Erkən yaş (0-3 yaş)

0-3 yaş erkən yaş dövr adlanır. Bu dövrdə valideyn övladının sağlam böyüməsini təmin etməli, inkişafını dəstəkləməlidir. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Erkən yaş” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Oyunun uşaq inkişafında rolu

Oyunun uşaq inkişafında rolu

Oyun  körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq  oynayarkən  baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O,  rənglərdən, ritmlərdən, musiqidən həzz  alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin  inkişafını sürətləndirir.

Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu  boş vaxt  itkisi  kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf  aləmi başa düşməyə imkan verir.

Beləliklə, əsasən  stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.

Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?

Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.

Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir. 

İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir. 

Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və  bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır. 

 

Oyunun uşaq inkişafında rolu

Oyun  körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq  oynayarkən  baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O,  rənglərdən, ritmlərdən, musiqidən həzz  alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin  inkişafını sürətləndirir.

Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu  boş vaxt  itkisi  kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf  aləmi başa düşməyə imkan verir.

Beləliklə, əsasən  stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.

Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?

Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.

Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir. 

İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir. 

Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və  bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır. 

 

2 yaşdan yuxarı uşaqlar üçün oyunlar

 

Şirniyyatları gizlədirik. Əsas oyunçudan başqa hamı otağı tərk edir. Əsas oyunçu şirniyyatları gizlədir, sonra başqalarına səslənir. Ən çox şirniyyat tapan qalibdir.

Qayıqlar düzəldirik. Qoz qabığından qayıqlar düzəldirik: içərisində bir az plastilin, diş çubuğu yapışdırırıq, kağızdan üçbucaq yelkənlər yapışdırırıq. Qayıqların hövzədə və ya hamam vannasında üzməsi üçün  suya buraxırıq. Fərqli istiqamətlərdə onları üfürürük.

Ana və uşaq (ata və uşaq). Rolun dəyişdirilməsi: böyüklər uşaq oyunları oynayır və əksinə.

Domino lenti. Dominoları bir -birinin ardınca qısa bir kənara qoyaraq uzun bir lent halına gətiririk. Lent tam hazır olduqda, ilk daşı itələyirik və bütün daşlar bir -birinin ardınca yıxılır.

Fotolara baxırıq. Köhnə albomları çıxarırıq. Fotoşəkillər üçün hekayələr uydururuq və danışırıq.

Qalanı dağıdırıq. Qutulardan və ya kublardan bir güllə tikirik. Bir qədər uzaqdan onu stolüstü tenis topu ilə yıxmağa çalışırıq.

Keqli. Xalçaya kublar və ya keqlilər qoyuruq, onları tennis topu ilə yıxırıq.

Ev tikirik. Masanı böyük bir süfrə və ya yataq örtüyü ilə örtürük. Masanın altına girirk. Əsas olan qaydalar qoyuruq , onları unutmamalıyıq.

Müasir yarışçılar. Hər kəs ayağına böyük olan ayaqqabı geyinir və mənzil boyunca yarış keçirir.

Kubları çeşidləyin (qutu / şüşə qapaqları). Bütün kubları rəng və formaya görə sıralayırıq.

Şəkillər axtarırıq. Oyunda iştirak edən valideyn, şəkilli kitabda bir şəkil axtarır. Onun xüsusiyyətlərindən birini adlandırır. Digərləri təxmin etməlidirlər.

 

Küpəgirən qarı oyunu. İpdən bir dairə qoyuruq. Bura oyunçulardan birinin – küpəgirən qarının  evidir və orada öz ovunu gözləyir. Digərləri küpəgirən qarının  evinin ətrafında gəzişirlər. Küpəgirən qarı  çıxanda hamı tez qaçır.

Adlar veririk. Hər barmaq üçün gülməli bir ad hazırlayırıq. Haqqında qısa hekayələr danışırıq.

3 yaşdan yyuxarı uşaqlar üçün oyunlar

Omlet. Sarı rəngli kağızdan boşqab ölçülü bir dairə kəsin, yarısını qatlayın. Bu bir omletdir. Onu üzərini müxtəlif xırda əşyalarla doldururuq (məsələn, köhnə fotoşəkillər, gözlənilməz şəkillər, ətirli çiçək ləçəkləri, kişmiş və ya şans üçün sikkələr).

Quşlar yüksəklərə uçur. Oyunçular barmaqlarını masanın kənarında vururlar. Hər biri öz növbəsi çatanda bir heyvana adı çəkir. Həmin heyvan uçursa, hamı əllərini yuxarı qaldırır, uçmursa, nağara etməyə davam edir. Kimsə səhv edirsə, oyundan çıxır.

Parça üzərində çəkirik. Parçanı tekstil boyaları ilə boyayırıq, məsələn köynəy və ya parka üzərində.

Gözbağlama. Gözlərimiz bağlı halda heç bir şeyə toxunmadan bir otaqdan digərinə keçməyə çalışırıq.

Gülmək qadağandır. Dostumuza hər cür cəfəngiyat söyləyərək onu güldürməyə çalışırıq. Onun işi ciddi qalmaqdır. Kim daha uzun müddət gülməyəcək?

0-6 aya qədər körpə ilə necə oynamaq olar?

Oyun prosesində əldə edilən bacarıqlar uşağın ümumi inkişafı və nitqinin inkişafı üçün əsas təməl olacaqdır. Hər an uşağın təbii, psixoloji və fizioloji böyüməsini tələsdirməyə ehtiyac olmadığını xatırlamaq olduqca vacibdir. Məsələyə körpənizin imkanlarından və ətrafını öyrənmək arzusuna uyğun yanaşın. Yeni doğulmuş uşaq necə oynayacağını bilmir. Böyüklərin vəzifəsi ona bunu tədricən öyrətməkdir. Oyunlar və fəaliyyətlər seçilərkən valideynlər körpənin fərdi imkanlarını nəzərə almalıdırlar. Oyunlar hiss-sensor sferanın inkişafına yönəldilməlidir: görmə, eşitmə, qoxu, toxunma və dad. Həyatın ilk ilində uşağın inkişafında inanılmaz sürətin olduğunu başa düşmək, buna görə də bu ili qaçırmamaq çox vacibdir.

 

Birinci ay

İlk ayda uşaq ən çox inkişaf etmiş toxunma hisslərinə (sensor) malikdir. Ananın toxunuşu körpənin zəkasının ən yaxşı simulyatorudur. Buna görə də ananın əlləri inam və təhlükəsizliyin qarantıdır.

"Səsli-səssiz". Qidalanma, bələmə və su prosedurları zamanı müxtəlif səs tonlarından istifadə edin. Yadda saxlayın ki, sakit səs sakitləşdirir, yüksək səs - həyəcan siqnalları verir, həyəcanlandırır.

"Anamın üzü". İlk ayda körpənin ananın üzünə diqqət yetirməsi, fokuslanmağı öyrənməsi vacibdir. Ana yavaş-yavaş sola və sağa hərəkət etməlidir ki, körpə başını çevirsin və onun hərəkətlərini izləsin.

"Anamın səsi". Eşitmənin inkişafı üçün ana otağın müxtəlif künclərindən körpəni adı ilə çağırmalıdır. Uşağın adını bilməsi üçün ləqəbi, oxşamaları deyil, məhz adı çağırmaq lazımdır.

 

İkinci ay

Neonatal dövr bitdi. Ana yaxınlaşdıqca uşaqda hərəkətlərin canlandığı dövrdür. O, daha uzun müddət konsentrasiya ola bilir, ona görə də oyunlar çətinləşir.

"Zəng". Bəslənmədən əvvəl körpəni qarnı üstə qoyun və zəngi çalın. Zəngi yatağın kənarına asın. Uşaq növbəti dəfə səs eşitdikdə, maraqlı səs gələn tərəfə dönəcək.

