Uşaqlar analarından sevgi və e...
Artıq vaxtdır və siz hamı kimi uşağınızı bağçaya apardınız. Uşaq bir gün , iki gün , bir həftədir bağçaya gedir. Ancaq uşaq hələdə bağçaya uyğunlaşmayıb. Uşaqda “geriləmə” hiss edirsiniz. Uşağın bu günə qədər əldə etdiklərində reqress (tənəzzül, geriləmə, dala getmə) baş verir. Həm nitqində, həm vərdişlərində, bacarıqlarında, fəallığında nəsə baş verir. Bunların hamısı da bir həftə ərzində olub. Səbəbsiz əsəb gərginliyi keçirir, pis yeyir , pis yatır və təbii ki, bağçaya getmək istəmir.
Hər səhər sizinlə söhbətlər aparır ki, o daha, çox yaxşı uşaq olacaq, bu da alınmayanda onu heç kimin sevmədiyini bildirir, bağçaya çatdıqda artıq ağlayaraq anasından ayrılmaq istəmir. Bütün günü tək oturur, heç kimlə oynamır, axşama qədər qapıya baxaraq anasının gəlişini gözləyir. Tərbiyəçi-müəllimlərin şikayətlərini eşidirik ki, birinci gün oyuncaqlarla başını qatmaq olurdu , artıq onlarada marağı yoxdur.
Valideyn fikirləşir ki, uşaq özü bağçaya getməyi istəyirdi axı. Nə oldu uşagı dəyişmədilər ki... Ancaq valideyin razılaşmalıdır ki, uşağın həyatı, şəraiti dəyişir və uşaq buna uyğunlaşmalıdır.
Anacq uşaq bağçaya getməyə başladıqda onun həyatında qlobal dəyişikliklər baş verir:
Günün çox hissəsində onun yanında yaxınları yoxdur.
Tanlmadığı bir insana – tərbiyəçiyə qulaq asmaq məcburiyyətində qalır.
Heç bilmədiyi bir mühitə düşür.
Ona tanış olmayan bir çox qaydaları və rejimə riayyət etməyi tələb edirlər.
Bütün günü tanımadığı uşaqların içərisində olur və ona tanış gəlməyən səs-küy onu yorur.
Uyğunlaşma haqqında bir çox mənbələrdən oxuyuruq və müxtəlif fikir və rəylərlə rastlaşırıq. Uygunlaşma sözünə adətən “adaptasiya” termini ilə səsləndirirlər . Sosiallaşma və ya sosial inkişaf prosesi insanın cəmiyyətə daxil olmasının cəmiyyətin qayda və qanunlarının , öz xalqının adət -ənənələrini öyrənməsidir . Adaptasiya prosesi uşagın ətraf aləmə uygunlaşması ilə başlayır.
Uyğunlaşma uşağın inkişaf tempinin surətini xarakterizə edir və uşaq ilin sonuna qədər yuxarıda sadaladiğımız əlamətlərə qalib gəlir. Ağırlıq dərəcəsinə görə uygunlaşma bir neçə mərhələyə bölünür:
Daha kəskin mərhələdə uyğunlaşma prosesi 2-6 ay müddətinə davam edir. Bu müddət ərzində uşaqda bir çox xoşagəlməz hallar müşahidə olunur. Uşaqlar tez-tez xəştələnir, fiziki və psixoloji cəhətdən bədən tükənir, əldə etmiş vərdiş və ya alışqanlıqlarını, biliklərini itirməyə başlayır. Bununla bərabər iştahası, yuxu rejimi pozulur, daha çox ərköyünlük edir, çox ağlayır və s.
