Təhlükəsiz davranış bacarıqlarının formalaşdırılmasına uyğun oyunlar

Məktəbəqədər təhsil müəssisəsinin binası və sahəsində travma təhlükəsi olan halla
rın qarşısının alınması və aradan qaldırılması üçün şəraitin yaradılması sanitar qaydalar və normalarla tənzimlənir və bu, məktəbəqədər təhsil proqramını həyata keçirən təhsil müəssisəsinin fəaliyyəti üçün dəyişməz qanunvericilik şərtidir.

Məktəbəqədər yaşlı uşaqlarda təhlükəsiz davranış tərbiyəsinin ən geniş yayılmış üsullarını nəzərdən keçirək.

İnformasiyanın ötürülməsi və qavranılmasının xarakterinə görə metodlar şifahi (hekayə, söhbət, uşaqlara suallar və s.), əyani (nümayiş və s.) və praktik (yaradıcılıq layihələrinin, oyunların və məşqlərin yerinə yetirilməsi və s.) növlərə bölünür.

Uşaq davranışının qadağalar yolu ilə tənzimlənməsi minimum səviyyədə olmalıdır. Böyüklərin nümunəsi - məktəbəqədər yaşlı uşaqlar üçün təhlükəsiz davranışın ən yaxşı dərsidir.

Hər kəs uşaqların oynamağı sevdiyini bilir. "Gəlin oynayaq" təklifi həmişə onların razılığına zəmanət verir. Razılıq və maraq varsa, belə bir əhval-ruhiyyə ilə uşaq oyunda didaktik tapşırıqları asanlıqla dərk edəcək və mənimsəyəcəkdir.

Qaydalarla təklif olunan oyunlar təhlükəsizliyin aşağıdakı sahələri ilə əlaqəli fikirlərin genişləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə yönəldilmişdir: küçə, yollar, ev və təbiətdə təhlükəsizlik, təhlükəsiz cəmiyyətlə qarşılıqlı əlaqə və yanğın təhlükəsizliyi.

Küçələr və yollarda təhlükəsizlik haqqında (3-4 yaşlı uşaqlar üçün)

Tərbiyəçi-müəllim deyir: “Uşaqlar, sizinlə nənələrinizi ziyarət edəcəyik. Mən yaşıl dairəni göstərəndə gedəcəyik, qırmızı dairəni göstərəndə isə dayanacağıq”.

Uşaqlar rəngləri fərqləndirməyi yaxşı öyrəndikdə tərbiyəçi-müəllim işıqforun yaşıl işığı ilə niyə getmək lazım olduğu və qırmızı işıqda durmaq lazım olduğunu izah edə bilər.

Uşaqlar avtomobil şəkillərinə baxırlar.

Oyun vəziyyətlərində özümüzü ictimai yerdə davranmağı təkmilləşdiririk.

Təhlükəsizlik adası (4-5 yaşlı uşaqlar üçün)

Məqsədləri: İşıqfor siqnalları haqqında uşaqların biliklərini gücləndirmək, diqqətlilik və siqnalla hərəkət etmək qabiliyyətini inkişaf etdirmək.

Materiallar: Musiqi alətləri və oyun otağının mərkəzindəki hasara alınmış zona.

Oyunun gedişi: Uşaqlar musiqi müşayiəti ilə müxtəlif hərəkətlər edirlər. Musiqi dayandıqda uşaqlar tez zonanın mərkəzində dayanmalıdırlar (təhlükəsizlik adası).

İşıqforu yığın (4-5 yaşlı uşaqlar üçün)

Məqsədləri: İşıqforun siqnallarının əhəmiyyətini sadalayır;

Topun ötürülmə bacarıqlarını nümayiş etdirir;

Komanda formasında olan oyunda hərəkət edir.

Materiallar: 3 ədəd hava topu.

Oyunun gedişi: Uşaqlar iki komandaya bölünürlər. Hər komandanın kapitanı seçilir və ona qırmızı, sarı və yaşıl toplar verilir. Müəllimin siqnalı ilə komanda kapitanı qırmızı topu növbəti oyunçuya ötürür və s.. Top son oyunçuya çatdırıldıqda yuxarı qaldırılır və bu, ilk qırmızı işığın yanması deməkdir. Yalnız bundan sonra kapitan zəncir boyu sarı topu ötürür. Sonda isə yaşıl topu ötürür. Zəncir boyunca bütün üç topu daha sürətli ötürən komanda udur (üç yol nişanını işıqlandıracaq).

Məişətdə təhlükəsizlik. Bir, iki, üç və təhlükəli bir əşya tapın! (4-5 yaş uşaqlar üçün)

Materiallar: Potensial təhlükəli obyektlərin təsviri olan kartlar.

Oyunun gedişi: Tərbiyəçi-müəllim və uşaq oyuncaqlara üzünü döndərib deyir:

“1, 2 və 3! Diqqətlə bax! 1, 2 və 3! Təhlükəli əşyanı tap!”

Bu müddət ərzində oyunçular təhlükəli ola biləcək əşyaların şəkillərini tapmalı və göstərməlidirlər (elektrik rozeti, masa küncü və pəncərə). Sonra aparıcı hər bir oyunçuya yaxınlaşır və niyə belə bir seçim etdiyini soruşur və təhlükənin qarşısını almaq üçün nə edilməsi lazım olduğunu izah etməyi xahiş edir.

Təhlükəli - təhlükəsiz (3-5 yaş uşaqlar üçün)

Materiallar: Təhlükəsiz və potensial təhlükəli obyektlər təsvir edilən kartlar dəsti (məsələn, gəlincik, boyalar, qayçı, yapışqan, çəngəl və qaz sobası) və kartların arxa tərəfində təhlükəli əşyalar üçün qırmızı, təhlükəsiz əşyalar üçün isə yaşıl işarələr var.

Oyunun gedişi: Uşaqlar fərdi və ya kiçik qruplar şəklində oynaya bilərlər (2-4 nəfər).

Böyüklər kartları masada qarışdırır və uşağa onları iki qrupda yerləşdirməyi təklif edirlər: Birində bütün təhlükəsiz əşyaları, digərinə isə onlarla ehtiyatsız rəftar etdikdə təhlükəli ola bilən əşyaları qoymaq.

Tapşırığın sonunda kartlar tərsinə çevrilir və uşaq tapşırığın düzgünlüyünü müstəqil olaraq yoxlamaq imkanı əldə edir.

Təbiətdə təhlükəsizlik. Həşərat dünyası

Material: İştirakçıların sayına görə insanlar üçün təhlükəli və təhlükəsiz olan həşərat şəkilləri, qırmızı və yaşıl halqa.

Oyunun gedişi: Şəkil olaraq iki fərqli həşərat qrupundan istifadə olunur: Kəpənək və ağcaqanadlar, xallı böcək və arılar, may böcəyi və arılar. Qrupun müxtəlif yerlərində halqalar yerləşdirilir: Qırmızı - təhlükəli həşəratlar üçün və yaşıl - təhlükəsiz həşəratlar üçün. Böyüklərin "Gün!" siqnalına uyğun olaraq oyunçular oyun meydançasından qaçırlar. "Gecə!" siqnalına uyğun olaraq öz halqasının yanında yığışırlar (halqanın rəngi oyundan əvvəl müəyyən olunur). Öz evini birinci tutan qrup qalib gəlir.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi