Nitq təbiətin ...
Nitq təbiətin bizə verdiyi böyük bir hədiyyədir, onun sayəsində biz insanlar bir-birimizlə ünsiyyət qurmaq və dünyanı dərk etmək imkanı əldə edirik.
Nitqimizin formalaşmasının əsası- şifahi və yazılı nitq məktəbəqədər dövrdə qoyulur. Təbii ki, bu çox mürəkkəb bir prosesdir. Bu dövrdə qarşılaşdığımız problemlər çoxdur. Dövr dəyişdikcə problemlərin strukturu da dəyişir. Müasir dövrümüzdəkiinkişaf, texnologiyanın imkanları bizdə belə təsəvvür yaradır ki, hər bir şeyin mövcud olduğu şəraitdə son zamanlar müşahidə olunan uşaq nitqinin inkişafına mane olan səbəblər nədir.Məktəbəqədər yaşlı uşaqların nitq inkişafında yaranan problemləri sosial, pedaqoji, psixoloji aspektən qruplaşdırsaq ,çox mürəkkəb və çoxşaxəli mövzu alınar. Ən son dövrlər yaranmış problemlərə diqqət yetirək. Onları aşağıdakı kimi göstərmək olar:
-Uşaqların danışmaq istəməməsi, ünsiyyətə girməməsi.
-Yalnız sadə cümlələrdən ibarət olan nitq .
-Qrammatik cəhətdən düzgün qurulmamış cümlələrdən istifadə
-Nitqin yoxsulluğu, lüğət ehtiyatının azlığı
-Jarqon sözlərdən istifadə (televiziya proqramlarına baxmaq, qeyri-ədəbi söz və ifadələrdən istifadənin nəticəsi).
-Zəif dialoji nitq: Düzgün sual vermək və verilmiş suala qısa və ya ətraflı cavab verə bilməmək.
- Monoloji nitqin zəifliyi: təklif olunan mövzuda və ya şəkil üzrə bir neçə cümlədən ibarət mətn qurmaq (və ya tərbiyəçinin cümlələrini təkrarlamaq)
-Nitq mədəniyyəti bacarıqlarının olmaması: intonasiyadan istifadə edə bilməmək, səsin həcmini və nitq sürətini tənzimləmək və s.
-Zəif diksiya və s.
Uşaqların gec danışmasının və danışmaq istəməməsininsəbəbi nədir?
Müasir dövrümüzün valideynləri övladlarının vaxtında dil açmasını istəyirlər. Uşaqların gec dil açması sözsüz ki, valideynlərin narahat olmasına səbəb olur. Amma ilk öncə uşağın dil açmasına mane olan amilləri müəyyən etmək vacibdir. Bu maneələr uşağın sağlamlığı ilə bağlı –fizioloji və sosial (cəmiyyət, uşağı əhatə edən aləm,valideynlər və s. ) ola bilər. Bunları aşağıdakı kimi qruplaşdırmaqolar:
- Genetik faktor (uşağın valideynlərindən biri gec dil açıbsa, ola bilər ki, bu uşaqda da özünü göstərsin. Amma yenə də bu faktor əsas sayıla bilməz, gec danışmağa başlayan hər bir uşağa aid deyil.
- Stress və psixi pozğunluq- Ailədə valideynlər arasında tez-tez mübahisə yaranırsa, valideynlər yüksək tonla danışırlarsa,bu uşaqda stresə səbəb olur və təbii ki, yalnız nitqinə deyil ,psixi, fiziki cəhətdən inkişafına mane olur.
- Uşaq inkişafının fərdi xüsusiyyətləri.- Bütün normalara baxmayaraq, nəzərə almalıyıq ki, hər bir uşağın inkişafı fərdidir. Uşaq müəyyən səsləri aydın tələffüz edirsə, bəzi sözləri deyə bilirsə, amma sadə cümlələr qurub danışması prosesi gecikirsə, buna sadəcə vaxt lazımdır.
- Həddindən artıq qayğının göstərilməsi- Valideyn qayğısının çox vacib olmasına baxmayaraq, uşaq danışmadan onun istək və arzularının yerinə yetirilməsini hiss edirsə, o zaman uşağın dil açması prosesi də ləngiyir. Uşaqlar müəyyən jest və mimikalardan istifadə edərək bütün istək və arzularını bildirə bilirlər. Onlar danışmağa ehtiyac duymurlar.
- Cəmiyyətdə ünsiyyətin azalması- Ailə cəmiyyətin özəyidir. Ailə üzvləri arasında ünsiyyətin azalması uşaqların nitqinə təsir edir və inkişafına mane olur.
- İkidilli ailələr- Ailədə iki dildən istifadə olunması, həm uşaqların gec dil açmasına, deyilən ifadə və sözləri səhv anlamasına gətirib çıxarır.
- Bu problemlər sırasına, görmə, eşitmə zəifliyini, artikulyasiya aparatının inkişaf etməməsi və s. kimi problemləri də əlavə etmək olar.
Novruzova Xəyalə
Məktəbəqədər təhsilin pedaqogikası
və metodikası üzrə mütəxəssis
Fikriniz
0
0