Uşaqlar analarından sevgi və e...
Qızılca virus mənşəli, ciddi fəsadlara və ölümə səbəb ola bilən yoluxuculuğu yüksək, hava-damcı yolu ilə yayılan ciddi bir xəstəlikdir. Qızılca peyvəndi 2000-2021-ci illər arasında 56 milyon ölümün qarşısını almışdır (ÜST). Təhlükəsiz və ucuz peyvənd olmasına baxmayaraq, 2021-ci ildə bütün dünyada qızılcadan təxminən 128.000 ölüm hadisəsi baş vermişdir; bunların əksəriyyəti peyvənd olunmamış və ya 5 yaşınadək yarımçıq peyvənd olunmuş uşaqlar arasında olmuşdur.
Qızılca hər kəsə yoluxa bilər, lakin daha çox uşaqlarda olur. Qızılca tənəffüs yolları ilə orqanizmə daxil olur və sonra bütün bədənə yayılır. Simptomlara yüksək hərarət, öskürək, burun axması və bütün bədəndə səpgi daxildir. Qızılca xəstəliyinə tutulmanın və ya xəstəliyin başqalarına yayılmasının qarşısını almağın ən yaxşı yolu peyvənd olunmaqdır.
Simptomlar
Qızılca simptomları adətən virusa məruz qaldıqdan 10-14 gün sonra başlayır. Səpgi ən çox görünən simptomdur. Erkən simptomlar adətən 4-7 gün davam edir. Tez-tez rast gəlinən simptomlar aşağıdakılardır:
Səpgiyə məruz qaldıqdan təxminən 7-18 gün sonra, adətən üz və boyunun yuxarı hissəsində səpgilər artmağa başlayır. Təxminən 3 gündən sonra əllərə və ayaqlara yayılır. Adətən solmadan əvvəl 5-6 gün çəkir. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə bağlı fəsadlar nəticəsində baş verir. Fəsadlara aşağıdakılar daxil ola bilər:
Əgər qadın hamiləlik zamanı qızılcaya yoluxursa, bu, ana üçün təhlükəli ola bilər və körpənin vaxtından əvvəl aşağı çəki ilə dünyaya gəlməsinə səbəb ola bilər.
Fəsadlar ən çox 5 yaşdan kiçik uşaqlarda və 30 yaşdan yuxarı böyüklərdə özünü göstərir. Xüsusilə kifayət qədər A vitamini qəbul etməyən və ya İİV və ya digər xəstəliklər səbəbindən immun sistemi zəifləmiş uşaqlarda daha çox rast gəlinir. Qızılca özü də immun sistemini zəiflədir və orqanizmin infeksiyalardan necə qorunacağını “unutmasına” səbəb olur və uşaqları son dərəcə həssas edir.
Kimlər risk altındadır?
İmmuniteti olmayan hər hansı bir şəxs (peyvənd olunmamış və ya peyvənd olunmuş, lakin immuniteti qazanmamış) yoluxa bilər. Peyvənd edilməmiş kiçik uşaqlar və hamilələr qızılca xəstəliyinin ağırlaşmaları üçün ən yüksək risk altındadırlar.
Yayılma
Qızılca dünyanın ən yoluxucu xəstəliklərindən biridir, yoluxmuş xəstənin burun və ya boğaz ifrazatları ilə təmasda (öskürmə və ya asqırma) və ya qızılca xəstəliyinə tutulmuş şəxsin tənəffüs etdiyi hava ilə yayılır. Virus havada və ya yoluxmuş səthlərdə iki saata qədər aktiv qalır. Buna görə də qızılcaya yoluxmuş şəxs peyvənd olunmamış yaxın təmasda olan 10 nəfərdən doqquzuna yoluxdura bilər. Səpgilərin başlanmasından dörd gün əvvəldən və səpgi göründükdən dörd gün sonraya qədər yoluxmuş şəxs tərəfindən ötürülə bilər.
Qızılca epidemiyaları xüsusilə bəslənmə yetərsizliyi olan uşaqlarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.
