Uşaqlar analarından sevgi və e...
Körpəlik dövrü 0-2 yaşı əhatə edir. Bu dönəmdə ilk sınama-yanılma cəhdləri baş verir.
Körpələr həyati fəaliyyət üçün təməl olan bir neçə funksiyanı bu yaş dövründə öyrənirlər.
• Yeriməyi öyrənmək
1. Oturmaq (3-4-cü ay dəstəklə, 5-6-cı ay sərbəst)
2. İməkləmək (6-7-ci ay)
3. Dəstəklə yerimək (8-9-cu ay)
4. Dəstəksiz yerimək (11-12-ci ay)
• Əl tutmaq bacarığı (Hansı əli istifadə edəcəklərinə qarışmaq olmaz)
1. 2-ci aydan sonra əşyalara əl uzatmaq
2. 5-ci aydan sonra əşyaları tutmağa başlamaq
3. 6-7-ci aydan sonra əşyaları sərbəst şəkildə əldə tutmaq
• Hərəkətlər
1. 1.5-ci ay üzü üstə yatarkən başını qaldıra bilmək
2. 2-ci ay beli üstündə yatdıqda qolunu uzatmaq
3. 3-cü ay refleksin azalması (6-cı aya qədər çoxu azalmalıdır)
4. 5.5-ci ay əşyalarını almaq üçün uzandıqları yerə vurub səs çıxartmaq
5. 6.5-7-ci ay dəstəksiz oturmaq
6. 7-ci ay iməkləmək
7. 8-ci ay əşyalara tutunaraq ayağa qalxmaq
8. 9.5-ci ay yeriməyə başlamağı istəmək
9. 11-ci ay ayağa qalxa bilmək
10. 13-cü ay topla oynaya bilmək
11. 14-cü ay pilləkənləri qalxa bilmək
12. 18-24-cü ay hansı əli istifadə edəcəklərini dəqiqləşdirmək
13. 24-36-cı ay asanlıqla ayaqda dura bilmək
P.S. Əslində uşaqlar dünyaya gəldikdə üzməyi bacarırlar
1-ci ay - qucağa alındıqda sakitləşər, 2-ci ay - kimsə danışanda gülümsəyər, insanları izləməyə başlayar, 3-cü ay bəzi səslər çıxarar, 5-ci ay yad insanlara reaksiya göstərər, qucaqda qalmaq istəyər, 6-7-ci ay - yad insanlardan qorxar, 8 -12-ci ay ayrılıq qayğısı yaşayar, diqqət çəkmək üçün ağlayarlar. Ce-eyy oyunu oynayar, bay-bay edə bilərlər. 9-12-ci ay - əllərini bir-birinə çırpar, 12-18-ci ay birlikdə oyun oynayar, 18-24-cü ay – ata və anadan ayrılmaqda çətinlik çəkər, hərşeyi öyrənmək istəyər, aynada özünü tanıyar (insan sifətini ilk 9 ayda tanıyır) ev işlərini, təmir işlərini görər, təqlid etmək bacarığı inkişaf edər, 24-36-cı ay – sərbəst olmaq istəyər, öz-özünə oynamağı sevər, 3-10 dəq nağıl dinləmək istəyərlər.
Anara Quliyeva
Klinik psixoloq
Fikriniz
0
0