südəmər uşağın qəfləti ölümü” sindromu riskini 50-90% azaltdığı üçün əmzik istifadəsini məsləhət görür. Eyni zamanda üz üstə və ya yan yatan, yatağını başqa bir uşaqla və ya valideyn (baxıcı) ilə paylaşan, yumşaq yataqda yatan uşaqlarda da əmzik “Südəmər uşağın qəfləti ölümü” sindromu riskini azaldır.

Əmzikdən istifadə körpənin sakitləşməsinə, xüsusilə  də öz-özünü sakitləşdirməsinə səbəb olur. Bu sakitləşmə körpənin ac olmasa da əmmək refleksini qane etməsi üçün normadan artıq əmməsinin qarşısını alır və ana övladını bəsləmədiyi zamanları daha faydalı keçirə bilir.

Prematür (yarımçıq doğulmuş), doğum kilosu az olan və ya altda yatan başqa bir xəstəliyi olması səbəbi ilə əmməsi zəif olan körpələr əmərək bəslənməyi öyrənənə qədər əmzik istifadəsinin faydalı olduğu düşünülür.

Bəs əmzik istifadəsinin doğru zamanı nə zamandır?

Ana və körpə arasında bağlanma tamamlanmadan əmzik istifadəsinə başlanması tövsiyyə olunmur. Bu ana südü ilə qidalanmanın rəddinə gətirib çıxara bilər. Bu səbəbdən əmzik istifadəsi ən az körpə 1 ayını tamamladıqdan sonra başlanmalıdır. 18 aylıqdan sonra orta qulağın iltihabı riskini artırdığı, 2 yaşdan sonra isə diş və damaq problemlərinə səbəb olduğu üçün əmzik istifadəsi tövsiyə olunmur.

Körpəmiz əmzik istifadə edərkən nələrə diqqət etməliyik?

Əmziyin tərkibində bisfenol A (BPA) maddəsi olmamasına birinci növbədə diqqət yetirilməlidir. Əmziyin boyundan düşməməsi üçün bəzən valideynlər boyuna bağlanan vasitələrdən istifadə edirlər. Bu körpənin boğulmasına səbəb ola biləcəyi üçün risklidir və yol verilməzdir. Bunun əvəzinə körpənin yaxasına sancmaq üçün olan vasitələrdən istifadə oluna bilər. Əmziklər də paltar, ayaqqabı kimi uşaq böyüdükcə onun ayına və ağız quruluşuna uyğun olaraq dəyişdirilməlidir. Evdə başqa əmzik istifadə edən körpə varsa, əmziklər qarışdırılmamalı, hər uşağa spesifik əmzik istifadə olunmalıdır. Əmziyin ağız kənarında qalan hissəsində havalanma dəlikləri olmasına diqqət edilməlidir. Körpə əmzik istifadə etmək istəmirsə məcbur etməyə, mürəbbə və ya başqa dadlandırıcı ilə verməyə ehtiyac yoxdur.

Əmzik istifadəsi nə zaman sonlandırılmalıdır?

2-6 ay arası körpələrdə “Südəmər uşağın qəfləti ölümü” sindromu riski yüksək olduğu üçün əmzik istifadəsinin sonlandırılmasına ehtiyac yoxdur. 9 aydan sonra əmziyi buraxmağa başlamaq tövsiyə olunur. Orta qulaq iltihabı, diş və damaq problemləri riski yaşla bərabər artdığı üçün uyğun zaman dilimində körpəyə baxan hər kəsin ümumi fikri ilə əmzik buraxılmalıdır. Əgər valideynlərdən biri əmzik verməyib digəri verirsə, bu uşağı çaşdıracaq və əmzik buraxma prosesini çətinləşdirəcəkdir.

Əmzik körpənin özünü sakitləşdirməsi üçün bir vasitədir. Bu səbəblə körpə xəstəlik dönəmindədirsə, körpəyə baxan insan dəyişərsə, ana və ya ata ilə ayrılıq (işə başlama, səfərə çıxma və s.) varsa, körpəyə zaman verilməli, əmzik istifadəsini sonlandırmaq üçün daha sıradan və sakit zaman seçilməlidir.

 

Şəbnəm Bağırlı

Qızılca virusu

Qızılca virus mənşəli, ciddi fəsadlara və ölümə səbəb ola bilən yoluxuculuğu yüksək,  hava-damcı yolu ilə yayılan ciddi bir xəstəlikdir. Qızılca peyvəndi 2000-2021-ci illər arasında 56 milyon ölümün qarşısını almışdır (ÜST). Təhlükəsiz və ucuz peyvənd olmasına baxmayaraq, 2021-ci ildə bütün dünyada qızılcadan təxminən 128.000 ölüm hadisəsi baş vermişdir; bunların əksəriyyəti peyvənd olunmamış və ya 5 yaşınadək yarımçıq peyvənd olunmuş uşaqlar arasında olmuşdur.

Qızılca hər kəsə yoluxa bilər, lakin daha çox uşaqlarda olur. Qızılca tənəffüs yolları ilə orqanizmə daxil olur və sonra bütün bədənə yayılır. Simptomlara yüksək hərarət, öskürək, burun axması və bütün bədəndə səpgi daxildir. Qızılca xəstəliyinə tutulmanın və ya xəstəliyin başqalarına yayılmasının qarşısını almağın ən yaxşı yolu peyvənd olunmaqdır.

Simptomlar

Qızılca simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra başlayır. Səpgi ən çox görünən simptomdur. Erkən simptomlar adətən 4-7 gün davam edir. Tez-tez rast gəlinən simptomlar aşağıdakılardır:

  • burun axıntısı
  • öskürək
  • qırmızı və sulu gözlər
  • yanaqların içərisində kiçik ağ ləkələr

Səpgiyə məruz qaldıqdan təxminən 7-18 gün sonra, adətən üz və boyunun yuxarı hissəsində səpgilər artmağa başlayır. Təxminən 3 gündən sonra əllərə və ayaqlara yayılır. Adətən solmadan əvvəl 5-6 gün çəkir. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə bağlı fəsadlar nəticəsində baş verir. Fəsadlara aşağıdakılar daxil ola bilər:

  • korluq
  • ensefalit (şişməyə və potensial beyin zədələnməsinə səbəb olan beyin infeksiyası)
  • şiddətli ishal və nəticədə dehidratasiya
  • qulaq infeksiyaları
  • pnevmoniya da daxil olmaqla ciddi tənəffüs problemləri

Əgər qadın hamiləlik zamanı qızılcaya yoluxursa, bu, ana üçün təhlükəli ola bilər və körpənin vaxtından əvvəl aşağı çəki ilə dünyaya gəlməsinə səbəb ola bilər.

Fəsadlar ən çox 5 yaşdan kiçik uşaqlarda və 30 yaşdan yuxarı böyüklərdə özünü göstərir. Xüsusilə kifayət qədər A vitamini qəbul etməyən və ya İİV və ya digər xəstəliklər səbəbindən immun sistemi zəifləmiş uşaqlarda daha çox rast gəlinir. Qızılca özü də immun sistemini zəiflədir və orqanizmin infeksiyalardan necə qorunacağını “unutmasına” səbəb olur və uşaqları son dərəcə həssas edir.

 

Kimlər risk altındadır?

İmmuniteti olmayan hər hansı bir şəxs (peyvənd olunmamış və ya peyvənd olunmuş, lakin immuniteti qazanmamış) yoluxa bilər. Peyvənd edilməmiş kiçik uşaqlar və hamilələr qızılca xəstəliyinin ağırlaşmaları üçün ən yüksək risk altındadırlar.

Yayılma

Qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir, yoluxmuş xəstənin burun və ya boğaz ifrazatları ilə təmasda (öskürmə və ya asqırma) və ya qızılca xəstəliyinə tutulmuş şəxsin tənəffüs etdiyi hava ilə yayılır. Virus havada və ya yoluxmuş səthlərdə iki saata qədər aktiv qalır. Buna görə də qızılcaya yoluxmuş şəxs peyvənd olunmamış yaxın təmasda olan 10 nəfərdən doqquzuna yoluxdura bilər. Səpgilərin başlanmasından dörd gün əvvəldən və səpgi göründükdən dörd gün sonraya qədər yoluxmuş şəxs tərəfindən ötürülə bilər.

Qızılca epidemiyaları xüsusilə bəslənmə yetərsizliyi olan uşaqlarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

Müalicə

Qızılca üçün xüsusi müalicə yoxdur. Simptomları aradan qaldırmağa, xəstəni rahatlaşdırmağa və ağırlaşmaların qarşısını almağa çalışılmalıdır. Kifayət qədər su içmək ishal və ya qusma nəticəsində itirilən mayeni əvəz edə bilər. Sağlıqlı qidalanma bu dönəmdə çox vacibdir. Həkimlər pnevmoniya, qulaq və göz infeksiyalarını müalicə etmək üçün antibiotiklərdən istifadə edə bilirlər. Qızılca xəstəsi olan bütün uşaqlar və böyüklər 24 saat ara ilə iki doza A vitamini qəbul etməlidirlər. Bu, göz zədələnməsinin və korluğun qarşısını almağa kömək edir. Vitamin  A qəbulunun eyni zamanda qızılcadan ölümləri azaltdığı düşünülür.

Profilaktika

Qızılcadan qorunmağın ən təsirli yolu toplumun peyvənd olunmasıdır. Bütün uşaqlar qızılcaya qarşı peyvənd edilməlidir. Peyvənd təhlükəsiz, effektiv və ucuzdur. Uşaqlarda immuniteti inkişaf etdirmək üçün peyvənd iki doza verilməlidir. İlk doza adətən qızılca xəstəliyinin yayıldığı ölkələrdə 9 aylıq, digər ölkələrdə isə 12-15 aylıq ikən verilir. İkinci doza isə adətən 15-18 ayda verilməlidir.

Təmaslılar üçün müvafiq profilaktik tədbirlər görülməlidir. Yoluxucu olduğu dövrdə qarşılaşılmış bir xəstə ilə aşağıdakı qrup insanlar təmaslı sayılır:

  • eyni evdə yaşayan hər kəs
  • xəstə ilə eyni yerdə yatanlar (xəstəxana, internat məktəbi, hərbi hissələr)
  • eyni sinif, məktəb və ya gündüz qayğısına ehtiyacı olan uşaqlar/böyüklər
  • xəstə ilə eyni yerdə gözləyənlər (xəstəxananın gözləmə otağında olan xəstələr və xəstə yaxınları) və eyni poliklinika otağında qızılcalı xəstə müayinə edildikdən sonra 2 saat ərzində müayinə olunanlar
  • xəstə ilə eyni iş yerində işləyən həmkarları
  • xəstə ilə eyni təyyarədə səyahət edənlərdən eyni sırada oturan və ya ön və arxadaki 2 sıra olan sərnişinlər
  • eyni zamanda xəstənin gəzdiyi ümumi ərazidə olan digər şəxslər (kinoteatr, ticarət mərkəzi, restoran, ictimai nəqliyyat və s.).

Təmas sonrası peyvənd planı:

Qızılca peyvəndi şübhəli və ya dəqiqləşdirilmiş qızılca təması olan və iki doza sənədləşmiş peyvəndi olmayan, xəstəliyi keçirməyən və 6 aydan yuxarı olan hər kəsə tətbiq edilməlidir. 6-11 ay arasında tətbiq olunan doza adi peyvənd cədvəlindəki dozanı əvəz etmədiyi üçün doza 12-ci aydan sonra (ən azı dörd həftə ara ilə) təkrarlanmalıdır.

Təmas sonrası immunoqlobulin tətbiqi:

Peyvəndin tətbiq oluna bilməyəcəyi hallarda (6 aydan kiçik körpələr, hamilə qadınlar, immunosupressiv insanlar və peyvəndin əks göstəriş olduğu digər hallarda) tövsiyə olunur.

 

Qeyd: Qızılca peyvəndi alacaq insanlar hamiləlik və əks göstərişlər barədə sorğu-sual edilməlidir.

 

Şəbnəm Bağırlı

Pediatr

Peyvəndlər

 

İmmunoprofilaktika yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı, eləcə də sanitar-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir. Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunoloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkəmizdə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və tam təhlükəsizdir.

Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, difteriya, tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, hətta demək olar ki, yox dərəcəsindədir. AAP (America Pediatrik Akademiyasının) məlumatına görə vaksinoprofilaktika nəticəsində hər il dünyada 4,5 milyon insan ölümdən xilas olur. Peyvəndlərin aparılması Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Peyvənd təqvimi 1994-cü ildə təsdiq edilib. Sonradan təqvimə əlavələr olunub.

Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hal-hazırda ölkəmizdə hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tip hemofil infeksiya, pnevmokok, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Peyvənd yalnız tam sağlam uşağa vurulur. Bunun üçün öncədən uşaq pediatr və nevropatoloq tərəfindən müayinə olunmalıdır. Nəticədə birlikdə verilən qərara əsasən uşağa peyvənd vurulur.

Peyvəndlərdə müvəqqəti əks göstərişlər bunlardır: 

  • Kəskin respirator infeksiya (KRİ)
  • Xroniki xəstəliklərin kəskinləşməsi

Kəskin respirator infeksiya və kəskin bağırsaq infeksiyası keçirmiş uşaqlara hərarət normaya düşdükdən sonra peyvənd etmək olar. Xroniki xəstəliyi olan uşaqlara peyvəndlər remissiya dövründə vurulur (yəni kliniki və laborator göstəricilər norma daxilində olanda).

Bütün vaksinlər üçün mütləq əks göstərişlər bunlardır:

  • Əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma
  • Birincili immunodefisit vəziyyətlər (immunosupressiya)
  • Bədxassəli törəmələr
  • Hamiləlik

Peyvəndlərin yan təsirləri iki qrupa bölünür: yerli və ümumi

Yerli reaksiyalar peyvənd yerində qızartı, şişkinlik, səpkilər və ağrı hissi ilə özünü büruzə verir. Ümumi reaksiyalar isə hərarətin yüksəlməsi, halsızlıq kimi əsas simptomlarla özünü büruzə verir. Adətən bu reaksiyaların peyvənd vurulduqdan sonra 3 gün müddətində davam etməsi normal sayılır. Ümumiyyətlə peyvəndlərin yan təsirləri barəsində pediatr öncədən valideynləri məlumatlandırmalıdır və 3 gün müddətində yan təsirlər keçməsə, həkimlə əlaqə saxlamalarını bildirməlidir.

Peyvəndlər uşaqlarımızı ağır, ölümcül hətta bəzən əlilliyə gətirib çıxaran xəstəliklərdən qoruyur. Bəzən valideynlər peyvəndlərin yan təsirlərindən qorxaraq imtina edirlər. Nəzərə almaq lazımdır ki, peyvəndlər uşaqlarınızı ağır infeksion xəstəliklərdən və onların fəsadlarından (iflic, sonsuzluq, ensefalit və s.) və ölümdən qoruyur.

Azərbaycan Respublikasının Milli peyvənd təqvimi

Yaş

Peyvənd

Xəstəliklərin profilaktikası

 

Doğumdan sonra 12 saat ərzində

 

Hep B

Hepatit B xəstəliyinə qarşı peyvənd

4-7-ci gün

BCG

OPV

Vərəm əleyhinə peyvənd

Poliomielitə qarşı peyvənd

 

2 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

 

2 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

 

3 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

 

3 aylıqda

OPV

Poliomielitə qarşı peyvənd

 

4 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

 

4 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

 

6 aylıqda

Pk

Pnevmokok infeksiyalarına qarşı peyvənd

 

12 aylıqda

QPM

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Vitamin A

 

18 aylıqda

GDT

OPV

Vit A

Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd

Poliomielitə qarşı peyvənd

Vitamin A

 

6 yaşında

QPM

DT

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Difteriya və tetanus əleyhinə peyvənd

Vitamin A

 

Vüsalə Əliyeva

Pediatr, UNİCEF-in milli təlimçisi

İnkişafın müxtəlif mərhələlərində körpənin təhlükəsizliyini necə təmin etmək olar?

Beşikdə, uşaq meydançasında, avtomobil oturacağında, sürünərkən və uşaq yeriməyi öyrənərkən, bir sözlə yeni doğulmuş körpə hər yerdə sizdən asılıdır. Yaşamaq və oynamaq üçün ona sevginiz, hazırladığınız yemək, geyindirdiyiniz paltar və təhlükəsiz ev mühiti lazımdır.

İlk günlərdə və həftələrdə yeni doğulmuş körpələr adətən gecə də daxil olmaqla ya yatırlar, ya da yemək yeyirlər.

Bununla belə, orta hesabla, həyatın ilk ayında bir uşaq qidalanma arasında fasilələrlə gündə təxminən 16-20 saat yatır.

Yuxu təhlükəsizliyi.

Pediatrlar sağlam uşaqların arxası üstə yatmasını məsləhət görürlər. Arxası üstə yatmaq ani körpə ölümü sindromu riskini 40% azaldır.

Beşik təhlükəsizliyi.

İstifadə olunmuş beşiklər əladır, lakin onların möhkəm və təhlükəsiz olduğuna əmin olmaq lazımdır. Yeni beşiklər də ciddi təhlükəsizlik standartlarına cavab verməlidir.

Avtomobildə təhlükəsizlik.

Avtomobildə səyahət edərkən uşağın daşınması üçün xüsusi avtomobil oturacağında oturması məsləhətdir.

Sürüşkənlər.

Uşağın nə vaxt və hara düşə biləcəyini heç kim bilmir, ona görə də uşağı qorxmadan tək buraxa biləcəyiniz yeganə yer beşik və ya oyun parkıdır.

Yanıqlar.

• Yeməkləri qızdırarkən diqqətli olun.

• Uşağınızı suya endirməzdən əvvəl mütləq əlinizlə vanna suyunun temperaturunu yoxlayın və o, suda olarkən heç vaxt ondan uzaqlaşmayın.

• İmkan daxilində bütün otaqların tavanlarında və yataq otaqlarının yaxınlığında tüstü detektorları quraşdırın.

"Sürünmə" mərhələsində təhlükəsizlik.

Dərman və ya yuyucu vasitələrdən istifadə edərkən diqqətli olun. Bir çox təsadüfi zəhərlənmələr tibbi və ya məişət kimyəvi maddələri ilə bağlıdır.

• Bütün yuyucu vasitələri, insektisidləri və dərmanları orijinal qablaşdırmasında və körpənizin əli çatmayan yerlərdə saxlayın.

• Paketdən asanlıqla çıxarılan dərmanları, körpənin öz başına aça bilməyəcəyi ilk yardım çantasına qoyun.

• Heç vaxt dərmanı əzizləmələrlə adlandırmayın.

• Yaxınlıqdakı xəstəxanaların və tibb mərkəzlərinin əlaqə nömrələrini yazın və nəzərə çarpan yerdə saxlayın.

Bütün səylərinizə baxmayaraq, körpə zəhərlənibsə, aydın hərəkət edin və panik etməyin:

• təcili yardım çağırarkən uşağı yalnız buraxmayın və zəhərlənməyə səbəb olan maddəni hazır saxlayın;

• mütəxəssisə körpənin yaşını və onun məruz qaldığı dərman və ya kimyəvi maddənin adını söyləyin;

• mütəxəssislərin telefonla verdiyi bütün göstərişlərə əməl edin.

"Gəzməyi öyrənmək" mərhələsində uşaq təhlükəsizliyi

Körpə yeriməyi öyrəndi: ayıq-sayıq olun.

Gəzməyi öyrənən uşaqlar artıq çox şey bilirlər, lakin hər addımda barəsində heç nə bilmədikləri təhlükələrlə üzləşirlər. Körpə birdən başqa bir otaqda sakitdirsə, təcili olaraq onun harada olduğunu və nə etdiyini yoxlayın.

Uşaq oyuncaqlarının təhlükəsizliyini yoxlayın. Onların kəskin kənarları və kiçik detalları olmamalıdır. Xırda detallar oyuncaqdan ayrılarsa, uşaq onları uda bilər. Eyni səbəblərə görə, oyuncaqda asanlıqla qırıla bilən hissələr olmamalıdır.

Hamam və mətbəxdə mühafizə.

Hamamda istifadə olunmayan saç qurutma maşınlarının, saç ütülərinin, elektrik təraş maşınlarının və digər elektrik cihazların kabellərini çəkin. Onları uşağın gözündən uzaq tutmaq daha yaxşıdır ki, balacalar onları götürmək üçün hamama girməsinlər. Mətbəxdə yemək hazırlayarkən sobanın üzərindəki qazanların uşaqların üzərinə aşmamasına ciddi nəzarət edin və mümkün olduqca yüksək ocaqlardan istifadə edin.

