Uşaqlarda görülən dental anomaliyalar

Dişlərin sürmə və inkişaf mərhələləri zamanı dişlərdə görülən normal olmayan kliniki simptomlara dental anomaliyalar deyilir. Diaqnoz üçün həm kliniki müayinə həm də dental radioqrafiya şərtdir.

5 növ anomaliyalar var:

·      Say anomaliyası

1.Diş əksiklikləri

2.Gömülü dişlər

3.Diş artıqlığı

·      Pozisiya anomaliyası

1.Transpozisiya 

2.Ektopiya

3.Heterotropiya

4.Diastema

·      Forma anomaliyası

·      Ölçü anomaliyaları

1.Mikrodonti

2.Makrodonti

·      Səth anomaliyaları

1.Emal defektləri

2.Dentin defektləri

Defektin və ya anomaliyanın növünə görə müalicə metodu tətbiq edilir. Diş artıqlığında çəkim, pozisiya ilə bağlı problemlərdə adətən ortodontik müalicə, bəzi defektlərdə estetik müdaxilələrə ehtiyac olur.

Yeni nəsil uşaq stomatologiyasında ən çox qarşılaşdığımız problemlərdən biri də hipoplaziyadır. Mina qatının yəni emalın çuxurlu, rənglənmiş və ya aşınmış tərzdə minerilizasiyasıdır. Ən çox ön kəsici və 1-ci azı dişlərində rastımıza çıxır. Yaranma səbəblərindən biri isə kariyesli və ya iltihablı süd dişlərinin müalicə edilməməsidir. Bu hallarda altdan gələn yeni daimi dişdə defekt olur. Bu Turner hipoplaziyasıdır.

Molar insizor hipominerilizasiyası

Əsasən ön 8 daimi kəsici və 4 birinci azı dişi təsirlənir. Sərhədləri bəlirlənmiş ağ-süd rəngi və ya sarı-qəhvəyi defektlər şəklində olur. Bu dişlər normal dişlərdən daha çox kariyesə meyillidir, maksimum gigiyena qaydalarına əməl olunmalıdır. Bu dişlərdə qopma, qırılma hadisələri ola bilər. Bu səbəblə belə azı dişlərinin çoxu qapaqla və ya qoruyucu müalicəylə qorunmağa çalışılır.

Ftorozis

Ftorozis ağ-sarı-qəhvəyi rənglənmələr, dairəvi və ya xətt şəklində defektlər, təbəşirimsi görüntüdür. Kompozitlər, rezin infiltrativ məhsullarla və ya bəyazlatmayla müalicə edilə bilər. Müalicə metodu təsirlənmə dərəcəsinə görə seçilir.

 

Həkim-stomatoloq

Nəzrin Rəsulzadə