Erkən yaş (0-3 yaş)

0-3 yaş erkən yaş dövr adlanır. Bu dövrdə valideyn övladının sağlam böyüməsini təmin etməli, inkişafını dəstəkləməlidir. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Erkən yaş” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Əlavə qidalanmaya nə ilə başlamalı?

Əlavə qidalanmaya hansı qida ilə başlamağın çox da əhəmiyyəti yoxdur. Önəmli olan uşaqda qida həvəsinin formalaşmasıdır. Əlavə qidalanmaya tərəvəz püresi, sıyıq, qatıq və kəsmiklə başlamaq olar. Lakin burada bəzi şərtləri nəzərə almaq lazımdır. İlk olaraq qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyalı, həzmi asan və hipoallergen (allergik xüsusiyyəti az)  olmalıdır.  

Tərəvəzlər. Tərəvəzdən başlayan zaman ilk növbədə hipoallergen, ağ və yaşıl, şirin olmayan gül kələmi, brokoli, kartof, yunan qabağına üstünlük verilməlidir. Əvvəl bir növ tərəvəzdən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar. Əvvəlcə püre blenderin köməyi ilə hazırlanır. Daha sonra tərəvəz sürtgəcdən keçirməklə və ya çəngəllə əzilir. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılır və beləliklə çeynəmə qabiliyyətinin formalaşmasına kömək edir.

8-9-cu aylarında uşaqda çeynəmə qabiliyyəti formalaşır, dişlər çıxır və həzm fermentlərinin aktivliyi artır  və uşaq bərk qidanın qəbul edilməsinə hazır olur. Bu zaman uşağın qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Uşağa qabığı soyulmuş çiy armud, alma, çörək və ya peçenye tikəsi də vermək olar.

Sıyıqlar. Sıyıqlar daha kalorili olduğu üçün ilk əlavə qida kimi daha çox çəki azlığı olan körpələrə təyin olunur. Hipoallergen sıyıqlardan (düyü, qarabaşaq, qarğıdalı) başlayın. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal olan qluten yoxdur. Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara xüsusi olaraq uşaqlar üçün buraxılan quru süd yaxud ana südü və ya süni süd əlavə etmək olar. İnək və ya keçi südünü uşağın pəhrizinə yalnız 1 yaşından, bəzən isə 2 yaşından sonra daxil etmək olar. 

Qatıq və kəsmik. Qatıq və kəsmik körpələrin asan həzm edə bildiyi ən etibarlı əlavə qidalardandır. Mədə-bağırsaq  problemləri olan körpələrə əvvəl qatıq, sonra isə qatıqla kəsmik verilir. Lakin nəzərə almaq lazımdır ki, qatıq və kəsmiyin qida dəyəri az oduğundan sonrakı mərhələlərdə rasiona digər əlavə qidalar da qoşulmalıdır.  

Meyvə və tərəvəz şirələri. Körpəyə veriləcək ilk meyvə mövsümə görə seçilməlidir. Qışda almadan, yayda alma və ya şaftalıdan başlanır, daha sonra ərik, armud, üzüm, banan verilir. Meyvələr  uşağın nəcis ifrazının tənzimlənməsinə və həzmə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvə vermək olar. Tərəvəz şirələrindən ən çox kök, pomidor və balqabaq şirələri verilir.

Meyvənin sirəsini şirəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır. Bu  zaman meyvədə olan bütün  faydalı maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.

Yumurta. Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırılır. Bir həftədən sonra körpə tam bir yumurta sarısı yeyə bilər. Allergik xüsusiyyəti olduğu üçün yumurtanın ağı bir yaşına qədər uşağa verilməməlidir.

Dənli şorbalar. Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci şorbası kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra  qiymə qatıla bilər. Şorbalar əvvəllər çörəksiz, sonra içinə çörək doğranaraq verilə bilər. Bu şəkildə tədricən qatı qidalara başlanılır. Quru paxlalar 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında, az miqdardan başlayaraq verilə bilər.  

Ət məhsulları (qırmızı ət, toyuq, balıq əti). Qan azlığının qarşısının alınması üçün körpənin qidasında ət məhsulları mütləq olmalıdır. 8-ci aydan etibarən şorbalara və ya tərəvəz yeməklərinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri toyuq bulyonunda hazırlana bilər. 9-cu aydan sonra körpənin şorbasına iki dəfə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə qatıla bilər.

Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidaları körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayadək məsləhət deyil. Allergiya vermə riski yüksək olan sitrus meyvələri, yumurta, balıq ilk verilən qidalar arasında olmamalıdır.

Döşlə  əmizdirmə körpə sağlamlığının təməlidir

Ana südünün tərkibi nədən asılıdır?

Ana südü təbiətin bəxş etdiyi möcüzəvi məhsuldur. Hər ananın südü məhz öz uşağı üçün nəzərdə tutulub və tərkibi uşağın yaşından, günün  vaxtından, hava şəraitindən, uşağın sağlamlıq vəziyyətindən  asılı olaraq dəyişir.  Ananın doğuşdan sonra körpəsinə verdiyi ilk süd “ağız südü” adlanır. Bu, çox qatı, kolorili süd olmaqla yanaşı, körpəni  infeksiyalardan, allergik reaksiyalardan  qoruyur. Sonra isə keçid südü və yetkin südlə  əvəz olunur. Yetkin südün də tərkibi dəyişkəndir.

Əmmə zamanı körpənin aldığı ilk porsiyalar daha duru, maviyə çalan rəngdədir və miqdarı daha çoxdur. Buna görə bəzən analar südünün duru, yağsız olmasından narahat olurlar. Əslində bu, normal bir haldır. Ön süd duru olub uşağın suya olan tələbatını ödəyir, arxa süd isə daha çox yağdan və zülaldan ibarət olub, uşağı doydurur. 


 

C:\Users\Hp\Downloads\WhatsApp Image 2020-04-29 at 16.50.58.jpeg

Döşlə əmizdirmənin uşaq üçün nə əhəmiyyəti var?

Ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Döşə qoyulma isə körpə üçün əsl səadətdir. Körpəsini əmizdirən ana intuitiv olaraq onun nə hiss etdiyini bilir. Ağrı və ya qorxudan ağlayan uşaq döşə qoyulan kimi sakitləşir. Ana ilə körpə arasında lap erkən dövrlərdən gözəgörünməz əlaqə yaranır. Bu gözəgörünməz bağ uşağın ən çox ehtiyac duyduğu hiss olub, onun emosional sferasının inkişafında çox mühüm rol oynayır.

Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi yolverilməzdir!

Neçə yaşına kimi uşağa ana südü verilməlidir? 

6 ayadək uşaqları yalnız ana südü ilə qidalandırmaq və bunu mümkün olduqca 2 yaşadək və lazım olduqda daha uzun müddət davam etmək lazımdır.

Ana dərman qəbul edirsə, uşağa süd verə bilər? 

Ana dərman qəbul etdiyi müddətdə ona əmizdirməməyi məsləhət görürlər. Halbuki çox nadir dərmanların qəbulu əmizdirməni dayandırmağı tələb edir və bu dərmanların da çox vaxt əmizdirən analara uyğun alternativi mövcud olur. Adətən ananın qəbul etdiyi dərman preparatları südə çox kiçik kəmiyyətdə daxil olur və heç bir narahatlığa əsas yaratmır. Hər bir halda həkiminizə əmizdirən ana olmağınızı mütləq bildirməlisiniz ki, o, sizə təhlükəsi olmayan alternativ dərmanlar təyin etsin.

Ana xəstədirsə, uşağa süd verə bilər?

Bəzi çox ağır xəstəlikləri çıxmaq şərti ilə ana istənilən digər hallarda, əmizdirməni davam etməlidir. İnfeksion xəstəliklər zamanı anadan körpəyə xəstəlik keçdiyi kimi, ona qarşı vuruşan anticisimlər də keçir. Körpə üçün xəstəliklərə qarşı ən yaxşı profilaktik vasitə, sözsüz ki, ana südüdür. 

Körpənin döşdən ayrılması qərarını yalnız həkiminizlə məsləhətləşdikdən sonra verin!

Əmizdirmənin ana və ailə üçün hansı üstünlükləri var?

Əlbəttə, körpəni  ana südü ilə qidalandıran zaman valideynlər ilk növbədə uşağın sağlamlığı  barədə düşünürlər. Lakin uşağın ana südü ilə bəslənməsi  ana və ümumən ailə üçün başqa üstünlüklərə də malikdir. Döşlə əmizdirmə zamanı doğuşdan sonra uşaqlıq daha sürətlə yığılır, qanaxma və anemiya təhlükəsi, süd durğunluğu və mastitin əmələ gəlmə riski azalır.

Ana südü ilə qidalandırma analar üçün hamiləlik dövründə topladığı artıq çəkidən azad olmaq üçun əla vasitədir, cünki bu dövrdə orqanizm gündə əlavə 500 kkal sərf edir. Süd verən analarda gələcəkdə döş vəzinin, uşaqlığın  və yumurtalığın xərçəngi, ürək-damar xəstəlikləri daha az rast gəlinir. O, daha sakit, özünəinamlı və xoşbəxt olur. 

Ana südü həmişə “istifadəyə hazırdır”; onu qızdırmağa, içərisində süd olan qabları yumağa, sterilizasiya etməyə ehtiyac yoxdur. Ana, xüsusən gecələr, uşağı yatağından durmadan yedizdirə bilər. 

Ana südü sərfəli qidadır. Döşlə əmizdirmə zamanı bahalı süd qarışıqları, süd qabları, qızdırıcılar və sterilizasiya aparatları almağa ehtiyac olmur. Bu da ailə büdcəsinə xeyir verir.

Yadda saxlayın, övladınız üçün ana südünüzü tam əvəz edən qida yoxdur!







 

Əlavə qidalanmaya nə ilə başlamalı?

Əlavə qidalanmaya hansı qida ilə başlamağın çox da əhəmiyyəti yoxdur. Önəmli olan uşaqda qida həvəsinin formalaşmasıdır. Əlavə qidalanmaya tərəvəz püresi, sıyıq, qatıq və kəsmiklə başlamaq olar. Lakin burada bəzi şərtləri nəzərə almaq lazımdır. İlk olaraq qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyalı, həzmi asan və hipoallergen (allergik xüsusiyyəti az)  olmalıdır.  

Tərəvəzlər. Tərəvəzdən başlayan zaman ilk növbədə hipoallergen, ağ və yaşıl, şirin olmayan gül kələmi, brokoli, kartof, yunan qabağına üstünlük verilməlidir. Əvvəl bir növ tərəvəzdən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar. Əvvəlcə püre blenderin köməyi ilə hazırlanır. Daha sonra tərəvəz sürtgəcdən keçirməklə və ya çəngəllə əzilir. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılır və beləliklə çeynəmə qabiliyyətinin formalaşmasına kömək edir.

8-9-cu aylarında uşaqda çeynəmə qabiliyyəti formalaşır, dişlər çıxır və həzm fermentlərinin aktivliyi artır  və uşaq bərk qidanın qəbul edilməsinə hazır olur. Bu zaman uşağın qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Uşağa qabığı soyulmuş çiy armud, alma, çörək və ya peçenye tikəsi də vermək olar.

Sıyıqlar. Sıyıqlar daha kalorili olduğu üçün ilk əlavə qida kimi daha çox çəki azlığı olan körpələrə təyin olunur. Hipoallergen sıyıqlardan (düyü, qarabaşaq, qarğıdalı) başlayın. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal olan qluten yoxdur. Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara xüsusi olaraq uşaqlar üçün buraxılan quru süd yaxud ana südü və ya süni süd əlavə etmək olar. İnək və ya keçi südünü uşağın pəhrizinə yalnız 1 yaşından, bəzən isə 2 yaşından sonra daxil etmək olar. 