Su təhlükəsizliyi.

Heç vaxt uşağı su yaxınlığında nəzarətsiz qoymayın - istər çay, istər gölməçə, istər hovuz, istərsə də yuyucu vedrə və ya gölməçə. Evdə və evdən kənarda boğulanların təxminən üçdə biri beş yaşından kiçik uşaqlardır.

 

Xalidə Həmidova

Pedaqoq, UNİCEF-in milli təlimçisi

Avtokreslonun əhəmiyyəti

Hər il yol qəzalarında bir çox uşaq xəsarət alır və ya dünyasını dəyişir. Valideynlərin ən mühüm vəzifələrindən biri də bu qəzalarda körpə və uşaqlarına dəyən zərərin qarşısını almaq və ya minimuma endirmək üçün təhlükəsizlik tədbirlərini artırmaqdır. Bunun üçün görülməli olan əsas ehtiyat tədbirlərinə ən birinci avtomobillərdə səyahət edərkən uşaq avtomobil oturacağının (UAO) istifadəsi və təhlükəsizlik kəmərinin bağlanması daxildir.

Ölümlə nəticələnən qəzalarda təhlükəsizlik kəmərindən istifadə edənlərin 24,8%-i qəzadan heç bir zərər görmədən sağ çıxdığı halda, təhlükəsizlik kəmərindən istifadə etməyənlərdə bu göstərici 6,3%-dir. Avtonəqliyyat vasitəsi ilə səyahət edərkən uşaqları ön oturacaqda deyil, arxa oturacaqda oturtmaq, avtomobildə baş verən yol-nəqliyyat hadisələri zamanı uşaq xəsarətlərini və ya ölümlərini 35% azaldır. İnkişaf etməkdə olan ölkələrdə avtomobil üçün təhlükəsiz oturacaqların istifadəsi çox geniş yayılmayıb, ailələrin ondan düzgün istifadə ilə bağlı bilik səviyyəsi yetərli deyil. Bir çox hallarda uşağın avtomobil oturacağından istifadə etməməsi ilə yanaşı, uşaqların təkbaşına və ya ön oturacaqda anasının qucağında səyahət etmələri də diqqət çəkir. Uşaqları avtonəqliyyat vasitələrinin yol-nəqliyyat qəzalarından qorumağın ən düzgün yolu uşaq oturacağı sistemindən istifadə etməkdir. Amerikada Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi ("NHTSA") bildirir ki, bu sistemlər düzgün istifadə edildikdə yol qəzalarında uşaq ölümlərini 71% azaldır.

“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndində qeyd olunur: konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir.

Uşaq avtomobil oturacaqları uşağın yaşı, boyu, çəkisi və nəqliyyat vasitəsinin növü kimi bir çox faktordan asılı olaraq dəyişir. Ümumilikdə bir neçə əsas başlıq altında araşdırsaq; infant tipi, məktəbəqədər, məktəbli uşaq və böyük yaşlı uşaqlar üçün uşaq oturacağı növləri var.

İnfant Tipi UAO: Amerika Pediatriya Akademiyası körpələrin ən azı 1 yaşı olana qədər və ya bədən çəkisi 9 kq-a çatana qədər arxa oturacaqda və arxaya baxaraq səyahət etməyi tövsiyə edir. Bu tip UAO xüsusi olaraq başını və boynunu tuta bilməyən körpələr üçün nəzərdə tutulub. Doğumdan dərhal sonra xəstəxanadan evə ilk avtomobil səyahəti zamanı UAO istifadəsinə başlanmalıdır.

Məktəbəqədər tip: 1 yaşına çatmış və ya ən azı 9 kq bədən çəkisinə çatmış uşaqlar artıq üzü önə baxaraq nəqliyyat vasitəsi ilə səyahət edə bilərlər. Bununla belə, arxaya baxan UAO-larda yazılmış və istehsalçı tərəfindən icazə verilən ölçülərə uyğun olaraq geriyə doğru səyahətə davam edə bilər. Bu oturacaqlar adətən 4 yaşa və ya təxminən 18 kq bədən çəkisinə qədər uyğun gəlir.

Məktəbyaşlı uşaq avtomobil təhlükəsizlik oturacağı: Yüksəldici avtomobil oturacaqları olaraq da bilinən bu tip uşaq avtomobil oturacaqları daha böyük uşaqlar üçündür. Önə baxan avtomobil oturacaqları uşaq üçün çox kiçikdirsə, artıq səyahət zamanı bu növ oturacaqlarda əyləşməlidirlər. İrəliyə baxan oturacaqların çox kiçik olduğunu belə başa düşə bilərik: Əgər uşağın çəkisi UAO etiketində göstərilən bədən çəkisini və ya boyunu keçərsə, çiyin hündürlüyü təhlükəsizlik kəmərinin hündürlüyünü üstələyirsə və qulaqları kreslonun yuxarı ucuna çatırsa, bu o deməkdir ki, uşaq artıq UAO üçün uyğun deyil və kiçik qalır. Yüksəldici tipli avtomobil oturacaqları uşağı yuxarı qaldırmaq üçün nəzərdə tutulmuşdur ki, avtomobilin qarın və çiyinlərindən keçən təhlükəsizlik kəmərləri uşağı düzgün səviyyədə və möhkəm tuta bilsin. Yüksəldici oturacaqlar artıq irəli baxan oturacaqlarına sığmayan böyük uşaqlar üçün istifadə olunur. Uşaqlar böyüklər üçün təhlükəsizlik kəmərini bağlamaq üçün kifayət qədər hündürlüyə çatana qədər (adətən oturma hündürlüyü 74 sm, hündürlüyü 145 sm və 8-12 yaş arasında) yüksəldici avtomobil oturacağını istifadə edə bilərlər. Arxa hissəsi hündür olan modellərlə yanaşı, arxası olmayan modellər də var. Ümumiyyətlə,13 yaşa qədər bütün uşaqlar arxa oturacaqda oturmalıdırlar.

 

Şəbnəm Bağırlı

Pediatr

 

Niyə uşaqlar yuxuda ağlayır?

Bəzən uşaqlar gecələr yuxudan oyanmadan ağlayırlar və bu fakt valideynlərdə onların sağlamlıqlarında problem olduğu fikrini yaradır. Yeni doğulmuş uşağın yuxusu məktəbəqədər uşağın yuxusundan xeyli fərqlənir.

Yeni doğulmuş körpələr yuxu vaxtlarının təxminən yarısını yuxunun "sürətli fazasında" keçirdirlər. Bu mərhələdə beynin inkişafı və böyüməsi prosesləri baş verir. Eyni zamanda körpə müxtəlif səslər çıxara, sızlaya, qollarını hərəkət etdirə, əmizdirməni təqlid edə, göz almalarını hərəkət etdirə bilər. Yuxunun bu mərhələsində uşaq birdən ağlaya və eynilə qəfil dayanıb yatmağa davam edə bilər. REM yuxusu dərin deyil, körpə ən kiçik səs-küydən dərhal oyana bilər. Yuxunun dərin fazasına daxil olmaq üçün körpə tez-tez əmmə refleksini həyata keçirməlidir: ya döşə qoyulmalı, ya əmzik və ya su verilməli, yaxud süd ilə butulkadan istifadə edilməli.

Bir yaşa qədər uşaqlar müxtəlif böhran dövrlərindən keçə bilərlər. “Uşaq niyə ağlayır?” sualına cavab vermək üçün onun sinir sisteminin də stressə məruz qaldığını xatırlamaq lazımdır. Bu vəziyyətdə körpəyə nə kömək edəcək? Uşağın emosional vəziyyətinə nəzarət etmək, yuxu rejiminə və yaşa uyğun olaraq yuxu üçün lazımi şəraitə əməl olunmasına nəzarət etmək lazımdır. Uşaq yuxuda ağlayırsa (və ağlama isterik, bezdirici, yorucu, uzun deyil) uşağı oyatmağa ehtiyac yoxdur, o, öz-özünə sakitləşəcək. Ağlaması uzun və isterikdirsə uşaq öz-özünə oyanacaq, onu sakitləşdirmək, yatızdırmaq, qidalandırmaq və ya ona bir az su vermək lazımdır. Yuxu və oyaqlıq uşağın psixoloji vəziyyətindən və gündüz aktiv oyunlarından asılıdır. Bu, uşağın sinir sisteminin həddindən artıq stimullaşdırılmasına səbəb ola bilər ki, bu da sonradan şıltaqlıq, isterika və ya yuxuda ağlama şəklində özünü göstərir. Ayrıca, yuxuda ağlamaq, uşağın stresli hadisələrə reaksiyası ola bilər - məsələn: yer dəyişmə.

Əgər belə bir problem uzun müddətdir müşahidə olunursa, bunun səbəbi uşağın şüuraltı qorxusunda, kabusa çevrilməsində ola bilər. Bu fenomen məktəbəqədər uşaqlar arasında olduqca yayılıb. Çox vaxt qorxulu yuxular stress fonunda baş verir. Bəzi hallarda uşaqlar adətən gecə qorxusu adlanan vəziyyətlə qarşılaşırlar. Bu, artan narahatlıq, ağlama və sızıltı ilə müşayiət olunan bir uşağın natamam oyanması vəziyyətidir.

Gecə qorxusu vəziyyətində uşaq qəflətən yataqdan atlaya, qışqıra və ya mənzildə məqsədsiz gəzə, eyni zamanda suallara cavab verməyə və nəsə mızıldana bilər. Gecə qorxularının baş verməsi də stresslə əlaqələndirilir. Bundan əlavə, onlar yüksək temperatur fonunda da baş verə bilər. Baxmayaraq ki, gecə qorxuları valideyinləri çox qorxudur-gecə qorxuları, bir qayda olaraq, təhlükəli deyil. Ancaq istənilən şəraitdə onlara səbəb olan səbəbi tapmaq lazımdır.

Körpənin yuxuda ağlamasına səbəb ola biləcək başqa bir ümumi səbəb anadangəlmə Moro refleksidir. O, qolların titrəməsi və arxaya atılması ilə özünü göstərir, nəticədə körpə özünü oyada bilir.

Narahat yuxu və ağlamanın səbəbi uşağın aclığı hiss eləməsi, uşaq bezinin dolması da ola bilər. Belə zamanlarda körpəni oyatmamaq üçün parlaq işıqları yandırmamaq və danışmamaq şərti ilə bezi və paltarı dəyişdirin, lazım olduqda uşağı qidalandırın.

Bir uşağın ağlaması əvvəllər yaxşı yuxu fonunda görünürsə, tez-tez olur və uzun müddət davam edirsə, bir pediatrla məsləhətləşmək lazımdır. Həkim, ağlama səbəbinin patoloji ilə əlaqəli olmayan ağrı olub-olmadığını müəyyən etməyə kömək edəcəkdir. Bu mədə ağrısı və ya diş çıxması da ola bilər.

Uşağın rahat yuxusu yuxunun şəraitindən asılıdır:

  • bu 18-22 dərəcə hava istiliyi, rütubət - 40-60% deməkdir. Çünki quru hava çox vaxt narahat yuxuya səbəb olur;
  • uşaq otağını yatmazdan əvvəl havalandırın;
  • birlikdə uşağın müstəqil yandıra biləcəyi bir gecə işığı seçin;
  • yatmazdan əvvəl səs-küylü və aktiv oyunları, cizgi filmlərinə baxmağı və qadcetlərdən istifadə etməyi istisna edin;
  • ailədə yatmağa hazırlaşma ritualları həyata keçirin (məsələn, uşağın yatağında daha uzun müddət kitab oxumaq, şeirlər söyləmək, uşaq mahnıları oxumaq, sakit musiqi dinləmək);
  • yatmaq üçün sevimli oyuncaq alın (toxunma təması sayəsində, yatmaq üçün oyuncaqlar yaxınlıq və təhlükəsizlik hissinin formalaşmasına kömək edir).

 

Abuta Ağayeva

Nevroloq, UNİCEF-in milli təlimçisi

 

Stimul əskikliyi yoxsa autizm?

Uşağın inkişafında genetik irsi amillərin rolu qədər ətraf mühit amillərinin də payı çoxdur. Körpə uşaq sadəcə fiziki qayğıya deyil, emosional cəhətdən də qayğıya ehtiyac duyur. Ətraf mühitlə qurulan keyfiyyətli təmas bu emosional ehtiyacı təmin etməklə bərabər, həm də bacarıqlarımızın bir vəhdət halında inkişafına səbəb olur. Ətraf mühitdə məruz qaldığımız hər şey stimul olaraq adlandırılır. Yəni uşağın oynadığı oyunlar, ünsiyyətə girdiyi insanlar, ətraf mühitində olan hadisələr uşağı stimullarla təmin edir. Xüsusilə həyatın ilk 3 ilində stimullara məruz qalmaq uşağın gələcək həyatında daha müstəqil olması üçün vacib olan bacarıqların inkişafına olduqca müsbət təsir edir.

Uşağın bu dövrdə stimullara lazım olduğundan az məruz qalması, onda stimul çatışmazlığı dediyimiz halın meydana gəlməsinə səbəb olur ki, bu əksər hallarda autizmlə qarışdırılır. Autizm üçün bildiyimiz kimi məhz sosial bacarıqların inkişafının ləngiməsi xarakterikdir. Stimul çatışmazlığı da xüsusilə 0-3 yaşında uşağın ətraf aləmdən gələn stimullara olduqca az məruz qalması nəticəsində onun sosial bacarıqlarında və həmçinin ünsiyyət bacarıqlarında da müşahidə etdiyimiz ləngimə halı olduğuna görə bu iki hal bir-biri ilə qarışdırılır. Uşağın intensiv olaraq televizor, telefon ekranına məruz qalması, inkişaf problemləri, valideynlərlə qurulan ünsiyyətdə yetərsizlik, uşağın emosional olaraq dəstəklənməməsi stimul çatışmazlığı ilə nəticələnə bilər.

Əgər uşağınız:

  • sosial adaptasiyada xüsusilə həmyaşıdları ilə ünsiyyətdə problemlər yaşayırsa;
  • adını çağırdıqda hər zaman baxmırsa;
  • göz təması məhduddursa/özü istədiyində qurursa;
  • nitqində həmyaşıdlarına nəzərən ləngimə varsa və ya nitqi anlaşılır deyilsə;
  • bir şey istədiyində barmağı ilə göstərmirsə;
  • mütəmadi olaraq televizora baxmaq, telefonla və ya planşetlə oynamaq istəyirsə;
  • yaşına uyğun olmayacaq dərəcədə həddindən artıq inadkardırsa;
  • istədikləri olmadığında isterika keçirirsə;
  • bəzən uşağınızın sizi anlamadığını düşünürsünüzsə bu halda uşağınızda stimul çatışmazlığı ola bilər və mütləq bir mütəxəssisdən məsləhət almağınızda fayda var.

            Bəs uşağımızdakı halın autizm və ya stimul çatışmazlığı olduğunu necə ayırd edə bilərik? Bilmək vacibdir ki, autizm həyat boyu davam edən bir diaqnozdur, stimul çatışmazlığı isə xüsusilə erkən aşkarlanıb erkən müdaxilə edildiyi zaman uşağın gələcək həyatında qalıcı izlər qoymayan bir haldır. Həmçinin onları bir-birindən ayıran bəzi xüsusiyyətlər var ki, bu da məhz mütəxəssis tərəfindən müəyyən edilir. Amma bəzi şeyləri diqqətli valideyn də ayırd edə bilər, məsələn:

  • autizmli uşaqlarda tez-tez onları sosial ünsiyyətdən ayıran məqsədsiz təkrarlanan hərəkətlər müşahidə edirik, ancaq stimul çatışmazlığında uşağın hərəkətləri məqsədsiz deyil;
  • autizm spektrum pozuntusunda ətraf mühitlə əlaqə başlatmaq cəhdi yoxdur, stimul çatışmazlığında isə bu cəhd azalmışdır;
  • autizm spektrum pozuntusunda uşağın öz adına reaksiyası çox nadirdir, ancaq stimul çatışmazlığında uşaq özü istədiyində adına reaksiya verir.

Valideynlərə bu istiqamətdə hansı tövsiyyələri verə bilərik, onlar öz uşaqlarını necə dəstəkləyə bilərlər?

Öncə bilməyimiz lazımdır ki, stimul çatışmazlığı erkən aşkarlanıb uşağa uyğun erkən müdaxilə edildiyi zaman tamamilə keçib gedən bir haldır. Əgər uşağınızda stimul çatışmazlığı varsa professional dəstək alması uşağınız üçün çox faydalı olacaqdır.

Evdə isə:

  • xüsusilə 0-2 yaş arası uşağınızı televizor/planşet/telefon kimi texnoloji cihazlardan uzaq tutun;
  • qucaqlamaq, öpmək, toxunmaq, masaj etmək, gülümsəmək və danışmaq sevgi, səbr və əmin-amanlığı təmsil edən stimullardır. Bu stimullar sizinlə uşağınız arasındakı əlaqəni gücləndirməyə kömək edəcək.
  • Uşağınızla danışarkən onun göz səviyyəsində olub onunla göz təması qurmağa çalışın.
  • Uşağınızla mütəmadi olaraq danışın, onunla mahnı oxuyun, ona nağıllar, kitablar oxuyun.
  • İlkin mərhələdə nitq bacarıqlarından daha çox uşağın sosial bacarıqlarına istiqamətlənib sosial bacarıqlarını dəstəkləyin.
  • Ev mühitinizi uşağın təhlükəsizliyini təmin edəcək şəkildə formalaşdırın, heç bir halda uşağınızın hərəkətlərini məhdudlaşdırmayın.
  • Uşağınız nəsə etmək istədiyində ona mane olmayın, əksinə həvəsləndirin.
  • Uşağınızla oynayarkən oyun kartları, səsli-şəkilli kitablar və s. kimi audio-vizual oyunlara, materiallara üstünlük verin.
  • Uşağınızı yaşına uyğun oyun qrupuna/uşaq bağçasına verin.

          Yəni bir sözlə uşağınızı mümkün qədər çox stimula məruz qoyun. Bəzən valideynlər uşağa çoxlu oyuncağın alınması onun daha çox stimula məruz qalması deməkdir deyə  düşünür. Ancaq elmi tədqiqatlar da göstərir ki, uşağa həddindən artıq oyuncaq alınması onda doyumsuzluğa səbəb ola bilər. Burda vacib olan uşağın nə qədər çox oyuncağı olması deyil, uşaqla keçirilən vaxtın, qurulan sosial ünsiyyətin keyfiyyətidir.

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim

 

İnkişaf ləngiməsi

Xoşxassəli qeyri-spesifik psixomotor inkişafın ləngiməsi

Patoloji sindromların görünüşü olmadan istənilən yaş mərhələsində motor, zehni və nitq funksiyalarının inkişafında gecikmə.

Beyin zədələnməsi ilə əlaqəli deyil. Yaşla müalicə edilmədən normal  şəraitdə kompensasiya edilir.

Psixomotor inkişafda ümumi (total) xoşxassəli qeyri-spesifik, yəni beynin bütün funksiyalarında ləngimə aşkar edilir və parsial(qeyri-bərabər), yəni yalnız bir və ya bir neçə funksiyanın gecikməsi qeyd olunur.

Yeni doğulmuş dövr

Zaman refleksin olmaması (qidalanma, yuxu). Aclıq və toxluq reaksiyasının olmaması.

Şifahi diqqətin olmaması və ya zəif ifadəsi, zəif ifadə olunan şərtsiz reflekslər.

Qarın üstə uzananda başını qaldırmır. Belə uşaqlar müayinə olunduqda spontan hərəkət aktivliyi kifayət qədər aydın görünür, əzələlərdə hipertonikliyi üstünlük təşkil edir, reflekslər simmetrikdir və disembriogenez stiqmalarının sayı 4-5 stiqmanı keçmir.

Həyatın 1 aydan 3 aya qədər olan müddəti

Uşağın aktiv oyanma müddətində bir qədər artım. Bu dövrdə müsbət emosional reaksiyalar azdır və ya ümumiyyətlə yoxdur. Tez tükənməsi ilə konsentrasiyanın qısamüddətli reaksiyası.

Həyatın 3 aydan 6 aya qədər olan müddəti

Simmetrik zəncirvari reflekslərin formalaşmasında gecikmə (qarın üstə uzananda çönə bilmir,əllərindən istifadə etmir).

Həyatın 6 aydan 9 aya qədər olan dövrü

Az sayda jest və oynaq reaksiyalarla ünsiyyət qurarkən aktiv fəaliyyətin olmaması.Emosional olmadan monoton səslər.Şifahi əmrlərə cavabın olmaması.Öz başına oturmur, qalxmağa çalışmır, zəif sürünür.