Bu dövrdə uşaqlarla əlaqəni yalnız valideynlərin köməyi ilə qurmaq olur. Bəzi hallarda isə ümumiyyətlə uşaqlarla kontakt yaratmaq olmur. Kəskin dövrdə uşaqların hərəkətlərinə diqqət yetirsək görərik ki, onlar çox aqresiv hərəkətlər edirlər. Məsələn, uşaq bir oyuncaqdan digər oyuncağa keçir, bir oyunçaqla oynamağa hövsələsi çatmır, özünəqpanıq vəhər zaman təşvişli olur. Tərbiyəçinin müraciətlərinə adətən reaksiya vermir, ya də daha da qorxaraq valideynlərinin himayəsini tələb edir.
Bəzən bu hərəkətlər valideynləri qorxudur və onlar inanmırlar ki , uşaqları nə zamansa bağçaya uyğunlaşa bilər.Lakin uşaq mühitə uzun müddət olsa belə tədricən uyğunlaşır və bu proses uğurla nəticələnir. Bu dövrdə valideyn və tərbiyəçi ilə bərabər uşağa pediatr və psixoloq dəstəyi olsa uyğunlaşma müddəti daha qısa olar.
Orta ağırlıqlı uyğunlaşmaya doğru dəyişiklik proses bir ay çəkir. Uşaqda müşahidə olunanlar kəskin mərhələdən daha az və yüngül keçir. Bu zaman inkişaf tempi ləngiyir. Psixoloji inlişafda zəifləyir,
5-7 gün davam edə bilən xəstəliklər baş verir.
Bu dövrdə uşaq ünsiyyət qurmaqdan əvvəl uzun müddət müşahidə aparır. Bu zaman uşaqlar tərbiyəçinin onlar üçün maraqlı olan hərəkətlərini izləəyir və onların köməyi ilə ünsiyyət qurur. Uşağın aqresivliyi tədricən sönür və onar ozləri müxtəlif təşəbbüslərə girirlər. Qoyulmuş qaydalara özləri hiss etmədən tədricən uyğunlaşmağa başlayırlar, bəzən isə bu qaydaları pozurlar. Bu zaman valideyn və tərbiyəçinin əməkdaşlığı vacib şərtdir.
Yüngül uyğunlaşma prosesin isə uşaqların kollektivdəki davranışları 10-15 gün ərzində normalaşır, uşaqların çəkisi düzəlir,yuxarıda göstərilənlərin heç bir hadisə baş vermir .
Uşaqların davranışında çox böyük dəyişiklik baş vermir. Uşaq sakitcə qrupa daxil olur , ətrafı gözdən keçirir, tanımadığı tərbiyəçinin gözlərinin içinə diqqətlə baxır, bəzən ona müraciət edir. Yüngül uyğunlaşma dövründə insanlarla ünsiyyət üçün özü təşəbbüs göstərir, kömək üçün müraciət edir və s. Uşaq qaydalara rəaiyyət edirlər, tərbiyəçinin iradlarına və təqdirlərinə adekvat reaksiya verir.
Ən çətin prosesin gedişinin hətta yüngül prosesdə belə bu çətinliklərlə üzləşməmək üçün qabaqcadan tədbirlər görülməlidir. Bu missiya adətən ən çox valideynlərin üzərinə düşür. Vlideynlər bu prosesin ən minimun çətinliklə keçməsini təmin edə bilərlər.
Valideynər əvvəlcədən uşaqda bağça haqqında müsbət fikirlər yaratmlıdır. Uşaqda daxili rahatlıq yaranmalıdır, yəni uşaq emosional məmnunluq hiss etməlidir ki , müəssisəyə daxil olduğu ilk anda hər hansı təhlükə hiss etməsin. Davranışlarında daxili uyğunluq olmalıdır ki, yeni düşdüyü mühitin tələbinə rahat uyğunlaşmağı bacarsın.
Valideyn və tərbiyəçinin bu zaman birinci vəzifəsi hövsələ nümayiş etməkdir. Bu davranışlar uşaqların ailədən ayrilmağa hələdə psixoloji hazir olmadığı üçün normal olduğu qəbul edilməlidir. Burdan belə bir sual çıxır ki, bəs valideyn və ya tərbiyəçi buna necə münasibət göstərməlidir, uşağın bu cür meydan oxumalarina necə cavab verməlidir?