"Zərif əllər". Toxunma qavrayışının (taktil) inkişafı üçün oyun. Körpənin əllərinə müxtəlif keyfiyyətli materiallar toxundurun: trikotaj, ipək, qalın qaba krujeva, yumuşaq köpük süngər və s. Bu cür fəaliyyətlər toxunma hissini stimullaşdırır.

"Tullanan oyuncaq". Beşiyin üstündəki elastik banda kiçik yumuşaq və parlaq oyuncaqlar asın. Uşaq oyuncağın hərəkətini maraqla izləyəcək.

 

 Üçüncü ay

Uşaq artıq başını dik tutur və əlində kiçik əşyalar saxlamağı bacarır, qığıldayır və əllərini gözü ilə izləyə bilir. O, yuvarlanmağa və ətrafında olanları kəşf etməyə çalışır.

"Şax-şax". 3 aylıq müddətdə körpə qarın üzərində 10 dəqiqəyə qədər vaxt keçirə bilər, ona görə də ona bir neçə fərqli səs salan oyuncaq təklif edə bilərsiniz. Onlardan birinə çatan kimi o, dayaq yaratmalıdır ki, körpə itələsin. Bu məşq sürünməyi təşviq edir.

"Futbol". Körpəni qarnı ilə böyük bir topun üzərinə qoya və onu tuta, müxtəlif istiqamətlərdə yumuşaq bir şəkildə hərəkət etdirə bilərsiniz. Bu, serebellumu stimullaşdırır.

"Musiqi". Ritm hissini inkişaf etdirmək üçün uşağınızın əllərini sevdiyiniz musiqinin ritminə uyğun bir-birinə çırpa bilərsiniz.

"Bilərzik". Trikotaj zolağına bir neçə səsli zəng və ya buna bənzər bir şey tikin. Körpənin bilək və ya topuğuna geyindirin. Beləliklə, uşaq hərəkət edərkən səsi eşidəcək, qollarını və ayaqlarını fəal şəkildə ritmə uyğun oynadacaq.

 

Dördüncü ay

Hərəkətlilik dövrü. Belə ki, uşağı kənarları məhdudlaşdırılmamış yerdə tək qoymaq olmaz.

"Söhbət". Körpəyə yaxın əyilin və ya yanına uzanın. Qısa uşaq mahnılarını və ya şerlərini emosional olaraq söyləyin və uşaq, şübhəsiz ki, dialoqu davam etdirərək qığıldayacaq.

"Almaca". Körpənin əlinə növbə ilə müxtəlif toxumalı oyuncaqlar qoyun. Uşağınız oyuncağı araşdırdıqdan sonra onu ehtiyatla əlindən çıxarın və başqa birini daxil edin. Belə bir oyun əlləri manipulyasiyalar üçün hazırlayır.

"Güzgü". 4 ayda uşaq güzgüdəki əksinə maraqla baxa bilir. Buna görə də, körpəni güzgüyə yaxın gətirə bilərsiniz.

Dörd aylıq körpələrə parlaq şəkilləri olan, yumuşaq kağızlı müxtəlif kitablar almaq olar.

 

Beşinci ay

Bu yaşda uşaqlar uzanmaqdan yorulur, oturmağa və sürünməyə çalışırlar. Bu cür fiziki fəaliyyət psixi proseslərin inkişafını unutmadan hər cür şəkildə təşviq edilməlidir. Oyunlar və fəaliyyətlər uzanır.

“Cicci” oyunu. Ana körpənin beşiyinin arxasında gizlənir, əlləri və ya dəsmal ilə üzünü örtür. Oyun körpənin duyğularını və diqqətini inkişaf etdirir.

"Atlamalar". Uşağı şaquli mövqedə tutun. Buna tələsmək lazım deyil, amma onu hazırlamaq lazımdır. Qoy uşaq hoppansın, tutsun, amma ayağını yerə qoymasın.

"Kim gəldi?". Uşaq artıq qohumları və yaxın insanları yaxşı fərqləndirir. Buna görə də demək lazımdır:

-Kim gəldi? Ata gəldi.

-Kim getdi? Baba getdi.

"Elementlərin adlandırılması". Körpənizin lüğətini genişləndirin. Uşağınıza verdiyiniz əşyaları və oyuncaqları adlandırın. Məsələn, bu qaşıqdır, bu fincandır, bu maşındır, bu kukladır.

Körpəniz sadəcə qığıldasa belə, onunla daha çox danışın. Analarının onlardan sonra “pa-pa-pa” və ya “ba-ba-ba” hecalarını təkrarlaması uşaqlara xoş gəlir.

 

Altıncı ay

Həyatın altıncı ayında uşaq oturmağa çalışır və bəziləri artıq oturur. Bu bacarıq körpənin imkanlarını genişləndirir. Yaxınlıqdakı obyektlərə uzanır, bu da ona oyuncaqlara baxmağa imkan verir.

"Yaxşı". Sadə bir qafiyə altında ana əllərini çırpır, körpə onun ardınca əl çalmağa çalışır. Oyun ritm və emosiya hissini inkişaf etdirir.

"Əla çanta." Kiçik oyuncaqlar (kub, kukla, top, üzük) qeyri-şəffaf toxunmuş çantaya yığılır, lakin onlar xırda, udulma təhlükəsi olmayan oyuncaqlar olmalıdır. Uşaq oyuncaq çıxarır və ana onu adlandırır.

“Çiyin sürmə”. Körpə oturmağı öyrənibsə, ata onu çiyinlərinə qoya və onu tutaraq otaqda gəzə bilər. Bu, biliklərin sərhədlərini genişləndirəcəkdir.

"Uçuş". Oyun ata ilə fəaliyyətlər üçün daha uyğundur. Körpəni qoltuq altına götürüb silkələmək və ya təyyarəni təsvir etmək üçün sinə və ayaqlarını tutaraq uzun bir səs çıxarmaq lazımdır [uuuuuu]. Məşq vestibulyar aparatı inkişaf etdirir.

Sürünməyə başlayan altı aylıq bir körpə üçün müxtəlif səthlərə malik inkişaf edən mat, müxtəlif istiqamətlərdə fırlanan oyuncaqlar və musiqi paneli uyğun olacaq.

Təhlükəsizliyə dair yadda saxlamaq lazım olan əsas şey, potensial təhlükəli obyektləri girişdən çıxarmaq, enerji mənbələrini, qapı və komodinlərin qapaqlarını bağlı saxlamaqdır.

 

Xalidə Həmidova

Pedaqoq, UNİCEF-in milli təlimçisi

Oyunların dəyəri və əhəmiyyəti

Təşəbbüsü və yaradıcı fəallığı üzə çıxarmaq imkanı oyunun başlıca şərtlərindəndir. Nəzarət etməyi və özünü qiymətləndirməyi öyrənmək imkanı, nə etdiklərini və düzgün hərəkət etmək niyyətində olduqlarını başa düşmələri, öz fəaliyyətini müstəqil tənzimləmələri də oyun prosesində vacib bəndlərdəndir. Sosial-drammatik oyunların mürəkkəb formalarında iştirak edən uşaqlar onları “oynamayan” yaşıdlarına nisbətən daha yaxşı inkişaf etmiş nitqə, daha yaxşı inkişaf etmiş sosial vərdişlərə, daha yüksək empatiyaya, daha yaxşı inkişaf etmiş təxəyyülə və başqalarını yaxşı başa düşmə qabiliyyətinə malik olurlar. Onlar daha az aqressiv olurlar, daha yüksək özünütənzimləmə və daha yüksək təfəkkür səviyyəsi nümayiş etdirirlər.