Həyatın 9 aydan 12 aya qədər olan dövrü

İntonasiyanın olmaması. Dəstəklə dayanır, yerimir.

Təqlid edərək hərəkət etməyə başlayır.

Hər yaş dövründə ola bilər ki, hər yaş dövründə psixomotor inkişafın hamısı yox, ayrı-ayrı elementləri itə bilsin (uşaq nəyi isə edir, nəyi isə etmir).

Normal şəraitdə geriləmə 1-2 yaş dövründə müalicə edilmədən aradan qaldırılır.

 

Psixomotor inkişafda spesifik gecikmə.

Beyin strukturlarının zədələnməsi ilə əlaqəli motor, zehni və nitq funksiyalarının inkişafının pozulması, patoloji sindromlarla özünü göstərir və özünü kompensasiya etmir.

Psixomotor inkişafın spesifik gecikməsi aşağıdakılar nəticəsində baş verir:

Mərkəzi sinir sisteminin malformasiyalarının formalaşması ilə disembriogenetik pozğunluqlar.

Hipoksi-işemik, travmatik, yoluxucu və toksik amillərin təsiri. Metabolik xəstəlik. İrsi xəstəliklər.

Əvvəlcə psixomotor inkişafın spesifik gecikməsi qismən ola bilər, lakin sonradan psixomotor inkişafın ümumi (generalizəolunmuş) ləngiməsi adətən somatik inkişafın qeyri-mütənasibliyi ilə müşayiət olunan motor, zehni və nitq funksiyalarının vahid pozulması ilə inkişaf edir.

Psixomotor inkişafın spesifik ləngiməsi 1 dərəcə (yüngül).

Uşağın psixomotor inkişafında 1 yaş intervalından çox olmayan gecikmə, uşaq böyüdükcə çatışmazlığının tədricən azalması tendensiyası.

Zehni, motor və nitq inkişafında ümumi gecikmə.

Motor disfunksiyalarının yayılması.

Keyfiyyət xüsusiyyətləri kəskin şəkildə ifadə olunmur, bu da funksiyaların formalaşmasına maneə yaratmır.

Müalicə erkən başlasa, korreksiyaya yaxşı cavab verir. Uşaq həyatının ilk ilində vaxtında düzgün müalicə ilə motor, zehni və nitq funksiyalarının formalaşmasında həmyaşıdlarına çatir.

Psixomotor inkişafda spesifik gecikmə, 2-ci dərəcə (orta).

Həyatın ilk ili ərzində davam edən t çatışmazlığının tədricən azalması tendensiyası olmadıqda, uşağın psixomotor inkişafında 1 yaş intervalından çox olmayan gecikmə. Bəzən müvəqqəti olaraq artım olur. Psixomotor inkişafı ilə əlaqədar olaraq, vaxtında düzgün müalicə ilə belə, uşaqlar öz həmyaşıdlarından motor, zehni və nitq funksiyaları formalaşmasında geri qalırlar.

Vaxtında başlanan müalicə yaşa bağlı bacarıqların formalaşmasında müsbət dinamikaya gətirir.

Psixomotor inkişafın spesifik ləngiməsi 3-cü dərəcə (ağır).

Uşağın psixomotor inkişafında 1-2 yaş intervalından çox gecikmə, uşaq böyüdükcə intensivləşmə meyli ilə davamlı inkişafın çatışmazlığının, dinamikada yaşa bağlı əsas bacarıqların (nitq və motor funksiyalarının olmaması daxil olmaqla) inkişafının olmaması.

Uşaqda mütərəqqi metabolik və ya yoluxucu xəstəliklər varsa, əvvəllər əldə edilmiş bacarıqlar da itirilə bilər.

 

Abuta Ağayeva

Nevroloq, UNICEF-in milli təlimçisi

Atopik dermatit

Atopik dermatit dərinin mürəkkəb, xroniki, iltihabi xəstəliyi olaraq bir çox simptomlarla özünü biruzə verir və pasientlərin həyat keyfiyyətinə təsir edir. Uşaqlarda ənənəvi müalicə metodlarının istifadəsi təhlükəsizlik baxımından qeyri-adekvat hesab edilir. Belə ki, istifadə olunan yerli kortikosteroidlər uşaqlar üçün təhlükəli ola bilər. Avropa ölkələrində bu sahədə bir çox tədqiqatlar aparılıb. Dəri baryerinin geninin (fillaqrinin) ixtira olunması ətraf mühitin dərinin baryer funksiyasına təsirini sübut edib. Dərinin baryer funksiyasının pozulması nəticəsində dəridə qaşınma, quruluq (kseroz) əmələ gəlir. Dərinin baryer və immun reaksiyalarının pozulması nəticəsində, atopik dermatitli uşaqlar toza, aromatlaşdırılmış qidalara həssas olurlar.

Xəstəliyə 60% halda 1 yaşdan aşağı, 90% hallarda isə 5 yaşdan yuxarı uşaqlarda rast gəlinir. Yeniyetməlik dövründə xəstəlik 10-30% insanda davam edir. 110000 xəstə üzərində aparılan tədqiqatlar göstərir ki, 8 il sonra 20% uşaqda, 20 il sonra isə 5% uşaqda xəstəlik davam edir. Bu zaman atopik dermatit allergiyanin başqa növünə keçir. Buna Atopik Marş deyilir.

Atopik marş: atopik dermatit => qida allergiyası => allergik rinit => astma

Qida allergiyası atopik dermatitin gedişini ağırlaşdırır. Atopik dermatit bir uşaqda digər allergik xəstəliklərin yaranma riskini artırır. Atopik dermatitli uşaqlarda yuxu pozulmaları da müşahidə olunur. Latın Amerikasında 13988 uşaq (4-10 yaş) arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki atopik dermatitli və bronxial astmalı uşaqların 60%-də yuxu pozuntusu müşahidə edilir. Belə uşaqlar yuxuya gec gedir, narahat yatırlar. Atopik dermatitin ağırlığı narahat yuxu və parasomniyalarla düz mütənasibdir.

 

Mənbə

American Akademy of Pediatrics .The Lancet. AAP NEWS/

 

Vüsalə Əliyeva

Pediatr, UNICEF-in milli təlimçisi

Poliomielit nədir?

Poliomielit virusu bəşəriyyətin demək olar ki, məğlub etdiyi patogendir. Bəlkə də bir neçə ildən sonra poliomielit çiçək xəstəliyi kimi yer üzündən yox olacaq. Hələlik xəstəliyin yayılma halları hələ də qeydə alınır. Bunlar əsasən yoxsul ölkələrdə təcrid olunmuş yoluxma hallarıdır. Ancaq vəziyyət öz axarına buraxılarsa, yenə yüz minlərlə yoluxma riski ilə üzləşərik.

Poliomielit nədir?

Poliomielit sinir sisteminə təsir edən kəskin yoluxucu viral xəstəlikdir. Bu səbəblə geri dönməz süst parezi və iflic əmələ gələ bilər. Bu, virus onurğa beynin motor neyronlarını yoluxdurduqda baş verir. Nadir hallarda tənəffüs əzələlərinin işinə cavabdeh olan neyronlar təsirlənir. Xəstəlik əsasən uşaqlarda baş verir.

Bu gün dünyanın əksər ölkələri poliovirusdan azad hesab olunur. Avropada və ABŞ-da son poliomielit epidemiyası 1988-ci ildə qeydə alınıb. Kütləvi peyvənd sayəsində xəstələnmə hallarını (99%-dən çox) kökündən azaltmaq mümkün olub. Xəstəliyin təcrid olunmuş halları Əfqanıstan, Nigeriya, Suriya, Anqola, Hindistan, Pakistan və bəzi digər ölkələrdə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı poliomielit ilə bağlı aşağıdakı faktları təqdim edir:

Çox vaxt poliovirus 5 yaşdan kiçik uşaqlara təsir göstərir. Hər 200-cü infeksiya halı geri dönməz iflicə gətirib çıxarır. İflic olan insanların 5-10%-də tənəffüs əzələlərinin iflici inkişaf edir ki, bu da ölümlə nəticələnir. Son 30 ildə yabanı ştamla yoluxma hallarının sayı 99% azalaraq 350 mindən bir neçə onlarla hala düşüb. Poliovirusun yayılması riski tamamilə aradan qaldırılana qədər qalır. Poliomielit virusu ilə mübarizə aparılmasa, 10 ildən sonra xəstələrin sayı yenidən 200 min və ya daha çox ola bilər. Poliomielit peyvəndi ümumilikdə 16 milyondan çox iflicin qarşısını almışdır.

Poliomielitin səbəbləri:

Xəstəliyə poliomielit virusu səbəb olur. Hal-hazırda poliovirusun üç məlum serotipi var: PV1, PV2 və PV3. Ən çox yayılmış serotip PV1-dir. PV2 variantı sonuncu dəfə 1999-cu ildə qeydə alınıb, 2015-ci ildən isə tamamilə məhv edilmiş hesab olunur. Eyni aqibət sonuncu dəfə 2012-ci ildə qeydə alınan PV3 serotipinə də aiddir. 2019-cu ildə onun tamamilə məhv edildiyi elan edilib.

Polioviruslar xarici mühitə davamlılığı ilə seçilir. Suda 100 günə qədər, nəcisdə isə 6 aya qədər aktiv qalırlar. Belə viruslar qurudulmaqla və dondurulmaqla öldürülmür. Onlar mədənin aqressiv mühitində də sağ qala bilirlər. Poliovirus istilik, ultrabənövşəyi işıq və kimyəvi dezinfeksiya ilə məhv edilə bilər.

İnfeksiya yolları:

İnfeksiya mənbəyi xəstə insandır. Virus nəcis-oral yolla ötürülür. Çirkli əllər, çirklənmiş qida və ya su vasitəsilə infeksiyaya yoluxa bilərsiniz. Nadir hallarda polioviruslar tənəffüs damcıları ilə ötürülür.

Virus bağırsağın limfoid toxumalarında çoxalmağa başlayır. Daha sonra virus qan dövranına daxil olur və bütün bədənə yayılır. Diqqətəlayiqdir ki, bir şəxs simptomlar inkişaf etməzdən əvvəl də yoluxucu olur (əgər bu, klinik təzahürləri olan bir vəziyyətdirsə). Viral hissəciklər infeksiyadan sonra 36 saat ərzində burun mucusunda, 3 gündən sonra nəcisdə aşkar edilir.

Bir şəxs ən çox xəstəliyin ilk həftəsində yoluxucu olur. Polioviruslar bir həftə ərzində nazofarenksdən, bağırsaqlardan isə 6 həftəyə qədər buraxılır. Xəstəlikdən və ya peyvənddən sonra poliovirusa qarşı immunitet yaranır. Bununla belə, bu cür qorunma növünə xasdır - o, müəyyən bir virus növü üçün formalaşır. Beləliklə, insan ikinci dəfə fərqli serotipli poliovirusa yoluxduqda yenidən xəstələnə bilər.

Xəstəliyin növündən, şiddətindən və gedişatından asılı olaraq poliomielitin bir neçə forması vardır. Növünə görə poliomielit tipik (mərkəzi sinir sisteminin zədələnməsi ilə) və atipikdir (mərkəzi sinir sisteminə zərər vermədən). Poliomielit xəstəliyinin tipik formaları qeyri-iflic və paralitikdir. Qeyri-paralitik forma meningit kimi baş verən meningeal formadır.

Paralitik forma bir neçə formada ola bilər:

- onurğa (onurğa beyninin zədələnməsi) - əzaların, gövdə və boyunun süst iflici;

- bulbar (kranial sinirlərin zədələnməsi) - danışma, nəfəs alma, udma və ürək fəaliyyətinin pozulması;

- pontin - üz ifadələrinin tam və ya qismən pozulması;

- serebral - ensefalit kimi davam edir;

- qarışıq - poliomielit paralitik formasının müxtəlif variantlarının birləşməsi.

Qeyri-paralitik poliomielit iki formada baş verə bilər:

- inapparent forma - virusun heç bir simptom olmadan daşınması;

- abortiv (və ya visseral) forma - əksər viral xəstəliklər üçün xarakterik olan qeyri-spesifik ümumi simptomlar (qızdırma, intoksikasiya, baş ağrısı və s.).

Poliomielit yüngül, orta və ya ağır dərəcədə ola bilər. Xəstəliyin dərəcəsinin meyarları intoksikasiya və motor pozğunluqlarının ağırlaşmasıdır.

Xəstəliyin gedişi hamar və qeyri-hamar ola bilər (asimptomatik və ya yalnız poliomielit üçün xarakterik olan simptomlar). Sonuncu halda, bunlar ağırlaşmalar, xroniki infeksiyaların kəskinləşməsi və ya poliomielit səbəbiylə yeni infeksiyaların ortaya çıxması ola bilər. Poliomielit əleyhinə peyvəndlər ötən əsrin 50-ci illərindən həyata keçirilir.

İki növ peyvənd istifadə olunur:

- ağızdan poliomielit peyvəndi (OPV). Bu, ağız damcısıdır, zəifləmiş virusu olan canlı vaksindir. OPV xəstəliyin yayılmasına nəzarət etmək və müntəzəm immunizasiya üçün istifadə olunur;

- inaktivləşdirilmiş poliomielit peyvəndi (IPV). Bu, adi immunizasiya üçün istifadə edilən injeksiyon peyvəndidir.

Poliomielit əsasən uşaqlıqda baş verən yoluxucu xəstəlikdir. Bu gün poliomielit problemi peyvəndlə demək olar ki, həll olunub - bu, poliomielitlə mübarizənin yeganə yoludur.

 

Abuta Ağayeva

Nevroloq, UNICEF-in milli təlimçisi

 

 

Qida allergiyası

Qida allergiyası həyat keyfiyyətini azaldan və həyati təhlükə yaradan reaksiyalara səbəb olan sağlamlıq problemidir. Qida allergiyası, immunitet sisteminin bədən üçün zərərsiz olduğu düşünülən qida zülallarına həddindən artıq reaksiya verməsi nəticəsində ortaya çıxan sağlamlıq üçün təhlükəli bir vəziyyətdir. Son illərdə bütün dünyada qidadan qaynaqlanan anafilaksiya və qida allergiyasının yayılmasının artması səbəbindən bu mövzuya maraq artmışdır.

Qida allergiyasının ümumi simptomları:

- yemək udulduqda ağızda və boğazda qaşınma (bəzi uşaqlarda yalnız bu simptom var oral allergiya simptomu);

- övrə (bir qədər şişmiş, qırmızı, qaşınan lezyonlar);

- dəridə ekzema;

- burun axıntısı;

- ürəkbulanma, qusma və ishal ilə müşayiət olunan qarın ağrısı (orqanizm allergeni xaric etməyə çalışır);

- nəfəs almaqda çətinlik;

- şok;

- atopik dermatit;

- kvinke şişkinliyi;

- böyümə geriliyi və malnütrisyon.

Qida allergiyasının ən ağır simptomu ürək-damar və tənəffüs sistemlərinə təsir edən və hətta ölümə səbəb olan ANAFİLAKSİYAdır.

160-dan çox qidanın qida allergiyasına səbəb olduğu bildirilsə də, yayılma nisbətləri təsirə məruz qalan əhali və bölgədən asılı olaraq dəyişir. Qida allergiyasına uşaqlarda böyüklərdən daha çox rast gəlinir və dünyada hər 10 böyükdən birində və hər 12 uşaqdan birində olduğu təxmin edilir.

Qida allergiyasına səbəb olan qidaların 90%-i ümumiyyətlə bu qidalardan ibarətdir: süd, yumurta, fıstıq, qoz-fındıq, balıq, qabıqlı dəniz məhsulları, buğda və soya. Uşaqlarda qida allergiyası reaksiyalarının əksəriyyəti süd, yumurta və fıstıq allergiyasıdır. Fındıq və dəniz məhsulları (balıq və qabıqlı dəniz məhsulları) allergiyasına yeniyetmələr və böyüklər arasında daha çox rast gəlinir. Bəzi uşaqlarda süd, yumurta, buğda və soya məhsullarına qarşı dözümlülük zamanla, xüsusən də yeniyetməlik dövründə inkişaf edir. Fıstıq, qoz-fındıq və dəniz məhsulları allergiyası ömür boyu davam edə bilər.

Allergik qidadan uzaqlaşmaq qida allergiyası simptomlarının inkişafının qarşısının alınmasında və qida allergiyasının idarə edilməsində əsas müdaxilədir. Qida allergenlərindən qaçmaq üçün hər bir xəstədə xüsusi olaraq allergik reaksiyaya səbəb olan qidanın müəyyən edilməsi, qidanın və ya xəstənin allergik olduğu qida ilə çarpaz reaksiya verə bilən qidaların dəqiq tanınması önəmlidir.

Qida etiketləri, qidanın allergen tərkibi haqqında kritik məlumat verən mühüm mənbələrdən biridir və qida allergiyasının uşaqlarda daha çox rast gəlindiyini nəzərə alsaq, pediatrların bu etiketləri düzgün oxumasının onların xəstələri üçün həyati əhəmiyyət daşıdığını söyləmək olar. Allergen tərkibli qidaları düzgün müəyyən etmək və qida etiketlərini diqqətlə oxumaq uşaqların təhlükəsiz qidalanmasını təmin etmək üçün vacibdir. Pediatrların qida allergenləri ilə bağlı bilikləri uşaq sağlamlığı və allergik reaksiyaların idarə olunması, eləcə də qida allergiyası olan ailələrin maarifləndirilməsi, ailələrə uşaqlarını allergik reaksiyalardan necə qorumaq, necə davranmaq barədə məlumatların verilməsi baxımından mühüm rol oynayır.

Qablaşdırılmış qidalar üçün məcburi allergen etiketləmə qaydaları xəstələri mümkün allergik reaksiyalardan qoruyan ən mühüm amillərdən biridir. Hər hansı qidaya qarşı allergiyası olan şəxs həmin qida ailəsindəki digər qidaları qəbul edərkən diqqətli olmalıdır. Əks halda, çarpaz reaktiv qida allergiyası deyilən bir fenomen meydana gəlir. İnək südü allergiyası olanların digər heyvan südü (keçi və ya qoyun), soya proteini, mal ətinə; toyuq yumurtası allergiyası olanların digər quşların yumurtalarına; fıstıq allergiyası olanların digər paxlalılara; soya allergiyası olanların digər paxlalılara; balıq allergiyası olanların bütün digər balıqlara; qabıqlı dəniz məhsulları allergiyası olanların digər qabıqlı dəniz məhsullarına; buğda allergiyası olanların buğdanın digər növlərinə çarpaz reaksiyası ola bilər.

 

Şəbnəm Bağırlı

Pediatr

Uşaqlarda və yeniyetmələrdə piylənmə

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların və yeniyetmələrin sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideyinlərin problemə ciddi yanaşmasını tələb edir.

Uşaqda piylənmə olduğunu necə müəyyənləşdirmək olar?

Uşaqlarda piylənmə uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bu zaman bədən kütlə indeksi (bədən çəkisi (kq/boy (m) 2) 30-dan yüksək olur.

Uşaqlarda artıq çəkinin yaranma səbəbləri hansılardır?

Uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. İrsi meyil haqqında danışarkən, bədəndəki metabolik proseslərin xüsusiyyətlərinin genetik olaraq ötürülməsi nəzərdə tutulur. Çox vaxt köklük deyil, çox yemək vərdişi və ümumiyyətlə həyat tərzi ötürülür. Genetik meyil xarici amillərin təsiri altında reallaşır.

Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Bundan əlavə, piylənmə ciddi patoloji vəziyyətlər və genetik xəstəliklər nəticəsində də inkişaf edə bilər.

Uşaqlarda piylənmənin 90%-i alimentar piylənmədir, yəni həddindən artıq və ya çox kalorili qida qəbulu və aşağı fiziki aktivliyin nəticəsidir. Bu səbəbdən uşaq doğulandan onun qidalanmasına düzgün şəkildə yanaşmaq lazımdır. Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.

Uşaqlarda fiziki aktivlik də kifayət qədər deyil. Belə ki, uşaqlar günün çox hissəsini məktəbdə və ev tapşırıqlarını yerinə yetirərkən masa arxasında oturmaqla, kompüter oyunları oynamaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni kifayət qədər sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər. Bu da uşaqlarda artıq çəkiyə səbəb olur.

Uşaq məktəbdə, ailədə xroniki stres vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman uşaq müsbət emosiyalar qazanmaq, özünü stresdən qorumaq üçün yollar axtarır. Yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb olan amilə çevrilir.

Uşaqlarda piylənmə nə ilə ağırlaşa bilər?

Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər; mədə-bağırsaq sistemi xəstəlikləri (qəbizlik, ishal, xolesistit, pankreatit və s.), ürək-damar sistemi xəstəlikləri (arterial hipertoniya, ürəyin işinin çətinləşməsi), ateroskleroz, endokrin və metabolik patologiyalar (insulinə müqavimət, 2-ci tip şəkərli diabet, cinsi inkişaf pozuntular), sümük-əzələ sistemi və oynaq patologiyaları (artroz, skolioz, yastıpəncəlik) və s. Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən əskikliyi, komplekslər meydana çıxa bilər.

Həkimə nə zaman müraciət etmək  lazımdır?

Bədən kütləsi yaş normasının maksimum həddinə yaxınlaşmağa başlayan kimi həkimə müraciət olunmalı və tədbir görülməlidir.

Uşaqlarda piylənmə necə müalicə olunur?

Piylənmənin müalicəsi zamanı əsas tədbirlər bədən kütləsinin aşağı salınmasına, yanaşı gedən xəstəliklərin müalicə olunmasına, alınan nəticələrin saxlanmasına yönəldilməlidir. Bədən kütləsini azaltmaq üçün uşağın həyat tərzini dəyişdirmək lazımdır, yəni yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik (gimnastika, üzgüçülük və s.) təmin olunmalıdır. Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir. Əvvəlcə, uşağın pəhrizinin tərkibində heyvani yağlar və asan həzm olunan karbohidratlar olan qidaları məhdudlaşdırmaq tövsiyə olunur. Şirələrdə çox miqdarda şəkər olduğu üçün pəhrizdə tərəvəzlərə üstünlük verilməlidir. Tərkibində piy və duzun miqdarı çox olduğundan, kolbasa verilməməlidir. Uşaq şirniyyat istəyərsə, əvəzinə quru meyvə vermək daha yaxşıdır. Körpələrə əlavə qida kimi sıyıqlar deyil, tərəvəz püreləri verilməlidir.

Piylənmə zamanı pediatr və uşaq endokrinoloqu ilə yanaşı genetik, uşaq kardioloqu, uşaq qastroenteroloqu, uşaq ortopedi, neyrocərrah və uşaq psixoloqunun dəstəyi də tələb oluna bilər. Piylənmədən əziyyət çəkən uşaqlara masaj, iqlorefleksoterapiya, hidroterapiya, psixoterapiya göstərişdir.

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Biotin çatışmazlığı

Biotin və ya B7 vitamini suda həll olan B qrup vitaminlərindən biri olub, qlükoza, amin turşuları və yağ turşularının metabolizmində əhəmiyyətli rol oynayır. Son tədqiqatlar hüceyrələrin proliferasiyası, DNT-nin reparasiyası, genlərin epigenetik tənzimlənməsi, həmçinin immun sisteminin normal fəaliyyət göstərməsində biotinin rolunu təsdiqləyir.

Biotin müxtəlif qida mənbələrindən əldə edilir, həmçinin  bağırsaq bakteriyaları tərəfindən sintez olunur. Buna görə də qidalanma ilə bağlı səbəblərdən biotin çatışmazlığı nadir hallarda baş verir. Uzun müddət qıcolma əleyhinə preparatlar qəbul edən şəxslərdə bağırsaqlarda vitaminin mənimsənilməsinin pozulması səbəbindən biotin çatışmazlığı inkişaf edə bilər. Yumurta ağında olan avidin  zülalı biotin ilə möhkəm birləşdiyindən vitaminin mənimsənilməsi pozulur. Bu səbəbdən həddindən artıq  çiy yumurta yeyən insanlarda biotin çatışmazlığı meydana çıxa bilər. Son tədqiqatlar hamilə və döşlə əmizdirən qadınların çoxunda biotin səviyyəsində azalmanı göstərir. Hamiləlik dövründə biotin çatışmazlığının teratogen ola biləcəyinə dair narahatlıqlar var və bəzi ekspertlər hamilə qadınlar tərəfindən qəbul edilən qidada biotinin miqdarının daha çox olmasını məsləhət görürlər. Kifayət qədər biotin olmayan və ya hipoallergen süni qarışıqlarla qidalanan körpələrdə də biotin çatışmazlığı müşahidə edilə bilər. Uzun müddətli peroral  antibiotik müalicəsi biotin istehsal edən bağırsaq florasını məhv edir. Bağırsaqların iltihabı xəstəlikləri olan insanlar da bağırsaqlarda biotinin malarbsorbsiyası nəticəsində biotin çatışmazlığı riskinə məruz qalırlar. Lakin kəskin biotin çatışmazlığı əsasən biotin homeostazında iştirak edən fermentlərin (məsələn, biotinidaza) çatışmazlığının nəticəsidir. Biotinidaza  defisiti (BTD) autosom - resessiv tipli olub və təxminən 60 000 doğulan uşağın 1-də rast gəlinir. Qiymətləndirməyə görə  120 nəfərdən 1-i bu vəziyyətə görə heteroziqotdur. Fermentlərin çatışmazlığı dərəcəsi fərqli ola bilər. Kəskin biotinidaza çatışmazlığı olan insanlarda  fermentin səviyyəsi normanın 10% - dən aşağıdır, biotinidazın qismən çatışmazlığı olan insanlarda isə fermentin səviyyəsi normanın 10-30% - i arasındadır.

Biotin metabolizminə təsir göstərən müəyyən genetik qüsurları olan xəstələrdə də biotin çatışmazlığının klinik görünüşü müşahidə olunur. Lakin biotin çatışmazlığı təzahürlərinin inkişafına cavabdeh olan bütün mexanizmlər  hələ tam müəyyənləşdirilməyib.

Biotin çatışmazlığının əlamətləri və simptomları hər yaşda olan insanlarda inkişaf edə bilər. Erkən aşkarlanma və biotin müalicəsi ilə biotin çatışmazlığının bir çox simptomları və əlamətləri aradan qalxır. Bu səbəbdən ABŞ və bir çox digər ölkələrdə yeni doğulmuş körpələrin skrininqi həmçinin BTD çatışmazlığı testlərini də əhatə edir.

Vaxtında aşkar və müalicə edilmədikdə ağır biotin çatışmazlığı zamanı görmə və eşitmə problemləri, inkişaf gecikmələri və koqnitiv pozuntular baş verə bilər. Xəstələrdə anomal dəri və saç dəyişiklikləri, metabolik və nevroloji dəyişikliklər ola bilər. Biotinin qismən çatışmazlığı olan şəxslərdə simptomlar adətən yalnız stress dövrlərində, məsələn infeksiyalar zamanı baş verir.

Biotinidazanın dərin çatışmazlığı olan insanların əksəriyyətində simptomlar erkən körpəlikdə (3,5 aylarında) inkişaf edir; lakin bəzilərində o artıq həyatın birinci həftəsindən sonra inkişaf edə bilər, başqalarında isə yeniyetməlik yaşınadək asimptomatik qala bilər.

Etiologiyasından asılı olmayaraq biotin çatışmazlığının klinik təzahürləri oxşardır. Ancaq simptomların başlama vaxtı, inkişaf sürəti ağırlıq dərəcəsi və ardıcıllığı çox fərqlənə bilər.

İlk simptomlar adətən dəri və saçlar ilə əlaqəli olur:

- quru dəri

- konyuktivit

- seboreyalı dermatit

- göbələk infeksiyaları, xüsusilə kandidoz

- göz, burun, ağız  ətrafında və aralıq nahiyyəsində pullu, qırmızı səpkilər

- nazik və kövrək saçlar

- kövrək dırnaqlar

- saç tökülməsi və ya tam alopesiya

Əgər diaqnoz qoyulmazsa və müalicə edilməzsə, nevroloji simptomlar inkişaf etməyə başlayır. Ən tez-tez rast gəlinən nevroloji dəyişikliklərə aşağıdakılar daxildir:

- əzələ hipotoniyası

- motorika zəifliyi

- halsızlıq

- ataksiya

- görmə sinirinin atrofiyası, görmə qabiliyyətinin azalması

- neyrosensor eşitmə qüsuru

- yüngül depressiya, bəzən güclü yorğunluq hissi və yuxululuq , ağır hallarda hətta koma

- psixi statusda dəyişikliklər

- əzələ ağrıları (mialgiya)

- halüsinasiyalar

- hiperesteziya və paresteziya

- qıcolmalar (adətən mioklonik, generalizəolunmuş və fokal, eləcə də uşaq spazmları)

- proqressiv spastik parez və miyelopatiya

- görmə sinirinin atrofiyası

- neyrosensor eşitmə problemləri ( biotinidazanın kəskin çatışmazlığı olan körpələrin75% - də inkişaf edə bilər)

Həmçinin mədə-bağırsaq pozuntusu inkişaf edir. Ən çox aşağıdakı simptomlar müşahidə olunur:

- ürəkbulanma

- qusma

- anoreksiya

Tənəffüs simptomları:

- stridor

- apnoe

- hiperventilyasiya

Metabolik problemlər:

- asiduriya

- asidoz

- yüngül hiperammoniemiya  

Sağlam insanlarda qan zərdabında biotinin səviyyəsi 133-329 pmol / l təşkil edir, sidiklə biotinin ekskresiyası isə 18-127 nmol / 24 saat təşkil edir. Biotin və onun katabolitlərinin sidiklə ekskresiyasının azalması biotin çatışmazlığının erkən əlamətidir .

Biotin çatışmazlığı olan xəstənin müalicəsi zamanı etiologiya  nəzərə alınmalıdır. Vitamin çatışmazlığı genetik xəstəliklərlə əlaqədardırsa, genetik məsləhətləşmə  tələb olunur. Yenidoğulmuşların müayinəsində biotinidaz çatışmazlığı aşkar edilə bilər.

Biotin çatışmazlığı olan xəstələrə tibbi yardımın göstərilməsinin ən vacib aspektlərinə vəziyyətin erkən tanınması və oral yolla gündə 5-10 mq biotin ilə müalicənin  başlaması daxildir. Bəzi mütəxəssislər cinsi yetkinlik dövrünün başlanğıcında dozanı gündə 15-20 mq-a qədər artırmağı təklif edirlər. Qismən çatışmazlığı olan uşaqlara adətən gündə 1-5 mq biotin təyin olunu. Biotin metabolizminə təsir edən genetik xəstəliklərin diaqnozu olan insanlar üçün biotin ilə ömürlük müalicə tələb olunur. Biotin çatışmazlığı riski olanlara (hamilə və ya süd verən analar, həddindən artıq miqdarda yumurta ağı, uzun müddət antibiotiklər və ya qıcolma əleyhinə preparatlar qədul edənlər) zəruri hallarda biotin əlavələri təklif edilməlidir. Biotin əlavələri dəri, saç və dırnaqların sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilir. Biotinin yüksək dozalarının müəyyən nevroloji vəziyyətlərdə (məsələn, dağınıq skleroz ) kömək etdiyi aşkar edilmişdir. Bilmək vacibdir ki, biotin əlavələrinin qəbulu müəyyən laboratoriya testlərinə mane ola bilər. Bu isə yanlış müsbət və ya yanlış mənfi nəticələrə gətirib çıxara bilər.

 

Mənbə

https://emedicine.medscape.com/article/984803-workup#c4

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Talassemiya daşıyıcılığından nə zaman şübhələnməli?

Beta talassemiya gen daşıyıcılığı ana və atadan uşağa irsən ötürülür. Əslində talassemiya daşıyıcıları praktik sağlam şəxslərdir, bəziləri sadəcə təsadüfi qan analizində müəyyən edilir və ya qanın ümumi analizində belə təyin etmək mümkün olmur.

Belə ki, qanın ümumi analizində bəzi göstəricilərin ( MCV, MCH, MCHC ) aşağı olması, RDW-nin (eritrositlərin paylanma nisbəti) yüksək olması talassemiya daşıyıcılığına şübhə doğurur. Talassemiya daşıyıcılarında  Hb-nin miqdarı fərdə görə dəyişir. Bəzilərində tam normal Hb miqdarı olmaqla yanaşı, bəzilərində yüngül qanazlığı müşahidə edilir. Bəzən qanazlığına talassemiya daşıyıcılığı ilə yanaşı dəmir defisiti də səbəb olur.  Ona görə talassemiya daşıyıcılarının həmdə yanaşı olaraq dəmir mübadiləsi müayinəsindən də keçmələri məsləhətdir. Dəmir defisiti ilə talassemiya daşıyıcılığını bir-birindən ayırmaq üçün Mentzer indeksinə baxılır (MCV/ RBC). Əgər nəticə >13-dən böyükdürsə   bu dəmir defisitini göstərir, əgər nəticə <11-dən aşağıdırsa  talassemiya gen daşıyıcılığına şübhə yaranır. Dəmir çatışmazlığında həm MCV (eritrositlərin orta həcmi), həm də RBC (eritrositlər) azalır deyə nəticə 13-dən yüksək olur. Talassemiya daşıyıcılığında isə RBC əksinə 5.5 mln artıq olduğu üçün nəticə 11-dən kiçik olur. Bəzən dərin dəmir defisiti zamanı Hb elektroforezində  HbA2 yüksək olduğu halda normal göstərə bilər, ona görə də dərin defisit zamanı ilk növbədə dəmir depoları dolduqdan sonra təkrar Hb elektroforezi olunmalıdır.

Talassemiya daşıyıcılığı necə təyin edilir?

Çox sadə üsulla venadan və ya barmaqdan 5-10 ml qan almaqla Hb elektroforezi deyilən testlə 15-20 dəqiqə ərzində təyin edilir. Hb elektroforezində HbA2-nin və ya HbF-in və ya hər ikisinin normadan bir qədər yüksək olması talassemiya daşıyıcılığını göstərir.

HbF normada uşaqlarda yüksək olub, 3 yaşdan sonra normallaşır. Ona görə də daşıyıcılığın ən dəqiq diaqnozu 3 yaşdan sonra qoyula bilər, lakin 1 yaşdan da diaqnoz qoymaq mümkündür.

Talassemiya daşıyıcılığında genetik müayinə nə zaman olunmalıdır?

Bəzən səssiz daşıyıcıların Hb elektroforezində heç bir dəyişiklik aşkar edilmir. Bu zaman nikaha daxil olan tərəflərdən birində daşıyıcılıq varsa qarşı tərəfin Hb elektroforezində sağlam aşkar olunmasına baxmayaraq genetik müayinə məsləhətdir. Əgər nikaha daxil olacaq şəxslərdən birində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqlar ya sağlam, ya da daşıyıcı olacaq. Tərəflərin birində daşıyıcılığın olması zamanı evlilik qorxulu deyil. Əgər cütlüklərin hər ikisi daşıyıcıdırsa, o zaman 25% sağlam ,50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı var. Hər iki tərəfin daşıyıcı olması durumunda ailə məlumatlandırılır və dölün ana bətnində genetik müayinəsi məsləhət görülür. Prenatal diaqnostika hamiləliyin 16-18-ci həftəsində aparılır və əgər uşaq xəstədirsə ailəyə məlumat verilir, hamiləliyin sonlandırılma qərarını ailə özü verir. Bu müayinə hamiləliyin 16-cı həftəsindən tez 20-ci həftəsindən gec aparılmır.

 

Pediatriya.az

Yenidoğulmuşlarda infeksiyalar

İnfeksiyalar hər yaşda baş verir, lakin yenidoğulmuşlarda narahatlığın əsas səbəbidir, çünki yenidoğulmuşların, xüsusən də vaxtından əvvəl doğulmuş körpələrin immun sistemi zəif inkişaf edir və infeksiyaya daha həssasdır. Bəzi qoruyucu anticisimlər plasenta (dölün qidalanmasını təmin edən orqan) vasitəsilə anadan dölə keçsə də, dölün qanında antiсisimlərin səviyyəsi infeksiya ilə mübarizə aparmaq üçün kifayət qədər yüksək olmaya bilər.

Döllər və yenidoğulmuşlar ana bətnində, doğuş zamanı, doğuşdan sonra yoluxa bilər.

Ana bətnində əldə edilən infeksiya (intrauterin infeksiya)

Anada infeksiya nəticəsində döldə doğuşdan əvvəl istənilən vaxt baş verə bilər. Bəzən həkimlər və analar onun infeksiya olduğunu bilirlər, bəzən bilmirlər. Anada olan infeksiya plasenta vasitəsilə dölə ötürülür. Plasentadan keçən ümumi infeksiyalara məxmərək, toksoplazmoz, sitomeqalovirus, Zika virus infeksiyası və sifilis daxildir. Bəzən plasenta vasitəsilə insana immunçatışmazlığı virusu (HİV) infeksiyası və hepatit B virusu infeksiyası ötürülə bilər. Doğumdan əvvəl dölə yoluxa bilən çox nadir infeksiyalar da var. Döldə problemlər hansı mikroorqanizmin infeksiyaya səbəb olmasından və ananın infeksiyanı hamiləlikdə nə qədər inkişaf etdirdiyindən asılıdır. Baş verə biləcək problemlərə aşağıdakılar daxildir: dölün düşüyü, bətndaxili böyümənin geriliyi, vaxtından əvvəl doğuş, ölü doğum və anadangəlmə qüsurlar. Anada infeksiya simptomlu və ya asimptomatik ola bilər.

Doğuş zamanı infeksiya (intrapartum infeksiya)

İnfeksiya doğuş zamanı baş verə bilər əgər körpə yoluxmuş doğum kanalından keçir və ya dölətrafı membranların yırtılmasından sonra doğuş gecikməsi halında infeksiya vaginadan uşaqlığa keçərsə. Doğuş zamanı baş verə biləcək infeksiyalara aşağıdakılar daxildir: HİV infeksiyası, herpes simplex virus infeksiyaları, hepatit B virus infeksiyaları, streptokok infeksiyaları, E. coli infeksiyaları, listerioz, qonokok infeksiyaları və xlamidiya. Bəzən bu infeksiyalar plasenta vasitəsilə də ötürülə bilər.

Doğuşdan sonra infeksiyalar (puerperal infeksiya)

Doğuşdan sonra əldə edilən infeksiya, yeni doğulmuş uşağın ana ilə sıx əlaqəsi olduqda baş verir ya infeksiyalaşmış ana südü əmərkən baş verir. Həm də xəstəxanada və ya evdə yoluxmuş tibb işçiləri, ailə üzvləri və ya ziyarətçilərlə təmasda olduqda baş verə bilər. Xəstəxanadaxili infeksiyalar, əsasən, vaxtından əvvəl doğulmuş və ağır xəstəlikləri olan  uzun müddət xəstəxanada qalmalı olan yenidoğulmuşlarda baş verir.

Ən çox rast gəlinən yenidoğulmuşlarda xəstəxana infeksiyaları pnevmoniya (ağciyər infeksiyası); yenidoğulmuş uşağa maye və ya dərman vermək üçün damara venadaxili  kateter daxil edildikdə baş verən qan infeksiyalarıdır (bakteremiya).

Yenidoğulmuşlarda xəstəxanada ən çox görülən infeksiya Staphylococcus aureus bakteriyasının yaratdığı dəri infeksiyasıdır. Çox az çəkiyə malik yeni doğulmuş körpələrdə xəstəxana infeksiyalarının çoxu da stafilokoklar tərəfindən törədilir. Ancaq bəzi digər bakteriya və göbələklər də səbəb olur. Doğuş çəkisi nə qədər az olarsa, xüsusilə uzun müddət mexaniki ventilyasiyaya və ya venadaxili mayelərə ehtiyacı olan yenidoğulmuşlarda infeksiya riski bir o qədər yüksəkdir. Yenidoğulmuşlar xüsusi neonatal baxım şöbələrində və ya neonatal reanimasiya şöbələrində (NICU) nə qədər uzun müddət qalırlar və nə qədər çox prosedur alırlarsa, infeksiyaya yoluxma ehtimalı bir o qədər yüksək olur.

Yenidoğulmuşlarda infeksiyalara adətən bakteriya və ya viruslar, daha az hallarda isə göbələklər və ya parazitlər səbəb olur. Daha çox yayılmış bakteriyalara B qrupu streptokokları, Escherichia coli (E. coli), Listeria monocytogenes, gonococci və chlamydia daxildir. Yenidoğulmuşlarda infeksiyalara səbəb olan daha çox yayılmış viruslara herpes simplex virusu (HSV), insanın immun çatışmazlığı virusu (HİV), sitomeqalovirus (CMV) və hepatit B virusu (HBV) daxildir.

