Hər bir qadının həyatında hamiləlik dövr&u...
İnkişaf olunan sahə : diqqət, beyin yarımkürələrin əlaqəsin yaxşılaşdırılması, yaddaş, əl-göz koordinasiyası
Yaş: 4+
Material: 7 müxtəlif əşya, heyvan, nəqliyyatların təsvirləri ilə doldurulmuş şəkillər və 2 sadə qələm (barmaqlar və ya digər 10 sm uzun əşya ilə əvəz etmək olar). Şəkillər iki şaquli xəttlə iki yarımhissəyə bölüşdürülüb. Şəkillərdə hər hansı bir əşya təsvirinin vərəqin ikinci yarısında tam eyni cütü var. Çap olunmuş şəkilləri laminasiya etməyi tövsiyə olunur. Bunula çap materialların uzun müddət istifadə olunmasını təmin edə bilərsiniz.
Prosedur: uşağa iki sadə qələm verilir. Daha sonra eyni zamanda iki gələmlə əşya cütlüyünü taparaq onların üstünə vurmağa təklif olunur. Şəkildə olan bütün əşyaların cütünü taparaq onların üstünə eyni məqamda karandaşla vurulması xahiş olunur.
Təlimat: əşyanın təsvirini sol yarım vərəqdə göstərərək uşağa “bunun cütünü tap” təlimatı veririk. Daha sonra “ indi isə özün solda olan əşyanın üstünə sadə qələmi qoyaraq eyni vaxtda sağ tərəfdə olan onun cütlüyünü taparaq ikinci qələmi onun üstünə qoy”. Sonda isə yetkin əşyanı adlandıraraq uşaqdan eyni zamanda iki əlində olan qələmlərlə cütlüyü tapıb onları üstünə vurulmasını istəyir.
Fikriniz
0
0