Qatıq və kəsmik. Qatıq və kəsmik körpələrin asan həzm edə bildiyi ən etibarlı əlavə qidalardandır. Mədə-bağırsaq  problemləri olan körpələrə əvvəl qatıq, sonra isə qatıqla kəsmik verilir. Lakin nəzərə almaq lazımdır ki, qatıq və kəsmiyin qida dəyəri az oduğundan sonrakı mərhələlərdə rasiona digər əlavə qidalar da qoşulmalıdır.  

Meyvə və tərəvəz şirələri. Körpəyə veriləcək ilk meyvə mövsümə görə seçilməlidir. Qışda almadan, yayda alma və ya şaftalıdan başlanır, daha sonra ərik, armud, üzüm, banan verilir. Meyvələr  uşağın nəcis ifrazının tənzimlənməsinə və həzmə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvə vermək olar. Tərəvəz şirələrindən ən çox kök, pomidor və balqabaq şirələri verilir.

Meyvənin sirəsini şirəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır. Bu  zaman meyvədə olan bütün  faydalı maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.

Yumurta. Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırılır. Bir həftədən sonra körpə tam bir yumurta sarısı yeyə bilər. Allergik xüsusiyyəti olduğu üçün yumurtanın ağı bir yaşına qədər uşağa verilməməlidir.

Dənli şorbalar. Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci şorbası kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra  qiymə qatıla bilər. Şorbalar əvvəllər çörəksiz, sonra içinə çörək doğranaraq verilə bilər. Bu şəkildə tədricən qatı qidalara başlanılır. Quru paxlalar 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında, az miqdardan başlayaraq verilə bilər.  

Ət məhsulları (qırmızı ət, toyuq, balıq əti). Qan azlığının qarşısının alınması üçün körpənin qidasında ət məhsulları mütləq olmalıdır. 8-ci aydan etibarən şorbalara və ya tərəvəz yeməklərinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri toyuq bulyonunda hazırlana bilər. 9-cu aydan sonra körpənin şorbasına iki dəfə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə qatıla bilər.

Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidaları körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayadək məsləhət deyil. Allergiya vermə riski yüksək olan sitrus meyvələri, yumurta, balıq ilk verilən qidalar arasında olmamalıdır.

  Körpələrə  əlavə  qidalarin verilməsi

Uşaq həyatının ilk ilində hər şey çox sürətlə dəyişir. Sanki ana döşlə əmizdirmənin bütün incəlikləri ilə yenicə tanış olmuşdu. İndi isə artıq yeni və mühüm mərhələ –əlavə qidaların verilməsi başlayır. Körpəni nə ilə yedizdirməli, nədən başlamalı? Əlavə qidalanmaya nə zaman başlamaq lazımdır? Bu və digər suallara aydınlıq gətirək. 

Əlavə qidalanmaya nə zaman başlamaq lazımdır? 

İstər ana südü, istərsə də adaptasiya olunmuş süni süd qarışıqları 6 ayadək körpənin mikro və makronutriyentlərə olan tələbatını ödədiyi üçün əlavə qidalara ehtiyac olmur. Lakin uşaq böyüdükcə və hərəkət qabiliyyəti artdıqca enerji və qida ehtiyacları artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri həm ana südü ilə, həm süni süd qarışıqları ilə qidalanan uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etməyi tövsiyə edirlər.

Əlavə qidalanmaya daha tez başlamaq olarmı?

Əlavə qidalanmaya çox tez başladıqda körpə orqanizmi hələ yeni qidanı həzm etməyə hazır olmur, uşaqlarda allergiyalara, mədə-bağırsaq pozuntularına, infeksion xəstəliklərə daha tez-tez təsadüf edilir.

Körpənin əlavə qidalanmaya  hazır olmasını nədən bilmək olar? 

Əlavə qidalanma təyin edilərkən uşağın yaşı ilə yanaşı vəziyyəti və fərdi xüsusiyyətləri də nəzərə  alınmalıdır. Körpənin əlavə qidalanmaya  hazır olmasının bəzi əlamətləri var:

  • körpə sağlamdır, gümrahdır

  • qidaya maraq göstərir, böyüklərin yediyi yeməyin arxasınca baxır, verdikdə həvəslə yeyir

  • hər şeyi ağzına aparır

  • körpənin dili ilə qidanı itələmə refleksi zəifləyir 

  • böyüklərin qucağında rahat oturur 

Əlavə qidalanmaya daha gec başlamaq olarmı?

Əlavə qidaların verilməsi müəyyən səbəblərdən bir qədər  gecikərsə, qorxulu deyil. Lakin bunu uzun müddət təxirə salmaq lazım deyil. Əlavə qidalanmaya gec başlamağın mənfi cəhətləri: 

  • körpənin fiziki və  psixomotor inkişafdan geri qalması

  • mikroelementlərin, xüsusən dəmir və sinkin çatışmazlığı

  • körpənin çeynəmə aparatının formalaşmasında problemlər

 Əlavə qida verərkən nələrə diqqət yetirmək lazımdır? 

  • Əlavə qidalanmaya tədricən, uşağın ehtiyaclarını nəzərə alaraq keçmək lazımdır.

  • Qidalar az miqdarla – 1/2 çay  qaşığından başlanmalı, təqribən 7 gün ərzində miqdarı  artırılmalıdır. Qidanın miqdarı 150-200 mq-dan çox olmamalıdır;

  • Uşaq az yedikdə məcbur etmək lazım deyil. Əsas məqsəd qida marağının formalaşdırılmasıdır. Bu halda çatmayan qidanın əvəzinə başqa bir yemək vermək olar. 

  • Yeni qidaları verməyə körpə ac ikən, günün birinci yarısında – səhər, bəzən günorta yeməyində cəhd edin.

  • Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil edilməməlidir. Bu, hansı qidanın allergik reaksiyalara və ya həzm pozuntusuna   səbəb olub-olmadığını müəyyən etməyə imkan verəcək.

  • Əlavə qidalanmaya keçdikdən sonra həyatın ilk ilində müxtəlif yemək və dadların verilməsi xüsusilə vacibdir, çünki, bu zaman körpənin yemək seçimləri formalaşır, eyni zamanda sağlam böyüməsi təmin edilir.

  • Əlavə qidalar əmziklə deyil, qaşıq və ya fincanla verilməlidir.

  • Əlavə qidalar əvvəl püre kimi, daha sonra əzilmiş, ardından kiçik parçalara bölünmüş şəkildə verilir. Beləliklə körpənin fərqli strukturlarda olan qidaları alması təmin edilir. Uzun müddət püre formasında qidalar alan körpələrdə qatı qidalara keçərkən çətinliklər yaşanır.

  • Əlavə qidaların hazırlanması zamanı gigiyenik qaydalara riayət olunmalıdır. Əllər bol su və sabunla yuyulmalı, çiy tərəvəz və meyvələr yaxşıca yuyularaq hazırlanmalıdır.

  • Əlavə qidalar gündəlik olaraq evdə hazırlanmalıdır. Təbii olmayan, konservləşdirilmiş əlavə qidaları bir yaşından əvvəl körpənizə vermək məsləhət deyil. Əgər verilərsə, keyfiyyətinə diqqət yetirilmək lazımdır. 

  • Əlavə qidalara keçərkən, xüsusilə qatı qidaların verilməyə başlandığı dövrdə, körpə dili ilə yeməyi itələyə bilər. Uşağın qidanı qəbul etmək istəmədiyini fikirləşməyin. Uşaq bərk qidaya öyrəşdikcə bu hal tədricən keçib gedəcək.

  • Bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu vəziyyətdə uşaq məcbur edilməməli və 2-3 həftə sonra təkrar sınanmalıdır.

  • Uşaqlar 9-10 aylıq olduqda özlərinin yeməsinə icazə verilməli, qısa müddət də olsa digər ailə üzvləri ilə süfrəyə otuzdurulmalıdır.

Körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi nə zaman məsləhət görülmür? 

Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət görülmür.  

 



 

 

 

 

 


 

 

 

Uşaqlarda əmzik istifadəsi

       Körpələrdə güclü bir əmmə refleksi var. Bəzi körpələr doğulmadan barmaqlarını  əmirlər. Bəslənməyə kömək etməkdən əlavə, əmizdirmə tez-tez sakitləşdirici təsir göstərir.

         Əmziklər körpəniz üçün həqiqətən yaxşıdır?    

        Əmzik istifadəsinin faydaları və risklərini, təhlükəsizlik tövsiyələrini və körpənizin əmzikdən ayrılması üçün addımları gözdən keçirək.

Müsbət tərəfləri :

  • Bəzi körpələr üçün əmziklər qidalanma arasında məmnuniyyətin açarıdır.

  • Əmzik təlaşlı bir körpəni sakitləşdirə bilər. Bəzi körpələr əmmə zamanı ən xoşbəxt olurlar.

  • Bir əmzik müvəqqəti yayındırma təklif edir. Bir əmzik qan testləri və ya digər prosedurlar zamanı və sonrasında lazımlı ola bilər.

  • Əmzik körpənizin yuxuya getməsinə kömək edə bilər.

  • Əmzik uçuşlar zamanı narahatlığı azalda bilər. Körpələrə hava təzyiqinin dəyişməsi nəticəsində yaranan qulaq ağrısını aradan qaldırmaq üçün  bir əmzik əmmək kömək edə bilər.

  • Yuxu vaxtı və yatarkən bir əmzikdə əmmək ani uşaq ölümü sindromu (SIDS) riskini azalda bilər.

  Əmziklərdən istifadəni dayandırmağın vaxtı gələndə onları ata bilərsiniz. Uşaq baş barmağını və ya barmaqlarını əmməyə üstünlük verirsə, vərdişi atmaq daha çətin ola bilər.

Mənfi tərəfləri :

  • Körpəniz əmzikdən asılı ola bilər. Uşağınız yatmaq üçün bir əmzik istifadə edirsə, əmzik uşağınızın ağzından düşəndə ​​gecə yarısı ağlama  ilə qarşılaşa bilərsiniz.

  • Əmzik istifadəsi orta qulaq infeksiyası riskini artıra bilər. Bununla birlikdə, orta qulaq infeksiyası nisbətləri doğuşdan 6 aya qədər - SIDS riskinin ən yüksək olduğu və körpənizin əmziklə ən çox maraqlandığı zaman ən aşağı səviyyədədir.

  • Uzun müddət əmzik istifadəsi diş problemlərinə səbəb ola bilər. Həyatın ilk bir neçə ilində normal əmzik istifadəsi ümumiyyətlə uzun müddətli diş problemlərinə səbəb olmur. Bununla birlikdə, uzun müddət əmzik istifadəsi bir uşağın dişlərinin hizalanmasına səbəb ola bilər.

  • Əmzik istifadəsi ana südü ilə qidalanma prosesini poza bilər. Əgər ana südü ilə qidalanırsınızsa, körpəniz 3 - 4 həftəlik bir əmzik təqdim etməyi gözləyə bilər və bir tibb bacısı proseduruna keçmisiniz. Bununla birlikdə, sağlam, tam müddətli körpələrdə məhdudiyyətsiz əmzik istifadəsinə dair bir araşdırma, bunun ana südü ilə qidalanmanın davam etməsinə heç bir təsiri olmadığını tapdı.

 

Yenidoğulmuşlar şöbəsində əmziklərin istifadəsinə dair protokolunda bunları da nəzərə almaq lazımdır.

  • Əmzikdən istifadə etmək, ehtiyacları ilə təyin olunan yeni doğulmuşların, körpələrin  valideynlərinin seçimidir.

  •  Əmziklər neonatal reanimasiya şöbəsində qidalandırıcı olmayan əmzik üçün istifadə olunur.

  • Erkən və ya xəstə üçün fərdi inkişaf qayğılarına rutin yanaşma üçün,

körpənin fizioloji stabilliyini təşviq etmək, rahatlıq və inkişaf fürsəti təmin etmək

oral-motor bacarıqları üçün istifadə olunur.

  • Bəzi araşdırmalar yuxu əvvəlində bir əmzik istifadə etmənin ani körpə ölümü sindromu riskini azaldığını göstərir

  • Rəhbərlik yenidoğulmuşlarda istifadə olunan əmziklərin atılmadan əvvəl 24 saatdan çox olmamaq tövsiyə edir. Onlar zərərsizləşdirib , təkrar istifadə edilməməlidir. 