1. Daxili rahatlıq (emosional məmnunluq)
2 . Davranışlarına diqqət ( asanlıqla və dəqiq ətraf mühitin tələblərinə uyğun davranışlar yerinə yetirmək).
Yəni, ilk növbədə onların pis davranışlarına reaksiya verməməli və əsasəndə onu müqaviməti qirmamalıdır. Çünki bunlar heçdə yaxşı nəticələr əldə etməyimizə kömək olmayacaq. Uşaq hiss etməməlidir ki, isteriya öz istəklərinə çatmaq üçün ən asan yoldur. Bu zaman valideynlərin edəçəkləri ən uğurlu hərəkət uşaqların diqqətini başqa bir istiqamətə və ya başqa bir hadisəyə yönləndirməkdir. Məsələn : İsteriya zamanı hər hansı oyun oynamaq , kitab oxumaq , şəkil çəkmək və ya onun sevdiyi hər hansı bir işlə məşğul olmağı təklif etmək yaxşı nəticə verə bilər. Ancaq uşaq artıq isteriyanın pik nöktəsinə çatmışdırsa bunların heş biri işə yaramayacaqdır. Bu zaman yalnız işteriyanın sonunu gözləmək lazımdır. Bu zaman çox sakit qalmalı və onun hərəkətlərinə - nə qədər çətin olsa belə -reaksiya verməməlisiniz . o sakitləşdikdən sonra onunla söhbət edin. Adətən uşaqlarla söhbət edərkən onları seçim qarşısında qoyun . Məsələn “ Sən parka , yoxsa mağazaya getmək istəyirsən ?” bu kimi suallarla daimi uşaqlara müraciət etməli və onları düşünməyə təhrik edərək. diqqətini yayındırın.
Adaptasiyaya təsir edən faktorlar aşağıdakılardır:
Evdə uşaqlar üçün rejimin tətbiq edilməməsi
Pis vərdişlər
Emosional ünsiyətin qurulmaması və ya az qurulması
Uşaqların tez-tez xəstələnməsi və s.
Uğurlu adaptasiyani göstəriciləri isə bunlardır:
Uşağın sağlam olması və inkişaf səviyyəsi
Yaş
Ünsiyyət qurma bacarığının yüksək olması və s.
Uşaqların uyğunlaşma dövründə onların sevimli oyuncaqları sizin hər zaman köməyinizə çata bilər. Sevimli oyuncaq uşaqların çevrəsi ilə ünsiyyət qurmaq funksiyasını daşıyır.Bu zaman uşaqda olan təklik qorxusu və həyəçan hissini azldır. Oyuncaq uşaqla böyük arasında kontakt yaratmaq üçün müsbət rol oynayır. Çətin adaptasiya olunan uşaqlar adətən öz oyuncaqlarının dilində danışaraq öz emosialarını böyüklərə çatdırırlar. Ona görə də uşaqların adaptasiya dövründə onlara kömək ola biləcək hər hansı vasitədən istifadə etmək məqbul hesab edilir.
Onların sevimli oyuncaqlarından istifadə edərək müxtəlif oyunlar qurlsa uşaqlarla daha tez kontakt yaratmaq olar. Oyunların təşkil edilməsinin əsas məqsədi tərbiyəçilərin uşaqların inamını qaznmaqdır. Uşaq tərbiyəçinin anası qədər inana biləçəyi bir insan olduğunu görməli , oyunların köməyi ilə onun nə qədər xeyirxah olduğunu, ona hər zaman kömək etməyə hazır olduğunu görməlidir. Belə uşaqlarla qurduğunuz ilk oyunlar frontal şəkildə aparılmalıdırki , digər uşaqlar özlərini diqqətdən kənar qaldığını hiss etməsinlər. Tərbiyəçi bu hallarda oyuna təşəbbüs göstərən tərəf olmalıdır. Oyunlar uşağın oyun qabiliyyətini və onun emosional ünsiyyət qurma bacarığın nəzərə alaraq seçilməlidir.
