Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır .Məsələn, gündə 30 dəqiqə (45 dəqiqədən çox olmamaq şərti ilə) zirək yeriş kimi fiziki aktivlik hamiləlik və zahılıq dövründə ürəyin və ağciyərlərin sağlamlığı üçün çox faydalıdır. Elmi tədqiqatlar göstərir ki, mülayim-güclü fiziki aktivlik hamilə qadınların əksəriyyəti üçün riskli deyil.
Hamilələrin fiziki aktivlik barəsində həkimdən məsləhət almalı olduğu hallar:
Ürək və ağciyər xəstəlikləri
Qanaxma
Arterial təzyiq
Cift gəlişi
Şəkərli diabet
Qıcolma və.s
Hamiləlik dövründə fiziki aktivlik həftədə 3 dəfə 15 dəqiqə mülayim aktivlikdən başlamalı və tədricən müddəti artmalıdır.
Aktivliyin intensivliyinin düzgün seçilməsini qiymətləndirmək üçün yaxşı test danışmaqdır. Fiziki aktivlik zamanı söhbət etdikdə əgər təngnəfəslik həddindən çox olursa, deməli aktivliyin gərginliyini azaltmaq lazımdır.
Aşağıda göstərilən hallarda fiziki aktivliyi dayandırmaq və həkimə müraciət etmək lazımdır:
Həddindən çox təngnəfəslik
Ürəkdə ağrı və döyüntü
Baş gicəllənməsi
Doğuşun başlanması
Qanaxma
Qarın bel nahiyyəsində ağrılar və s.
Hamiləlik dövründə fiziki aktivlik zamanı nəyə diqqət etmək lazımdır?
İsti havada fiziki aktivlikdən çəkinmək
Yüksək fiziki aktivlik zamanı qidalanmaya diqqət etmək
Temperatur 32 və daha yüksək olan suda üzməmək
Yüksəkliyə çıxmamaq
Fikriniz
0
0