Təcrübə

  • Əmziklər gün növbəsi gününün başlanğıcında saat 08.00-da atılmalıdır; bu gündəlik qayğı planında sənədləşdirilməlidir.

  • Fərdi əmziklər ən çox 24 saat istifadə olunmalıdır

  • İstifadəsiz olduqda əmziklər qapaqlı quru bir qabda saxlanılmalıdır. 

Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?

Bütün əmziklər 2-3 ayda bir dəyişilməlidir. Əgər əmzik zədələnib və ya solğunlaşıbsa onu gecikdirmədən dəyişməlisiniz.

Əmziyi şəkərə, bala batırmayın
Əmzik uşağa verilərkən heç vaxt şəkərə, bala, mürəbbəyə batırılmamalıdır. Bu, həm ağız-diş sağlamlığına ziyandır, həm də uşağın əmziyi qidalanma mənbəyi olaraq görməsinə səbəb olacaqdır. Əmzik haqqında bildiyimiz bir infeksiya yoxdur, lakin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir. Əgər uşağınız uzanaraq qidalanmağı buraxıbsa, əmzikdən də uzaqlaşdırılmalıdır.

 

Mənbə: Title of Guideline (bsuh.nhs.uk)

Pacifiers: Are they good for your baby? - Mayo Clinic

 

Uşaqlarda iştahasızlığın səbəbləri

 

Uşaqlarda anoreksiya (iştahasızlıq) olarsa nə edə bilərik ?

Anoreksiya, uşağın müxtəlif səbəblərdən, hətta adekvat böyümə və inkişaf üçün qəbul etməli olduğu əsas qidalardan imtina etməsidir. İştah, xoş dad və həzzlə əlaqəli öyrənilmiş psixoloji ehtiyac və yemək istəyidir. Fizioloji olaraq normal böyüyən, mikro və ya makro element çatışmazlığı göstərməyən uşağın iştahının normal olduğunu söyləmək olar. Anoreksiyası olan bir uşaq da səhv tanına bilər, normal bir uşağın yanlış qiymətləndirilməsinin nəticəsi ola biləcək yalançı anoreksiya və ya həqiqi anoreksiya da normal olaraq qiymətləndirilə bilər. Uşaqlarda iştahsızlığın səbəbləri dedikdə, bu, psixoloji və ya sağlam uşaqlarda normalın bir variantı ola bilər, ancaq bir xəstəliklə bağlı da ola bilər. Üzvi və ya qeyri-üzvi səbəblərə görə iştahın az olması inkişaf geriliyinə səbəb olarkən, həddindən artıq iştahı olan fərdlərdə də piylənmə görülə bilər. Bir çox valideynlər övladlarının çox zəif iştahı, heç bir şey yeməməsi və çox yemək seçməsi barədə danışır. O, qəribə yemək vərdişlərinin olduğunu qeyd edir. Uşaqların 25%-də belə problemlər var. Lakin bu uşaqların əksəriyyətində böyümə geriliyi, makro və ya mikroelement çatışmazlığı müşahidə edilmir. Bununla belə, 1-2% -də şiddətli yeməkdən imtina və qidalanma istəksizliyi müşahidə edilə bilər. İştahsızlıq yaşı 6-36 ay arasıdır ki, bu da yeni qidalarla tanışlığın ən çox görülən dövrüdür.Uşaqlarda qidalanma problemləri zəif böyümənin səbəbi ola bilər, əsas xəstəliklər və ya hər ikisi səbəb ola bilər. Yaşa uyğun olmayan pəhriz iştahsızlığa səbəb ola bilər. Qida allergiyası yeməkdə çətinlik, narahatlıq və qusma ilə özünü göstərə bilər.      Körpələrdə qidalanma problemlərinin əksəriyyəti davranış problemlərindən qaynaqlanır.

  • İlk uşaq olmaq
  • Qastroezofageal reflüks
  • Qida allergiyası
  • Vaxtından əvvəl doğuş tarixi
  • Neyromotor və ya anatomik problemlər
  •  Neonatal dövrdə uzun müddət boru ilə qidalanma və ya parenteral qidalanma
  • İşləyən valideynlər
  •  Təcrübəsiz baxıcı
  • Balanssız və nizamsız qidalanma
  • Ailədə psixoloji stress faktorları

Uşağın böyümə cədvəlinin doğuşdan olması çox vacibdir. Çünki bizim üçün inkişafda dayanma dövrlərinin nə vaxt başlaması vacibdir. Yenə son 3 – 7 günlük qidalanma siyahısı vacibdir. Soruşulur:

Son vaxtlar nə yediyinizi bilmək istərdik. Mümkünsə, körpənin necə qidalandığını izləmək istərdik.

   Əgər xəstəliklə bağlı problemi nəzərdən keçiririksə, geniş laboratoriya testləri və radioloji müayinələr tələb edə bilərik.

Körpə anoreksiyası nədir.

  • Körpənin xroniki iştahsızlığı
  •  Kifayət qədər yemək verilməsinə baxmayaraq, ən azı bir ay bundan imtina etmək
  • Üç yaşından əvvəl yeməkdən imtinanın başlanğıcı
  • Çəki artımın nəzərəçarpacaq dərəcədə geriləməsinin müşahidəsi
  • Qidadan imtina posttravmatik qastroenteroloji vəziyyətlərə görə deyil
  • Əsas üzvi xəstəliklərə görə qida maddələrinin rədd edilməsinin olmaması

İştahsız uşaqlarda uşağın aclıq hiss etməsi üçün nə etməli.

  • 3-4 saat fasilə ilə üç əsas yemək və bir qəlyanaltı verin
  • Yeməklər arasında yalnız su verin
  • Uşağınıza doyana qədər yeməyi öyrətmək
  • Kiçik hissələrdə yemək verin
  • Əvvəlki hissə bitdikdə yeni bir hissə verin
  • Yemək vaxtını 20-30 dəqiqə ilə məhdudlaşdırın
  • Uşağınızı hündür kresloda yedizdirin
  • Yemək zamanı diqqəti yayındıran amilləri minimuma endir
  • Uşağınızın özü yediyi miqdar üçün minnətdarlığınızı bildirin.
  • Yaşına uyğun yemək verdiyinizə əmin olun.
  • Özü yeməyi təşviq edin.

