Hər bir qadının həyatında hamiləlik dövr&u...
Valideynlәr və müəllimlər arasında öhdəliklər aşağıdakılardan ibarәtdir:
Hәr bir mәrhәlәdә real qәrarların qәbul edilmәsi prosesindә iştirak etmәk, yәni problemlәrin müәyyәnlәşdirilmәsi, işin nә dәrәcәdә praktik olub-olmamasının öyrәnilmәsi, planlaşdırılması, işin hәyata keçirilmәsi vә dәyәrlәndirilmәsi;
Tәrәfdaşlardan biri kimi tәhsil sahәsindә xidmәtin hәyata keçirilmәsindә iştirak etmәk;
Resurs, material vә әmәk qüvvәsini tәmin etmәklә prosesә cәlb olunmaq;
Aidiyyəti proseslərdə (mәsәlәn, valideyn iclaslarında) iştirak etmә vә informasiya qәbul etmәk.
Әmәkdaşlıq eyni fәaliyyәt növündә iştirak etmәk demәkdir. Bir çox kontekstlәrdә әmәkdaşlıq sözünün mәnası bәrabәr iştirak olmasına baxmayaraq, heç dә hamının bu prosesdә iştirakının bәrabәrliyi vacib deyil. Әmәkdaşlıq dedikdә, daha fәal vә öhdәlikli cәlb olunma nәzәrdә tutulur.
Әmәkdaşlığın vacibliyinin sәbәblәri
Əmәkdaşlığa daxil olmaq üçün bir sıra vacib sәbәblәrin tәsnifatını müәyyәnlәşdirmәk mümkündür:
Birgә tәcrübә vә sәriştә. Tәrәfdaşlardan hәr biri işin gedişindә öz bilik vә bacarıqlarından qarşılıqlı surәtdә faydalana vә istifadә edә bilәr.
Qarşılıqlı dәstәk. İş şәraiti çәtin olduqda, mәhz әmәkdşlıq vasitәsilә qarşılıqlı dәstәk nәticәsindә qarşıya qoyulmuş mәqsәd üçün bütün sәylәr göstәrilir.
İş bölgüsü. Әmәkdaşlıq vasitәsilә tәrәfdaşlar hәr hansı bir işi, layihәni hәyata keçirәrkәn öz sәriştәlәrinә görә sәylәrini cәmlәşdirә bilәrlәr. Bu halda heç dә vacib deyildir ki, tәrәflәrdәn hәr ikisi eyni dәrәcәdә müәyyәn sahәdә daha çox sәriştәli olsun. Belә olan tәqdirdә, iş layihәnin birgә hәlli vә ümumi işin reallaşmasına kömәk edir.
Artırılmış resurslar. Birgә işin gedişi, birgә layihәnin icrası üçün hәr bir tәrәfdaş öz payı (iştirakı) ilә çıxış edәndә әldә olan resursların ümumi hәcmi artır. Bu resurslar intellektual, mәnәvi, maddi, elәcә dә maliyә resursu ola bilәr.
Artırılmış sәmәrәlilik. Tәrәfdaşlar birgә iş görәrkәn, hәr birisi öz perspektivi ilә çıxış edir. Onlar nәzәrdә tutulan proqramların sәmәrәli hәyata keçirilmәsi yolunda yaranan çәtinlik vә maneәlәrin müәyyәnlәşdirilmәsi vә aradan qaldırılması işindә bir-birinә kömәk edirlәr.
Dәyәrlәndirmә vә monitorinq. Tәrәfdaşlar cәmiyyәtin müxtәlif sektorları üzrә әlaqәlәri (kanalları) olduğu tәqdirdә, onlar proqramların әhәmiyyәtini vә nәticәlәrini tәsirinin dәyәrlәndirilmәsi üzrә bir-birini hәyata keçirdiklәri әmәli işlәri vә sәylәrini tamamlayırlar. Bu yolla әldә olunmuş informasiya müәyyәn layihәlәrin reallaşdırılması prosesindә lazımi dәyişikliklәrin aparılmasına vә onların rolunun daha da güclәndirilmәsindә istifadә oluna bilәr. Belә әmәkdaşlıq fәaliyyәtlәrin nizamlanmasında, resurslardan daha sәmәrәli istifadә edilmәsindә vә lazım gәlәrsә, әlavә maliyyә vә intellektual potensialın sәfәrbәr edilmәsi işindә yardımcı ola bilәr.
Әmәkdaşlıqda qarşılıqlı inamın olması tәlәb olunur. İnam ikitәrәfli olmalıdır. Əmәkdaşlıq çәrçivәsindә nәzәrdәn keçirdiyi prinsiplәrә vә qәbul etdiyi qәrara bәrabәr surәtdә şamil edilә bilәr. Әmәkdaşlıqda uzunmüddәtli öhdәliklәr tәlәb olunur. Әmәkdaşlıq qısa müddәtә qurula bilmәz, ona görә ki, inam onun әn vacib tәrkib hissәlәrindәndir. Başqa münasibәtlәrdә olduğu kimi, әmәkdaşlıq yolunda atılan sәylәr müvәffәqiyyәtlә bәrabәr, narazılıqlı da qarşılanır. Buna görә dә yalnız uzunmüddәtli öhdәliklәr olduğu tәqdirdә әmәkdaşlıq qısa müddәtli müvәffәqiyyәtsiziklәrin qarşısını ala bilәr.
Әmәkdaşlıq aydın vә qarşılıqlı surәtdә qәbul edilmiş funksiyaların müәyyәnlәşdirilmәsini tәlәb edir. Әmәkdaşlar hәm böyük, hәm dә kiçik miqyaslı mәsәlәlәrә ciddi diqqәt yönәltmәlidirlәr. Әmәkdaşlar dәstәklәnilmәlidir. Bacarıq vә qabiliyyәtlәrә qısa müddәtdә yiyәlәnmәk vә inkişaf etdirmәk olmaz, әmәkdaşlıq öz-özünә yaranmır.
Mənbə
X Həmidova və b., Ailələrlə işin həyata keçirilməsi ( məktəbəqədər təhsil ixtisası üçün ), Dərs vəsaiti, ARTN, ARTİ, Aİ, Bakı-2020
Fikriniz
0
0