Hər bir qadının həyatında hamiləlik dövr&u...
İnkişaf edilən sahə: Əl-göz koordinasiyası, kiçik motorika
Yaş: 4+
Materiall : Sadə qələm və çap olunmuş naxışlar cədvəlləri. Naxışlar komplekti 7 cüt cədvəllərdən ibarətdir. Hər cütə bir naxışlı və bir boş cədvəl daxildir. Bununla yanaşı cədvəllərin beş cütü doqquz damadan, ikisi isə 16 damadan ibarətdir. Cədvəllər artan çətinliyə görə yerləşdirilib. Belə ki son iki cədvəl cütlükləri ən çətin hesab olunur.
Prosedur: Cədvəllər artan çətinliklər yerləşdiyinə görə onalrı uşağa eyni ardıcıllıqla təqdim etmək lazımdır. Vacib məqamlardan biri ondan ibarətdir ki, ilk 5 cüt cədvəli uşağın sərbəst yetirdiyinə əmin olduqdan sonra son iksinə keçmək olar. Bir məşğələ zamanı təqdim olunan cədvəllərin sayı uşağın fərdi tempindən və yaş xüsusiyyətlərindən aslıdır. Ona görə bu aləti uşaqla keçirərkən bu məqamları diqqətdə saxlamanızı xahiş olunur. Uşaq naxışları köçürərkən təsvirlərin köçürmə dəqiqliyini nəzarə alın. Əgər uşaq maksimal olaraq naxışın bucaqların, enmələrin dərəcələrini, naxışın istiqamətini gözləyirsə onda çalışma düz edilmiş hesab olunur.
Təlimat: uşağın qarşısında cədvəl cütlüyü çap olunmuş formada və sadə qələm təqdim olunur. Soldan birincidə olan cədvəlin naxışlarını ikinci boş cədvəlin uyğun damaya sadə qələmlə köçürtmək təklif olunur.
Fikriniz
0
0