Oyun böhranı nədir?

Bu gün oyun məktəbəqədər yaşlı uşağın həyatından sıxışdırılıb çıxarılır və bu oyun böhranının yaranmasına səbəb olur. Uşağın gündəlik rejimində sərbəst oyunlara faktiki olaraq vaxt qalmır. Oyunların formalaşdırılması məktəbəqədər təhsilin müstəqil vəzifəsi deyildir, bu eyni zamanda valideynlərin, cəmiyyətin ümümi fəaliyyətinə çevrilməlidir. Yarım əsr bundan əvvəl yuxarı məktəbəqədər yaşlı uşaqlar üçün yaş norması hesab olunan oyun səviyyəsi hazırda müstəsnalıq təşkil edir. Tez-tez oynamaq imkanı təqdim olunmayan uşaqlar əylənmək və özünü məşğul etmək bacarığı baxımından çətinlik çəkirlər. Belə ki, onlar böyüklərin təlimatı olmadan bunu necə etmək lazım olduğunu bilmirlər. Tədqiqat: 3-6 yaş dövründəki uşaqların iştirak etdikləri tədqiqatlar oyunun aşağı səviyyəsinin, başqa sözlə, oyuncaqlarla yeknəsək hərəkətlərdən ibarət olan oyunların 60% uşaqlarda müşahidə olunduğunu göstərmişdir. Uşağın rolu qəbul etdiyi və süjeti nəzərdə tutduğu orta səviyyə iki dəfə az müşahidə olunmuşdur (35% uşaqlarda). Geniş rollu münasibətlərin və oyun məkanı yaradılmasının səciyyəvi olduğu yüksək səviyyə yalnız müstəsna hallarda qeydə alınmışdır (yüzdən iki uşaqda). Məktəbəqədər yaşlı uşaqlarda öncədən oyun böhranlarının yaranma səbəbləri:

1. Oyunun inkişafetdirici əhəmiyyətinin dərk olunmaması, bilik və dərs fəaliyyətinin prioritet olması;

2. Məktəbəqədər birliklərin olmaması;

3. Uşaqlığın marketizasiyası;

4. Uşaqlar üçün müasir videoməhsulların azlığı;

5. Oyunun təlimin oyun formaları ilə dəyişdirilməsi;

6. Məşğələlər zamanı kurikulumun təyin etdiyi, sərbəst oyun üçün imkanların təqdim olunmadığı sərt çərçivəsi (oyun üçün 1-2 saatdan az!);

7. Pedaqoqlarda və valideynlərdə oyun bacarığının olmaması;

8. Məktəblərin “istedadlı” uşaqların qəbul edilməsinə doğru güclənməkdə olan meyli;

9. Adekvat, mütəhərrik, yarımfunksional və dəyişdirilə bilən əşya-məkan mühitinin yoxluğu.

Oyun qıtlığı normal inkişafın pozulmasına gətirib çıxarır. Müasir uşaqların inkişafında kompleks problemlər: vəziyyətdən asılı davranış, böyüklərdən, mühitdən asılılıq, özünütəşkilin qeyri-mümkünlüyü, təsəvvür və daxili fəaliyyət planının qıtlığı, iradə və sərbəstliyin zəif inkişafı, ünsiyyət çətinlikləri, məzmunsuz ünsiyyət, səbəb-məna sahəsinin inkişafdan qalması.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi

Təhlükəsiz davranış bacarıqlarının formalaşdırılmasına uyğun oyunlar

Məktəbəqədər təhsil müəssisəsinin binası və sahəsində travma təhlükəsi olan halla
rın qarşısının alınması və aradan qaldırılması üçün şəraitin yaradılması sanitar qaydalar və normalarla tənzimlənir və bu, məktəbəqədər təhsil proqramını həyata keçirən təhsil müəssisəsinin fəaliyyəti üçün dəyişməz qanunvericilik şərtidir.

Məktəbəqədər yaşlı uşaqlarda təhlükəsiz davranış tərbiyəsinin ən geniş yayılmış üsullarını nəzərdən keçirək.

İnformasiyanın ötürülməsi və qavranılmasının xarakterinə görə metodlar şifahi (hekayə, söhbət, uşaqlara suallar və s.), əyani (nümayiş və s.) və praktik (yaradıcılıq layihələrinin, oyunların və məşqlərin yerinə yetirilməsi və s.) növlərə bölünür.

Uşaq davranışının qadağalar yolu ilə tənzimlənməsi minimum səviyyədə olmalıdır. Böyüklərin nümunəsi - məktəbəqədər yaşlı uşaqlar üçün təhlükəsiz davranışın ən yaxşı dərsidir.

Hər kəs uşaqların oynamağı sevdiyini bilir. "Gəlin oynayaq" təklifi həmişə onların razılığına zəmanət verir. Razılıq və maraq varsa, belə bir əhval-ruhiyyə ilə uşaq oyunda didaktik tapşırıqları asanlıqla dərk edəcək və mənimsəyəcəkdir.

Qaydalarla təklif olunan oyunlar təhlükəsizliyin aşağıdakı sahələri ilə əlaqəli fikirlərin genişləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə yönəldilmişdir: küçə, yollar, ev və təbiətdə təhlükəsizlik, təhlükəsiz cəmiyyətlə qarşılıqlı əlaqə və yanğın təhlükəsizliyi.

Küçələr və yollarda təhlükəsizlik haqqında (3-4 yaşlı uşaqlar üçün)

Tərbiyəçi-müəllim deyir: “Uşaqlar, sizinlə nənələrinizi ziyarət edəcəyik. Mən yaşıl dairəni göstərəndə gedəcəyik, qırmızı dairəni göstərəndə isə dayanacağıq”.

Uşaqlar rəngləri fərqləndirməyi yaxşı öyrəndikdə tərbiyəçi-müəllim işıqforun yaşıl işığı ilə niyə getmək lazım olduğu və qırmızı işıqda durmaq lazım olduğunu izah edə bilər.

Uşaqlar avtomobil şəkillərinə baxırlar.

Oyun vəziyyətlərində özümüzü ictimai yerdə davranmağı təkmilləşdiririk.

Təhlükəsizlik adası (4-5 yaşlı uşaqlar üçün)

Məqsədləri: İşıqfor siqnalları haqqında uşaqların biliklərini gücləndirmək, diqqətlilik və siqnalla hərəkət etmək qabiliyyətini inkişaf etdirmək.

Materiallar: Musiqi alətləri və oyun otağının mərkəzindəki hasara alınmış zona.

Oyunun gedişi: Uşaqlar musiqi müşayiəti ilə müxtəlif hərəkətlər edirlər. Musiqi dayandıqda uşaqlar tez zonanın mərkəzində dayanmalıdırlar (təhlükəsizlik adası).

İşıqforu yığın (4-5 yaşlı uşaqlar üçün)

Məqsədləri: İşıqforun siqnallarının əhəmiyyətini sadalayır;

Topun ötürülmə bacarıqlarını nümayiş etdirir;

Komanda formasında olan oyunda hərəkət edir.

Materiallar: 3 ədəd hava topu.

Oyunun gedişi: Uşaqlar iki komandaya bölünürlər. Hər komandanın kapitanı seçilir və ona qırmızı, sarı və yaşıl toplar verilir. Müəllimin siqnalı ilə komanda kapitanı qırmızı topu növbəti oyunçuya ötürür və s.. Top son oyunçuya çatdırıldıqda yuxarı qaldırılır və bu, ilk qırmızı işığın yanması deməkdir. Yalnız bundan sonra kapitan zəncir boyu sarı topu ötürür. Sonda isə yaşıl topu ötürür. Zəncir boyunca bütün üç topu daha sürətli ötürən komanda udur (üç yol nişanını işıqlandıracaq).

