Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Biri var idi, biri yox idi, bir tənbəl dovşan var idi. Bir zamanlar bu dovşanın yaşadığı meşədə çox qorxulu bir quraqlıq yarandı. Yaz gəlib keçsə də, bir damla yağış yağmadı. Susuzluq heyvanları o qədər incitdi ki, onlardan birinin təklifi ilə bir su quyusu qazmağa qərar verdilər və işə başladılar. Bütün heyvanlar, hətta quşlar da gecə-gündüz çalışdılar.
Amma dovşan: "Mən çox balacayam!" deyərək işləmək istəmədi. Dovşanın bu cür nazlanması digər heyvanları çox qəzəbləndirdi. Heyvanların əməyi boşa getmədi və qazdıqları quyudan buz kimi soyuq su çıxanda doyunca içib sevindilər. Quyu qazmağa kömək etməyən dovşana su vermədilər. Kral aslan isə dovşanın quyuya yaxınlaşmaması üçün hər gün quyunun başına bir gözətçi təyin etdi. Dovşan etdiyi səhvi başa düşdü, amma artıq çox gec idi.
Heyvanlar hər gecə növbə ilə quyuya nəzarət edirdilər. Bir gecə quyuya baxmaq növbəsi filə çatdı. Dovşan fili çox sevirdi və o, “heç kim görmədən fil mənə su verər" fikriylə filin yanına gələndə onun yatdığını gördü. Çox çalışsa da, onu oyada bilmədi. Nəhayət filin qulağına qışqırdı. Fil elə tullandı ki, quyunun ətrafındakı bir yığın daşa çırpıldı və bütün daşlar quyuya töküldü. Beləliklə, quyunun ağzı bağlandı. Bu vəziyyətə çox məyus olan fil ağlamağa başladı və "Bu mənim günahımdı! "- dedi. "İndi nə içəcəyik və mən səhər heyvanlara nə deyəcəm?"-deyə təəssüf hissi keçirdi.
"Bu qədər kədərlənmə!"- dovşan dedi. “Əlbəttə bir həll yolu tapa bilərik. İkimiz də birlikdə işləsək, quyunu səhərə qədər təmizləyərik.”
Fil: "Ancaq sən balaca və zəifsən!" -dedi. Dovşan belə cavab verdi: “Sən indi görəcəksən mən necə işləyəcəm."
Həqiqətən, dovşan o qədər işlədi ki, səhərə qədər fil ilə quyunu açmağı bacardılar. Ertəsi gün fil bütün heyvanlara dovşanın zəhməti barədə danışmağa başladı. Hamı dovşanı alqışladı və quyudan su içməyə layiq olduğunu söylədilər. Dovşan təkcə su içə biləcəyinə deyil, başqa heyvanlarla yenidən dostluq edə biləcəyinə görə çox sevindi. Özünü yenidən meşənin bir üzvü kimi görmək onu çox xoşbəxt etdi.
Fikriniz
0
0