İmmunitet orqanizmin özünü yad m...
İmmunitet orqanizmin özünü yad mikroorqanizmlərə və xəstəliklərə qarşı qoruma qabiliyyətidir. İki əsas növə bölünür: anadangəlmə (innate) və qazanılmış (adaptive) immunitet. Bu növlər bir-birini tamamlayaraq orqanizmin müdafiə mexanizmini təmin edir.
1. Anadangəlmə İmmunitet (Innate Immunity)
İnsan doğulduğu andan mövcud olan təbii müdafiə mexanizmidir. Bu immunitet spesifik deyil, yəni müxtəlif patogenlərə qarşı eyni reaksiyanı göstərir. Saniyələr və ya dəqiqələr ərzində işə düşür. Bütün yad maddələrə qarşı ümumi müdafiə yaradır. Dəri, selikli qişalar, mədə turşusu, mədə-bağırsaqda olan öldürücü fermentlər, yad cisimləri udub məhv edən faqosit adlı hüceyrələr və s.
2. Qazanılmış İmmunitet (Adaptive Immunity)
Patogenlərlə təmasdan sonra yaranan, spesifik və yaddaşa sahib olan immunitetdir. Daha yavaş inkişaf edir, spesifikdir (müəyyən bir patogenə qarşı uyğunlaşdırılmış) və yaddaş funksiyası var (ikinci təmasda daha sürətli və güclü reaksiya göstərir).
Təbii:
Süni:
Peyvəndlər əsasən iki növə ayrılır: canlı zəiflədilmiş peyvəndlər və inaktivləşdirilmiş peyvəndlər.
Canlı Zəiflədilmiş Peyvəndlər (Live Attenuated Vaccines)
İnaktivləşdirilmiş Peyvəndlər (Inactivated Vaccines)
Şəbnəm Bağırlı
Pediatr
Fikriniz
0
0