Məişətdə təhlükəsizlik. Bir, iki, üç və təhlükəli bir əşya tapın! (4-5 yaş uşaqlar üçün)

Materiallar: Potensial təhlükəli obyektlərin təsviri olan kartlar.

Oyunun gedişi: Tərbiyəçi-müəllim və uşaq oyuncaqlara üzünü döndərib deyir:

“1, 2 və 3! Diqqətlə bax! 1, 2 və 3! Təhlükəli əşyanı tap!”

Bu müddət ərzində oyunçular təhlükəli ola biləcək əşyaların şəkillərini tapmalı və göstərməlidirlər (elektrik rozeti, masa küncü və pəncərə). Sonra aparıcı hər bir oyunçuya yaxınlaşır və niyə belə bir seçim etdiyini soruşur və təhlükənin qarşısını almaq üçün nə edilməsi lazım olduğunu izah etməyi xahiş edir.

Təhlükəli - təhlükəsiz (3-5 yaş uşaqlar üçün)

Materiallar: Təhlükəsiz və potensial təhlükəli obyektlər təsvir edilən kartlar dəsti (məsələn, gəlincik, boyalar, qayçı, yapışqan, çəngəl və qaz sobası) və kartların arxa tərəfində təhlükəli əşyalar üçün qırmızı, təhlükəsiz əşyalar üçün isə yaşıl işarələr var.

Oyunun gedişi: Uşaqlar fərdi və ya kiçik qruplar şəklində oynaya bilərlər (2-4 nəfər).

Böyüklər kartları masada qarışdırır və uşağa onları iki qrupda yerləşdirməyi təklif edirlər: Birində bütün təhlükəsiz əşyaları, digərinə isə onlarla ehtiyatsız rəftar etdikdə təhlükəli ola bilən əşyaları qoymaq.

Tapşırığın sonunda kartlar tərsinə çevrilir və uşaq tapşırığın düzgünlüyünü müstəqil olaraq yoxlamaq imkanı əldə edir.

Təbiətdə təhlükəsizlik. Həşərat dünyası

Material: İştirakçıların sayına görə insanlar üçün təhlükəli və təhlükəsiz olan həşərat şəkilləri, qırmızı və yaşıl halqa.

Oyunun gedişi: Şəkil olaraq iki fərqli həşərat qrupundan istifadə olunur: Kəpənək və ağcaqanadlar, xallı böcək və arılar, may böcəyi və arılar. Qrupun müxtəlif yerlərində halqalar yerləşdirilir: Qırmızı - təhlükəli həşəratlar üçün və yaşıl - təhlükəsiz həşəratlar üçün. Böyüklərin "Gün!" siqnalına uyğun olaraq oyunçular oyun meydançasından qaçırlar. "Gecə!" siqnalına uyğun olaraq öz halqasının yanında yığışırlar (halqanın rəngi oyundan əvvəl müəyyən olunur). Öz evini birinci tutan qrup qalib gəlir.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi

0-3 yaş dövründə didaktik oyunların təşkili

Didaktik oyunlar özünüdərk, özünüqiymətləndirmə, özünə nəzarətin inkişafına töhfə verir. Məsələn, barmaq oyunları körpənizdə öz bədəni haqqında ilkin fikirlər formalaşdırır. Didaktik oyuncaqlar ilə oyunlar hərəkətlərinizin nəticəsini görməyə (piramida yığmaq), məqsədə nail olub olmadığını başa düşməyə və fəaliyyətin nə dərəcədə effektiv olduğunu müəyyən etməyə imkan verir. Əvvəlcə bu oyunda özünü idarəetmə başlayır: bir fiquru səhv seçsə, başqası uyğun gəlmir. Daha sonra qaydalara qarşılıqlı nəzarət başlayır. Belə bir oyunda özünə hörmət hələ çox sadə bir formada ortaya çıxır - digər uşaqlar ilə müqayisədə özünəməxsus çevikliyin, bacarıq və uğurların qiymətləndirməsini aparır. Rollu oyun və didaktik oyunlar arasındakı oxşarlıq və fərqlərdən danışarkən, ilk növbədə onların sosial xarakterlərini, məktəbəqədər uşağın işlədiyi xəyali vəziyyətin mövcudluğunu və həll etdiyi oyun problemini qeyd etməliyik. Bu o deməkdir ki, hər iki oyun növü uşağın ehtiyaclarına, motivlərinə, imkanlarına və maraqlarına uyğundur və buna görə də onları bir-birindən üstün hesab etmək əsassızdır.

Didaktik və süjetli-rollu oyunlar ictimai reallığın müxtəlif sahələrini əks etdirən fəaliyyət hesab edilməlidir. Ancaq süjetli rollu oyunda uşaq insan fəaliyyətinin sosial məqsədlərini və mənalarını mənimsəyir. Didaktik oyunun mənbəyi sosial reallığın başqa bir sahəsindədir – bu zaman sosial inkişaf etdirilmiş vasitələr, idrak-zehni fəaliyyət metodlarından istifadə edilir. Didaktik oyun təkcə yeni biliklər əldə etməyə, onu birləşdirməyə, ümumiləşdirməyə deyil, həm də idrak prosesləri və bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir. Rol oyun tərbiyəçinin birbaşa rəhbərliyi olmadanda baş verə bilər. Rollu oyunlarla oynayan uşaqlar müəyyən vəziyyətlərdə ictimai təsdiq edilmiş davranış nümunəsini təyin edə bilirlər, didaktik oyunlar isə idrakın vasitə və metodlarının formalaşmasına yönəldilmiş prosesləri tənzimləməkdə köməklik edir. Müzakirə olunan oyun, fəaliyyət növləri arasındakı fərq yalnız əks etdirdikləri sosial gerçəklik sferasının məzmununda deyil, həm də onların struktur komponentlərinin nisbətindədir.

Tədqiqatçılar tez-tez didaktik oyunun strukturunda yalnız ayrı-ayrı komponentləri - didaktik tapşırıq, oyun qaydaları və hərəkətləri ayırırlar. Bununla birlikdə, didaktik oyunun quruluşu əsas komponentlərin məcmuasında təmsil oluna bilər: didaktik və oyun tapşırıqları, oyun hərəkətləri, qaydalar, nəticə, didaktik material, həmçinin əlavə, istəyə bağlı: süjet və rol.

Didaktik oyunun özəlliyi, məktəbəqədər yaşlı uşağın oyun fəaliyyətinin bir növü və böyüklər ilə qarşılıqlı fəaliyyətin təşkili, xüsusi bir təlim forması kimi eyni vaxtda fəaliyyət göstərməsidir. Uşaq didaktik oyun, didaktik tapşırıqların icrası zamanı məktəbəhazırlığın ilkin mərhələsini keçməyə başlayır. Yəni bu oyun iki prinsipi birləşdirir: oyun və təhsil. Oyun fəaliyyətinə daxil olan və oyun tapşırığı ilə birləşdirilmiş didaktik tapşırıq var. Buna görə bir didaktik oyunun əsas xarakteristikası oyun və didaktik tapşırıqların vəhdətidir.

Birincisi üstünlük təşkil edirsə, onda oyun təhsil dəyərini itirir, ikincisi isə didaktik materialdan istifadə edərək didaktik məşq və ya söhbətə çevrilir. Didaktik oyunun əsas məqsədi təlim olduğundan onun əsas elementi didaktik vəzifədir. Yalnız tədris anını ayırmaq ya da uşaqların oyun hesab etdiyi yalnız bir didaktik tapşırıq olduğunu düşünərək hər iki vəzifəni müəyyənləşdirmək düzgün olmaz. Didaktik oyunun spesifikliyi, idrak tapşırığının (məsələn oyununda - obyektlərin işarələrini ayırmağı öyrənmək üçün) uşaqların birbaşa deyil, dolayı yolla oyun vasitəsilə (hansı əşyaların olduğunu öyrənmək) qoyulmasıdır. Yəni oyunun məqsədi uşaqlardan gizlədilir, buda oyuna marağı artırır və didaktik tapşırığın həllində müvəffəqiyyətə təsir göstərir. Uşaq oynayarkən, könülsüz, şüursuz öyrənmə prosesində iştirak etdiyini başa düşmür, yəni təsadüfən tərbiyə olunur.