Yenidoğulmuşlarda infeksiyaların diaqnozu təstiq etmək üçün həkim tərəfindən müayinə olunur. Həkimlər yenidoğulmuş uşağda simptomları və ya anormallıqları (məsələn, anadangəlmə qüsurlar) fizikal müayinənin nəticələrinə əsasən infeksiyadan şübhələnirlər. Həmçinin infeksiyanın olub-olmadığını müəyyən etmək üçün yeni doğulmuş uşağın qanı, onurğa mayesi, sidik, tüpürcək və ya toxuma nümunələrini araşdıraraq analiz edirlər. Uşağın anası da müayinə oluna bilər. Yenidoğulmuşlarda infeksiyaların müalicəsi üçün infeksiyanın məmbəyin biləndən sonra antibiotiklər və ya antiviral dərmanlar istifadə edilir. Bəzi bakterial infeksiyalar antibiotiklərlə müalicə edilə bilər. Bəzi viral infeksiyalar antiviral dərmanlarla müalicə edilə bilər.

 

Abuta Ağayeva

Nevroloq, UNICEF-in milli təlimçisi

Hipotonik uşaqlar

Ailələr körpələrinin qidalanmasına diqqət göstərdikləri kimi sağlam inkişaflarına qarşı da çox diqqətli olmalıdırlar. Məsələn, körpələr 3 aylıq olmasına baxmayaraq başlarını tuta bilmirsə, 6 aylıq olmasına baxmayaraq dayaqla otura bilmirsə, yatarkən kürəyini və üzünü çevirə bilmirsə hipotoniyadan şübhələnmək olar. Valideynlərin körpələrinin hərəkətlərini və ya hərəkətsizliyini diqqətlə izləməsi olduqca vacibdir.

Əzələ hipotoniyası dedikdə əzələ gərginliyinin azalması başa düşülür. Hipotonik uşaq dedikdə əzələ tonusu zəif olan, süst uşaq başa düşülür. Bu o deməkdir ki, körpə əzələlərini idarə edə bilmir, bədənini dik tuta bilmir (boş uşaq), yaşına görə etməsi lazım olan hərəkət səviyyəsinə çata bilmir (məsələn, başını tuta bilmir, otura bilmir və s.). Belə körpələrdə tez-tez motor gerilik müşayiət olunur.

Hipotoniyanın ən ümumi səbəbi anadangəlmə əzələ xəstəlikləridir. SMA (Spinal Muscular Atrophy), “Werding Hoffman Disease” (onu təyin edən alimin adını daşıyır) ən ağır hipotoniya olan anadangəlmə əzələ xəstəliyidir. Əzələləri əhatə edən digəri "Duchen əzələ distrofiyası" kimi anadangəlmə əzələ xəstəliyidir.

Mərkəzi sinir sistemi (beyin və onurğa beyni) və periferik sinir sistemi (sinir kökləri, yollar, əzələ birləşmə bölgələri və əzələlər) ilə əlaqəli anadangəlmə və ya postnatal xəstəliklər körpələrin hipotoniyasında rol oynayır. Anadangəlmə metabolik xəstəliklər də hipotoniyaya səbəb ola bilər. Tiroid vəzin xəstəliyi (hipotiroidizm) və bəzi genetik sindromlar (Daun sindromu, Prader-Villi, Zellveger, Fragil X sindromu və s.) hipotonik körpə sindromuna səbəb olan şərtlərdir. Spinal əzələ atrofiyası, sinir-əzələ xəstəlikləri (miyasteniya) və əzələ xəstəlikləri hipotonik körpələrə səbəb olan xəstəliklərdir.

Yaşlarına görə hərəkət edə və inkişaf edə bilməyən körpələrin tanınması ilə bütün bu mümkün xəstəlik sahələri, pozuntunun səbəbini aşkar etmək və onu müalicə etmək üçün ətraflı araşdırmalar olmalıdır.

Ümumiyyətlə, əzələ xəstəliklərində zəka normal olur. Bəs ailələr hipotoniya baxımından hansı simptomlara diqqət yetirməlidir? Hipotoniyanın səbəbi anadangəlmədirsə, uşaq yeni doğulan kimi diqqətli bir nevroloji müayinə ilə başa düşülür. Bununla birlikdə, ailələrin diqqətini cəlb edə biləcək aşağıdakı xüsusiyyətlər hipotonik bir körpə olma ehtimalını göstərir və mütləq həkimə müraciət etmək lazımdır:

- uşaq 3 aylıq olmasına baxmayaraq başını tuta bilmir;

- uşaq 6 aylıq olmasına baxmayaraq, dəstəklə otura bilmir və uzandıqda çevrilə bilmir;

- 9 aylıq olmasına baxmayaraq dəstək olmadan otura bilmir, oyuncağı əldən ələ ötürə bilmir;

- 12 aylığında qalxa bilmir;

- 18 aylığında hələ də yeriyə bilmir.

Ailələr,  körpələrinin yuxarıda göstərilən aylarda etməli olduqları əzələ hərəkətlərini edə bilməməsinə diqqət etməli və erkən həkim müayinəsindən keçməlidirlər. Hipotoniya şiddətlidirsə, buna körpənin qidalanması da təsir edə bilər. Bu körpələrdə əzələ zəifliyi udma əzələlərinə təsir edərək qidalanmanı pozur və körpələrin udması çətinləşir, tez-tez qidanın ağciyərlərə düşməsi səbəbiylə uşaqlar ağciyər infeksiyasından əziyyət çəkirlər. Bu səbəbdən kilo alma da qeyri-kafi ola bilər. Pediatr bir körpənin hipotonik olduğunu asanlıqla anlaya bilər, ancaq dəqiq səbəb və müalicəni təyin etmək üçün mütləq bir uşaq nevroloquna müraciət etməlidir. Bundan əlavə, səbəbin genetik bir anadangəlmə xəstəlikdən qaynaqlandığını düşünürsə, bənzər bir vəziyyətlə yenidən qarşılaşmamaq üçün genetikə müraciət olunmalıdır.

Müalicə müayinələr nəticəsində qoyulan diaqnoza uyğun olaraq formalaşır. Diaqnoz hərtərəfli bir müayinə, beyin görüntüsü, elektromiyografiya (EMG) və lazım olduqda əzələ biopsiyası ilə qoyulur. Bəzi xəstələr steroid dərmanlarından faydalanırlar, amma tamamilə sağalma təmin edən xəstəliyə xas bir müalicə yoxdur. Lakin fiziki müalicə ilə inkişaf mərhələləri geridə olsa da, xəstə həmyaşıdlarına nə qədər yaxın ola bilərsə, o qədər uğurlu nəticələr əldə ediləcəkdir. Fiziki müalicədə gəzməyi asanlaşdırmaq üçün müxtəlif məşqlər və köməkçi avadanlıqlardan istifadə olunur. Hipotonik körpənin diaqnozu və müalicəsi kompleks şəkildə – pediatriya, uşaq neyrofiziki terapiyası, uşaq ortopediyası, genetika, maddələr mübadiləsi və inkişaf pediatriyasına daxil olmaqla aparılmalıdır.

Fiziki müalicə və reabilitasiya proqramı daha çox əzələləri və hərəkət sahələrini böyümə  ilə gücləndirmək, əlaqədar beyin bölgələrini stimullaşdırmaq və xəstənin beyin-əzələ koordinasiyasını təmin etmək üçün tətbiq olunur. Bundan əlavə, hipotonikliyə əlavə olunan epilepsiya, əzələ spazmı, ferment çatışmazlığı kimi xəstəliklər dərman və əvəzedici terapiya ilə düzəldilməyə çalışılır və fərdin normal inkişafına nail olunur.

 

 

Mənbələr

  1. Hipotonik İnfant (Gevşek Bebek) – Prof. Dr. Adnan Ayvaz (cocuknorolojiuzmani.com)
  2. Hipotonik Bebek | Çocuklu Dünya (cocukludunya.com)

 

 

Siddiqə Süleymanova

Nevroloq, UNICEF-in milli təlimçisi

AAP yaxşı uşaq baxımı ziyarətləri cədvəli

Valideynlər uşaqları xəstələnəndə kimə müraciət etməli olduqlarını bilirlər. Ancaq pediatr ziyarətləri sağlam uşaqlar üçün də eyni dərəcədə vacibdir.

Bright Futures (AAP) - Pediatriya Amerika Akademiyasıtərəfindən hazırlanmış yaxşı uşağa qayğı üçün hərtərəfli səhiyyə qaydaları, bir sıra inkişaf “dövriliyi cədvəli” körpəlikdən yeniyetməliyə qədər hər yaşda uşaq ziyarətində tövsiyə olunan yoxlamalar və qiymətləndirmə cədvəlidir.

Uşaq səfərlərinin cədvəli:

İlk həftə səfəri (3-5 gün)

- 1 aylıq

- 2 aylıq

- 4 aylıq

- 6 aylıq

- 9 aylıq

- 12 aylıq

- 15 aylıq

- 18 aylıq

- 2 yaşında (24 ay)

- 2 yaşında (30 ay)

- 3 yaşında

- 4 yaşında

- 5 yaşında

- 6 yaşında

- 7 yaşında

- 8 yaşında

- 9 yaş

- 10 yaş

- 11 yaş

- 12 yaş

- 13 yaş

- 14 yaş

- 15 yaş

- 16 yaş

- 17 yaş

- 18 yaş

- 19 yaş

- 20 yaş

- 21 yaş

Yaxşı uşaq ziyarətlərinin faydaları:

Xəstəliklərin öncədən müəyyən qədər qarşısının alınması(Pediatrınıza evdə və məktəbdə qidalanma və təhlükəsizlik barədə də müraciət edə bilərsiniz).

Böyümənin və inkişafın izlənməsi (Son ziyarətdən bəri uşağın nə qədər böyüdüyü və inkişafı barədə həkiminizlə danışın, övladınızın sosial davranışlarını və öyrənməsini müzakirə edin).

Narahatlıqların aradan qaldırılması (Övladınızın pediatrı ilə danışmaq istədiyiniz inkişaf, davranış, yuxu, yemək və ya digər ailə üzvləri ilə ünsiyyət qurmaq kimi mövzuların siyahısını yaradın).

Komanda yanaşması (Mütəmadi ziyarətlər pediatr, valideyn və uşaq arasında möhkəm, etibarlı münasibətlər yaradır).

AAP valideynlərin və uşaqların ehtiyaclarına xidmət etməsi üçün pediatrların uşaq ziyarətlərini tövsiyə edir. Bu komanda yanaşması olaraq bir uşağın optimal fiziki, zehni və sosial sağlamlığını inkişaf etdirməyə kömək edir.

 

Vüsalə Əliyeva

Pediatr, UNICEF-in milli təlimçisi

Uşaqlarda nitq və psixi inkişaf ləngiməsi

Müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə, vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür; onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı mütəxəssisləri seçməlidirlər. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmaq onun üçün son dərəcə çətin olacaq.

Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on qat artmışdır. Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur (psixi-nitq inkişafının ləngiməsi yaranır) və ya əksinə anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb olur.

Psixi-nitq inkişafının ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox qoyulur, lakin orta hesabla onların 20%-də bu xəstəlik olur. Bu vəziyyət başa düşüləndir, çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmağa başlayırlar.

Ancaq 5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Əgər 6 yaşından əvvəl uşaq ümumiyyətlə danışmırdısa, deməli, onun sağalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir. Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müalicəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideynlər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sağalma ümidi var. 

Gecikmiş psixo-nitq inkişaf ləngiməsinin əlamətləri

Gecikmiş psixo-nitq inkişaf ləngiməsi (PNİL) anadangəlmə amillərdən qaynaqlanırsa, uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. PNİL-in əlamətləri:

4 ay: uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermir,gülümsəmir (bunlar həm də autizm əlamətidir);

8-9 ay: uşaq qığıldamır (eyni hecaların təkrarlanması);

1 yaş: uşaq çox sakitdir, demək olar ki, səs çıxarmır;

1.5 yaş: uşaq sadə sözlər demir ("ana", "ver") və onları anlamır, onu adı ilə çağırdıqda başa düşmür. Uşağın çeynəməsi də olmaya bilər;

2 yaş: çox məhdud sözlər toplusunu bilir və istifadə edir, başqalarının ardınca yeni sözləri təkrarlamır;

2.5 yaş: 20-dən çox söz tətbiq etmir, iki və ya üç sözdən ibarət cümlə qura bilmir, bədən hissələrinin, əşyaların adlarını başa düşmür;

3 yaş: özü sərbəst cümlə qura  bilmir, böyüklərin danışdığı sadə hekayələri başa düşmür;

çox sürətli danışır, sözün sonunu "yeyir" və ya çox yavaş danışır, sözləri uzadır. Valideynin ona müraciətinə cavab olaraq, deyilənləri sanki təkrarlayır.

PNİL olan bir uşaqda hər yaşda tüpürcək ifrazatının artması müşahidə olunur, uşağın ağzı həmişə açıq qalır. Belə uşaqlarhiperaktivlik, artan aqressivlik, diqqətsizlik, yorğunluq, zəif yaddaş ilə xarakterizə olunur. Uşaq çox ləng düşünür, inkişaf etməmiş bir təsəvvürə və dar bir emosional təzahürə malik olur, həmyaşıdları ilə ünsiyyətdə böyük çətinliklər yaşayır və buna görə də onlardançəkinir. Belə uşaqlar fiziki olaraq da zəif inkişaf etmiş olurlar.

Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətliolarsa, psixi və əqli inkişafı da bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu, PNİL müalicəsini mümkün qədər erkən başlamaq üçün başqa bir səbəbdir.

Psixi inkişaf ləngiməsinin əsas səbəbləri

Psixi-nitq inkişafının ləngiməsi müstəqil xəstəlik deyil, bu beynin və mərkəzi sinir sisteminin inkişafındakı dəyişikliklərinnəticəsidir.

PNİL-in səbəbləri:

- hamiləlik dövründə ananın xəstəlikləri, dölün inkişafının pozulmasına kömək edən infeksiya, zəhərlənmə və travmalar;

- bətndəki dölün oksigen çatışmazlığı (hipoksiya);

- çətin doğuş (sürətli yaxud vaxtından əvvəl doğuş, göbək ciyəsinin boyuna dolanması), doğuş zamanı uşaq travması;

- erkən yaşda beyin xəstəliyinə səbəb olan ağır infeksiya və travmalar;

- beyin strukturasını pozan genetik və xromosom xəstəlikləri;

- erkən yaşda ağır psixotravma;

- qeyri-düzgün tərbiyə; uşağın çox güclü valideyn qayğısı altında olması yaxud qayğıdan məhrum olması. Bu səbəbdən PNİL olan uşaqlar əsasən asosial ailələrdən çıxır.

PNİL-ə səbəb ola biləcək xəstəliklər:

- mərkəzi sinir sisteminin (MSS) anadangəlmə anomaliyaları və metabolik pozuntuları;

- epilepsiya və digər ruhi xəstəliklər;

- serebral işemiya;

- hidrosefaliya;

- kəllədaxili təzyiqin artması;

- uşaq serebral iflici;

- baş beyin şişi;

- beyin damarlarının patologiyası;

- leykodistrofiya;

- likvor dinamikasının pozulması.

Bir daha vurğulayaq ki, nitq və zehni inkişafın ləngiməsi beyinfunksiyasının pozulmasına (doğuş travması, infeksiyaların təsiri), bəzi irsi xəstəliklərin mövcudluğuna (PNİL hər sonrakı nəsildəağırlaşır) və uşağın böyüdüyü əlverişsiz psixoloji iqlimə görə başverir. Buna görə yalnız PNİL-i deyil, ilk növbədə  səbəblərinimüalicə etmək lazımdır.

Autizm elementləri və PNİL

Mərkəzi sinir sistemin pozulması və ya ağır infeksiyaların uşağın bədəninə təsiri nəticəsində nəinki danışma və zehni inkişafda geriləmə yarana bilir, hətta bəzi hallarda xəstəlik autizməlamətləri ilə də müşayiət olunur.

PNİL-in müalicəsi

PNİL-in müalicəsi mümkün qədər erkən yaşdan, eyni zamanda kompleks şəkildə başlamalıdır. Terapiyaya valideynlər, nevroloq, loqoped, psixoloq, refleksoloq daxildir. İnkişaf ləngiməsinindərəcəsi azdırsa, erkən müalicə yaxşı nəticə verə bilər. Müalicə nə qədər gec başlasa, uşağın normal ünsiyyət qura bilməsi və həmyaşıdları ilə birgə ümumtəhsil məktəbində təhsil ala bilməsi ehtimalı azalır.

Mütəxəssislərlə iş

Xüsusi pedaqoq iki və ya daha çox yaşı olan uşaqlar ilə məşğul olur, onun işi yaddaş, incə motor bacarıqları, düşüncə inkişafına yönəlir. Loqoped isə nitq inkişafını dəstəkləmək üçün əlavə tədbirlər, məsələn, səs və səs birləşmələrinin tələffüzünüasanlaşdıran loqopedik masaj edir. Nitq inkişafında geriləmənin psixoloji travma ilə əlaqəli olduğu hallarda, eləcə də ailədə qeyri-stabil vəziyyət olduqda, uşaq həmyaşıdları ilə ünsiyyətdənçəkindikdə uşaq psixoloqu ilə stabil işləmək lazım gəlir.

 

Sara Məmmədsalahova

 

Antibiotiklərin həyatın ilk ilində istifadəsi bronxial astmanın inkişaf riskini artırır

 

Bronxial astma uşaq yaşlarında ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Xəstəliyin rast gəlmə tezliyi son 30 ildə xeyli artmışdır. Hər səkkiz məktəblidən təxminən biri bu xəstəlikdən əziyyət çəkir və uşaqların təxminən 10%-i (böyüklərin 5%-i)bronxial astma xəstəliyi ilə əlaqədar olaraq dərman müalicəsi alır.

 

Astma hallarının artmasına gətirib çıxaran çoxsaylı səbəblər arasında böyüyən uşaq orqanizminə dərman yükünün artması da vardır. Antibiotiklər uşaq yaşlarında ən çox təyin olunan dərmanvasitələrindəndir. Məhz mikroblara qarşı təsir göstərən və Th-2 immun reaksiyasını zəiflədən antibiotiklər "gigiyenik fərziyyə"nöqteyi-nəzərindən bronxial astma xəstəliyinin artmasınınsəbəblərindən biri hesab olunur. Bununla birlikdə antibiotiklərin bronxial astmanın inkişaf riskinin artmasına təsiri barədə etibarlı çox məlumat yoxdur. Bununla əlaqədar olaraq Kanadalı alimlər həyatın ilk ilində antibiotiklərin istifadəsi ilə uşaq yaşlarındabronxial astma xəstəliyi arasındakı əlaqəni genişmiqyaslı bir tədqiqat çərçivəsində araşdırıblar.

Tədqiqatın metodları və gedişatı:

Tədqiqat 1997-ci ilin yanvarından 2003-cü ilin dekabrınadək Britaniya Kolumbiyası (Kanada) əyalətində doğulmuş bütün uşaqları əhatə etmışdir. Uşaqların müşahidəsi 2005-ci ilin dekabr ayına qədər davam etmişdir. 2 yaşdan yuxarı uşaqlarda həyatın ilk ilində antibiotiklərdən istifadə olunub-olunmamasından asılı olaraq bronxial astma xəstəliyi halları qeydə alınıb. Müxtəlif yaş qruplarında (2-3, 3-5 və 5-9 yaş) astma xəstəliyinin təhlili müxtəlif amillər, o cümlədən uşaq doğularkən hestasiya yaşı, uşağın çəkisi və ailənin sosial-iqtisadi vəziyyəti,allergik/pulmonoloji/immunoloji, anadangəlmə, cərrahi patologiyalar, kəskin otit, yuxarı və aşağı tənəffüs yollarının respirator xəstəlikləri ilə əlaqədar olaraq həkimə muraciətlər nəzərə alınaraq aparılmışdır. Bronxial astmanın inkişafı ilə uşağın həyatının ilk 12 ayında aldığı antibiotiklərin sayı (0, 1-2, 3-4,> 4) arasında mümkün doza asılılığı araşdırılmışdır.

Tədqiqata daxil olan 251.817 uşağın 85%-i şəhər sakinləri olmuşdur. Müşahidə orta hesabla 5,5 il (2-9 il aralığında) davam etmişdir. Uşaqların 43,3%-i (n=108958) həyatın ilk ilində ən azı bir dəfə antibiotik qəbul etmişdir. Ən çox uşaqlara amoksisillin (33.7%), daha az makrolidlər (9.3%), sefalosporinlər (8.2%), penisillin (2.6%) və sulfanilamidlər (8.0%) təyin edilmişdir.

