Hər bir qadının həyatında hamiləlik dövr&u...
İnkişaf olunan sahə: kiçik motorika, qavrama, nitqin inkişafı, iki əlin birgə işlənilməsi.
Yaş: 2 +
Materiallar: Plastelin və müxtəlif əşyaların rəngli təsviri hansıda ki ağ dairəvi rənglənməmiş hissələri var.
Prosedur: Məşğələ öncə təsvirləri çap edib hazırlamalısınız. Daha sonra uşağın qarşısına Təsvirləri qoyaraq bütöv plastelini xırda hissəçiklərə necə bölməyini uşağa göstərirsiniz. Bunun üçün bütöv plastelini bir əldə digər əlinizin üç barmaqlarları isə (baş, işarət və orta barmaqlar) qısqac hərəkət ilə plastelindən bir bir hissəcikləri qopardırsız. Daha sonra hissəcikləri əllərinizin içəri səthlərin arasına qoyaraq yuvarlayırsız. Bütün bu proseduru uşaq tərəfindən təkrarlanmasını istəyirsiz. Alınmış yumru hissəciklərlə rənglərə uyğun olaraq təsvirlərin rənglənməmiş yumru hissələrini plastelinlə tamamlayırsınız. Bunun üçün yumru plastelin hissəciyi təsvirin rənglənməmiş hissənin üstünə qoyulur və barmaqla hissəni doldurmaq şərti ilə yayılır.
Qeyd: bu məşğələni keçirdiyiniz zaman mütləq şəkildə uşağı nəzartədə saxlamalasınız. Əks təqdirdə uşaq plastelini ağzına salıb daha sonra uda bilər. Və ya plastelini duzlu xəmir və xüsusi zərər verməyən boyalardan hazırlanmış plastelini istifadə edə bilərsiniz.
Fikriniz
0
0