Təlimat və vasitələr
EUDİ üzrə yerli mütəxəssislər şəbəkəsi
Uşaqlar haqqında qanunlar
Elmi tədqiqatlar
Təlim
Tədris
Təlimat və vasitələr
EUDİ üzrə yerli mütəxəssislər şəbəkəsi
Uşaqlar haqqında qanunlar
Elmi tədqiqatlar
Təlim
Tədris
İsmayıllı UADM
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərdiyi rayon üzrə həssas ailələrin, qadın və uşaqların müəyyən edilməsi, onlarla sosial və psixoloji işin aparılmasını təşkil edir.
Mərkəz tərəfindən həssas ailələrin problemləri öyrənilir və həlli istiqamətində yerli qurumlarla birgə fəaliyyətlər icra edilir, müxtəlif sosial layihələr hazırlanır, eləcə də sağlam həyat tərzinin təbliği, məişət zorakılığı və erkən nikah halları ilə mübarizə mövzularında maarifləndirmə tədbirləri təşkil edilir.
Həmçinin əlilliyi olan 18 yaşadək uşaqlar və onların valideynləri üçün təlimlər keçirilir, autizm sindromlu uşaqlara xüsusi məşğələlər təşkil olunur, onların cəmiyyətə inteqrasiyası, asudə vaxtının təşkili istiqamətində tədbirlər həyata keçirilir.
Mərkəzin həyata keçirdiyi tədbir və təlimlərə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı könüllülər, ekspertlər cəlb edilir və əhalinin müxtəlif qrupları ilə mütəmadi müzakirələr təşkil edilir.
Mərkəzin telefon nömrəsi: 020 285 10 46, 020 285 14 46
Ünvanı: İsmayıllı rayonu, Ağahüseyn Aslanov küç.
Mail: [email protected]
Facebook adress: https://www.facebook.com/profile.php?id=100082673505879
Şüvəlan UADM
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Bakı şəhəri, Xəzər rayonu üzrə həssas ailələrin, qadın və uşaqların müəyyən edilməsi, onlarla sosial və psixoloji işin aparılmasını təşkil edir.
Mərkəz tərəfindən həssas ailələrin problemləri öyrənilir, həlli istiqamətində yerli qurumlarla birgə fəaliyyətlər icra edilir, müxtəlif sosial layihələr hazırlanır, eləcə də sağlam həyat tərzinin təbliği, məişət zorakılığı və erkən nikah halları ilə mübarizə mövzularında maarifləndirmə tədbirləri təşkil edilir.
Həmçinin əlilliyi olan 18 yaşadək uşaqlar və onların valideynləri üçün təlimlər keçirilir, autizm sindromlu uşaqlara xüsusi məşğələlər təşkil olunur, onların cəmiyyətə inteqrasiyası, asudə vaxtın təşkili istiqamətində tədbirlər həyata keçirilir.
Mərkəzin həyata keçirdiyi tədbir və təlimlərə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı könüllülər, ekspertlər cəlb edilir və əhalinin müxtəlif qrupları ilə mütəmadi müzakirələr təşkil edilir.
Mərkəzin telefon nömrəsi: 012 454 95 52, 012 454 89 60
Ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İldırım küç., dalan 1, döngə 1
Mail: [email protected]
Facebook adress: https://www.facebook.com/profile.php?id=100064669479771
Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyi
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi 2011-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş və 2012-ci ildə 121-ci ölkə olaraq Beynəlxalq Portec Assosiasiyasına üzv seçilmiş və əlilliyə erkən müdaxilə xidmətləri sahəsində Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etmək hüququnu, həmçinin Beynəlxalq Portec Assosiasiyanın Azərbaycanda yeganə təmsilçisi statusunu qazanmışdır.
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Prezidenti Yanında QHT-larına Dövlət Dəstəyi Şurası, Bakı Şəhər İcra Hakimiyyəti və yerli QHT-la sıx əməkdaşlıq edərək, Azərbaycanda erkən uşaq dovrü inkişafı sahəsinə, xüsusilə əlilliyi olan uşaqların inkişafına erkən müdaxilə, onların inklüziv təhsilə hazırlığı, cəmiyyətə inteqrasiyası, eləcə də əlilliyin dərki sahəsində cəmiyyətin məlumatlandırılması prosesinə öz töhvəsini verir. Beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş Portec mütəxəssislərimiz səhiyyə işçiləri, sosial işçilər, müəllimlər arasında ev ziyarətçilərinin hazırlanması istiqamətində bir sıra layihələr, fəaliyyətlər həyata keçirmişlər.