 İştahsız uşaqlarda nələr etmək lazım deyil.

  • Yeməklər arasında yeməsinə icazə verməyin
  • Uşağınızın qəlyanaltı yeməsinə icazə verməyin.
  • Çünki iştahı yatır
  • Uşağınızı zorla qidalandırmağa çalışmayın.
  • Əgər uşağınızın pəhrizindən narahatsınızsa, pediatrınızla danışın. Bu cür dəstək uşağınızın pəhrizində nəyin çatışmazlığı və ya normal olduğunu anlamağa kömək edir.

   Yemək pozğunluqlarının hal-hazırda obsesif-kompulsiv pozğunluq olduğuna inanılan əvvəlki psixi pozğunluqdan qaynaqlandığı fərziyyəsi uzun illər ərzində klinik olaraq həyata keçirilmişdir, lakin müalicənin nəticəsini yaxşılaşdırmamışdır. Bu fərziyyə, 6 ay davam edən yarımaclıq dövrünün sağlam insan könüllülərinə təsirinin müşahidələri ilə dəstəklənir ki, bu da təkcə psixiatrik simptomların ortaya çıxmasını deyil, həm də anoreksiya nervoza xəstələrinə xas olan yemək nisbətinin azaldığını nümayiş etdirir. Bu çərçivədə anoreksik xəstələrə necə yemək lazım olduğunu öyrətmək faydalı bir müdaxilə ola bilər. Biz bildiririk ki, bədən kütləsi indeksi<14 və ya >15.5 olan anoreksiya xəstələri, yavaş yemək dərəcəsi və yüksək toxluq hissi ilə eyni yemək davranışı modelini nümayiş etdirirlər. Onlar da eyni, yüksək səviyyədə psixiatrik simptomlara, o cümlədən obsesif-kompulsiv simptomlara malikdirlər. Xəstələri getdikcə daha yüksək sürətlə daha çox yemək yeməyə öyrətmək bu simptomları aradan qaldırır və xəstələr uzunmüddətli təqib zamanı simptomlardan azad qalırlar. Yemək davranışının nümunəsinin aclıq vəziyyəti ilə nevrotik iştahasızlıq psixopatologiyası arasında vasitəçilik etdiyi məlum olur. Uşaqlar həkim tərəfindən qiymətləndirilməli və orqanik problem olub olmadığını araşdırılmalıdır. Lazım olduqda psixoloq və dietoloqdan dəstək də planlaşdırilmalıdır.

 

3 yaş üçün qidalanmaya dair tövsiyələr

 

Uşaqları erkən yaşda sağlam qidalanmaya alışdırmaq lazımdır. Bu zaman 3 yaşına çatanda uşaqların yemək yeməyə qarşı etirazları daha az olur. Yeməklə əlaqədar seçim etmək imkanı yaradın uşağlara. 3 yaşında uşağın fərqli yemək tərcihləri ola bilər və gündən-günə bu istəkləri dəyişir. Bir neçə gün eyni qidanı istəyərkən, sabahı gün rədd edə bilər.

Siz çeşidli, sağlıqlı yeməklər təklif etməyə davam edin, hansını və nə qədər yeyəcəyi barəsində uşağa seçim imkanı verin. Övladınıza bilmədiyi bir qidanı tam yeməsi üçün məcbur etməyin. Onların dadlara alışması üçün 15-20 dəfə dada biləcəyini unutmayın.

Yeməklər sadə və bəsləyici olmalıdır. 3 yaşda uşaq sadə yeməkləri tərcih edir. Yemək hazırlamaq üçün bir neçə dəqiqəniz varsa protein qaynaqlı taxıl, meyvə-tərəvəz və süd tərkibli sadə yeməklər istifadə edin. Yemək zamanı TV-ni söndürün, çünki kiçik uşaqlar şəkər, hazır yeməklər, abur-cubur, sağlıqsız qidaların reklamından tez təsirlənə bilirlər.

Körpələr üçün əlavə-tamamlayıcı qida

Körpəmə əlavə qida verməyə başlayarkən nələri öncədən bilməliyəm?

Ana südü, yeni doğulmuş körpənin ehtiyac duyduğu yeganə qidadır və doğuşdan sonra ilk 6 ayda körpəyə hər hansı əlavə-tamamlayıcı qida, o cümlədən su vermək lazım deyil. Ana südü ala bilməyən körpələr bu dövrdə süni qida (smes-qarışıq qida) ilə qidalanmalıdırlar. Körpələr 6 aya çatdıqda ana südündən əlavə qidalar yeməyə hazır olurlar. Hər bir körpə fərqli inkişaf xüsusiyyətlərinə malikdir və buna görə də tamamlayıcı qidalara keçid zamanı fərdi fərqlər qaçılmazdır. Körpələr tamamlayıcı qidaya hazır olma əlamətlərini göstərdikdə, pediatrınız bu dönəmdə sizə rəhbərlik edəcək.

Körpələr 6 aylarına qədər olan müddətdə adətən yeməyi dilləri ilə itələyirlər və bu davranış onların tamamlayıcı qidaya hələ hazır olmadıqlarının göstəricisidir. Bu mərhələdə qidanı ağızın ön hissəsindən arxaya ötürmək üçün kifayət qədər əzələ koordinasiyası yoxdur. Yaşdan əlavə, körpənin tamamlayıcı qidalara hazır olduğunu göstərən digər əlamətlər aşağıdakılardır:

  • körpənin başını sabit, dik vəziyyətdə saxlamaq bacarığı;
  • yemək udmaqda çətinlik çəkməmək üçün hündür kresloda və ya qidalanma kreslosunda dik oturmaq bacarığı;
  • yeməyi dillə itələmək refleksinin itməsi;
  • əllərini və ya oyuncaqlarını ağzına aparması;
  • başqalarının nə yediyi ilə maraqlanması, yeməyə çalışması və ya körpəyə yemək göstərildiyi zaman ağzını açması;
  • doğum ağırlığının təxminən iki qatına çatması.

