Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Rh faktor əslində altıncı hamiləlik həftəsində əmələ gəlməyə başlayan qan hüceyrələrinin və qırmızı qan hüceyrələrinin səthindəki kiçik hissəciklərdir. Rh (-) mənfi bir ananın Rh (+) pozitiv bir körpəsinə hamilə olduğu zaman qan uyğunsuzluğu meydana gəlir. Körpənin RH (+) pozitiv olması, bu faktoru atadan aldığını göstərir. Bu səbəbdən hamiləlik müayinəsinə gələn bir cütlükdən ananın və daha sonra həyat yoldaşının qan qrupu barədə soruşulur. Əgər həyat yoldaşı RH (+) və hamilə RH (-) olarsa, qan uyğunsuzluğu ola bilər. Hamiləlik və ya doğuş (xüsusilə doğuşun III dövründə) Rh (-) ananın qan dövranına cift vasitəsilə Rh (+) döl qanının az miqdarda sızması prosesində ananın immun sistemini aktivləşdirməsi nəticəsində anti-D anticismlərin əmələ gəlməsinə Rh izoimmnizasiya deyilir. Bu anticismlər dölə aid eritrositləri parçalayır. Rh qan uyğunsuzluğu zamanı döldə anemiya, hidrops, beyin zədələnməsi və ürək çatışmazlığı kimi ağırlaşmalara səbəb ola bilər.
Rh izoimmunizasiyaya səbəb olan vəziyyətlər :
Doğuş, qeyseriyyə əməliyyatı
İnkişafdan qalmış hamiləlik, özbaşına düşüklər, süni abort (8-ci həftədən etibarən)
Amniosentez, kordosentez
Ektopik hamiləlik
Dekolman plasenta
Qanamalı düşük təhlükəsi
Xorion xovlarının biopsiyası
Döldaxili hemotransfuziyalar
Qarın nahiyəsinə vurulan zədələr
Əkizlər (doğuşda risk ehtimalı)
Ciftin əllə ayrılması və xaric edilməsi
Rh uyğun olmayan qanın köçürülməsi
Qanamalı plasenta previa
Qan uyğunsuzluğu zamanı ilk hamiləlikdə ümumiyyətlə problem olmaya bilər. Çünki ananın immun sistemində anticismlər əmələ gələnə qədər hamiləlik müddəti başa çatır. Doğuşdan sonra bunun qarşısı alınmazsa, sonrakı hamiləliklərdə bədən yad qan gördüyü zaman immum sistemi aktivləşərək dölün eritrosilərini məhv etməyə başlayır. Bununla birlikdə, ikinci və sonrakı hamiləliklərdə risk artır.
Qanda uyğunsuzluğun inkişafının qarşısını almaq üçün adətən hamiləliyin 24-26 cı həftələrində anti-D immunoqlobulin (RHOGAM) inyeksiyası aparılır. Əgər doğulan uşağın qan qrupu Rh müsbət olarsa, doğuşdan sonra ilk 72 saat ərzində qan uyğunsuzluğu inyeksiyası (Rh Ig) vurulacaqdır. Anti-D immunoqlobulin, körpədən anaya keçə bilən Rh (+) qan hüceyrələrini onları görmək və onlara qarşı anticismlər yaratmaq qarşısını alır. Qoruyucu iynə ananı gələcək hamiləliklərdə qorumağa davam edir.
Hamilənin qan zərdabında sərbəst vəziyyətdə olan Rh anticismlərini aşkarlamağa və onların spesifikliyini müəyyən etmək üçün qeyri-düz Kumbs sınağı aparılır. Bu test normal olaraq mənfi olmalıdır. Müsbət olduqda izoimmunizasiya olunmuş Rh uygunsuzluğu olur və pozitivliyin şiddəti ilə xəstəliyin fetusa vurduğu ziyan arasında elaqə yaranır.
Mənbə
ACOG Management of Alloimmunization
Fikriniz
0
0
Mirzeyeva Ayna
Salam proqramla ta is oldum ve cox sevindim
Mirzeyeva Ayna
Salam proqramla ta is oldum ve cox sevindim Butun bildiklerimiz ve bilmek isdediklerimiz bir arada Rahat ve sells bir formida öz eksini tapir men hamileler ve antenatal xidmetle mesquite olmusam ona gore bu meni cox sevindirdi...tesekkur edirem layihe ucun...
Əliyeva Seyidsekine
Salam proqramla tanış , teşekkür ederim .