Diqqət əksikliyi və hiperaktivlik

Diqqət əksikliyi və hiperaktivlik pozuntusu ən geniş yayılmış neyro inkişaf pozuntusudur. DƏHP oğlan uşaqlarında daha çox müşahidə edilir. Diaqnoz qoyulmazdan əvvəl uşağın 6 ay davam edən simptomlarının gündəlik həyatına mənfi təsir göstərməsi gözlənilir. DƏHP simptomları yaş, cins və fərdi xüsusiyyətlərə görə dəyişir və 12 yaşından əvvəl başlayır. Gündəlik həyata ciddi şəkildə təsir edir.

Bəzi ümumi DƏHP simptomları aşağıdakılardır: 

1.    Asanlıqla diqqətin yayılması.

2.    Tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmək.

3.    Detalları gözdən qaçırmaq.

4.    Bir işi bitirmədən başqalarına keçmək.

5.    Həddindən artıq hərəkətli olmaq.

6.    Səssiz, sakit durmaqda çətinlik çəkmək. 

7.    Lazımsız yerə qaçmaq, davamlı olaraq əl və ayaqlarını oynatmaq.

8.    Tapşırıqları təşkil etmək və onları ardıcıllıqla yerinə yetirməkdə çətinlik çəkmək.

9.    Dinləmədə diqqətini verə bilməmək.

DƏHP müalicəsi uşağın simptomlarına, yaşına, ümumi sağlamlığına və bir sıra digər amillərə görə dəyişə bilər. Simptomların irəliləməsinin qarşısını almaq və uşağın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün DƏHP müalicəsinə erkən yaşlarından başlamaq vacibdir.  

 

Quliyeva Anara

Klinik psixoloq