İnsan münasibətlərində tez-tez rast gəlinə...
Reflekslər mərkəzi sinir sisteminin qıcıqlara qarşı avtomatik olaraq verdiyi reaksiyadır. Refleks hərəkətinə bənzər ilk hərəkətlər hamiləliyin 5-ci həftəsində ortaya çıxar. Sadə reflekslərin var olması və yaxud gözlənilən zaman ərzində olmaması, itmələrin gözlənilən dövrdə itməməsi patolojik bir vəziyyət olaraq qəbul edilə bilər. Əlavə olaraq Neyroinkişaf pozuntuların aşkarlanmasında vacib bir mövqeyə sahibdir. Sadə reflekslər dedikdə insan həyatının ilk 6 ayının əhatə edilməsi nəzərdə tutulur. Sadə reflekslər bunlardır:
1. Babinski-uşağın ayağının altına toxunduqda ayaq barmaqlarını yuxarıya doğru açması.
2. Babkin-ovucuna yavaş şəkildə iynə toxundurduqda gözlərini yummağa başlaması.
3. Moro-ani hərəkət və səslərdən diksinməsi.
4. Palmer-ovucunun içinə qoyulan şeyləri tutması (barmağımızı ovcunun içinə qoyduqda tutması kimi).
5. Diz qapağı-birşeylə vurduqda dizini atması.
6. Rooting-süd əmərkən yuxuya getdiyi zaman yanağına toxunduqda əmməyə başlaması.
7. Rage-üstünə birşey atdıqda ağlayaraq ondan qurtulmaq istəyi.
8. Addımlama-havada tutduqda addım atmağa çalışması.
9. Plantar-ayaq barmaq dibinə əşya qoymağa çalışdıqda sanki onu tutması.
10. Geri çəkilmə-dabanına birşey batırdıqda ayağını geri çəkməsi.
Qeyd edilən reflekslər hər bir uşaqda təməl olacaq reflekslərdir. Valideynlər tərəfindən bunlar müşahidə edilmədikdə uşaq pediatrlar tərəfindən mütəmadi olaraq yoxlanılmalıdır.
Klinik psixoloq
Anara Quliyeva
Fikriniz
0
0