Şübhə yoxdur ki, zehni inkişafı stimullaşdırmaq üçün, inkişafetdirici vəzifələrin iyerarxiyasına əsaslanan didaktik oyunlar sistemini inkişaf etdirmək lazımdır. Məqsədlər müəyyənləşdirmək üçün təkcə fərdi bilik əldə etmək deyil, həm də yeni praktik və elmi vəzifələrin həllinə imkan yaradan uşağın intellektual inkişafı və zehni qabiliyyətlərinin formalaşması üçün ilk növbədə uşağın hansı hərəkətləri mənimsəməli olduğunu, bunun üçün hansı vasitələrin mənimsənilməli olduğunu müəyyənləşdirməliyik. Yaddaş, məlumatın yadda saxlanması və bərpası da daxil olmaqla, diqqətin formalaşmasında didaktik oyunun növlərini və xüsusiyyətlərini aydınlaşdırmaq vacibdir. Buna görə "didaktik tapşırıq" anlayışına geniş və dar mənada baxıla bilər. Birinci halda, uşağın zehni inkişafı ilə əlaqədar ümumi bir tələb kimi başa düşülür və müəyyən bir oyun sisteminin köməyi ilə həyata keçirilir, ikincisində - bir oyunun xüsusi tələbinin köməyi ilə həyata keçirilir. 

Klasifikasiyaya görə didaktik tapşırıqları dar mənada təsnif etmək mümkün deyil və geniş olaraq əsas və əlavəyə bölünə bilər. Bütün vəzifələrin bir-biri ilə sıx bağlı olduğunu və vəhdətdə həll edildiyini vurğulamaq lazımdır. Didaktik oyun uşağın psixikasına kompleks təsir göstərir. Əsas vəzifələri:

• idrak proseslərinin özbaşınalığının inkişafı, o cümlədən hədəf təyin etmə, özünü idarəetmə;

• yeni biliklərin mənimsənilməsi, konsolidasiyası, incələşdirilməsi, ümumiləşdirilməsi;

• idrak maraqları və zehni fəaliyyət metodları, məsələn əqli əməliyyatlar və zehni fəaliyyət vasitələri, o cümlədən xüsusiyyətlər və diqqət növləri, ardıcıl nitq (kontekstual və izahlı), həmçinin müxtəlif vəziyyətlərdə tətbiqi nəticəsində onların təkmilləşdirilməsi.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi

Oyuncaqların təhlükəsiz saxlanılması

Məktəbəqədər müəssisələrdə oyuncaqlar müvafiq şəkildə yerləşdirilməlidir ki, bu da müəyyən oyun avadanlıqlarının istifadəsini tələb edir: şkaflar, çarxlar, top saxlamaq üçün torlar.

Tələblərin ödənilməsi üçün açıq rəflərin istifadəsi məqsədəuyğundur. Rəflər elə yerləşdirilməlidir ki, uşaqlar asanlıqla, kiminsə köməyi olmadan oyuncaqları götürüb daha sonra yerinə qoya bilsinlər. Hər bir oyuncağın öz daimi yeri olmalıdır. Böyük tikinti materialları üçün aşağı rəflərdən istifadə etmək daha məqsədəuyğundur, süjet-obrazlı oyuncaqlar və stolüstü çap oyunları üçün – yuxarı rəflər daha uyğundur. Oyuncaqların yerləşməsini gözdən keçirərək bəzi oyuncaqların digərləri ilə örtülməməsini təmin etmək lazımdır.

Oyuncaqları hazırlamaq və onları təmizləmək üçün sərf olunan vaxt da əhəmiyyətli rol oynayır. Didaktik və süjet-obrazlı oyuncaqları qutulara, xırda səbətlərə qoymaq daha əlverişlidir, çünki bu halda uşaqlar asanlıqla oyuncaqları masalara və ya oyun yerlərinə apara və oyun bitəndən sonra yığa bilirlər. Bununla yanaşı, bu üsul uşaqlarda oyuncaqlara qayğıkeş münasibət, hərəkətlərin mütəşəkkilliyi, qayda-qanun hissi aşılayır.

Musiqi oyuncaqlarını onların səslənməsinin keyfiyyətini qorumaq üçün şüşəli dolablara yerləşdirmək daha yaxşıdır. Didaktik oyuncaqlar xüsusi şkafda saxlanılır.

Oyuncaqların yerləşməsi yalnız məqsədə uyğun deyil, həm də cəlbedici olmalıdır. Süjet-obrazlı oyuncaqlar - kuklalar, heyvanlar, ev heyvanları - sanki özlərinə çağırırlar və sanki uşaqları gözləyirlər.

Oyuncaqların saxlanma qaydası müəyyən dərəcədə daimi olmalıdır, yəni dəyişikliyə yol verməməlidir. Uşaqlar, xüsusilə də böyük məktəbəqədər yaşlı uşaqlar, zaman-zaman oyuncaqları necə yerləşdirməyin, onların yerləşdirilməsinin estetik olması, qrupun ümumi tərtibatını pozmaması üçün onlardan rahat istifadə etməyin müzakirəsinə cəlb olunurlar. Oyundan sonra səliqə-səhman yaradılmalıdır. Məktəbəqədər yaşlı uşaqlara oyuncaqları qaydasında qoymağı öyrətmək - erkən yaşlarından ağıllı qənaətcilliyi, mütəşəkkilliyi, səliqəliliyi və ətrafındakıların əməyinə hörməti tərbiyə etmək deməkdir.

Oyuncaqların seçilməsi qaydaları:

✓ Oyuncaq sizi və körpənizi sevindirməli, müsbət emosiyalara səbəb olmalıdır;

✓ Oyuncaq uşağı yormamalı və həddən artıq yükləməməlidir;

✓ Oyuncaq uşağın inkişafının fərdi xüsusiyyətlərinə və oyunda onun tələbatına cavab verməlidir;

✓ Oyuncaq maraq doğurmalı, oyun dinamikasına malik, onunla fəal hərəkətə həvəsləndirməlidir;

✓ Oyuncaq uşağın dünyagörüşünü genişləndirməli və uşağı idrak-tədqiqat fəaliyyətinə sövq etməlidir.

Oyuncaq uşağın zehni inkişafında vacib amildir. Oyuncaqlar estetik zövqü təmin etməli və inkişaf etdirməlidirlər. Buna görə dəuşağın kollektiv səylərə həvəsini artırmalı və təşviq etməlidirlər.

Şübhəsiz ki, bütün oyuncaqlar gigiyena tələblərinə cavab verməlidir.

Oyuncaqların keyfiyyətinin qiymətləndirməsi

Oyuncağı alarkən biz onun uşağa nə öyrədəcəyi barədə fikirləşirik? Onda hansı hisslər yaranacaq? Qorxmurmu? Uşaq böyüdükcə oyuncaq haqqında onun hansı xatirələri qalacaq?

Unutmamalıyıq ki, oyuncaq uşağa nəyisə öyrətməlidir, onda yalnız sevinc və mehribançılıq hissləri oyatmalıdır.