Yuxarda göstərilənlərə əsaslanarsaq deyə bilərik ki uşaqların məktəbəqədər təhsil müəssisələrinə uyğunlaşmanın əsasən aşağıdakı prinsipləri var:
Uşaq bağçaya göndərməkdən əvvəl diqqətlə tərbiyəçi-müəllim seçilməlidir.
Əvvəlcədən valideynlərin məktəbəqədər təhsil müəssisələrinin iş qrafiki ilə yaxından tanış olmalıdır.
Uşağın fərdi xüsusiyyətlərinə uygun onun asanlıqla uyğunlaşa biləçəyi rejim tətbiq olunmalıdır.
Ilk 2-3 həftə ərzində uşağın şəxsi vərdişlərinə müdaxilə edilməyərək , onu zorla yeni qaydalara vərdiş etməyi məcbur etməməlidir.
Müsbət emosional mühit.
Fərdi yanaşma.
Ancaq nəzərə almalıyıq ki, bağşaya asanlıqla uyğunlaşırlar:
sərbəst yemək yeməyi və su içməyi bacaran uşaqlar;
çətinlik çəkmədən soyunub geyinməyi bacaran uşaqlar ;
təbii ehtiyaçlarını bildirən və ya onun yadına salana qədər özünü saxlaya bilən uşaqlar;
asanlıqla özləri yatan ;
özləri üçün oyun qurmağı bacaran uşaqlar.
Bunları valideylər nəzərə alsalar və əvvəlcədən uşaqlarını bu həyat şəraitinə uyğunlaşdırsalar uşaqlar daha az stres keçirər və yüngül şəkildə məktəbəqədər təhsil müəssisəsinə uyğunlaşar.
Adaptasiya prosesi yekunlaşır, əgər :
Uşaqda normal- emosional vəziyyət bir həftə ərzində davam edir yəni, o bağçaya çox yüksək əhval ruhiyyədə gəlir, gün ərzində başqaları ilə aktiv ünsiyyət qurur, oynayır, gün rüjiminə riayət edir, yaxşı yeyir və rahat yatır.
Tez-tez xəstələnmələri nəhayətki sona çatır.
Uşağın dinamikası artır
Tərbiyəçilərin uğurlu nəticələr əldə etmək üçün əvvəlcədə gələcək uşağın valideyinləri ilə diaqnostik sorğular aparmalıdır. Bu sorğular şifahi və ya yazılı şəkildə ola bilər . Məsələn uşağın valideynləri üçün anket sorğusu hazırlayıb verə bilər .
Aşağıdakı nümunədə göstərilən şəkildə olmağı məsləhətdir.
Valideynlər üçün sorğu:
«Sizin uşağınız bağçaya getməyə hazırdırmı ?»
Uşağın adı, soyadı_____________________________________________________
1. Hansı əhval ruhiyyə sizin uşaqlarda üstünlük təşkil edir?
а) gümrah, təmkinli
b) əsəbi, dayanıqsız, qərarsız
v) çox mütəəssir, sarsılmış.
