Hər bir qadının həyatında hamiləlik dövr&u...
Bu məqalədə bir sıra oyunlar qeyd olunancaq. Oyunlar məktəbəqədər təhsil müəssələrində uşaqların arasında tez-tez rastlaşan psixolojı problemlərin aradan qaldırılması və profilaktikasına yönləndirilib. Uşaq bağçasında uşaqların gündəlik fəaliyyətlərinə maniyə törədən bir sıra psixolojı problemlər var. Bu növbəti çətinliklərdir:
Narahatçılıq, özünə qapanma. Çox vaxtı uşaqlar məşğələ xamanı fəaliyyətdə aktiv iştirak etmirlər, cavabı bildiyi zaman belə əl qaldırıb cavablandırmaqdan çəkinirlər.
Hiperaktivlik. Məşğələ zamanı masa arxasında yaşına uyğun vaxt otura bilmirlər, diqqətləri artıq hərəkətli olduğuna görə çox vaxtı dağınıqdır.
Aqressiv olan uşaqlar. Uşaqlarla ünsiyyətdə vurmaqlar, itiləmək var.
Hipoaktivlik. Belə uşaqlar san ki daimi yuxulu olurlar. Energiyaları enmiş olur.
Bu çətinlikləri ilə müşahidə olunan uşaqlara dəstək olmaq üçün onmlarla qrup şəklində oyunlar təşkil etmək olar. Bu oyunların nümunəsi aşağıdaki tərtib olunmuş cədvəldə qeyd olunub. Cədvəldə oyunun adı, məksəd ( hansı problemi aradan qaldırmaq üçün fokuslanıb), təlimat (oyunu necə keçirtmək lazımdır), oyunda istifadə olunan materiallar və hansı yaş dövründə olan uşaqlarla keçirtmək tövsiyə olunur kimi qeydlər ehtiva olunub.
Oyunun adı |
Məqsəd |
Təlimat |
Materiallar |
Yaş |
Hirsli və mehriban pişiklər |
Ümumi aqressiya səviyyəsini aşağı salmaq |
Birinci variant. Uşaqlar dairə şəklində dayanırlar. Dairənin mərkəzində “sehirli halqa” (A4 kağız əvəz oluna bilər və ya ip ilə düzəldilmiş dairədə etmək olar) yerləşdirilib. Uşaqlar halqanın içinə daxil olub tərbiyəçinin siqnalı ilə hirsli pişiyə çevrilir: Tısıldayır, dırnaqların göstərir, əl barmaqların bir birindən aralıyaraq sanki cızıq atmaq istəyirlər. Lakin əsas şərt- sehirli dairədən çıxmaq olmaz. Uşağın hirsli pişik obrazını daha kəskin göstərilməsi üçün ətrafdakı uşaqlar halqada olan həmyaşıdını təşviq edirlər. Tərbiyəçinin siqnalı ilə uşaq halqadan və hirsli pişik obrazından çıxır və həmyaşıdlarına yaxınlaşıb pişik kimi nəvazış göstərir. İkinci variantda bütün qrup iştirak edir. Halqaların sayı uşaqların sayına bərabərdir. Oyun həmin qayda ilə davam edir. Lakin halqaların arasında məsafə uşaqların bir-birinə xəsarət yetirməmək şərti ilə təşkil olunmalıdır. 10-15 dəfə hirsli və mehriban pişiyinin ardıcıl uşaqlar qəbul etməlidir. |
Iplər, halqalar, A4 kağızı Musiqi müşayiəti. |
3 - 6 |
Gizlənpaç |
Narahatçılığın, Hiporaktivliyin Digərlərini hiss etmək bacarığı |
Oyunda aparıcı və iştirakçılar olur. Aparıcının gözləri şərf ilə bağlanılır və digər həmyaşıdlar onun ətrafında qaçıb “ku-ku”, “lə-lə” “mən burdayam” söyləyirlər. Əlinə düşən uşağı tutduqda aparıcı onun adını tapmalıdır. Tutulan isə susmalıdır. Tutub adının düz açkarlayan uşaq aparıcı rolunu tutulan uşağa təhvil verir. Və youn davam edir. Diqqətlə izləyinki bir uşaq uzun müddət aparıcı olmasın. Oyun uzanarsa özünüz uşağa yaxınlaşıb onun əlinə keçin. |