Çox vaxt valideynlər uşağın oyuncaqlarla oynamadığını, ancaq atanın evdə bir şey düzəltməsindən sonra qalan ev əşyalarına və ya taxta küplərə üstünlük verdiklərini deyirlər. Uşaqların bir çox başqa oyuncaqları olsa da, tez-tez anasının tikdiyi bezli oyuncaqlar ilə oynayırlar. Niyə? Çünki ağacdan hazırlanan oyuncaq "sərt" və "isti", parça və yundan hazırlanan ev kukla isə "isti" və "yumşaq" olur. Uşağın barmaqları cansız plastiklərə və ya soyuq metala toxunmur, isti və təbii materiala toxunur.

Alimlərin fikrincə, oyun və oyuncaq hər hansı bir mədəniyyətin ən vacib tərkib hissəsidir. Mədəniyyət necədir, oyuncaqlar da belədir. Oyuncağın köməyi ilə uşağa insan münasibətlərinin mahiyyəti ötürülür. Oyuncaq, uşaq psixikasına və körpənin şəxsiyyətinin inkişafına ciddi təsir edir. Həqiqətən, o, canlı və gerçəkdir. Bir oyuncaq ilə oynayan uşaq ən çox özünü oyuncaqla eyniləşdirir. Uşaqlar vaxtının çox hissəsini oyuna sərf edirlər.

Oyuncaq cəmiyyətdə qəbul edilmiş normalara və mənəvi-əxlaqi dəyərlərə kömək edərsə, maksimum fayda gətirir.

Oyuncaq zərərlidir, əgər o:

✓ Uşağı aqressiyaya və qəddarlığa təhrik edirsə;

✓ Qorxu və ya narahatlıq doğurursa;

✓ Uşağın tam inkişafına ziyan vuran psixoloji asılılığa səbəb olursa;

✓ Ətraf gerçəkliyin qavranılmasını təhrif edirsə.

Oyuncaq faydalıdır, əgər o:

✓ Təhlükəsizdirsə;

✓ Cəlbedicidirsə;

✓ Estetikdirsə;

✓ Uşağın yaş imkanlarına uyğundursa;

✓ Çoxfunksiyalıdırsa (uşağın bacarıqlarının inkişafı üçün imkan verir: fiziki, mənəvi, əxlaqi və s.);

✓ Ekoloji təmiz materiallardan hazırlanıbsa;

✓ Qablaşdırılmışdırsa.

Oyuncağın tərtibatına müəyyən tələblər qoyulur:

✓ Oyuncaq uşaqda emosional münasibət yaratmaq, bədii zövqü tərbiyə etmək üçün cəlbedici, rəngarəng tərtibatda olmalıdır;

✓ Bədii ifadə dizaynın, formanın, rəngin ahəngdar birləşməsi ilə təmin olunmalıdır;

✓ Oyuncağın hazırlandığı material seçilməlidir (yumşaq, tüklü materialların müsbət emosiyalara səbəb olduğunu, uşaqları oyuna təşviq etdiyini təsbit etdilər; kobud və soyuq səthli oyuncaqlar, bir qayda olaraq, sevilmir);

✓ Oyuncaqlar uşağın həyatı və sağlamlığı üçün təhlükəsiz olmalıdır və bir sıra gigiyenik tələblərə cavab verməlidir.

Tərbiyəçi oyuncaqların vəziyyətinə tez-tez nəzarət etməli, onların vaxtında təmirinə, qüsuru olan oyuncaqların isə kənarlaşıdırılmasına diqqət yetirməlidir. 

Məktəbəqədər müəssisədə oyuncaqlar müvafiq şəkildə yerləşdirilməlidir ki, bu da müəyyən avadanlıqlardan istifadə olunmasını tələb edir: rəflərdən, qutulardan, topların saxlanması üçün torlardan.

Müasir tələblərə tam cavab verən oyuncağın yaradılması müxtəlif profilli mütəxəssisləri: müəllimləri, psixoloqları, həkimləri, rəssamları, heykəltəraşları, dizaynerləri, texnoloqları, mühəndisləri bir araya gətirməklə mümkündür.

Sosioloqların fikrincə bir çox ölkələrdə eyni qeyri-sağlam tendensiya yaranmaqdadır: uşaqlara bahalı oyuncaqlar almaqla böyüklər öz yüksək sosial statusunu, öz rifahını vurğulamağa çalışır. Psixoloqlar sosioloqların bu narahatlığını bölüşərək hadisələrin bu cür inkişafının böyüməkdə olan nəslin mənəvi dəyərlərinin azalmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Alimlər belə qənaətə gəliblər ki, uşaqda çox sayda oyuncaq olsa da o, onlardan yalnız 2-3-nü seçir, onlarla oynayır və həmin oyuncaqlar digər oyuncaqları da əvəz edir. Bu səbəbdən, uşağın az sayda oyuncağı olması daha yaxşıdır, çünki bu halda uşaq onlara diqqət və məhəbbətlə yanaşacaq.  

 

Xalidə Həmidova

Pedaqoq, UNİCEF-in milli təlimçisi

6-12 ay aralığında oyunlar niyə vacibdir?

Yeddinci ay

        Bu ayda körpələr sərbəst oturur və əlləri barmaq oyunları üçün artıq sərbəst hərəkət etdirə bilirlər.

"Kənddə kim yaşayır?" oyunu.

Kənddə kim yaşayır? (hər sətirdə bir barmağı əyirik)

- Tənbəl arxalı qırmızı pişik.

- Balaca buzov.

- Sarı toyuq.

- Ağ qoyun.

- Eyvanın altında siçan.

(Hər barmaq ucunda masaj hərəkətləri ilə basaraq sayırıq).

Bir iki üç dörd beş.

Biz onları yenidən sayacağıq (başqa tutacaqa keçin).

 

"Bizim oyuncaq var" oyunu

Bizim oyuncaq var.

- Bu cingiltidir.

- Bu bardaqdır.

- Bu Maşa gəlinciyidir.

- Kök ayıdır.

- Çox gözəl kitabdır.

Bir iki üç dörd beş.

Gəlin onları bir daha sayaq

 

"Musiqi alətləri" oyunu. Fonetik qavrayış və musiqiqulağının inkişafı və hərəkətlərin koordinasiyası üçün nağara, səsliçəkic, həmçinin qaşıqlar, qazanlar və qapaqlar uyğun gəlir. Mətbəx qabları və ev əşyaları ümumiyyətlə uşaqlar tərəfindənmaraqla qarşılanır, bu maraqdan yaxşı istifadə edin.

Səkkizinci ay

Uşaq aktiv şəkildə inkişaf edir, sürünür və maraq göstərir.Qoy dünyanı aktiv və təhlükəsiz şəkildə kəşf etsin.

"Onomatopeya" oyunu.

Uşaq kənddə gəzinti zamanı pişikləri, itləri, göyərçinləri vədigər heyvanları maraqla izləyir. Bu maraq ödənilməli vədəstəklənməlidir. Bunu etmək üçün heyvanlar olan bir kitab tapmalı, şəkillərə baxmalı, “bu kimdir?” sualını verməli, özünüzə“bu itdir, itdir” cavabını verməlisiniz, uşağı emosiyalarlaonomatopoeik sözü təkrarlamağa təşviq etməlisiniz. Parlaqtembrlə, sözləri istisna olmaqla: "Təkrar et" və ya "Deyin".

"Taxıl torbası" oyunu.

Toxunma hisslərini inkişaf etdirmək üçün parça çantaya və yaköhnə corabın içinə noxud, lobya, qarabaşaq və s. doldurun, udmaması üçün onu möhkəm bağlayın və ya tikin, uşağa verin.Boş doldurucu ilə rəngli çantalar körpəni tutacaq vəsakitləşdirəcək.

 

"Plastik şüşə" oyunu.