2. Böyüklərlə ünsiyyət qura bilirmi?
а) asanlıqla ünsiyyətə girir
b) seçicidir
v) çətin
3. Uşaqlarla qarşılıqlı münasibəti:
а) asanlıqla ünsiyyətə girir
b) seçicidir
v) çətin
4. Sizin uşagınız necə yatır?
а) tez (10 dəqiqədə.)
b) tədricən
v) sakit
q) narahat
5. Siz nə edirsiniz ki uşağınız yatsın?_____________________________________________
6. Uşağınız nə qədər yatır?______________________________________________________
7. Uşağınızın iştahası necədir?
а) yaxşı
b) seçici
v) pis
8. Uşağınız təbii ehtiyaclarını necə ödəuir?_________________________________________
9. Uşağınızın pis vərdişləri varmı və hansılardır?____________________________________
10. Uşağınız necə oynayır?
а) sərbəst oynayır
b) tək oynamağı xoşlayır
v) kollektivdə oynamağı xoşlayır
11. Məşğələlərə münasibəti (diqqət, səbirlə oturub işləmək, aktiv və s)__________________
12. Evdə kiməsə affektiv bağlılığı varmı və kimdir. Ondan ayrıldıqda reaksiyası?_________
Təşəkkür edirik !
Bundan başqa yeni gəlmiş üşağın adaptasiya dövründə tərbiyəçi öz izləmə vərəqlərini təşkil etməlidir. Nümunə:
Adaptasiya dövrünün izləmə vərəqləri
Ad, soyad ________________________
Doğum tarixi ____________________________
MTM daxil olduğu gün_____________________
Daxil olduğu gündə yaşı ____________________
Sağlamlıq dərəcəsi ___________________________
Boyu _____ Cəkisi ______ (daxil olarkən)
Boyu _____ Cəkisi ______ (1 ay sonra)
Daxil oduğu günə qədər keçirdiyi xəstəliklər_______________________
Fərdi xüsusiyyətləri ______________________________________
Vərdişləri_______________________________________________________
Müşahidə günləri/ballar |
|||||||||||||||||||||||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
17 |
18 |
19 |
20 |
21 |
22 |
23 |
24 |
25 |
|||
Göstəricilər |
İştah |
m/q |
|||||||||||||||||||||||||
ev |
|||||||||||||||||||||||||||
Yuxu |
|||||||||||||||||||||||||||
Emosialar |
|||||||||||||||||||||||||||
Təbii ehtiyac |
Buraxılmış günlər,səbəbləri ________________________________________
Adaptasiya dövrünün qiymətləndirilməsi: _____________________
Tərbiyəçilərin qeydləri: ___________________________________
Qimətləndirmə cədvəlləri.
Parametrlər |
Qiymətlər /bal/ |
|||
3 |
2 |
1 |
||
Göstəricilər |
İştah |
yaxşı |
seçici, uzun müddətə yeyir |
Yeməkdən imtina edir |
Yuxu |
dərin |
çox çətin yatır |
narahat yatır |
|
Emosialar |
normal |
orta |
pis |
|
Təbii ehtiyac |
normal |
normal |
pis |
Dərəcəsi:
Yüngül – 15 gün – 13 - 16 bal
Orta – 15-25 gün – 9 - 12 bal
Ağır – 25 gün – 5 -8 balk
Yuxarıda göstərilən və digər anket nümunələri aparmaqla tərbiyəçi özü üçün ailələr və uşaqlar haqqında dolğun məlumat əldə edir, onların təlaşlarının səbəblərini müəyyən edir. Bu izləmə vərəqləri və anketlərin aparılması yalnız valideynlərə məlumat vermək məqsədi daşımır, həmdə onları düzgün istiqamətləndirmək və maarifləndirməkdə tərbiyəçi-müəllimlərə kömək edir.
Bu dövr ərzində valideyin və tərbiyəçilər səbrli və optimist olmalıdırlar. Uşağı izləməli , onu dinləməyi bacarmalıdırlar. O, zaman uşaq özü sizə onun necə davranmaq lazım olacagı haqqında ipucları verəcək!
Mənbə
X. Həmidova və b . , İnkişafetdirici, dəstəkləyici və təhlükəsiz mühitin yaradılması ( məktəbəqədər təhsil ixtisası üçün ), Dərs vəsaiti, ARTN, ARTİ, Aİ,. Bakı- 2020
Fikriniz
0
0