Müalicə
Qızılca üçün xüsusi müalicə yoxdur. Simptomları aradan qaldırmağa, xəstəni rahatlaşdırmağa və ağırlaşmaların qarşısını almağa çalışılmalıdır. Kifayət qədər su içmək ishal və ya qusma nəticəsində itirilən mayeni əvəz edə bilər. Sağlıqlı qidalanma bu dönəmdə çox vacibdir. Həkimlər pnevmoniya, qulaq və göz infeksiyalarını müalicə etmək üçün antibiotiklərdən istifadə edə bilirlər. Qızılca xəstəsi olan bütün uşaqlar və böyüklər 24 saat ara ilə iki doza A vitamini qəbul etməlidirlər. Bu, göz zədələnməsinin və korluğun qarşısını almağa kömək edir. Vitamin A qəbulunun eyni zamanda qızılcadan ölümləri azaltdığı düşünülür.
Profilaktika
Qızılcadan qorunmağın ən təsirli yolu toplumun peyvənd olunmasıdır. Bütün uşaqlar qızılcaya qarşı peyvənd edilməlidir. Peyvənd təhlükəsiz, effektiv və ucuzdur. Uşaqlarda immuniteti inkişaf etdirmək üçün peyvənd iki doza verilməlidir. İlk doza adətən qızılca xəstəliyinin yayıldığı ölkələrdə 9 aylıq, digər ölkələrdə isə 12-15 aylıq ikən verilir. İkinci doza isə adətən 15-18 ayda verilməlidir.
Təmaslılar üçün müvafiq profilaktik tədbirlər görülməlidir. Yoluxucu olduğu dövrdə qarşılaşılmış bir xəstə ilə aşağıdakı qrup insanlar təmaslı sayılır:
Təmas sonrası peyvənd planı:
Qızılca peyvəndi şübhəli və ya dəqiqləşdirilmiş qızılca təması olan və iki doza sənədləşmiş peyvəndi olmayan, xəstəliyi keçirməyən və 6 aydan yuxarı olan hər kəsə tətbiq edilməlidir. 6-11 ay arasında tətbiq olunan doza adi peyvənd cədvəlindəki dozanı əvəz etmədiyi üçün doza 12-ci aydan sonra (ən azı dörd həftə ara ilə) təkrarlanmalıdır.
Təmas sonrası immunoqlobulin tətbiqi:
Peyvəndin tətbiq oluna bilməyəcəyi hallarda (6 aydan kiçik körpələr, hamilə qadınlar, immunosupressiv insanlar və peyvəndin əks göstəriş olduğu digər hallarda) tövsiyə olunur.
Qeyd: Qızılca peyvəndi alacaq insanlar hamiləlik və əks göstərişlər barədə sorğu-sual edilməlidir.
Şəbnəm Bağırlı
Pediatr
Fikriniz
1
0
BAYRAMOVA KƏMALƏ
Uşaqlarımız bizim gələcəyimizdir .Ona görədə onların sağlam böyüməsi inkişaf etməsi üçün nəinki qızılca bütün peyvəndlərin aparılması mütləqdir . Ona görə biz tibb işçiləri valideyinlər bu işi birlikdə aparmalıyıq .
Esgerova Feride
Infeksion xesreliklerin yayilmasinin qarsisini almaq ucun usaqlarin peyvend olunmasi vacibdir
Nuranə Məmmədova
Uşaqların sağlamlığı üçün ilk növbədə peyvənd olunmaqları vacibdir
Gülşən Allahverdiyeva
Uşaqların bir sıra infeksion xəstəliklərdən qorunmasında peyvəndlərin rolu əvəzsizdir. Valideynlər peyvəndlərin əhəmiyyətı barəsində düzgün maarifləndirilməlidirlər.Onlar bilməlidirlər ki bu peyvəndlər hansı xəstəliklərdən qoruyur və peyvənd olunmayan uşaqlar bu xəstəliklərə yoluxanda hansı ağırlaşmalar verə bilər
Gülşən Allahverdiyeva
Uşaqların bir sıra infeksion xəstəliklərdən qorunmasında peyvəndlərin rolu əvəzsizdir. Valideynlər peyvəndlərin əhəmiyyətı barəsində düzgün maarifləndirilməlidirlər.Onlar bilməlidirlər ki bu peyvəndlər hansı xəstəliklərdən qoruyur və peyvənd olunmayan uşaqlar bu xəstəliklərə yoluxanda hansı ağırlaşmalar verə bilər
Gülşən Allahverdiyeva
Uşaqların bir sıra infeksion xəstəliklərdən qorunmasında peyvəndlərin rolu əvəzsizdir. Valideynlər peyvəndin əhəmiyyəti və onun hansi xəstəliklərdən qoruması barədə düzgün maarifləndirilməlidirlər. Valideynlər bilməlidirlər ki peyvənd olunmayan uşaqlar bu xəstəliklərə yoluxanda hansı ağırlaşmalar verə bilər
Gülşən Allahverdiyeva
Uşaqların bir sıra infeksion xəstəliklərdən qorunmasında peyvəndlərin rolu əvəzsizdir. Valideynlər peyvəndin əhəmiyyəti və onun hansi xəstəliklərdən qoruması barədə düzgün maarifləndirilməlidirlər. Valideynlər bilməlidirlər ki peyvənd olunmayan uşaqlar bu xəstəliklərə yoluxanda hansı ağırlaşmalar verə bilər
Pərvin Babayeva
Sağlam gelecey üçün sağlam uşaq temelinden başlayır.Peyvənd
Pərvin Babayeva
Sağlam gelecey üçün sağlam uşaq temelinden başlayır.Peyvənd bir çox xesteliyin qarşısın alır.
