“JOY” Uşaq İnkişafı Mərkəzi

JOY təşkilatı müstəqil təşkilat olub, 2005-ci ildə Norveçdə yaradılıb, müxtəlif uşaq inkişafı və uşaq müdafiəsi sahəsində olan könüllüləri öz ətrafında birləşdirir.

Mərkəz Norveç JOY təşkilatının dəstəyi ilə 2014-cü ildən ölkəmizdə fəaliyyət göstərir.

Təşkilat fəaliyyətində əsasən aktiv öyrənmə metodundan istifadə edir. Təşkilatın əsas məqsədi yaşından və bacarığından asılı olmayaraq, bütün uşaqlara müstəqil, məsuliyyətli və təhsilli olmaları üçün tam öyrənmə mühiti yaratmaqdan ibarətdir.

Hal-hazırda Mərkəzdə günərzi qayğı qrupu, öyrənmə çətinliyi olan uşaqlar üçün məktəbəqədər qruplar fəaliyyət göstərir, fərdi məşğələlər aparılır, beynəlxalq təcrübəyə əsaslanan yanaşma və metodlardan istifadə olunur. Uşaqların cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlb olunması, özünü reallaşdıra bilməsi və müstəqil həyat şəraitinin öyrədilməsi, ailələrə dəstək JOY təşkilatının əsas məqsədlərindən biridir.

 

 

Instagram: https://www.instagram.com/joycenter.az?igsh=cDVhdGU3a3Y3bjl3

Facebook: https://www.facebook.com/joycenter.az?mibextid=ZbWKwL