Uşaqların 7%-də müşahidə dövründə bronxial astma xəstəliyiinkişaf etmişdir. Bronxial astma ilə orta xəstələnmə göstəricisi ildə 100 nəfərə 2,3 təşkil etmişdir. Uşaqların yaşından asılı olaraqxəstələnmə 2-3 yaşda 100 uşağa görə 2,7 ilə, 5-9 yaşda hər 100uşağa 1.7 arasında dəyişmişdir. Antibiotiklərin təyin edilməsinin bronxial astma xəstəliyinin yaranma riskini artırması, riskin yaşdan asılı olması və erkən yaşlı uşaqlarda maksimal olması müəyyən edilmişdir. Beləliklə, həyatın ikinci ilində risk orta hesabla 60%, 3-4 yaşda 45%, 5-9 yaşda 35%  artmışdır. Çoxfaktorlu təhlillər göstərdi ki, antibiotiklərin təyin edilməsinin təsirindən bronxial astma xəstəliyinin yaranma riskinin artması kişi cinsi, şəhərdə məskunlaşma, ailənin aşağı sosial-iqtisadi vəziyyəti, doğulan zaman hestasiya yaşı  və çəkisi, anadangəlmə anomaliyaların olması, həyatın ilk ilində pediatra və digər mütəxəssislərə müraciət, bronxiolit epizodları, yuxarı və aşağı tənəffüs yollarının respiratorxəstəlikləri ilə bağlıdır. Sülfanilamidlərdən başqa bütün antibakterial preparatlar bronxial astma riskini artırmışdır. Xəstəlik riskinin maksimum artması makrolidlərin təsiri altında qeyd edilmişdir.

Nəticələr:

Həyatın ilk ilində antibiotiklərdən istifadənin uşaqlarda bronxial astmanın inkişaf riskini artırdığına dair inandırıcı sübutlar əldə edilmişdir. Antibiotik kurslarının sayı və xəstəlik riskinin artması arasında birbaşa korrelyasiya tapılmışdır. Bronxial astma riskinin antibiotiklərin dozasından asılılığı "gigiyenik fərziyyəni"təsdiqləmişdir. Bronxial astmanın antibiotiklərdən asılılıq riski ən çox 2-3 yaşlı uşaqlarda müşahidə edilmişdir.

Beləliklə, həyatın ilk aylarında uşağa antibiotiklər təyin etmək məsələsini nəzərdən keçirərkən, uzun müddətli nəticələrini, xüsusilə də buna meyilli uşaqlarda bronxial astmanın inkişaf riskini də nəzərə almaq, həmişə bu terapiyanın risklərini və faydalarını dəyərləndirmək lazımdır.

Mənbələr

1. Fawziah Marra et al. Antibiotic Use in Children Is Associated With Increased Risk of Asthma. Pediatrics 2009;123.

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

 

Affektiv-respirator tutmalar

Bəzi uşaqlar möhkəm ağlayanda onların nəfəsləri birdən dayanır,göyərirlər və özlərindən gedirlər. Tutma bir dəqiqəyə qədər davam edə bilər. Tutma zamanı uşaq ləms olur, ətrafları boşalır, uşaq “ət” kimi olur. Tutma dərinləşirsə, bədən qıc olur, uşağın ağzı kilidlənə bilər. Bu tutmalara affektiv-respirator tutmalar deyilir.

Affektiv-respirator tutmalar çox qorxulu görünsə də, beyinə zərər vermir. Bu tutmalar kiçik uşaqlarda (6-18 aylığında) başlayır,uşaqların məktəb yaşlarına qədər tam kəsilir. Bu tutmalar uşağın ağlamağı ilə ələqəli olduğuna görə, uşağın tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Bir çox valideyn uşaq ağlamasın deyə onun istəklərini dərhal yerinə yetirir və nəticədə uşaq ərköyün böyüyür. O, daha çox ağlayır və tutmanın baş vermə ehtimalı artır. Buna görə valideynlərbelə uşaqlara qarşı  sabit münasibət göstərməli və onların naz və tərsliklərinə məhəl qoymamalıdır.

Affektiv-respirator tutmalar 2 formada olur: sianotik və solğun. 

1.Ən çox meydana gələn sianotik formadır. Bu zaman uşaq ağlayır, nəfəs alır və nəfəs ani dayanır, dəri sianotik olur və uşaq huşunu itirir. Qısa müddətli bir qıcolma da ola bilər. Bir neçə saniyədən sonra tənəffüs davam edir, dərinin rəngi düzəlir, uşaq özünə gəlir. Uşağın üzünə soyuq bir bez qoyulduqda tutma kəsilə bilər.

2.Solğun forması uşaqda hansısa bir ağrı ilə nəticələnə bilər,məsələn, uşaq yıxıla və özünü zədələyə bilər. Belə hallarda, şüur ​​itkisi və tənəffüs dayanması (hər ikisi də müvəqqətidir) sinir sisteminin qorxuya qarşı reaksiyası nəticəsində meydana gəlir və bu da ürəyin ləngiməsinə səbəb olur. Uşaq nəfəsini dayandırır, tez bir zamanda huşunu itirir və solğun olur. Qıcılma və sidik qaçırma baş verə bilər. Ürək isə tutma zamanı çox yavaş döyünür. Tutmadan sonra ürək yenidən sürətlənir, tənəffüs davam edir və şüur ​​heç bir müdaxilə edilmədən geri qayıdır.  

Əgər belə hallar tez-tez təkrarlanırsa, uşağa əlavə diaqnostik test və müalicə lazım ola bilər.  

 

Ağayeva Abuta

Nevroloq, UNİCEF-in milli təlimçisi

 

Ekran qarşısında göz yorğunluğu

 

Arzuolunmaz olsa da, bir çox uşaqlar vaxtlarının çox hissəsini(xüsusilə karantin dövründə) rəqəmsal cihazlar qarşısında keçirirlər. Bu, uşaqlarda göz yorğunluğuna səbəb olur. Ekrana saatlarla baxdıqda göz yorğunluğu, görmənin zəifləməsi və göz quruluğu kimi problemlər yaranır. Bəs bu cür hallarda nə etməli?

• Ekran qarşısında zaman keçirərkən yuxuya getməsinə,yaxud fiziki aktivliyə mane olmayın;

• yuxu çatışmazlığı göz yorğunluğunun əsas səbəbidir. Yataq otağında elektron avadanlıqları açıq saxlamayın. Ekranın mavi rəngi, yuxuya getmə prosesinə mənfi təsir göstərir.Yuxudan 1 saat əvvəl cihazı söndürmək yetərlidir;

• fiziki aktivlik uşağı elektron cihazlardan uzaqlaşdırır. Açıq havada oyunlar gözün daha yaxşı görməsinə müsbət təsir göstərir; 

• mütəmadi olaraq gözü ekran, yaxud monitordan çəkərək fasilə vermək, uzaq və yaxına baxmaqla göz gimnastikası etmək faydalıdır;

• tez-tez göz qırpmaq göz quruluğunun qarşısını almağa kömək edir. Bu da fayda vermirsə, göz damcılarından istifadə etmək məsləhətdir;

• ekranı düzgün yerləşdirmək də göz sağlamlığı baxımından əhəmiyyətlidir. Belə ki, şüanın birbaşa gözə təsir etməməsi üçün kompüter ekranı göz səviyyəsindən aşağı və müəyyən dərəcə maili olmalıdır. Smartfonlar gözdən təxminən 30 sm, masaüstü kompüterlər 60 sm, televizor isə 3 m məsafədə olmalıdır;  

• işıqlanmaya da diqqət edilməlidir. Yəni ekrana pəncərədən, yaxud lampadan işıq düşməməlidir. Ekranın işıqlanması azaldılmalıdır;

• mütəmadi göz müayinəsindən keçmək də vacib şərtlərdəndir. 

 

Əliyeva Vüsalə

Pediatr, UNİCEF-in milli təlimçisi

Süd dişi çıxma zamanları

Körpələr adətən 6 aylıq ikən ilk süd dişləri yavaş-yavaş çıxmağa başlayır. Adətən bunlar alt çənədə öndəki mərkəzi dişlər olur. Daha sonra isə təqribən üst mərkəzi dişlərin ardından yan kəsici dişlər çıxmağa başlayır.

Süd dişlərinin çıxması ilə əlaqədar uşaqlar və valideynlər bir çox çətinliklərlə qarşılaşırlar:

• həmin nahiyədə qızarıqlıq, qaşıntı,

• ağızda selik ifrazatının artması,

• gözlərin yaşarması,

• yuxusuzluq,

• iştahsızlıq,

• hərarət,

• kilo itkisi,

• qusma,

• qarın işləmə,

• öskürək,

• hüzursuzluq, narahatlıq.

Bu periodda hərarət 38-i keçərsə pediatrla əlaqə saxlamaq faydalı olar. Bəs müalicə və ya körpəni rahatlatmaq üçün nə etmək olar? Ağız üçün olan qaşıyıcılardan istifadə etmək olar, bəzən həkimlər tərəfindən həmin vasitələrin soyuducuda saxlanılıb daha sonra istifadəedilməsi tövsiyə edilir. Həmin nahiyəni ana təmiz bir binti barmağına sararaq və ya barmaq fırçalarla masaj edə bilər. Bu da dişin daha rahat sürməsinə kömək edir. 

Bəzi hallarda damaq mukozası qalın olur və diş sürmədə çətinlik çəkir. Bu bölgədə hematom olur. Şişkin, çəhrayı bənövşəyi rəng düyün şəklində olur. Bu qorxulu bir hal deyil. Yenə valideyn masaj edərək oradakı prosesi sürətləndirə bilər. Və ya əgər uzun müddət bu hal davam edərsə stomatoloq kiçik bir toxunuşla bu dişin üst toxumasını açıb kömək edə bilər. Bütün situasiyalarda bir uşaq stomatoloqundan fikir almaqda fayda vardır.

Bəzi hallarda uşaqlar doğularkən ağızlarında diş ola bilir. Buna natal diş varlığı deyilir. Doğumdan bir ay sonra diş çıxardan uşaqlar da var, bu dişlərə isə neonatal diş deyilir. Əksər hallarda bu dişlərin kökü olmur və çəkimi tövsiyə edilir. Çünki kökü olmadığı üçün süd əmərkən körpə bu dişi aspirasiya edə bilər. Bu vəziyyətdə körpəni müayinə etdirmək olduqca vacibdir.

Süd dişlərinin tamamən sürməsi ortalama 30 aylıq olarkən bitir. Təbii ki, hər uşaq individualdır, bəzi faktorlar səbəbi ilə bu gecikə və ya daha erkən tamamlana bilər.

 

Rəsulzadə Nəzrin

Həkim-stomatoloq

Uşaqlarda anadangəlmə qüsurların qarşısını almaq üçün 5 məsləhət

Əksər anadangəlmə qüsurların qarşısını almaq olmur. Lakin analar hamiləlikdən öncə və hamiləlik dövründə sağlam həyat tərzi sürsə və öz sağlamlığının qayğısına qalsa, dünyaya sağlam körpə gətirmək şansı artır. Ana üçün yaxşı olan hər şey körpə üçün də yaxşıdır. Özünüzün və övladınızın sağlamlığı üçün bu tövsiyələrə əməl etməyə çalışın:

1. Mütləq hər gün 400 mkq fol turşusu qəbul edin. Fol turşusu sinir toxumasının və onurğa beyninin ciddi anadangəlmə qüsurlarının qarşısını alır. Bu qüsurlar hamiləliyin erkən dövründə yaranır. Onurğa beyin borusu tam bağlanmır. Folturşusunu hamiləlikdən minimum 1 ay əvvəl və bütün hamiləlik dövrü qəbul etmək lazımdır. Fol turşusu əsasən çörəkdə, qarğıdalı ununda və s. olur.

2. Hər hansı dərman preparatı qəbul etməzdən əvvəl və qəbulunu kəsmək istədikdə mütləq həkiminizlə məsləhətləşin. Həkim məsləhəti olmadan dərman preparatı qəbul etməyin. 

3. Vaksinlərə, xüsusilə qrip əleyhinə peyvəndə qarşı diqqətli olun. Vaksinlər hamilə qadını və körpəsini ağır xəstəliklərdən qoruyur. Amerikada hamilələrə göy öskürəyə qarşı və qripə qarşı peyvəndin vurulması tövsiyə edilir (T-dap). Hər hamiləlikdə qrip peyvəndini həm hamiləlikdən öncə, həm də hamiləlik zamanı etmək olar. Göy öskürəyə qarşı peyvəndi hər hamiləliyin 3-cü trimestrində vurdurmaq olar. 

4. Hamiləlikdən öncə sağlam çəki əldə edin. Piylənmə anadangəlmə qüsurların və hamiləliyin ağırlaşma riskini artırır. Əgər qadında çəki azlığı və ya piylənmə varsa,hamiləlikdən öncə mütləq sağlam çəki əldə etmək üçün həkimi ilə məsləhətləşməlidir.

5. Hamiləlik dövründə zərərli vərdişlərdən uzaq durun (spirtli içkilər, tütün və s.).

 

Zəka yetərsizliyi

Zəka yetərsizliyi dedikdə şəxsin bacarıq və qabiliyyətlərinin yaşına görə orta səviyyədən aşağı olması başa düşülür. Bu vəziyyət psixi proseslərin tam və ya qismən reallaşmaması nəticəsində yaranır. Psixi proseslərə düşünmə, diqqət, qavrama, yaddaş, problem həll etmə və planlama kimi qabiliyyətlər daxildir. Zəka geriliyi olan insanlar bu qabiliyyətləri orta səviyyədən aşağı və yaşlarına uyğun olmayan şəkildə həyata keçirirlər. Bu vəziyyət adətən anadangəlmə olur və buna müxtəlif genetik, bioloji və ya ətraf mühit faktorları səbəb ola bilər. Əqli geriliyi olan şəxslərin öyrənmə və gündəlik həyat bacarıqlarını təkmilləşdirmək üçün xüsusi təhsil və dəstək proqramları tələb oluna bilər.

Zəka yetərsizliyi ünsiyyət və sosial münasibətlərdə çətinliklərə, gündəlik həyat bacarıqlarını tam əldə edə bilməməyə, özünə qulluq etməkdə çətinlik çəkməyə, öyrənmə proseslərində gecikmələrə səbəb ola bilər.

Zəka yetərsizliyinin səbəbləri prenatal (doğum öncəsi), natal (doğum zamanı), postnatal (doğumdan sonra) səbəblərdən qaynaqlana bilir. Genetik faktorlar, metabolik pozuntular, alkoqol və maddə istifadəsi, yetərsiz qidalanma, infeksiyalar, erkən doğum, gec doğum, doğum zamanı oksigen yetərsizliyi, baş-beyin travmaları, uşaqlıq dövrü xəstəlikləri və s. uşaqlarda zəka yetərsizliyinə səbəb ola bilir.

Zəka yetərsizliyi olan şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaq və potensiallarını maksimum dərəcədə artırmaq üçün dəstək vermək vacibdir. Xüsusi təlim proqramları, terapiya, dəstək xidmətləri və müvafiq tədbirlərlə zəka yetərsizliyi olan şəxslər öz həyat bacarıqlarını təkmilləşdirə və cəmiyyətdə daha müstəqil yaşaya bilərlər. Ailələrin və cəmiyyətin bu şəxslərə anlayışla dəstək verməsi də vacibdir.

 

Quliyeva Anara

Klinik psixoloq

Açıq havada gəzintinin uşaq üçün faydaları

 

• Təmiz, açıq havada olmaq uşağı sakitləşdirir, yuxusunu və iştahını yaxşılaşdırır, bədənini möhkəmləndirir. Uşaq fiziki cəhətdən daha yaxşı inkişaf edir və böyüyür.

• Sümüklərin inkişafı üçün vacib olan D vitamininin uşaq orqanizmi tərəfindən sintezi təmin edilir.

• Uşaq başqa uşaqlarla oynaya, istədiyi kimi hərəkət edə və səsini yüksəldə bilir. Bu isə uşağın özünə inam hissini və özgüvənini artırır.

• Küləyi, qarı, yağışı, heyvanları, quşları, canlı və cansız varlıqları tanımaq və onlarla oyun oynamaq təbiəti araşdırmaq, xəyallarını genişləndirmək imkanı yaradır. 

 

Uşağın açıq havada gəzinti müddəti yaşdan və hava şəraitindən asılıdır:

• Körpələri ilk dəfə açıq havaya çıxararkən uşağın və ananın ümumi vəziyyəti və hava şəraiti nəzərə alınmalıdır.

• Doğum evindən gəldikdən sonra 5-7 gündən, soyuq aylarda isə ikinci həftədən etibarən körpəni gəzintiyə çıxara bilərsiniz.

• Küləkli, şaxtalı və çox isti havada körpəni gəzintiyə çıxarmağa tələsməyin.

• İlk vaxtlar uşağı geyindirərək pəncərələri açıq otaqda və ya eyvanda da gəzmək olar.

• Xüsusən yay aylarında saat 11:00-15:00-da günəş şuaları çox aktiv olduğundan gəzintilər təhlükəlidir.

• İlk dəfə yayda 15-20, qışda 5-10 dəqiqə gəzinti kifayyətdir. Gəzinti hər dəfə 5-10 dəqiqə artırılmalıdır.

• Yay aylarında açıq havada olma müddəti sizin günlük rejiminiz imkan verdiyi qədər, qışda isə yarım saatdan çox olmamalıdır.

• Bir ayından sonra gün ərzində bir neçə dəfə gəzintiyə çıxmaq olar.

• Bir yaşdan böyük uşaqların gəzinti müddəti 4 saatdan az olmamalıdır.

Gəzintidən əvvəl lazım olan bütün əşyaları əvvəlcədən hazırlayın, özünüz geyinin, sonda uşağı geyindirin. Geyim fəslə uyğun olmalı, uşağın hərəkətini məhdudlaşdırmamalıdır. 

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Febril qıcolmalar

Febril qıcolmalar, yaxud qızdırma zamanı qıcolmalar, çox vaxt 6 aydan 5 yaşa qədər olan uşaqların təxminən 2-5%-də, əksər hallarda isə 12-18 ayında olan uşaqlarda olur. Febril  qıcolmalar sadə və ya mürəkkəb ola bilər. Sadə febril qıcolmalar 15 dəqiqədən az davam edir, ocaqlı simptomlar qeyd olunmur və 24 saat ərzində təkrarlanmır. Mürəkkəb febril tutmalar isə fasiləsiz və ya fasilələrlə 15 dəqiqədən çox davam edir, yaxud ocaqlı simptomlar müşahidə olunur və ya 24 saat ərzində təkrarlanır. Febril qıcolmaların çoxu sadədir.

Febril tutmalar bakterial və ya viral infeksiya zamanı baş verir.Febril tutmalara rast gəlinməsində bəzən genetik faktor da rol oynayır. Febril qıcolmaları ilə əlaqəli bir neçə gen müəyyən edilmişdir. Bir yaşlı uşaqda ilk qızdırma tutması baş verirsə, onun təkrarlanma ehtimalı çoxdur. Lakin daha böyük uşaqlarda təkrarlamanın ehtimalı azdır.

Klinik təzahürlər​

Febril qıcolmalar hərarətin yüksəldiyi dövrdə 24 saat ərzində inkişaf edir. Bir qayda olaraq, qıcolmaların əksəriyyəti tonik-klonik, nadir hallarda atonik və ya tonikdir. Çox davam edən qızdırma tutması beynə zərər verə bilər, buna görə tutmanın mümkün qədər tez dayandırılması vacibdir.

Bütün digər səbəblər istisna edildikdən sonra qıcolmalar febril sayılır. Sadə febril qıcolmaları əksər hallarda müalicə etmirlər, uşağın qızdırması salınır, əsas xəstəliyi müalicə olunur. Lakin ağır qıcolmalarda, nevroloji xəstəliklərdə və ya ciddi bir xəstəliyin əlamətlərində (məsələn, meningit, metabolik xəstəliklər) epilepsiya əleyhinə dərmanların qəbulu təyin oluna  bilər.

 

Abuta Ağayeva​

Nevroloq, UNİCEF-in milli təlimçisi

Qlükoza 6 fosfat dehidrogenaza çatışmazlığı

 

Qlükoza 6 fosfat dehidrogenaza (Q6FD) çatışmazlığı qan azlığına və qanın parçalanmasına aparan səbəblərdən biridir. Bu fermentin çatışmazlığı olan uşaqlara paxlalı bitkilər, hərarət salıcılar (parasetamol), bəzi antibiotiklər (sulfanilamidlər), aspirin, malyariya əleyhinə dərmanlar, vərəm əleyhinə dərmanlar, saç boyaları (xına) və naftalin istifadə etmək qadağandır. Sadalanan dərmanlardan hər hansı birini uşaq istifadə etsə 24-48 saat sonra hemoliz – qanın parçalanması baş verir. Nəticədə anemiya yaranır. Kəskin qan azlığı ilə əlaqədar uşağın rəngi avazıyır, saralır, bəzən sidiyin rəngi tündləşir (qırmızımtıl olur). Hemolizin dərəcəsi fermentin çatışmazlığının dərəcəsindən və səbəblə təmasın müddətindən asılıdır. Xəstəlik əksər hallarda simptomsuz keçir. 