Körpə bunları edə bilirsə, pediatrla məsləhətləşərək tamamlayıcı qidalara başlana bilər. Körpənizin çox yorğun və narahat olmadığı zamanlarda tamamlayıcı qidaları sınamağa başlamaq daha yaxşı olardı. Körpəniz əvvəlcə çox yemək yeyə bilməyə bilər və bu təcrübəyə alışmaq üçün vaxt lazımdır. Bəzi körpələr yeməkləri ağızlarında tutmaq və udmaq üçün məşq etməlidirlər.

Tamamlayıcı qidaya keçid zamanı uşağa ana südü və ya süni qarışıq qidanın verilməsinə davam edilməlidir. Keçid yavaş və rahat bir şəkildə aparılmalıdır. Körpələr üçün tamamlayıcı qidaya keçərkən nəzərə alınmalı bəzi məqamlar aşağıdakılardır:

  • tərkibində şəkər və duz olmayan tək tərkibli qidalar təqdim edilməli və hər yeni qida arasında üç gün gözlənilməlidir. Bu sayədə körpənin qidaya qarşı allergik reaksiyasının olub-olmadığı anlaşıla bilər.
  • İlkin olaraq, tamamlayıcı qidalanma gündə bir dəfə yemək olaraq verilməlidir.
  • Təbii və təzə qidalara üstünlük verilməli, konservləşdirilmiş və ya dondurulmuş qidalardan uzaq durulmalıdır.
  • Tamamlayıcı qidaya ilk başladıqda kök, balqabaq, kartof, alma, armud kimi mövsümi tərəvəz və meyvələrin püresi və ya evdə hazırlanmış qatıq istifadə oluna bilər. Daha sonra tərəvəz şorbası, balqabaq dolması, qatıqlı meyvə-tərəvəz qarışıqları kimi çoxlu qida maddələri olan yeməklərə üstünlük verilməlidir.
  • Körpələrin immun sistemi hələ tam formalaşmadığı üçün onların infeksiyaya yoluxma riski yüksəkdir. Ona görə də qidalar gigiyenik qaydalara uyğun hazırlanmalıdır.

Körpələr tez-tez ilk dəfə verilən yeməkdən imtina edirlər. Çünki qidanın dadı və teksturası onlar üçün yeni olur. Bu zaman körpə məcbur edilməməli və bir müddət sonra yenidən cəhd edilməlidir. Qidaları sınayarkən körpənin yarı ac olmasına diqqət yetirilməlidir. Körpələrin diş ətləri olduqca həssasdır. Bu səbəbdən diş ətlərini zədələməmək üçün ucu yumşaq plastik qaşıqdan istifadə etmək məsləhətdir.

Tamamlayıcı qida siyahısına keçid

Körpənin zehni və fiziki inkişafını sağlam şəkildə tamamlaya bilməsi üçün onun bütün qidaları balanslı şəkildə qəbul etməsi vacibdir. Tamamlayıcı qida siyahıları ilə körpənin zülal, vitamin və minerallar baxımından düzgün qida qruplarını müntəzəm olaraq qəbul etməsi mümkün olur. Tamamlayıcı qida siyahıları hazırlayarkən bəzi vacib məqamlar nəzərə alınmalıdır:

  • Çiyələk, albalı, pomidor, portağal, noxud və bal kimi allergiya riski yüksək olan qidalar siyahıda olmamalıdır.
  • Qəbzliyə səbəb ola biləcək kartof, banan, düyü plovu kimi qidalara çox üstünlük verilməməlidir.
  • Tərkibində yüksək dəmir olan qidalara üstünlük verilməlidir.
  • Yeməklər kiçik hissələrlə verilməlidir.
  • Qidaların tərkibində duz və şəkər olmamalıdır.
  • Qidaları dadlandırmaq bəkməzdən istifadə edilə bilər.
  • İlk aylarda əsasən meyvə, tərəvəz, qatıq və taxıl şorbaları hazırlana bilər.
  • 7-ci aydan başlayaraq səhər yeməyinə pendir, yumurta sarısı, bəkməz kimi məhsullar, digər yeməklər üçün isə toyuq, ət, balıq kimi proteinlə zəngin qidalar verilə bilər.
  • İlk başladıqda, tamamlayıcı qida gündə bir dəfə verilməlidir. Yemək sayı 7-ci ayda ikiyə, 8-ci aydan isə üç dəfəyə qədər artırıla bilər.

Tamamlayıcı qidaya keçərkən verilməməsi lazım olan qidalar

Körpənin qida rasionunda meyvə və tərəvəzlər mühüm yer tutur. Ancaq bu müddətdə hər meyvə və tərəvəz verilməməlidir. Tərkibində nikotin olduğu üçün badımcan körpələr üçün uyğun deyil. Çiyələk, albalı, moruq, portağal, kivi kimi meyvələr allergiya riski səbəbindən körpələrə diqqətlə verilməlidir. Həzminin çətin olması, bağırsaqda gizli qanaxmalara səbəb olması və dəmir çatışmazlığı kimi səbəblərə görə inək südü 1 yaşa qədər qaçınılması lazım olan qidalar arasındadır. 1 yaşa qədər körpələrə bal vermək çox təhlükəlidir. Çünki ölümcül nəticələrə səbəb ola bilər. Hazır və işlənmiş qidaların heç biri körpələr üçün uyğun deyil. O cümlədən tərkibində kofein olan qidalar: çay, şokolad, kakao və qəhvə, bütöv halda fındıq, fıstıq və qoz, turşular, tərkibində dadlandırıcılar olan qidalar, sosiska, kolbasa kimi ət məhsulları körpənin qida rasionuna uyğun deyil.