Doldurulmuş plastik şüşələrlə oyunlar körpənimaraqlandıracaq. Onların fərqli çəkisini hiss etməyi, rəng vətemperaturla fərqləndirməyi öyrənəcək.

Beləliklə, körpəni isti - soyuq, yüngül - ağır, dolu - boşanlayışı ilə tanış edə bilərsiniz.

Kiçik plastik şüşələr taxıl, rəngli sabun və ya rəngliparıldayan yapışqanlı su ilə doldurula bilər.

Suyu götürün, ona dəftərxana ləvazimatları, yapışqan və çoxrəngli parıltı əlavə edin. Yapışqan nə qədər çox olarsa, sarsılandaparıldaması bir o qədər çox müddət olacaq. Açılmaması üçünqapağı etibarlı yapışqan ilə bağlamaq vacibdir.

Barmaq oyunları, biznes lövhəsi olan oyunlar, masaj döşəyi, kitablar hələ də qalır, lakin təkmilləşdirilir.

 

Doqquzuncu ay

Uşaq tədricən şaquli mövqe tutur, inamla barmaqlarını tuturvə bıçaq tutmağa başlayır.

Hamam oyunları. Uşaq inamla oturur, ona görə də sudaoynamaq üçün müxtəlif oyuncaqlar təklif oluna bilər: ördəklər, qayıqlar, balıqlar və suya davamlı kitablar.

 

"Matryoşka" oyunu. Ənənəvi rus oyuncağı obyektlərinölçüsünü başa düşmək və motor bacarıqlarını inkişaf etdirməküçün uyğundur.

Körpəyə gəlincik və onunla necə oynamaq lazım olduğunugöstərin, ona Maşa deyin ki, uşağın təkrarlanması daha asan olsun.

 

"Piramida" oyunu. Uşaqlıqdan hər kəsə tanış olan oyuncaqməqsədyönlü hərəkətləri, ölçü və rəng qavrayışını öyrədir.

 

"Əlavələr" oyunu. Müvafiq rəqəmləri daxil edə biləcəyinizmüxtəlif həndəsi formalı deşikləri olan oyuncaqlar.

 

Onuncu ay

Bir çox körpələr bu yaşda yeriməyə başlayır. Onların hər şeyəmarağı artır.

"Maşın sürmək" oyunu. Uşağa maşının hərəkətinin qarşılıqlıəlaqəsi və bunun üçün tətbiq olunan qüvvə göstərilməlidir. Əgərgüclə yuvarlanırsa, onda avtomobil uzun müddət yol gedir, zəifdirsə, tezliklə dayanacaq.

 

"Konstruktor" oyunu. Dizaynerin sadə və böyük detallarıvizual təfəkkür, iri və incə motor bacarıqlarını və hərəkətlərinkoordinasiyasını inkişaf etdirir.

 

"Kukla" oyunu. Yumuşaq cır-cındır kuklalar, nəinki, sizəkuklanın bədəninin və üzünün hissələrini göstərməyi və onlarıözünüzdə tapmağı öyrədəcək.

 

"Təkrarlar" oyunu. Uşağa təqlid edərək hərəkət etməyiöyrətmək üçün onu sizdən sonra sadə hərəkətləri təkrarlamağadəvət edin: əllərini çırpmaq, ayağını yerə çırpmaq, stolun üzərinəqaşıq vermək və s.

Böyüklərin köməyi ilə otaqda gəzmək də körpənin beyniniinkişaf etdirir.

 

On birinci ay

Bir çox uşaq özbaşına gəzməyə başlayır, bu, uşağa ətrafdakıdünyanı fəal şəkildə araşdırmağa imkan verir, oyunlar dahamürəkkəbləşir.

"Qumda oynamaq" oyunu. Uşaq məmnuniyyətlə əlləri iləqum tökür və qəliblər, spatula köməyi ilə tortlar bişirir. Bu, motor bacarıqlarını inkişaf etdirir, körpənin hiss təcrübəsinizənginləşdirir, müstəqil yemək bacarıqlarını artırır. Qışda kinetikqumdan istifadə edə bilərsiniz.

 

"Fırlanan oyuncaq at" oyunu. Köhnə oyuncaq vestibulyaraparatın inkişafına faydalı təsir göstərir. Sallanma yeriş və nitqinstimullaşdırılmasını təşviq edən beyincikləri stimullaşdırır.

 

"Saat mexanizmli oyuncaqlar" oyunu. Saat mexanizmləri vədovşanlar maraq və motor bacarıqlarının inkişafına kömək edir.

 

On ikinci ay

Bir yaşlı körpə artıq çox şey bilir. Onun köhnə və yeni oyunlara çıxışı var. Bu yaşda, barmaq boyalarından, duz xəmirininmodelləşdirilməsindən istifadə edə bilərsiniz, oyuncaqlardanistifadə edərək əsas rəngləri aktiv şəkildə öyrənə bilərsiniz.

 

"Birini tapın" oyunu. Ana qırmızı bir avtomobil göstərir vəeyni rəngli oyuncaq görmək istəyir. Əsas rənglər: qırmızı, mavi, yaşıl, sarı.

Bir markerlə kağız üzərində rəngli bir ləkə çəkə və uşaqdaneyni rəngli oyuncaq göstərməsini xahiş edə bilərsiniz.

Bütün oyunlar üçün qaydalar:

• uşaq sağlamdır

• uşaq yaxşı əhval-ruhiyyədədir

• böyüklərin diqqətini başqa şeylər yayındırmır

• oyunlar zamanı uşaq üz ifadələri, sözlər və jestlərləhəvəsləndirilir

• oyunlar böyüklərin şərhləri ilə müşayiət olunur

• oyunlar müntəzəm olaraq keçirilir

Biri deyəcək ki, deyirlər, buna vaxt yoxdur. Cavabverəcəyəm, bəli, anaların çox işi var, amma oyunlar çox vaxtçəkmir, həm də onların hazırlanması. Ev işlərini bir müddət təxirəsalmaq və ya onları ataya buraxmaq, körpə ilə ünsiyyətə vaxtayırmaq daha yaxşıdır. İnanın ki, bəhrəsini verəcək. Uşağı erkənuşaqlıqdan inkişaf etdirməklə, onun gələcəkdə uğurlu inkişafıüçün zəmin yaradırıq. 

 

Xalidə Həmidova

Pedaqoq, UNİCEF-in milli təlimçisi

Oyuncaq seçimi

Uşaqlarımıza oyuncaq alarkən nələrə diqqət etməliyik?

            Uşağımızın sağlamlığı hər şeydən vacib olduğu üçün uşağımıza oyuncaq alarkən də bu aspekti nəzərimizdə saxlamalıyıq. Seçdiyimiz oyuncağın sağlamlığa zərərli maddə və boyalardan hazırlanmadığına diqqət etməklə yanaşı, həm də seçdiyimiz oyuncağın uşağımız üçün təhlükəsiz olmasına əmin olmalıyıq. Buna görə də oyuncaq alarkən mütləq hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır. Körpələr/kiçik uşaqlar əşyaları ağızlarına aparmağa, yerə atıb və ya bir-birinə vurub səsini dinləməyə meyilli olurlar. Bu səbəblə xüsusilə 2 yaşından kiçik uşaqlara oyuncaq seçərkən, boğulma təhlükəsi yarada biləcəyindən kiçik hissəli oyuncaqlardan, atdıqda və ya bir-birinə vurulduqda sınaraq uşağa xəsarət yetirə biləcək teksturalardan (məs. incə şüşədən) hazırlanmış oyuncaqlardan uzaq durulmalıdır.