Şərf |
4 |
Kiçik Kabuslar |
Aqressiyanın endirilməsi, uşaqlara hirsin uyğun şəkildə ətrafa çıxarılmasının öyrətmək |
Uşaqlar oturacaqlarda əyləşib. Tərbiyəçi deyir, “İndi biz kiçik mehriban kabusları təsvir edəcəyik. Biz bir birmizi qorxutmaq istəyirik. Mən sərt əl çalan kimi siz belə edirsiz (əl barmaqların ayırıb, əlləri dirsəklər tərəfindən qaldırmaq) və belə güclü səs çıxardırsız “U-U-U”. Əgər mənə sakit əl çalıram siz sakit “u” deyirisiz. Əgər bərk əl çalıram siz güclü “u” səsinizi edirsiz. Lakin yadda saxlayın siz mehriban kabuslarsınız və yalnız zarafat etmək istəyirsiz.. Oyunun sonundna tərbiyəçi deyir:” Afərin/ zarafat etdik, gəlin yenidən uşaq olaq” |
|
5 |
Yastıqlar döyüşü |
Mənfi duyğuların azaldılması, aqressiyanın endirilməsi |
Oyunçular iki “tayfaya” bölünür. İki tayfa arasında muharibə olur. Bu muharibədə yalnız bir silah var oda yastıqdır. Aprıcı yastıqları uşaqların sayında görə tayfaların arasında bölüşdürür. Otaq iki məkana uzun ipi ilə iki məkana bölünür. Tayfalar bu məkanlara yerləşdirilir.Daha sonra tayfalara siqnal verilir və yastıq döyüş baş verir. Lakin oyun başlamazdan öncə bir sıra şərtlərlə uşaqları tanış edirsiniz.
|
Kiçik ölçüdə yastıqlar Uzun ip |
5 |
Kəşfiyyatçılar |
İxtiyari diqqətin inkişafı |
Oyunda aparıcı və iştirakçılar olur. Aprıcı (ilkin mərhələdə bu yetkin ola bilər) hər hansı bir əşyanın şəklini (və ya əşyanın özünü) göstərib (daha sonra gizlədib) iştirakçılardan (uşaqlardan) həmin əşyanın tapılmasını istəyir. Tapan uşaq aparıcı olur və artıq özü əşya seçərək onu digər uşaqlardan tapmasını istəyir. |
Telefon |
3 |
Kim gizlənib? |
İmpulsivlik Hiperaktivlik Diqqət |
Uşaqlar dairə şəklində əyləşdirilir. Bütün uşaqlar gözlərin yumur. Uşaqların arasında biri seçilir, dairənin ortasına otuzdurulur və onun üstü mələfə ilə örtülür (tam). Digər uşaqlar gözlərin açıb gizlədilmiş uşağın adın tapmalıdırlar ( 3-4 yaşlı uşaqlara yüngülləşdirilmiş varianti təklif etmək olar- uşağı yalnız üzü örtülür məs.) |
Mələfə |
3 -6 |
Söz ovçusu |
İmpulsivliyin |
Aparıcı söz siyahısını oxuyur və uşaqlara bir-bir topu atır. Lakin uşaqlar topu yalnız heyvanların adı çəkiləndə tutmalıdır. Heyvanların yerinə digər bir məhluqlar və ya əşyalar kateqoriyası ola bilər. |
top |
4/5 |
Adları yadda saxlayırıq. |
Narahatçılıq Adları yadda saxlamaq |
Uşaqlar dairə şəklinda yerdə otuzdurulur. Təlimat verilir: “ İndi biz bir- birimizə sıra ilə yastığı atacayıq. Yastığı tutan uşaq öz adını yüksəkdən deyir.Hamı diqqətnən qulaq asır və yadda saxlamağa çalışır. Ikinci mərhələdə top və ya yastıq yenə də dairə üzərində hərəkət edir, lakin bu dəfə hamı topu tutan uşağın adını yüksək səslə deyir. Üçüncü mərhələdə top artıq sıra ardıcıllığı ilə yox xaotik şəkildə atılır. Bu dəfə də qrup topu tutan uşağın adın yüksək səslə adlandırır. |