 

Diaqnoz

• Hemoqlobin və hematokritin kəskin enməsi 

• Anizopoykilositoz

• Periferik qan yaxmasında heynz cisimcikləri (dişlənmiş eritrositlər) görünür

• Hemoqlobinuriya 

• Qanda Q6FD fermentinin təyini 

 

Profilaktika

• Uşağı sadaladığımız faktorlardan uzaq tutmaq

• Ağır hemoliz zamanı qan köçürmək

 

Ferment çatışmazlığının üstünlüyü həmin uşaqların malyariya xəstəliyinə yoluxmamasıdır.

 

Sağlam uşaq inkişafı

Uşağın həyatının ilk illəri, xüsusilə təhlükəsiz, sevgi və şəfqətdolu bir ailədə olması onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Düzgün qidalanma, idman və normal yuxu da sağlam inkişaf üçün son dərəcə əhəmiyyətlidir.

Yaxşı öyrənmək və böyümək üçün körpənin beyni sağlam olmalı, xəstəliklərdən və digər risklərdən qorunmalıdır. Sağlam bir beyin inkişafı hamiləlikdən əvvəl başlayır. Məsələn, sağlam bir pəhriz və kifayət qədər fol turşusu kimi uyğun qidalar hamiləliyin sağlam keçməsinə dəstək verir və körpənin sinir sistemini inkişaf etdirir.

Peyvəndlər hamilə qadınları gələcək körpənin beyninə zərər verə biləcək infeksiyalardan qoruya bilər. Hamiləlikdə müntəzəm tibbi yardım körpənin beyninə təsir göstərə biləcək ağırlaşmaların qarşısını almağa kömək edə bilər. Körpəlik dövründə sağlam beyin inkişafı düzgün qayğı və bəslənmədən asılı olaraq davam edir. Uşaqların beyinləri hələ də böyüdüyü üçün baş travmalarına, infeksiyalara və ya qurğuşun kimi toksinlərə qarşı həssasdırlar.Qızılca peyvəndi kimi uşaqlıq peyvəndləri, uşaqları beynin hidropsu kimi təhlükəli xəstəliklərdən qoruya bilər. 

Bir uşağın həyatının ilk illəri sonrakı sağlamlıq və inkişaf üçün çox vacibdir. Əsas məsələlərdən biri, doğuşdan əvvəl başlayan və erkən uşaqlıqda davam edən beyinin nə qədər sürətli böyüməsidir. Beyin böyüməyə və yetkin yaşa doğru dəyişməyə davam etsə də, ilk 8 il beyin inkişafı üçün əsas müddətdir. 

Psixi sağlamlıq ümumi sağlamlıq üçün vacibdir. Ruhi pozuntular uzun müddət davam edən və çox vaxt tamamilə keçməyən xəstəliklərdir. Erkən diaqnoz və müalicə olmadan, zehni pozuntusu olan uşaqlar evdə, məktəbdə və dostluq münasibətlərində problem yaşaya bilər. Ruhi pozuntular uşağın sağlam inkişafına da mane ola bilər və yetkinlik yaşına qədər davam edə bilən problemlərə səbəb ola bilər.

 

Siddiqə Süleymanova

Nevroloq, UNİCEF-in milli təlimçisi

Uşaqlar üçün ümumi tibbi müayinə (“check-up”)

Uşaq orqanizmi sürətlə böyüyür və inkişaf edir. Uşaqlar üçün “check-up” müayinə, yəni kompleks diaqnostika uşağın fiziki və psixi inkişafını qiymətləndirmək və inkişafa nəzarət etmək,sağlamlıq vəziyyətini müəyyənləşdirmək, kəskin və xroniki xəstəlikləri vaxtında aşkar etmək məqsədi ilə aparılır. Sağlamlıq vəziyyətindən asılı olmayaraq bütün uşaqlar üçün baza “check-up”müayinələri aparılmalıdır. Müayinələrin həcmi uşağın yaşından asılıdır. Lazım gəldikdə həkimin təyinatı ilə genişləndirilmiş“check-up” müayinələri aparıla bilər.

Baza “check-up” müayinəsinə daxildir: 

• Pediatr uşağın boyunu, çəkisini, körpələrdə döş qəfəsi və başın dairəsini ölçərək uşağın fiziki inkişafını qiymətləndirir, müayinə əsasında bütün orqan və sistemlərin fəaliyyətiniqiymətləndirir.

• Oftalmoloq göz yaşı kanalını və göz dibini müayinə edir, görmə pozuntularının və kəllədaxili təzyiqin olub-olmamasını təyin edir.

• Lor (otlorinqoloq) burun keçəcəklərinin darlığını, burun çəpərinin əyriliyini, damaq badamcıqlarının və adenoidlərin böyüməsini müəyyən edir.

• Nevroloq körpələrdə böyük əmgəyin və başın dairəsini ölçür,bütün yaşlarda refleksləri, əzələ tonusunu, emosional vəhərəki inkişafın dinamikasını qiymətləndirir.

• Cərrah uşaqda hemangiomanın, qasıq və göbək yırtıqlarının olub-olmamasını, oğlan uşaqlarında cinsiyyət üzvlərinin vəziyyətini qiymətləndirir.

• Ortoped körpələrdə bud-çanaq oynaqlarının vəziyyətini,bütün yaşlarda onurğa sütunun inkişafını, qaməti qiymətləndirir.

• Stomatoloq dişlərin və çənənin vəziyyətini yoxlayır.

Müayinələr:

• Qarın boşluğu orqanlarının, bud-çanaq oynaqlarının USM

• NSQ (neyrosonoqrafiya)

• ExoKQ (exokardioqrafiya)

• EKQ (elektrokardioqrafiya) 

Laborator diaqnostika:

• Qanın, sidiyin, nəcisin ümumi analizi

• Nəcisin qurd yumurtalarına görə müayinəsi

• Qanın biokimyəvi müayinəsi

 

Rübabə Quliyeva 

Həkim-pediatr, pedaqoq

Uşaqlarda qəbizlik

Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı çətinliklə baş verirsə və ya ağrılı olursa, bu zaman qəbizliyin olması barədə düşünmək lazımdır. Qəbizlik zamanı bəzən defekasiya tezliyi normal olsa da, defekasiya zamanı bərk nəcis xaric edilir. 

Uşaqlarda qəbizlik nədən yaranır?

• Qidalanma rejiminin pozulması, fiziki aktivliyin az olması funksional qəbizlik törədə bilər. Bu, uşaqlarda qəbizliyin ən çox rast gəlinən səbəbləridir. Kiçik uşaqlarda qəbizlik rasionda bərk məhsullar və sıyığın çoxluq təşkil etməsi, böyük  yaşlı uşaqlarda qida lifləri ilə bol olan meyvə və tərəvəzlərin az yeyilməsi səbəbindən meydana çıxır.Həmçinin qeyri-adekvat su rejimi də nəcis ifrazının ləngiməsinə yol açır. 

• Keçib gedən qəbizlik bədən temperaturunun yüksəlməsi, nəcis ifrazını zəiflədən qidaların qəbul edilməsi, su rejiminin pozulması, bir sıra dərman maddələrinin qəbuluzamanı meydana çıxır.

• Mədə-bağırsaq, mərkəzi və periferik sinir sistemlərinin müxtəlif mənşəli xəstəlikləri, qurd xəstəlikləri, anemiya, endokrin xəstəliklər, mübadilə pozulmaları zamanı mədə-bağırsaq traktının fəaliyyəti pozula bilər.

• Qəbizlik bağırsaq infeksiyalarından, antibiotik müalicəsindən sonra və digər səbəblərdən bağırsaq mikroflorasının pozulması ilə əlaqədar ola bilər.

• Psixogen amillər nəcis ifrazının ləngiməsinə səbəb ola bilər.Uşağı güvəcə (qorşoka) öyrəşdirmə mərhələsində valideynlərin səbrsiz davranması hər defekasiya aktınıstresli edə bilər. Uşaq qeyri-iradi olaraq nəcis ifrazını ləngidər. Uşaq bağçasında güvəcə oturmaqdan utanmaq, məktəbdə tualetə getməklə bağlı narahatlıqlar xüsusən kiçikyaşlı uşaqlarda zamanla defeksiya çağırışlarını azaldaraq qəbizlik törədir. Vaxtında tədbir görülmədikdə bu,gələcəkdə ciddi psixoloji problemlərə də səbəb ola bilər.   

• Qəbizlik bağırsaqların anadangəlmə inkişaf anomaliyaları(məsələn, Hirşprunq xəstəliyi), düz bağırsaq xəstəlikləri (proktit, paraproktit, düz bağırsağın çatları) ilə əlaqədar ola bilər.

• Qida allergiyası bağırsağın divarlarımı zədələyərək nəcis ifrazını zəiflədə blər. 

Uşaqlarda qəbizliyin əlamətləri hansılardır?

• Nəcis düz bağırsaqda çox qaldıqda təkibində olan suyu itirir, nəticədə defekasiya zamanı quru, kələ-kötür, silindr formalı nəcis xaric olur. Quru nəcis düz bağırsağı zədələdiyindən defekasiya zamanı uşaq ağlamağa başlayır. Lakin kiçik uşaqlar çox vaxt qarınlarının onları narahat etdiyini valideynlərinə izah edə bilmirlər. Bu səbəbdən analar uşağın nəcis ifrazının müntəzəm olmasına və nəcisin xarakterinə hər zaman diqqət yetirməlidirlər.

• Uşaqlarda nəcisin tezliyi dəyişkəndir. 2 yaşına kimi defekasiyaların sayı gündə 3 dəfədən bir neçə gündə 1 dəfəyə qədər dəyişə bilər. İki yaşdan sonra defekasiyaların sayı adətən gündə 1-2 dəfə olur. Hər bir valideyn körpəsinin  hansı tezliklə tualetə getdiyini bilir. 6 ayadək uşaqlarda nəcis çox yumşaq, daha sonra formalaşmış konsistensiyalı olur. Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə bir neçə dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir, lakin uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri xarici görünüşcə normaya uyğundursa, bunu normal hal hesab etmək olar. Nəcis kütlələri çox bərk konsistensiyaya malik olduqda nəcisdə qan izlərini görmək mümkündür. Bu, düz bağırsaqda çatların mövcudluğunu göstərir.

Qəbizlik zamanı nəcis ifrazının ləngiməsi ilə yanaşı uşaqda digər əlamətlər də ola bilər :

• ümumi narahatlıq, tez yorulma

• oyanıqlıq, əsəbilik, yuxu pozuntuları

• baş ağrıları, başgicəllənmə

• diqqətsizlik, qavramanın və yaddaşın pozulması

• ürəkbulanma

• iştahanın azalması

• ağızdan xoşagəlməz iyin gəlməsi, dilin üzərinin ərpli olması

• dərinin quru olması, saçın və dırnaqların qırılması

Qəbizlik təhlükəlidirmi?

Qəbizlik adətən kəskin gedişli olub, bir neçə gün davam edir. Bəzən isə bu, xroniki hal alıb, uzun illərlə davam edə bilər. Xüsusən uzun müddət davam etdikdə qəbizlik çox xoşagəlməz ağır nəticələr verə bilər:

• Uşaqda qəbizlik nəticəsində faydalı vitaminlər və mikroelementlər zəif şəkildə sorulur ki, bu da anemiyaya, immunitetin zəifləməsinə səbəb ola bilər.

• Bağırsaqda qalan nəcis kütləsi ilə bədəni zəhərləməsi ürəkbulanma və qusmaya gətirib çıxarır.

• Uzun müddət müalicə olunmadan davam edən qəbizlik uşaqlarda hemorroy, düz bağırsaq çatları, bağırsaq keçməzliyi, bağırsaq qanaxmaları, paraproktit, enkoprez, nadir hallarda yoğun bağırsağın şişi ilə ağırlaşa bilər. 

Qəbizlik zamanı nə etmək lazımdır? 

Qəbizliyin səbəbi və forması müxtəlif olduğuna görə özbaşına müalicə yolverilməzdir və mütləq həkimə müraciət edilməlidir. Müalicə zamanı və sonra qida rejimi və pəhrizə, fiziki aktivliyə diqqət yetirilməli, stres faktorları aradan qaldırılmalıdır. 

 

Rübabə Quliyeva

Həkim-pediatr, pedaqoq

Uşaqlıq dövründə yuxunun əhəmiyyəti

Uşaqlıq dövründə yuxu, böyümə və inkişaf prosesləri, hüceyrəyenilənməsi, immun sistemin güclənməsi və s. üçün olduqca vacibdir. Buna görə də uşaqlarımızın kifayət qədər yatmasından əminolmalıyıq. Kiçik yaş dövrlərində yuxu saatlarının normaları hər yaş qrupu üçün fərqlidir. Yenidoğulan körpələr gün ərzində 16-20 saat yatırlar. Artıq 4 aylıqkən 14-15 saat olan yuxu, 6 aylığından etibarən13-14 saatadək azalır. 3-5 yaş arası uşaqlara isə 11-13 saat yatmaqkifayət edir. 

Körpələrdə gecə-gündüz arasındakı fərqi ayırd edə bilməkbacarığı 6 həftə ilə 3 ay arasında inkişaf etməyə və gecə yuxularınınmüddəti artmağa başlayır. 9 aylıqdan etibarən isə yuxu prosesinin 70-80%-i gecə yuxusu olur. Yəni 5-8 ay arasında körpələr adətən 3 dəfəyatdıqları halda, 9-14 ay aralığında olan körpələrdə bu say 2-yə düşür.

15-18 ay yaş aralığında olan uşaqlar artıq gündüzləri ancaq bir dəfə yatmağa başlayırlar. 2,5 yaşında yuxunun müddəti fasiləsizolaraq gündüz 1,5-2 saat, gecə isə 10-11 saat təşkil edir. 5 yaşına gəldikdə isə artıq uşaqlar gündüz yuxusunu tərgitməyə başlayırlar.

Əgər uşağınız yaşına uyğun olan müddətdən daha az yatırsa və ya gecələri tez-tez oyanırsa, onda uşaqda yuxu problemlərininmövcudluğundan söhbət gedə bilər. Çox vacib olan bir məsələnibilməyimiz lazımdır: Uşaqların gündüz yatmaları mütləq şərt deyil, bəzi uşaqlar gündüz yatmaq istəməyə bilər, bu normaldır. Önəmliolan uşağın gecələri fasiləsiz və kifayət qədər yatmasıdır.

Bəs bəzən uşaqlarda baş verən yuxu problemlərinin səbəbi nədir? 

Tipik inkişaf edən uşaqların 25%-də, neyro-inkişaf problemləriolan uşaqların isə təxminən 75%-də yuxu problemləri müşahidəolunur. Bunlar da yuxuda gəzmək, yuxuda danışmaq, kabus görmək,yuxuda dişlərini qıcırdatmaq, yuxuya keçməkdə çətinlik, gecəyuxudan tez-tez ayılmaq, gecə oyanıb valideynlərin yanına getməkkimi müxtəlif şəkillərdə qarşımıza çıxa bilir. Əgər uşaqda yuxuproblemi varsa bunun altında yatan səbəb mütləq şəkildə araşdırılıbtapılmalıdır. Məsələn: gecə tez-tez oyanan, ağzı açıq yatan vəxoruldayan uşaqda problem xalq dilində burunda artıq ət dediyimizadenoid böyüməsi ilə bağlı ola bilər və bu vəziyyətdə əməliyyat lazım gələ bilər. Bundan əlavə bəzi nevroloji problemlər, xroniki xəstəliklər, artıq çəki, inkişaf problemləri uşaqda yuxu problemlərinə səbəb ola bilər və burda mütləq həkim nəzarətinə ehtiyac duyula bilər. Əgəraltda yatan hər hansı bir tibbi səbəb olmamasına baxmayaraq uşaqdayuxu problemi varsa biz artıq uşağın psixo-sosial mühitiniaraşdırmalıyıq. Çünki uşağın temperamenti, genetik yatğınlığı, valideynlərin təzyiqi və ya qərarsız tutumu, valideyn davaları və ailəiçi şiddət, uşağın fiziki-emosional ehtiyaclarının yetəri qədərqarşılanmaması, psixoloji travmalar, ayrılıq qayğısı (anksiyetəsi), qorxular, kabuslar uşaqlarda yuxu problemləri ilə nəticələnə bilər. Xüsusən 2-5 yaş arası uşaqlarda ən çox rastladığımız yuxu problemi səbəbindən birisi uşağın qaranlıq qorxusu və kabuslarıdır. Bu dövrdəuşaqların xəyal dünyaları çox geniş olur və xəyali dostlar, qorxuducusenarilər uydura bilirlər, ancaq gerçəkliklə xəyal arasındakı fərqi hələtam ayırd edə bilmədikləri üçün yatağın altından canavar çıxabiləcəyinə inana bilirlər və ya yuxuda kabus görürlər, bunuxatırlayırlar ancaq tam olaraq nə gördüklərini mənalandıra bilmirlər. Təkrardan o qorxulu yuxuları görməmək üçün də yatmaq istəməyəbilirlər. Ayrılıq qayğısı yüksək olan uşaqlarda isə gecələri tez-tez yuxudan oyanıb valideynlərinin yanına getməsini müşahidə edəbilirik. Bu dövrdə ən çox qarşılaşdığımız bir başqa problem isə uşağın yuxu vərdişinə yiyələnməməsidir, yəni uşağın yuxu rejiminin olmamasıdır.

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim

Uşaqlarda ağız gigiyenası

Uşaqların nə zaman dişlərini fırçalamalıyıq?

Bəzən bizə böyük yaşlı uşaqların valideynləri - pasientlər yaxınlaşır və valideynlərdən əksər hallarda bu sözləri eşidirik: “Doktor biz dişlərimizi yeni fırçalamağa başlamışıq”. Bu doğru deyilvə təəssüf ki, bizim ölkəmizdə uşaqların ilk stomatoloqa getmə yaşı təxmini olaraq 4-5 olduğu üçün bu period gecikilmiş sayılır.

Ümumiyyətlə, körpələrin hələ süd dişləri çıxmadan hər qidalanma sonrası təmiz tənziflə ağız boşluğu, damağı silinməlidir. İlk dişlər çıxdıqdan sonra isə dişlər barmaq fırça ilə fırçalanmalı, 0-3 yaş üçün uyğun məcunlardan istifadə edilməlidir. 1 yaş sonrası üçün fırça tükcükləri sıx olan və 0-3 yaşa uyğun soft fırçalar seçilə bilər.

6 ay və 1 yaş periodunda, əgər gecə qidalanması hələ də davam edirsə sonraki yaş periodlarında da hər qidalanma sonrası dişlər təmizlənməlidir. Xüsusilə südəmər körpələrdə qarşılaşdığımız “əmzik kariyesi” deyilən bir kariyes növü vardır və çox valideynlərin ən çox şikayət etdiyi kariyes növüdür: “Doktor bizim uşağın dişləri çıxar çıxmaz çürüdü ya da elə qara çıxdı”. Əslində isə bu dişlər “qara” çıxmır. Sadəcə kifayət qədər yaxşı gigiyena olmadıqda çürümə prosesi sürətlənir. Səbəbi isə gecə qidalanması və ana südü ya da ana südü əvəzedici süd tərkibli qidalardır. Gecə qidalanmasından sonra körpə yuxuya getdiyi üçün ana kifayət qədər təmizliyə nəzarət edə bilmir.Ana südünün və ya əvəzedici qidanın tərkibindəki süd şəkəri yəni laktoza dişin emalına yəni mina qatına yapışaraq deminerilizasiyaya səbəb olur. Bu səbəblə ilk çıxan mərkəzi dişlərdə adətən ovulma,qırılma kimi hallarla qarşılaşırıq.

Bəs körpəmizi necə bu kariyes növündən qoruya bilərik?

Gecə qidalanmasını minimuma endirərək, qidalanma sonrası mümkünsə fırçalama, tənziflə ağız boşluğunun silinməsi, qidalanma sonrası su qəbulu və s.