Portec 0-7 yaşa qədər əlilliyi olan uşaqlar və onların ailələri üçün nəzərdə tutulmuş ailə-əsaslı erkən müdaxilə proqramı modelidir. Əlilliyi olan uşaqların və onların valideynlərinin inklüziv cəmiyyətə hazılanmasına fokuslanan Portec Proqramı çərçivəsində ev ziyarətçiləri ailələrə həftədə bir dəfə səfərlər edir, əlilliyi olan uşaqların həyat bacarıqlarını inkişaf etdirmək üçün valideynlərə və uşağa qulluq edən digər şəxsləri təlimləndirirlər, bu istiqamətdə fəaliyyətlərini planlamağa kömək edirlər. Bundan əlavə, beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmiş mütəxəssislərimiz əlilliyi olan uşaqlar və onların ailələri ilə işləmək üçün səhiyyə, məktəbəqədər təhsil işçiləri, sosial işçilər və psixoloqları portec modelinə əsasən ev ziyarətçiləri kimi təlimləndirirlər.
Hazırda «Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyi UNİCEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin yaradılması ” proqramı çərçivəsində “Ağcabədidə Universal və Mütərəqqi Evə Ziyarət Modelinin tətbiqi” üzrə pilot layihəsini həyata keçirir. Layihənin yerli partnyorları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB-dir.
Ağcəbədi rayonunda Ev Ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə ÜST və UNİCEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və GHT nümayəndələrinə təlimlər keçirilmişdir. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilmişdir. Təlimin ilk günündə BMT-nin Uşaq Fondunun nümayəndəsi Töhvə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVİD-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barəsində iştirakçılar ilə vacib məlumatları payalaşmışdır. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər və fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim edilmişdir.
Təlimlərin sonuncu günü UNİCEF-in əməkdaşı Yelena İsrafilova tərəfindən təlim iştiralçəlarına ev ziyarətləri zamanı sənədləşdirmə bağlı təqdimat etmişdir.
12 aprel tarixindən təlimləndirilmiş patronaj tibb bacıları sahələr üzrə yaşayan hamilə qadınlar və 0-3 yaşında uşaqların ailələrinə səfərlərə başlamışlar
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin mail adresi - [email protected]
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin Facebook səhifəsi - https://www.facebook.com/EADPNPU/
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin instagram səhifəsi - https://www.instagram.com/portec.aze/
Azərbaycan Fizioterapiya Asossasiyası
Azərbaycan Fizioterapiya Dərnəyinin rəsmi səhifəsi : http://azpta.az
UAFA (Azərbaycana Birgə Yardim) təşkilatı
UAFA (Azərbaycana Birgə Yardim) təşkilatının rəsmi səhifəsi: www.uafa.az
UAFA (Azərbaycana Birgə Yardim) təşkilatının sosial media səhifələri :
https://m.facebook.com/UAFA.AZ
Əlaqə: [email protected]
"BUTA" Humanitar İctimai Birliyi
"BUTA" Humanitar İctimai Birliyinin Facebook səhifəsi - https://www.facebook.com/butauhib
Birgə və Sağlam İctimai Birliyi
Missiyamız:
Gələcəyə baxışımız:
Azərbaycanda autizm spektr pozuntusu olan uşaqların erkən yaşda müəyyənləşdirilərək təhsil qiymətləndirilmələrinin edilməsi, diaqnoz almış uşaqların xüsusi təhsil, məktəbəqədər təhsil, ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi ehtiyaclarına uyğun tədrisin təmin olunmasıdır. Autizm spektr pozuntusu olan uşaqlara verilən xüsusi təhsillə birlikdə, uşaqların valideynlərinə dəstək programlarının verilməsi, onların psixolojik sağlamlıqlarının qorunması və uşaq psixologiyası, xüsusi təhsillə əlaqəli maarifləndirmə işlərinin aparılmasıdır. Tətbiqi Davranış Analizinə əsaslanan elmi əsaslı tədris metodlarının tətbiq edilməsi.
Birgə və Sağlam İB-nin rəsmi səhifəsi: https://birgesaglam.az/
Birgə və Sağlam İB-nin Facebook səhifəsi: https://www.facebook.com/birge.saglam/
Birgə və Sağlam İB-nin Instagram səhifəsi: https://www.instagram.com/birgevesaglam/