Tamamlayıcı qidadan yaranan allergiya əlamətləri

Körpənin yeni qidaya allergiyası varsa, reaksiya əlamətləri əsasən bir neçə dəqiqədən bir neçə saata qədər görünür. Simptomlar bəzən bir neçə gündən sonra qarın ağrısı və dəridə qaşınma şəklində özünü göstərə bilər. Buna görə də üç günlük qayda ilə davam etmək böyük əhəmiyyət kəsb edir. Ən çox allergiyaya səbəb olan qidalara süd, yumurta, buğda, soya, fıstıq, çiyələk, balıq, dəniz məhsulları və bal daxildir. Allergiyanın adətən dəridə qaşınma və səpki kimi yüngül simptomları olsa da, bəzi körpələrdə övrə, qusma və ishal kimi daha ciddi simptomlar da görülə bilər. Xırıltı, nəfəs darlığı, dilin, dodaqların və üzün şişməsi baş verərsə, dərhal təcili yardıma müraciət edilməlidir. Çünki bu əlamətlər anafilaksiya adlanan və ölümlə nəticələnə bilən çox ciddi allergik reaksiyanın göstəricisidir.

 

Şəbnəm Bağırlı

Pediatr

Döşlə əmizdirmə körpə sağlamlığının təməlidir

Ana südünün tərkibi nədən asılıdır?

Ana südü təbiətin bəxş etdiyi möcüzəvi məhsuldur. Hər ananın südü məhz öz uşağı üçün nəzərdə tutulub və tərkibi uşağın yaşından, günün vaxtından, hava şəraitindən, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Ananın doğuşdan sonra körpəsinə verdiyi ilk süd “ağız südü” adlanır. Bu, çox qatı, kolorilisüd olmaqla yanaşı, körpəni infeksiyalardan, allergik reaksiyalardan qoruyur. Sonra isə keçid südü və yetkin südlə əvəz olunur. Yetkin südün də tərkibi dəyişkəndir.

Əmmə zamanı körpənin aldığı ilk porsiyalar daha duru, maviyə çalan rəngdədir və miqdarı daha çoxdur. Buna görə bəzən analar südünün duru, yağsız olmasından narahat olurlar. Əslində bu, normal bir haldır. Ön süd duru olub uşağın suya olan tələbatını ödəyir, arxa süd isə daha çox yağdan və zülaldan ibarət olub, uşağı doydurur. 

 

 

Döşlə əmizdirmənin uşaq üçün nə əhəmiyyəti var?

Ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Döşə qoyulma isə körpə üçün əsl səadətdir. Körpəsini əmizdirən ana intuitiv olaraq onun nə hiss etdiyini bilir. Ağrı və ya qorxudan ağlayan uşaq döşə qoyulan kimi sakitləşir. Ana ilə körpə arasında lap erkən dövrlərdən gözəgörünməz əlaqə yaranır. Bu gözəgörünməz bağ uşağın ən çox ehtiyac duyduğu hiss olub, onun emosional sferasının inkişafında çox mühüm rol oynayır.

Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi yolverilməzdir!

Neçə yaşına kimi uşağa ana südü verilməlidir? 

6 ayadək uşaqları yalnız ana südü ilə qidalandırmaq və bunu mümkün olduqca 2 yaşadək və lazım olduqda daha uzun müddət davam etmək lazımdır.

Ana dərman qəbul edirsə, uşağa süd verə bilər? 

Ana dərman qəbul etdiyi müddətdə ona əmizdirməməyi məsləhət görürlər. Halbuki çox nadir dərmanların qəbulu əmizdirməni dayandırmağı tələb edir və bu dərmanların da çox vaxt əmizdirən analara uyğun alternativi mövcud olur. Adətən ananın qəbul etdiyi dərman preparatları südə çox kiçik kəmiyyətdə daxil olur və heç bir narahatlığa əsas yaratmır. Hər bir halda həkiminizə əmizdirən ana olmağınızı mütləq bildirməlisiniz ki, o, sizə təhlükəsi olmayan alternativ dərmanlar təyin etsin.

Ana xəstədirsə, uşağa süd verə bilər?

Bəzi çox ağır xəstəlikləri çıxmaq şərti ilə ana istənilən digər hallarda, əmizdirməni davam etməlidir. İnfeksion xəstəliklər zamanı anadan körpəyə xəstəlik keçdiyi kimi, ona qarşı vuruşan anticisimlər də keçir. Körpə üçün xəstəliklərə qarşı ən yaxşı profilaktik vasitə, sözsüz ki, ana südüdür. 

Körpənin döşdən ayrılması qərarını yalnız həkiminizlə məsləhətləşdikdən sonra verin!

Əmizdirmənin ana və ailə üçün hansı üstünlükləri var?

Əlbəttə, körpəni  ana südü ilə qidalandıran zaman valideynlər ilk növbədə uşağın sağlamlığı  barədə düşünürlər. Lakin uşağın ana südü ilə bəslənməsi  ana və ümumən ailə üçün başqa üstünlüklərə də malikdir. Döşlə əmizdirmə zamanı doğuşdan sonra uşaqlıq daha sürətlə yığılır, qanaxma və anemiya təhlükəsi, süd durğunluğu və mastitin əmələ gəlmə riski azalır.

Ana südü ilə qidalandırma analar üçün hamiləlik dövründə topladığı artıq çəkidən azad olmaq üçun əla vasitədir, cünki bu dövrdə orqanizm gündə əlavə 500 kkal sərf edir. Süd verən analarda gələcəkdə döş vəzinin, uşaqlığın  və yumurtalığın xərçəngi, ürək-damar xəstəlikləri daha az rast gəlinir. O, daha sakit, özünəinamlı və xoşbəxt olur. 

Ana südü həmişə “istifadəyə hazırdır”; onu qızdırmağa, içərisində süd olan qabları yumağa, sterilizasiya etməyə ehtiyac yoxdur. Ana, xüsusən gecələr, uşağı yatağından durmadan yedizdirə bilər. 

Ana südü sərfəli qidadır. Döşlə əmizdirmə zamanı bahalı süd qarışıqları, süd qabları, qızdırıcılar və sterilizasiya aparatları almağa ehtiyac olmur. Bu da ailə büdcəsinə xeyir verir.

Yadda saxlayın, övladınız üçün ana südünüzü tam əvəz edən qida yoxdur!

 

Quliyeva Rübabə 

Həkim-pediatr, pedaqoq