Autizm sindromlu uşaqlarda ras...
Autizm sindromlu uşaqlarda rast gəlinən nitq qüsurları:
· sensor alaliya;
· senso-motor alaliya;
· dislaliya;
· mutism (psixoloji susqunluq);
· səs pozulmaları (disfoniya funksional);
· yazı və oxu pozulmaları (disqrafiya - aqrafiya, disleksiya - aleksiya);
· nitq inkişafının ləngiməsi;
· nitq inkişafının geriliyi;
· nitqin kommunikativ funksiyasının pozulması;
· rinolaliya;
· rinofoniya.
Daun sindromlu uşaqlarda rast gəlinən nitq qüsurları:
· dizartriya;
· alaliya;
· səs pozulması (disfoniya);
· rinofoniya;
· kəkələmə;
· yazı və oxu vərdişinin pozulması;
· dislaliya.
Əqli qüsurlu uşaqlarda rast gəlinən nitq qüsurları:
· nitq inkişafının ləngiməsi (3 yaşa kimi);
· nitq inkişafının geriliyi (3 yaşdan sonra);
· alaliya;
· dizartriya;
· rinolaliya;
· nitqin tempo ritmik tərəfinin pozulması;
· yazı və oxu pozulmaları;
· dislaliya (sadə, mürəkkəb);
· səs pozulmaları.
Kar və zəif eşidən uşaqlarda rast gəlinən nitq qüsurları:
(Qüsur eşitmənin dərəcəsindən asılıdır)
· I dərəcədə - dislaliya, aqrammatizm;
· II dərəcədə - dislaliya, aqrammatizm;
· III dərəcədə - senso-motor alaliya, nitq inkişafının geriliyi, səs pozulmaları (disfoniya, afoniya), yazı və oxu vərdişinin pozulmaları;
· IV dərəcədə - nitq olmur, senso-motor alaliya, nitq inkişafının geriliyi I dərəcəli, səs pozulmaları, yazı və oxu pozulmaları.
Bunları bilmək vacibdir!
Hansı yaş dövründə uşaqlar hansı səsləri düzgün tələffüz etməli, nə qədər söz ehtiyyatları olmalı və cümlə qurma bacarıqları necə olmalıdır.
0-1 yaş arası:
· [a, o, u, p, m, b] səslərini düzgün tələffüz etməli;
· 20-ə yaxın söz ehtiyatı olur (deyir);
· ağlamaq (doğulduğu gündən başlayır);
· qığıldamaq (2-3 aylarında);
· hecalar (5-6 aylarında);
· ilk sözlər (10-12 aylardan “ana”, “ata” və s.);
· əşyaların adlarını bildirir (bir hecalı isimlər);
· müraciətləri yerinə yetirir.
1-2 yaş arası:
· [i, q, k, t, d] səslərini düzgün tələffüz etməli;
· 300-ə yaxın söz ehtiyatı olur (deyir);
· əşyanın adını, hərəkətliyini bildirən sözlərdən istifadə edir (isim, fel);
· kiçik cümlələri qurur (“Ana, gəl”, “Nənə ver”);
· ilk sualları verməyə başlayır;
· ilk nəticələri anlayır.
2-3 yaş arası:
· [x, v, y, f] səslərini düzgün tələffüz etməli;
· 800-ə yaxın söz ehtiyatı olur (deyir);
· əşyaların əlamətini bildirən sözlərdən istifadə edir (sifət);
· bağlayıcılar ilə söz birləşmələri qurur (ata və mən);
· şəxs əvəzliklərindən istifadə edir (mən, sən, o, biz);
· cümlələri 3-4 sözdən ibarət olur.
3-4 yaş arası:
· [y, l, s, e, ı, z, ç] səslərini düzgün tələffüz etməli;
· 2000-ə yaxın söz ehtiyatı olur (deyir);
· əşyanın yerini, sayını bildirən sözlərdən istifadə edir (zərf, say);
· qafiyəyə uyğun danışır;
· şeirlər bilir;
· geniş cümlələr qurur.
4-5 yaş arası:
• [s, z, c, ç, ş, j] səslərini düzgün tələffüz etməli;
• 4000-ə yaxın söz ehtiyatı olur (deyir);
• mürəkkəb cümlələr qurmalı;
• əşyaların təsnifatını verməli, deməli;
• şəkil üzrə danışmalı (5-6 yaş arası);
• [r, l] səslərini düzgün tələffüz etməli;
• 5000-ə yaxın söz ehtiyatı olur (deyir);
• nitqin bütün tərəflərini düzgün istifadə edərək kommunikasiyaya daxil olmalı (fonetik, leksik, qrammatik).
Ələkbərov Bəhram
Defektoloq-loqoped
Fikriniz
0
0