Uşağınız ağlayaraq sizə hər istədiyini etdirir, nə etməli?

    Əgər uşaq ağlayır və siz “yox” deməyinizə baxmayaraq istədiyini ona verirsinizsə, bununla ona aşağıdakı mesajları ötürmüş olursunuz:

• “Qaydaların heç bir önəmi yoxdur, dəyişdirilə bilər.”

• “Ağlasam, anamdan/atamdan istədiyimi ala bilərəm.”

• “Həyatda da çətinlik olanda ağlayıb problem yaradaraqistəyimə çata bilərəm.”

• “Mən səni sözlə yox, yalnız ağlayanda eşidə bilərəm.”

   Bu kimi hallarda çox vaxt valideynlərdən eşidirik “məcburqalıram, onun istədiyini edirəm” Bu tamamilə yanlış düşüncədir!
Əslində məcbur qalmırsınız!
Uşaq sadəcə bilir ki, siz axırda onun istədiyini edəcəksiniz. Buna görə ağlamağı artırır və sizi manipulyasiya edir. Nəticədə bu birvərdişə çevrilir:

Bəs bu vərdiş necə yaranır?

• Uşaq bir şeyi istəyir → siz “yox” deyirsiniz → uşaq ağlayır.

• Siz narahat olub istədiyini verirsiniz.

• Bu 1-2 dəfə təkrarlandıqda uşaq anlayır ki, bu “işləyənüsuldur”.

• Sonra hər dəfə daha çox və daha uzun ağlayır.

   Bəs nə edək? Bu davranışı necə dayandıraq?

✓ Qərarlı olun: Bir neçə dəfə “ağladı – amma alınmadı” situasiyasını gördükdə uşaq bu vərdişi tərk edəcək.

✓ Fikrini yayındırın: O an istədiyini yox, alternativ – xoşladığıbaşqa bir şeyi təklif edin.

✓ “Ağlama!” deməyin.  Bu cümlə uşağın emosiyasını inkaredir.
Düzgün yanaşma: davranışı görməzdən gəlin, amma uşağıyox.

✓ Sakitləşəndən sonra izah edin. Nəyi niyə edə bilməyəcəyinisadə dillə  müzakirə edin

Uşağa boş vədlər verməyin! 

   Valideynlər çox vaxt böhran anında “elə etmə, sonra sənə bunualacam” deyirlər — sonra da unudurlar.

Bu, uşağın sizə olan inamını sarsıdır.
Uşaq növbəti dəfə ağlayanda sözünüzə inanmayacaq və böhrandaha da güclənəcək

Vəd verirsinizsə — mütləq yerinə yetirin, yerinə yetirəbilməyəcəyiniz vədləri verməyin!

 

 

 

                                                                Mirzəyeva Ülviyyə 

                                                                Uşaq inkişafı üzrə mütəxəssis