Hər bir qadının həyatında hamiləlik dövr&u...
Arzuolunmaz olsa da, bir çox uşaqlar vaxtlarının çox hissəsini(xüsusilə karantin dövründə) rəqəmsal cihazlar qarşısında keçirirlər. Bu, uşaqlarda göz yorğunluğuna səbəb olur. Ekrana saatlarla baxdıqda göz yorğunluğu, görmənin zəifləməsi və göz quruluğu kimi problemlər yaranır. Bəs bu cür hallarda nə etməli?
• Ekran qarşısında zaman keçirərkən yuxuya getməsinə,yaxud fiziki aktivliyə mane olmayın;
• yuxu çatışmazlığı göz yorğunluğunun əsas səbəbidir. Yataq otağında elektron avadanlıqları açıq saxlamayın. Ekranın mavi rəngi, yuxuya getmə prosesinə mənfi təsir göstərir.Yuxudan 1 saat əvvəl cihazı söndürmək yetərlidir;
• fiziki aktivlik uşağı elektron cihazlardan uzaqlaşdırır. Açıq havada oyunlar gözün daha yaxşı görməsinə müsbət təsir göstərir;
• mütəmadi olaraq gözü ekran, yaxud monitordan çəkərək fasilə vermək, uzaq və yaxına baxmaqla göz gimnastikası etmək faydalıdır;
• tez-tez göz qırpmaq göz quruluğunun qarşısını almağa kömək edir. Bu da fayda vermirsə, göz damcılarından istifadə etmək məsləhətdir;
• ekranı düzgün yerləşdirmək də göz sağlamlığı baxımından əhəmiyyətlidir. Belə ki, şüanın birbaşa gözə təsir etməməsi üçün kompüter ekranı göz səviyyəsindən aşağı və müəyyən dərəcə maili olmalıdır. Smartfonlar gözdən təxminən 30 sm, masaüstü kompüterlər 60 sm, televizor isə 3 m məsafədə olmalıdır;
• işıqlanmaya da diqqət edilməlidir. Yəni ekrana pəncərədən, yaxud lampadan işıq düşməməlidir. Ekranın işıqlanması azaldılmalıdır;
• mütəmadi göz müayinəsindən keçmək də vacib şərtlərdəndir.
Əliyeva Vüsalə
Pediatr, UNİCEF-in milli təlimçisi
Fikriniz
0
0