Əliyeva Zivər
Xəstəliyin qarşısını almaq üçün ən vacib üsul peyvənddir
Nəzərova Gültəkin
Uşaqların sağlam olması üçün peyvənd vacibdir.Valideyinləri peyvəndin əhəmiyyətindən,gələcəydə yaranacaq xəstəliklərdən qorunması üçün maarifləndirməliyik. Sağlam gələcəyə peyvəndlə başlayaq.
Nəzərova Gültəkin
Uşaqların sağlam olması üçün peyvənd vacibdir. Valideyinləri peyvəndin əhəmiyyətindən gələcəydə, yaranacaq xəstəliklərdən qorunması üçün maarifləndirməliyik. Sağlam gələcəy peyvəndlə başlayır.
Nailə Şahbazova
Uşaqların sağlamlığı üçün mütləq peyvənd olunmalıdırlar.
Arzu Xelilova
Məqalə üçün təşəkkür edirəm!
Ülkər Cəniyeva
Uşaqların sağlam böyüməyi üçün mütləq düzgün qidalanma və vaxtı vaxtında peyvən olunmaqları vacibdi.
Mahir Məmmədov
21-ci əsrin əsas profilaktikası peyvənddir.Geleceyimizi peyvənd etdirməklə,saqlamliqa qoshulariq.
Jalə Cəfərova
Hazırda ölkəmizdə.narahtlıq törədən bir Xəstəlikdir.Ağırlaşması qorxuludur.Peyvəndi yüngül və fəsadsızdır.Uşaqlarınızın peyvəndini vaxtında vurdurun deyərdim.1yaş və 6yaşında
Elmira Quliyeva
salam.olmazdi ki sizin bu təlimlər zoomla onlayn keçirilsin
Kəmalə Ələkbərova
Usagin saglamligi ucun peyvend cox vacibdir
Kəmalə Ələkbərova
Usagin saglamligi ucun peyvend cox vacibdir
Nəzakət
Peyvəndlərin vaxtlı vaxtında aparılması uşaqların sağlam böyüməsinə xidmət edir. Biz tibb işçiləri uşaqların sağlam yetişməsinə xidmət etməliyik. Uşaqlar bizim gələcəyimizdir!
İsrəfilova Dilbər Qadir
Uşaqlarınızın sağlamlığı üçün peyvendden yayındırmayin əziz valideynlər. Mən bunun defelerle şahidi oldum. Peyvend olunan uşaqlar çox asan keçirdi. Peyvənddən kənarda olanlar ise çox çətin .
İsrəfilova Dilbər Qadir
Uşaqlarınızın sağlamlığı üçün peyvendden yayındırmayin əziz valideynlər. Mən bunun defelerle şahidi oldum. Peyvend olunan uşaqlar çox asan keçirdi. Peyvənddən kənarda olanlar ise çox çətin .
Xuraman Əzimova
Usaqlarin sağlamlığın qorumaq ucun vaxtında peyvendlerı edılmelı
Muradov İlqar Yasin oğlu
"Saglam bədəndə saglam ruh olar",prinsipi altında sağlam gələcəya doğru.uşaqlarımızı peyvənd edek!
Haciyeva Xalide.
Infeksion xesteliyinin qarsisini almag ucun usaqlar ilk novbede peyven olmaq ucun vacibdi.
Haciyeva Xalide.
Infeksion xesteliyinin qarsisini almag ucun usaqlar ilk novbede peyven olmaq ucun vacibdi.