Hər bir qadının həyatında hamiləlik dövr&u...
Vitaminlər (latınca “vita” – həyat) üzvi birləşmələr olub insan qidasının zəruri hissəsidir. Maddələr mübadiləsinin tənzimlənməsində vitaminlərin böyük rolu var.
Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır lakin balıq, ət məhsulları, süd və yumurtada da yetərincə vitaminlər var. Qidalarla orqanizmə lazımi qədər vitamin daxil olmadıqda avitaminoz adlanan vitamin çatışmazlığı yaranır. Vitaminlər iki qrupa bölünür:
Suda həll olan (C vitamini və B qrup vitaminlər)
Yağda həll olan (A, D, E, K) vitaminləri
Suda həll olan vitaminlər
C vitamini maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Hormonların sintezində sümük və qığırdaq toxumasının əmələ gəlməsində yaraların sağalmasında zəruri olan C vitamini bitkilərin (itburnu, kələm, çiyələk, turp, bibər, pomidor, portağal, limon, alma və s.) tərkibində daha çox olur. Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Zəiflik, yorğunluq, qanaxmalar, xüsusilə dişlərin dibinin qanaması avitaminozun əlamətləridir. C vitamininə gündəlik tələbat 50-78 mq-dır.
B qrup vitaminlərə bir çox vitaminlər daxildir (B1, B2, B3, B5, B6, B11, B12 və s.). Əsasən bitki və heyvan mənşəli məhsulların tərkibində olur və sinir sisteminin fəaliyyəti üçün zəruridir. B1 (tiamin) vitamininə sutkalıq tələbat 3-4 mq-dır. Buğda, noxud, yumurta sarısında, qaraciyərin tərkibində olur. Avitaminoz, yəni ciddi çatışmazlıq zamanı Beri-Beri xəstəliyi yaranır (yuxusuzluq, polinevritlər, sinir ağrıları, hissiyatın itməsi əlamətləri). B2 (riboflavin) vitamininə sutkalıq tələbat 2-4 mq-dır. Ən cox süd, balıq, tərəvəzlər və s. tərkibində olur və ürək-damar, tənəffüs, endokrin sistemlərinin fəaliyyətinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişaları zədələnir (xeyloz – dil qıpqırmızı olur), saçlar tökülür, ağız bucağı, dodaqlarda çatlar əmələ gəlir. Hemoqlobinin sintezində iştirak etdiyi üçün B2 çatışmazlığı zamanı anemiya əmələ gəlir.
B3 (niasin) antidermatit amilə sutkalıq tələbat 10 mg–dır. Çatışmazlıq zamanı Xartman xəstəliyi inkişaf edir (pellaqroid fotohəssas dəri, əqli inkişafın və boy artımının geriliyi).
B5 (pantoten turşusu) təbiətdə geniş yayıldığı üçün çatışmazlığına nadir halda rast gəlinir. B5 ayrıca bağırsaqlardada sintez olunur. Çatışmazlıq zamanı dermatitlər, depiqmentasiya, yorğunluq, ətraflarda gecə ağrıları, tez-tez kəskin respirator xəstəliklər baş verir. Ən çox yumurtada, qara ciyərdə, tərəvəzlərdə, toyuq və mal ətinin tərkibində olur.
B6 (piridoksin) vitamininə gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, maya, qara ciyər, böyrək və s. tərkibində var. B6 çatışmazlığı zamanı saç tökülməsi, dermatit, qicolma, sinir sisteminin fəaliyyəti pozulması baş verir.
B11 (fol turşusu) qırmızı qan hüceyrələri və sinir toxumasının formalaşmasında mühüm rol oynayır. Hüceyrə bölünməsi prosesində iştirak edir. Bu səbəbdən dölün sinir sisteminin düzgün formalaşması üçün hamiləliyin ilk trimestrində qəbulu çox vacibdir. Avitaminoz zamanı iştahasızlıq, arıqlama, mədə-bağırsaq problemləri, qlossit, stomatit, hipoxrom, meqaloblast və makrositar anemiya inkişaf edir. Əsasən kahı, ispanaq, banan, qara ciyər, portağalın tərkibində olur.
B12 (sianokobalamin) vitamininə sutkalıq tələbat 1-3 mkq-dır. Xüsusən qara ciyərin tərkibində çox olur. Avitaminoz zamanı meqaloblast anemiya, atrofik, hipoasid qastrit, periferik neyropatiyalar inkişaf edir.
Vitaminlərin kontrolsuz və yüksək dozada qəbulu müxtəlif kliniki əlamətlərlə özünü büruzə verən orqanizmin intoksikasiyasına gətirib çıxarır. Belə vəziyyət hipervitaminoz adlanır. B qrup vitaminləri parenteral istifadəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər.
Mənbələr
Şabalov N.P uşaq xəstəlikləri
Fikriniz
1
0
Əliyeva Nailə
Cox saqolun maraqlıdı