Yastıq, plastik paket (kağıznan doldurulmuş) |
4 |
Əjdaha |
Narahatçılıq |
Uşaqların arasında əjdahanın başı və quyruğu seçilir. Digər uşaqlar sıra ilə əjdahanın baş və quyruq arasında düzülürlər. Əjdaha başını məqsədi quyruğunu tutmaq. Quyruğun isə başdan qaçmaq. Əsas şərt nə quyruq, nə də baş bədənindən qopmamalıdır. Əjdaha quyruğu şərti olaraq tutandan sonra quyruq başa çevrilir. İlkn “quyruqdan” öncə isə olan uşaq quyruq rolunu qəbul edir. Və oyun yenidən başlayır. |
|
4/5 |
Qadağan olunmuş hərəkət |
Diqqətin və özünüidaretmə bacarığın inkişafı |
Uşaqlar yarınmdairə şəklində dayanırlar və tərbiyəçi müxtəlif hərəkətlər göstərir.Uşaqlar bu hərərkətləri təkrar etməlidir. Hərəkətlərin arasında qadağa olunmuş davranış da təsvir edilir. Uşaqlar bu hərəkəti gördüyü zaman əl çalmalıdır. Məsələn qadağan olunmuş hərəkət- əlini döşəməyə vurmaq. Yetkin müxtəlif hərəkətləri gözğstərdikdə onların arasında əlini yerə vurur. Və uşaqlar onu təkrarlamaq yerinə əl çalmalıdırlar. |
|
4/5 |
Qoy ..... dursun |
Hipoaktiv uşaqlar Diqqət |
Uşaqlar dairə şəklində əyləşirlər. Tərbiyəçi təlimat verir: “ uşaqlar indi mən sizə bir əşya, oyuncaq, xüsusiyyət, geyim, rəng söyləyəcəm. Və o uşaq hansındakı bu xüsusiyyət var durub yerin dəyişməlidir, kimdə yoxdursa yerində oturur”. Eyni zamanda aparıcı bir oturacağı dairədən kanarlaşdırır. Beləliklə oyunda bir oturacaq əskiy olur. Oyun zamanı aparıcı xüsusiyyəti söyləyərək bir neçə uşağın qalxmasını təşviq edir. Həmin vaxt boşalmış oturacağa yönlənərək əyləşməyə çalışır. Nəticə etibarı ilə bir uşaq ayaq üstə (oturmamış) qalır və aparıcıya çevrilir. Oyun təkrarlanır. “Uşaqlar diqqətli olun! Hazırsız? Qoy evdə maşını olan dursun”. Bu zaman evdə maşını olan uşaqlar durub yerlərini dəyişməlidir. |
|
4-5 |
Yeyilməyən və yeyilən |
İmpulsivlik |
Uşaqlar dairə şəklində əyləşir. Təlimat: “Uşaqlar indi biz sizinlə yeyilən və yeyilməyən oyunu oynayacayıq” Bir neçə nümunə veririk və uşaqlarda bu əşyaların yeyilən olub olmadığı sual cavab edirik. “İndi isə biz oyun oynayacayıq. Bu oyunda mən sizə topu atacam və eyni zamanda bir əşyanın adın deyəcəm. Əşya yeyilən olsa siz topu tutursuz, lakin əşya yeyilməyən olsa siz topu tutmamalısız. |
Top |
4-5 |
Hava, su, od torpaq |
hiperaktiv |