Bəs 3 yaşdan böyük uşaqlarda fırçalama necə olmalıdır?Təxminən 7-8 yaşına qədər valideyn nəzarətində fırçalama olmalıdır.Uşaqları sərbəst böyütsək də, təəssüf ki tək başına fırçalamaları kifayət etməyə bilər. Gündə ən az iki dəfə 2 dəqiqədən az olmayacaq şəkildə fırçalanma olmalıdır. Fırça bütün səthlərə təmas etməli,dişətindən dişin kənarlarına doğru süpürmə hərəkəti şəklində olmalıdır. Fırçanın tükcükləri bərabər ölçülərdə və medium yəni orta sərtlikdə olmalıdır.

Xüsusi ilə gecə fırçalaması bizim üçün çox önəmlidir. Gecə ağız boşluğunda qidalanma olmadığı üçün bakteriyalar üçün münbit şərait yaranır. Bu səbəblə gecə yatmadan öncə daha detallı firçalama şərtdir.

 

Nəzrin Rəsulzadə 

Həkim-stomatoloq

Körpəlik dövrü inkişafı

Körpəlik dövrü 0-2 yaşı əhatə edir. Bu dönəmdə ilk sınama-yanılma cəhdləri baş verir.

Körpələr həyati fəaliyyət üçün təməl olan bir neçə funksiyanı bu yaş dövründə öyrənirlər. 

• Yeriməyi öyrənmək

1. Oturmaq (3-4-cü ay dəstəklə, 5-6-cı ay sərbəst)

2. İməkləmək (6-7-ci ay)

3. Dəstəklə yerimək (8-9-cu ay)

4. Dəstəksiz yerimək (11-12-ci ay)

• Əl tutmaq bacarığı (Hansı əli istifadə edəcəklərinə qarışmaq olmaz)

1. 2-ci aydan sonra əşyalara əl uzatmaq

2. 5-ci aydan sonra əşyaları tutmağa başlamaq

3. 6-7-ci aydan sonra əşyaları sərbəst şəkildə əldə tutmaq

• Hərəkətlər

1. 1.5-ci ay üzü üstə yatarkən başını qaldıra bilmək

2. 2-ci ay beli üstündə yatdıqda qolunu uzatmaq

3. 3-cü ay refleksin azalması (6-cı aya qədər çoxu azalmalıdır)

4. 5.5-ci ay əşyalarını almaq üçün uzandıqları yerə vurub səs çıxartmaq

5. 6.5-7-ci ay dəstəksiz oturmaq

6. 7-ci ay iməkləmək

7. 8-ci ay əşyalara tutunaraq ayağa qalxmaq

8. 9.5-ci ay yeriməyə başlamağı istəmək

9. 11-ci ay ayağa qalxa bilmək

10. 13-cü ay topla oynaya bilmək

11. 14-cü ay pilləkənləri qalxa bilmək

12. 18-24-cü ay hansı əli istifadə edəcəklərini dəqiqləşdirmək

13. 24-36-cı ay asanlıqla ayaqda dura bilmək

 

P.S. Əslində uşaqlar dünyaya gəldikdə üzməyi bacarırlar

1-ci ay - qucağa alındıqda sakitləşər,  2-ci ay - kimsə danışanda gülümsəyər, insanları izləməyə başlayar, 3-cü ay bəzi səslər çıxarar, 5-ci ay yad insanlara reaksiya göstərər, qucaqda qalmaq istəyər, 6-7-ci ay - yad insanlardan qorxar, 8 -12-ci ay   ayrılıq qayğısı yaşayar, diqqət çəkmək üçün ağlayarlar. Ce-eyy oyunu oynayar, bay-bay edə bilərlər. 9-12-ci ay - əllərini bir-birinə çırpar, 12-18-ci ay birlikdə oyun oynayar, 18-24-cü ay – ata və anadan ayrılmaqda çətinlik çəkər, hərşeyi öyrənmək istəyər, aynada özünü tanıyar (insan sifətini ilk 9 ayda tanıyır) ev işlərini, təmir işlərini görər, təqlid etmək bacarığı inkişaf edər, 24-36-cı ay – sərbəst olmaq istəyər, öz-özünə oynamağı sevər, 3-10 dəq nağıl dinləmək istəyərlər.

 

Anara Quliyeva

Klinik psixoloq

Sedasiya

Uşaq stomatologiyasının ən önəmli məqsədi uşaqların ağız sağlamlığını qorumaq, lazımi müalicələri çox gecikmədən etmək, zamanından öncə itirdikləri dişlər varsa yerlərini qorumaq və nəticə etibari ilə sağlam bir daimi dişlənməyə sahib olmaqlarını təmin etməkdir.

Uşaqlarda diş müalicələrini gerçəkləşdirmək hər zaman asan olmur. Bütün davranış yönləndirmələrini tətbiq etsək də, müalicəyə icazə verməyən uşaqlar belə hallarda sedasiya, ümumi anesteziya və s. yollardan biri ilə diş müalicəsinə yönləndirilirlər.

Şiddətli fobiyası olan, xüsusi uşaqlar, sistemik xəstəliyi olan uşaqlar, lokal anestetiklərə qarşı alergiyası olanlar, bəzən isə bunlardan heç biri olmasa da uzaq məsafədən gələn və ağız içində müalicə olunmalı diş sayı çox olan uşaqlarda bu metodu – sedasiya üsulunu istifadə edirik.

Sedasiya prosedur əsnasında müxtəlif sedatif preparatların təsiri ilə pasientin qorxusunun kontrol altına alınmasıdır. Anestezioloq komandası sıx monitorinq ilə nəzarət etdiyi müddətcə sedasiya qorxulu bir prosedur deyil.

 

Sedasiya öncəsi əməl olunmalı qaydalar:

1.Uşaq son 4 saat ac olmalı, su belə içməməlidir.

2.Uşaqda soyuqdəymə, aktif bəlğəmli öskürək, burun axıntısı olmamalıdır.

 

Sedasiya sonrası diqqət edilməli məqamlar:

1.Uşaq tam özünə gələnə qədər qidalanma olmamalı, ilk qidalanma bir iki qurtum su ilə olmalıdır.

2.Pasient tam yuxudan ayılana qədər yan tərəfə meyilli yatmalıdır.

3.Əgər diş çəkimi olubsa qanaxma kontrol altına alınmalıdır.

4.Diş çəkimi olubsa həmin gün çox isti, çox soyuq və dənəvər qidalanma, eyni zamanda qarqara olmamalıdır.

5.Sedasiya sonrası mütləq yeni dişlər üçün fırça yenilənməlidir.

 

Nəzrin Rəsulzadə

Həkim-stomatoloq

Spina bifida

Spina bifida nədir?

Spina bifida, hamiləliyin ilk ayında körpənin onurğa və onurğa beyninin düzgün inkişaf etmədiyi bir növ onurğa kanalı qüsurudur. Onurğa və beyin embrionunun sinir kanalı adlanan hissəsindən inkişaf edir. Sinir kanalı tam bağlanmadıqda, boşluq buraxaraq onurğanın defektinə səbəb olur. Spina bifida şiddətindən asılı olaraq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. 1000 hamiləlikdən təxminən 1-də spina bifida müşahidə olunur. 

Spina bifidanın hansı növləri var?

Gizli spina bifida: spina bifidanın ən yüngül və ən yayılmış növüdür. Bu, fəqərələrin kiçik bir hissəsinin düzgün inkişaf etmədiyi zaman baş verir və sümüklər arasında kiçik bir boşluq yaranır. Bu tip defektlərdə körpənin kürəyində görünən açıqlıq olmur. Körpənin dərisində kürək nahiyəsinin yuxarı hissəsində bir az saç, kiçik çuxur və ya doğum ləkəsi görülə bilər. Bir çox insanlar bunun nə olduğunu bilmirlər, buna görə də ona gizli spina bifida deyilir.

Meningosel: maye kisəsi fəqərələr arasındakı boşluqdan çıxdıqda baş verir. Maye kisəsində onurğa beyninin heç bir hissəsi yoxdur, buna görə də adətən sinir zədələnməsinə səbəb olmur. Meningosel olan bəzi insanlarda kiçik qüsurlar var.

Myelomeningosel: spina bifidanın ən ciddi və ağır növüdür. İçində onurğa beyninin hissələrini əhatə edən bir maye kisəsi, onurğadakı açıqlıqdan çıxır. Bu kisə, onurğa beynini örtən beyin qişaları (meningeal) ilə örtülü ola da bilər və ya olmaya da bilər. Bu növ spina bifida orta və ya ağır qüsurlara səbəb ola bilir.

Spina bifida simptomları hansılardır?

Spina bifidanın əlamətləri və simptomları defektin növü və şiddətindən asılı olaraq dəyişir. Spina bifida aşağıdakı problemlərə səbəb ola bilər:

  • əzələ zəifliyi;
  • iflic;
  • ombada və ya ayaqlarda hiss itkisi;
  • sidik kisəsi və ya bağırsaq disfunksiyası;
  • hidrosefali;
  • öyrənmə çətinlikləri;
  • skolyoz kimi onurğa deformasiyaları;
  • cinsi problemlər.

 

Spina bifida üçün risk faktorları hansılardır?

Spina bifida üçün tək bir səbəb yoxdur. Tədqiqatlar göstərir ki, genetik, qidalanma və ətraf mühit faktorları onurğa bifidanın yaranmasına səbəb ola bilər.

Əgər hamiləsinizsə və aşağıdakı hallar sizdə varsa digər hamilələrə nəzərən körpəniz spina bifida ilə doğula bilər:

  • az miqdarda fol turşusu;
  • ailədə spina bifida və ya bənzər bir sinir defekti olan başqa bir körpəniz varsa;
  • epilepsiya əleyhinə dərmanların qəbulu;
  • piylənmə (obezite);
  • diabet;
  • birinci dərəcədən qohumlar arasında spina bifidanın olması.

Spina bifida diaqnozu necə qoyulur?

Spina bifidanın diaqnozu üçün hamiləlik dövründə qan testləri və ultrasəs müayinələrindən istifadə edilir. Hamiləlik dövründə 15-18-ci həftələr arasında ikinci trimestr müayinəsi tövsiyə olunur. Bu, qanınızdakı müəyyən zülalların səviyyəsini ölçmək üçündür. Bu test nəticələri, yaşınız da daxil olmaqla bəzi digər amillərlə birlikdə, körpənizdə spina bifida da daxil olmaqla bəzi sağlamlıq problemlərinin olma ehtimalını proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Əlavə olaraq, morfoloji tarama hamiləliyin 18-20-ci həftələri arasında tövsiyə olunan ultrasəs müayinəsidir. Bu, körpənizin sağlamlığını yoxlayır və onurğanın bifida xəstəliyindən təsirləndiyini göstərir.

Spina bifida necə müalicə olunur?

Spina bifida üçün müalicə yoxdur, lakin səbəbiyət verdiyi problemlərin qarşısı alına bilər. Müalicə onun nə qədər şiddətli olduğuna və körpənizə necə təsir etdiyinə bağlıdır.

Müalicə növlərinə aşağıdakılar daxildir:

Cərrahiyyə. Şiddətli spina bifidaya hamiləlikdə kifayət qədər erkən diaqnoz qoyularsa, körpəniz hələ uşaqlıqda olarkən əməliyyat oluna bilər. Bu, onurğa beyninin zədələnməsini azaltmağa kömək edə bilər. Cərrah körpəniz doğulduqdan sonra əməliyyat etmək üçün gözləməyi tövsiyə edərsə, əməliyyat adətən doğumdan sonra ilk 48-72 saat ərzində planlaşdırılır. Bu, infeksiya riskini azaltmağa və onurğa beyni zədələnməsinin qarşısını alır.

Körpənizdə hidrosefali varsa, beyindəki maye təzyiqini azaltmaq üçün "şunt" kimi metod vacib olarsa əməliyyata da ehtiyac ola bilər.

Simptomların müalicə edilməsi:

Hərəkət dəstəyi. Spina bifida ilə yaşayan insanlara bədənlərinin necə təsirləndiyinə görə fərdi dəstək lazımdır. Hərəkətə kömək məqsədiylə əsaya, breketlərə və ya əlil arabasına ehtiyac ola bilər. Hərəkəti və gücü maksimuma çatdırmaq üçün fizioterapevtlərdən davamlı dəstək alınmalıdır.

Sidik tutma qabiliyyətinin idarə olunması. Müalicə sidik yollarının infeksiyası və böyrəklərin zədələnməsinin qarşısını almağa kömək edəcək.

Öyrənmə. Öyrənmə dəstəyi, öyrənmə çətinliklərinin idarə olunmasını, yeni vəzifələrin yerinə yetirilməsini və problemlərin həll edilməsinə kömək etməyi əhatə edir. Spina bifidanın idarə olunmasında bəzi və ya bütün bu sağlamlıq mütəxəssisləri iştirak edə bilər: mütəxəssis həkimlər — nevroloqlar, pediatrlar, ortopedlər və ya uroloqlar, tibb bacısı — kontinent tibb bacısı, müttəfiq səhiyyə işçiləri — peşə terapevtləri, fizioterapevtlər, sosial işçilər.

Spina bifidanın qarşısını almaq olarmı?

Körpənizdə spina bifidanın inkişaf etmə şansını azaltmağın ən yaxşı yolu pəhrizinizdə kifayət qədər folatın olmasıdır. Hamilə qalmadan ən azı bir ay əvvəl və hamiləliyin ilk 3 ayında fol turşusu əlavəsi qəbul etmək vacibdir. Folatda yüksək olan qidalara yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq və paxlalılar (noxud, quru lobya) daxildir.

Əgər epilepsiya əleyhinə dərmanlar və ya digər müntəzəm dərmanlar qəbul edirsinizsə, hamiləliyə hazırlıq üçün fol turşusu əlavələri qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

 

Ərşad Novruzzadə

Fizioterapevt

Üz sinirinin parezi

Üz sinirinin parezi - üz sinirinin əzələ qruplarına impulsların keçirilməsinin pozulması səbəbindən funksionallığının qismən itirilməsidir. Üz sinirinin zədələnməsi yoluxucu və ya travmatik mənşəli ola bilər.

Yenidoğulmuş uşağa üz sinirinin parezi diaqnozu qoyularsa, əsas səbəb doğuş travmasıdır. Daha az infeksiya və ya inkişaf anomaliyaları nəticəsində bətndaxili sinir zədələnməsi baş verir. Doğularkən uşaqlarda xəstəlik otit fonunda (üz siniri kanalı daxili eşitmə kanalından yarandığından) və ya suçiçəyi zamanı inkişaf edə bilər. Uşaqlarda üz sinirinin parezi  bu  səbəblərdə də ola bilər: poliomielit; istənilən növ neoplazmalar; adenovirus infeksiyası; diabet; herpes; ağır stress: qorxu və ya hətta sevinc; üzə vurulan zərbələrdə üz nevritinə səbəb ola bilər; qaralamalara və tez-tez hipotermiyaya məruz qalma; stomatoloji prosedurlar və manipulyasiyalar; hər hansı bir zəhərli maddə ilə zəhərlənmə.

Bu xəstəliklə, ağlama və ya qışqırma zamanı güclənən üzün görünməz və ya açıq asimmetriyası (zərərin dərəcəsindən asılı olaraq) var. Şiddətli zədələnmə ilə üzün yarısı demək olar ki, tamamilə işləməyə bilər.

Bundan əlavə, üz sinirinin iflici zədələnmə yerindən asılı olaraq mərkəzi yaxud periferik olur. Üz sinirinin periferik iflicinə mərkəzi iflicdən daha çox rast gəlinir və adətən birtərəfli zədə kimi özünü göstərir və xəstəliyin başlanğıcında çox vaxt qulaqda, onun ətrafında, üzündə ağrılar olur. Mərkəzi üz iflici ən çox yalnız aşağı üz əzələlərinin zədələnməsi ilə müşayiət olunur.

Qazanılmış periferik iflicin ən çox yayılmış forması Bell iflici və ya Bell sindromudur. Neyropatiyanın olması körpənin həyatının ilk günlərindən müəyyən əlamətlərə əsaslanaraq müəyyən edilir. Üzün bir yarısı vəziyyətə uyğun üz ifadələrini göstərir, digəri isə ən kiçik bir hərəkət olmadan qalır. Bu, ağlama anlarında ifadəli olur.

Axtarış refleksi alınmır: ağızın künclərinə toxunmadıqda körpə heç bir şəkildə reaksiya vermir. Digər simptomlar daha sonra görünür: üz reaksiyaları zamanı üz əzələlərinin yarısının gecikməsi (gülümsəmə, ağlama, danışma); yuxu zamanı həddindən artıq yanaq şişməsi anormal əzələ rahatlaması səbəbindən baş verir; üz nevritinin tipik əlamətləri aydın üz asimmetriyası; gözlər könüllü olaraq bağlandıqda, göz qapağı tamamilə aşağı düşmür, göz almasının bir hissəsi açıq qalır, bu da buynuz qişanın iltihabına və üzərində xoraların yaranmasına səbəb ola bilər; nəzərəçarpacaq eşitmə itkisi; yad elementlər həmin gözə daxil olduqda belə, bir tərəfdən gözyaşının olmaması; yaxud - daimi göz yaşının gəlməsi; təsirlənmiş tərəfdəki aşağı göz qapağının kənarı bir qədər kənara çevrilir; dilin arxasındakı dad hisslərinin dəyişməsi və itməsi (uşaqlarda dəqiq yoxlana bilmir).

Uşaqlarda üz nevritinin müalicəsi yalnız simptomlardan deyil, həm də patologiyanın formasından asılıdır. Bir qədər böyük uşaqlarda evdə pozuntuları müəyyən edə bilərsiniz (üz ifadəsi pozğunluqlarının və üz əzələlərinin hərəkətlərinin olub-olmamasına diqqət yetirin), sadəcə bir testdən keçmək lazımdır - hərəkətlərin hər iki tərəfdə bərabər şəkildə həyata keçirilib-keçirilmədiyinə baxın (gözlərin bağlanması; növbə ilə əvvəlcə bir göz və sonra digər göz; gözləri yummağı; qaşları qaldırmaq; qaşları çatmaq; burnunu qırışdırmaq; gülmək; yanaqları şişirtmək; üfürmək, fit çalmaq; boyun bükmək). Şübhələr təsdiqlənərsə, üz sinirinin zədələnmə dərəcəsini təyin etmək üçün bir mütəxəssislə məsləhətləşməlisiniz.

Müalicə

Uşaqlarda nevropatiyanın və onun üz sinirinin ağırlaşmalarının kompleks müalicəsi dərman və fiziki müalicəni əhatə edir. Akupunktur üzün və digər hissələrin neyropatiyaları üçün özünü yaxşı sübut etmişdir. Müxtəlif üsulları birləşdirmək, həkimin göstərişlərinə əməl etmək, simptomların aradan qaldırıldığı dövrdə belə əvvəldən axıra qədər müalicə kursu almaq vacibdir.

Yeniyetmələrdə və uşaqlarda üz sinirinin nevritini müalicə edərkən aşağıdakı dərmanlar istifadə olunur: zəruri hallarda ağrı üçün dərmanlar; B, C, A qruplarının vitaminləri; hipoksiyadan təsirlənən liflərə oksigen tədarükünü yaxşılaşdırmaq üçün qan dövranını sürətləndirən dərmanlar; hormonal dərmanlar; baş və ya KBB orqanlarının infeksiyasının sübutu halında antibiotiklər. Paralel olaraq və ya iltihabın kəskin mərhələsi azaldıqdan sonra fizioterapiya təyin edilir: masaj; dərman elektroforez; maqnit terapiyası; hormonal dərmanlardan istifadə edərək ultrasəs.

Təəssüf ki, sinir iltihabından qurtulmaq vəziyyətində belə xəstəliyin nəticələrini tamamilə aradan qaldırmaq həmişə mümkün deyil. Ancaq səylə, üz sinirinin nevriti üçün xüsusi gimnastika etmək, üz ifadələrinə nəzarəti bərpa etmək mümkün bir işdir.

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

Uşaqlarda periferik üz iflici. Yılmaz U və b. J Uşaq Neurolu. (2014).

Coğrafi cəhətdən endemik bölgədə Lyme xəstəliyinə görə uşaq üz siniri iflicinin yüksək tezliyi. Munro APS, Dorey RB, Owens DR, Steed DJ, Petridou C, Herdman T, Jones CE, Patel SV, Pryde K, Faust SN.Int J Pediatr Otorinolaringol. 25 yanvar 2020.

 

[Anadangəlmə üz iflici]. Zhu YH et al. Zhonghua Er Bi Yan Hou Tou Jing Wai Ke Za Zhi. (2019).

Abuta Ağayeva

Nevroloq, UNİCEF-in milli təlimçisi