Uşaqlarımıza oyuncaq alarkən nələrə diqqət etmə...
Tortikollis nədir?
Tortikollis boyun əzələlərinin spazmı nəticəsində başın anormal şəkildə bir tərəfə əyildiyi və ya döndüyü bir vəziyyətdir. Bu xəstəlik deyil, fiziki bir simptomdur.
Tortikollisin əlamətləri nələrdir?
1. Başı çevirməkdə çətinlik
2. Boyun əzələlərində ağrı və sərtlik
3. Başın fiksasiya edilmiş mövqedə qalması
4. Boyun hərəkətlərində çətinlik
5. Baş ağrısı
6. Boğaz ağrısı
7. Udma çətinliyi
8. Yorğunluq və rahatsızlıq
Tortikollisə səbəb nədir?
Yeni doğulmuş körpələrdə tortikollisə doğuş travması və ya onurğa sütununda anormallıq, əzələ spazmı və əzələdaxili mikro travmalar səbəb ola bilər. Bəzən isə boyunda və ya ətraf toxumalarda yaranan iltihab və ya müəyyən dərmanlara reaksiyalar, onurğa arxasındakı şişliklər tortikollisin bilavasitə səbəbidir.
Tortikollis diaqnozu necə qoyulur?
Həkim tərəfindən fiziki müayinə ilə tortikollis diaqnozu qoyulur. Bəzi hallarda, həkiminiz sizi rentgen və ya CT taramasına və ya digər testlərə göndərə bilər.
Tortikollis necə müalicə olunur?
Adətən, ev şəraitində bir istilik paketi (qrelka-isidici) tətbiq edib ardından masaj etməklə tortikollisi müalicə etmək olur.
Tibbi olaraq:
· QSİƏV (Qeyri Steroid İltihab Əleyhinə Vasitə) dərmanlar
· Parasetamol kimi ağrı kəsici pereparatlar
· Əzələni rahatlaşdırmaq üçün miorelaksant vasitələr
· Sərtliyi azaltmaq üçün fizioterapiya
· Əgər infeksiya varsa antibiotiklər
· Botox
Fizioterapevtik üsullar isə bunlardır:
· Gərmə və gücləndirmə idmanları: bu idmanlar boynun normal hərəkət qabiliyyətini bərpa etməyə kömək edir.
· İzometrik idmanlar: bu idmanlar, əzələləri hərəkət etdirmədən gərərək tətbiq olunur. Boynun gücünü artırmağa və ağrını azaltmağa kömək edir.
· Koordinasiya: boyunun hərəkətini yaxşılaşdırmağa kömək edir.
Körpənizdə tortikollis varsa, qidalanma və yuxu zamanı uyğun vəziyyətdə yerləşdirmək lazımdır. Sərtliyin qarşısını almaq üçün başı və boynu mümkün qədər təbii şəkildə hərəkət etdirin. Simptomlarınız yaxşılaşmırsa və tortikollis ilə birlikdə başqa simptomlarınız varsa, əlavə məsləhət üçün fizioterapevtə müraciət edin.
Tortikollisin qarşısını almaq olarmı?
Bəli qarşısını almaq olar və bunun üçün aşağıda qeyd edilənlərə riayət etməlisiniz:
1. Qaməti çalışın düz saxlayın və əsasən çiyinləri arxada tutun.
2. Telefonları və ya planşetləri istifadə edərkən boynu əymək əvəzinə yuxarıda saxlayın.
3. Boyun əzələləri çox yorulmasın deyə tez-tez istirahət - fasilələr verin.
4. Tez-tez istifadə edilən əşyaları daha yaxın yerə qoyun ki, çox uzağa uzanmaq və ya dönmək məcburiyyətində qalmayasınız.
5. Oturarkən ayaqlar yerə çatmırsa, ayaq altlığından istifadə edin.
6. Yatarkən boynu dəstəkləyin. Bunun üçün kiçik bir yastıqdan istifadə edin.
7. Ağır çantaları bir çiyin üzərində daşımayın. Ağır çəki boyun əzələlərini yora bilər.
Ərşad Novruzzadə
Fizioterapevt
Fikriniz
0
0