Uşaqlar sıra ilə düzülür və tərbiyəçi onların qarşısında dayanır. Təlimat: “ uşaqlar biz sizinlə bu gün oyun oynayacayıq. Bu oynun adı “hava, su, od və torpaq”-dır. Mən sizə bu sözləri deyəcəm və eyni vaxtda bu sözlərə oxşar hərəkətlər göstərəcəm.” Məs “hava” dedikdə əllərimizi yuxara qaldırıb (şaquli halda) və dalğavari hərəkətlər edirik. Su- əllər yanlara üfüqi halda və dalğavari hərəkətlər edir. Od- əllər aparıcının önündə, bir birinin üstündə dairəvi hərəkətlər. Torpaq - əyləşirik və növbə ilə tez-tez əlləri döşəməyə vururuq. Birinci mərhələdə aparıcı verdiyi komandalar ilə hərəkətləri uyğun olmalıdır. Yani əgər hava deyirsə əllər şaquli yuxara qalaxaraq dalğavari hərəkətlər etməlidir. Və komanda hərəkətlə paralel olmalıdır. İkinci mərhələdə yetkin yalnız komanda verərək komandanın düzgün edib etməməyini uşaqlarda yoxlayır. Yani əgər torpaq komandası verilibsə diqqət yetirmək lazımdır ki, uşaqlar əlini döşəməyə vursunlar. Üçüncü mərhələdə uşaqları çaşdırırıq. Lakin öncə deyirik “indi mən sizi çaştırmağa çalışacam, amma siz mənim göstərdiklərimə yox komandalaımı diqqətlə dinləyin və ona uyğun hərəkət edin”. Dshs sonra aparıcı “od” deyərək əllərini önə aparmaq yerinə uşaqların qarşısında əllərini tavana doğru qaldırır və dalğavari hərəkətlər edir. Uşaqlar isə ona uymamalıdırlar və “od” komandasına uyğun hərəkət etməlidirlər (əllər öndə, bir birinin üstündə dairəvi hərəkətlər etməlidir). |
|
4-5 |
Gülmək qadağandır! |
Diqqət Hiperaktivlik Emosiyaları idarəetmək bacarığı |
Təlimat: “Uşaqlar dairə şəklində əyləşin. Aranızdan aparıcı kim olmaq istəyir? O durur və dairədə olan bir uşağı güldürmək və ya danışdırmaq çalışır. Gülən və ya danışan növbəti aparıcı olacaq. Bu məqsədə (hədəfə) çatmaq üçün müxtəlif növ vasitələrdən istifadə etmək olar. Lakin uşaqlara əl vurmaq və onlarla danışmaq icazəsi yoxdur. Dairədə oturanlar isə aparıcıya baxmalıdırlar və onlara gözlərini bağlamağa və üzünü çevirməyə icazə yoxdur. Aparıcı yalnız bir dəqiqə olmaq olar. Əgər bir dəqiqə ərzində aparıcı seçdiyi uşağı güldürə bilmirsə, həmin uşaqla öz bacarıqlarını növbəti 1-2 uşaq sınayır. Əgər aparıcı uğur qazanırsa o gülən uşağın yerinə oturur, və gülən uşaq aparıcı olur. |
|
6 |
Rəqs edən əllər |
Hiperaktiv |
Kağızı uzuna yerə sərirsiniz. (ikici variantda masanın üstünə yapışqan lentlə yapışdırırsınız və uşaqlara ayaq üstündə şəkil çəkməyə icazə verirsiniz) Təlimat: “Əlinizə iki təbaşir götürün. Hər əlinizə bir təbaşir düşsün. İndi isə yerə sərilmiş kağıza uzanın. Uzanarkan çalışın ki dirsəyiniz və əlləriniz kağızların üstündən olsun. Gözlərinizi bağlayın və musiqi səslənən kimi iki əl ilə eyni zamanda şəkil çəkməyə başlayın. Musiqi ilə bir yerdə əllərinizi hərəkətə geçtirin. Sonra nə elədiyinizinə baxa biləcəksiz. (2-3 dəqiqədən sonra musiqini dayandırın) |
A 4 kağızlar Yapışqan lent Rəngli təbaşir. Oyandırıcı musiqi |
6 |
Ədəbiyyat:
Горбатова Е.А. Теория и практика психологического тренинга СПб.: Речь, 2008. — 320 с.
Хухлаева О.В. Практические материалы для работы с детьми 3-9 лет. Психологические игры, упражнения, сказки. Генезис, 2013
Fikriniz
0
0