            Həmçinin oyuncaq estetik olmaqla yanaşı gigiyenik də olmalıdır. Bilirik ki, parlaq rəngli, estetik cəhətdən gözə xoş gələn oyuncaqlar uşaqların diqqətini daha çox çəkir. Lakin alarkən valideynlərin yuyulabilən və ya təmizlənə bilən oyuncaqlara üstünlük vermələri tövsiyə olunandır. Çünki uşağın oyuncaqları vaxtaşırı təmizlənməlidir, bir oyuncaqla birdən çox uşaq oynadığı hallarda isə oyuncaqlar daha tez-tez təmizlənməlidir. Ancaq oyuncaqları təmizləyərkən xlor kimi ağır kimyəvi maddələrdən uzaq durmaq lazımdır.

            Oyuncaq seçərkən ən əsas məsələ odur ki, mütləq seçdiyimiz oyuncaq uşağın inkişaf səviyyəsinə uyğun olmalıdır. Oyuncaq uşağa çox asan və ya çox çətin gələrsə onun oyuncağa olan marağı tez itəcəkdir. Məsələn 1 yaşındaki bir uşağa gəlincik oyuncağının alınmasının ona heç bir faydası yoxdur, o gəlinciyi sadəcə sındıracaqdır. Beləliklə də valideyn düşünəcəkdir ki, onun övladına oyuncaqlar maraqlı deyil. Və bu fikirlə də o övladına oyuncaq almaqdan çəkinəcəkdir. Nəticədə isə uşaq gələcəkdə öyrənmə prosesində ona çox kömək edəcək bir vasitədən məhrum olacaqdır.

            Bəs uşağın inkişaf səviyyəsinə uyğun deyəndə biz nəyi nəzərdə tuturuq?

            Bilirik ki, uşaqlar dünyanı oyunlar vasitəsilə kəşf edirlər və doğulduqdan etibarən oyunun bir neçə mərhələsindən keçirlər. Yəni 6 ayına qədər uşaqlar oyunun hissetmə mərhələsində olurlar. Bu dövrdə uşaqlar dünyanı hiss edərək öyrənirlər, parlaq, hərəkət edən, səs çıxardan əşyalara maraq göstərirlər, izləyirlər, eşidirlər, toxunurlar. Öz əl və ayaq barmaqlarını, əllərinə verilən oyuncaqları ağızlarına aparırlar. Bəzən valideynlər bu halı müşahidə etdikdə buna mane olmağa çalışırlar, ancaq buna mane olmaq uşağın kəşf etməsinə və öyrənməsinə mənfi təsir edir. Burada etməli olduğumuz uşağın ağzına apardığı oyuncaqların uşaq üçün təhlükəli olmaması və gigiyenik olmasıdır.

            6-15 ayında uşaqlar artıq aşkarlıq mərhələsinə keçirlər. Bu dövrdə uşaqlar oyuncaqları bir-birinə vurur və ya yerə ataraq izləyirlər, xüsusilə əllərinin çatdığı şkafları açıb içindəki əşyaları boşaldıb onlarla oynayırlar. Bu dövrdə uşaqlar aça bilməsin deyə valideynlərin şkafların ağzını müxtəlif vasitələrlə bağladığını da müşahidə edirik ki, bu hal uşağı kəşf etmədən məhrum qoyur. Ona görə də xüsusən bu dövrdə uşaq üçün təhlükəsiz mühit yaratmalı, uşağın əlinin çata biləcəyi yerlərə bıçaq kimi kəsici-dəlici və ya düşəndə sınaraq uşağa zərər verə biləcək əşyalar qoyulmamalıdır. Bu dövrdə uşaqlar oyuncaqları dağıtmağa, sındırmağa daha meyilli olduğundan valideynlər elə düşünə bilərlər ki, uşaqları oyuncaq sevmir və ya oyuncaqları həmişə sındırdığı üçün uşağa oyuncaq almaq istəməyə bilərlər. Ancaq burada başa düşülməlidir ki, uşağın bu mərhələdə oyuncağı sındırması normaldır. Bu onun aşkar etmə üsuludur. Bu dövrdə valideynlər uşaqla birlikdə oynayaraq ona həmin oyuncaqlardan necə istifadə etmək lazım olduğunu göstərməlidirlər.

            15 ayından etibarən isə uşaqlar konstruktiv mərhələyə keçirlər və bu mərhələ təxminən 2.5 yaşına qədər davam edir. İndiyə qədər əşyaları və oyuncaqları dağıdaraq kəşf etmək istəyən uşaq artıq onları yığaraq biləşdirərək yeni şeylər kəşf etməyə çalışır. Yəni kubiklərdən, leqolardan nə isə düzəltməyə çalışırlar, rəngli karandaşlarla cızma qara edib nə isə çəkməyə çalışırlar və s.

            2 yaş yarımından etibarən isə uşaqlar artıq oyunun sosial mərhələsinə keçirlər ki, bu zamana qədər tək oynamağa üstünlük verən uşaqlar artıq tədricən digər uşaqlarla oynamağa başlayırlar. Bu dövrün başlarında artıq uşaqlarda “mış kimi” dediyimiz simvolik oyunlar müşahidə edirik, yəni məsələn uşaq hər hansısa bir əşyanı götürüb telefonmuş kimi qulağına aparıb onunla oynaya bilər. İrəliləyən zamanlarda isə artıq uşaq qaydalı oyunlar oynamağa başlayır.

            Valideynlər bu mərhələlərə uyğun düzgün oyuncaqları  necə seçə bilərlər?

Əgər uşağınız oyunun hissetmə mərhələsindədirsə, yəni 0-6 aylıqdırsa:

- eşitmək üçün: zınqırovlu oyuncaqlar, zənglər və s. kimi səs yaradan oyuncaqlar;

- toxunmaq üçün: içərisi müxtəlif maddəllərlə (qum, noxud və s.) doldurulmuş oyuncaqlar, sıxılan oyuncaqlar və s. kimi müxtəlif teksturalardan hazırlanan oyuncaqlar;

-  görmə üçün: beşiyin üstünə asılan oyuncaq, parlaq rəngli oyuncaqlar, işıqlı oyuncaqlar və s.

Əgər uşağınız oyunun aşkarlıq mərhələsindədirsə yəni 6-15 ay aralığındadırsa:

- kubiklər, müxtəlif teksturadan hazırlanmış toplar, piramidalar, müxtəlif oyuncaq doldurulmuş qutular, səsli-musiqili oyuncaqlar (ksilofon, nağara, oyuncaq pianino və s.), segen lövhəsi (tək hissəli, şəkillərin bir biri ilə əlaqəsi olmadığı),  2-4 hissəli pazllar-tapmacalar, karton kitablar və s.

Əgər uşağınız oyunun konstruktiv mərhələsindədirsə yəni 15 ayından 2.5 yaşına aralığındadırsa:

- kubiklər, konstruktorlar, leqolar, muncuqlar, rəngləmə üçün vəsaitlər, plastilin, çox hissəli segen lövhəsi (məs: bədən üzvləri, eyni şəkil müxtəlif ölçüdə), 4-8 hissəli pazllar, kağız səhifəli kitablar və s.

Əgər uşağınız oyunun sosial mərhələsindədirsə yəni 2.5 yaşından böyükdürsə aşağıdakı oyuncaqlar onun üçün faydalı və maraqlı olacaqdır:

- top, daha incə karandaşlar, daha kiçik muncuqlar, stolüstü oyunlar, 8-50 hissəli pazllar, əlaqə qurma pazlları (məs. ayaqqabı-corab, polis-polis maşını, rəqəm-eyni sayıda şəkil), kart oyunları, rollu-sujetli oyun materialları, gəlinciklər, velosiped və s.

 

 

Ülviyyə Mirzəyeva

Uşaq inkişafı üzrə mütəxəssis, həkim