Mühitin yaradılması üçün valideynlərə tövsiyələr

Bildiyimiz kimi ailədə əşyavi mühit uşağa idrakın və dünyaya münasibətin dəyərlərini valideynlərin köməyi ilə deyil, həm də müstəqil şəkildə formalaşdırmağa imkan verir. Ailə şəraitində buna necə nail olmaq olar? Ailəyə inkişafetdirici mühitin yaradılmasını çətinləşdirən bir sıra səbəblər var. Məsələn, ailənin maddi imkanın aşağı olması, mənzillərin kiçik ölçüdə olması,  otağın dizaynı barədə ailənin biliklərin olmaması mühitin yaradılmasını çətinləşdirən səbəblərdəndir. Mühiti uşağın yaradıcı fəaliyyəti və müstəqil düşünməsi üçün  yaratmaq lazımdır. 

Ümumiyyətlə, ətraf mühit təkrarlanan olmamalı,  otaq işiqlı olmalı və mərkəzlər düzgün şəkildə birləşdirilməlidir. Beləliklə, valideynlərə evdə inkişafetdirici mühitinin qurulması üçün bəzi şərtlər nəzərə almaq lazımdır:

  • Oyun və oyuncaqları otağın müxəlif yerlərində yerləşdirilə bilər. Məzmunu mütəmadi olaraq dəyişdirilməlidir.Bu oyuncaqların atılması demək deyil.  Evdə oyuncaqların “saxlanma otağı” yaradılmalıdır və orada uşağın çox oynadığı oyuncaqlar saxlanılmalıdır. Müəyyən zaman keçdikdən sonra uşaq tərəfindən bir az unudulmuş oyuncaqları saxlama otağından çıxartmaq olar. 

  • Uşağın yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmalıdır.

  • Əşyalar, materiallar, parçalar, köhnə paltarlar, çantalar və müxtəlif kostyumlar və digər detalların saxlanılması üçün “sandıq” hazırlanmalıdır.   

  • Bütün oyun materialları bir yerdə cəmləşdirilməməlidir, uşaq üçün aktiv axtarış vəziyyəti yaradılmalıdır. 

  • Otaqda istirahət üçün istifadə olunan yumşaq yastıqlarla podium yaratmaq maraqlı olar.

  • Uşaq üçün güzgü yerləşdirilməlidir. (ideal yer dəhlizdir)  Mənzildən çıxarkən, uşaq özünü qaydaya salmağı öyrənir, lazım olduqda, öz xarici görünüşündə nəsə dəyişiklik edir.

  • Uşaqda xarici görünüş mədəniyyəti, əməksevərlik, müstəqillik keyfiyyəti formalaşmağa başlayır. Uşağın paltarları  dolabda saxlanmalıdır.  

  • Uşaq işləri üçün yer təşkil edilməlidir .

  • “Uşaq laboratoriyası . uşaq laboratoriyası təşkil edilməlidir. Bir qutuya maqnit, böyüdücü şüşə, mikrofon, kompas toplamaq olar. Laboratoriyanı təşkil edərək, tədricən yeni əşyalar daxil edilməlidir, onlar haqqında məlumat verilməlidir.  Uşağın cinsindən asılı olaraq “bacarıqlı əllər” guşəsi təşkil edilə bilər. Tullantı materiallar məsələn: tıxaclar, plastik qab, təbiətdən isə qozalar, tumlar toplamaq olar. 

  • “Evinizdə kitablar” - valideynlər evdə sevdiyi kitabların saxlanması üçün rəf yarada bilər. Uşaqla birlikdə kitablara baxılsa daha sonra uşaq özü kitablarla maraqlanmağa başlayacaq.

  • “Həyatımın lenti” - uşağın ailə fotoşəkilləri (hətta yaxın ailənin)  qarşısında olmağı çox yaxşıdır.  

  • “İdman güşəsini təşkili” - sevimli idman oyuncaqları ilə hər zaman oynamaq imkanı olmalıdır Bütün valideynlər uşaqların sağlamlığını qorumaq və gücləndirmək istəyir bunun üçün evdə idman küncü olsa bu daha asan olacaq.  Uşağa öz enerjisini müsbət istiqamətdə həyata keçirmə imkanını vermək vacibdir. Uşaq hiperaktiv olduqda idmanla məşğul olmaq xüsusilə vacibdir. Yalnız bu halda fiziki yüklənmə həddindən artıq gərginliyi atmağa və digər məşğələlərə diqqət yetirməyə imkan verəcək. 

  • “Sakitlik” guşəsi yaradılmalıdır, orada sakitləşməyə, istirahət etməyə imkan verən əşyalar və oyuncaqlar olmalıdır.

  • Yaradıcı qabiliyyətlərin inkişafı üçün qələmlər, flomasterlər, quaş, plastilin, yapışqan, uşaqlar üçün rahat olan yerdə fırçalar yerləşdirilməlidir ki, istənilən vaxt lazımi fəaliyyətlə məşğul ola bilsin. 

  • Mühiti qurarkən gender xüsusiyyətləri nəzərə alınmalıdır, mühit həm qızlar, həm də oğlanlar üçün ümumi və xüsusi materiallarla doldurulmalıdır.  Qızlar üçün müxtəlif gəlincik, beşik, oğlanlar üçün isə maşın,  tapança və sair qoymaq olar. Ümumi olaraq konstruktor  və  inkişafhetdirici  oyuncaqlar qoyula bilər. . 

  • Oyuncaq alınarkən, sertifikata, materialların təhlükəsizliyinə, oyuncağın inkişaf potensialına diqqət yetirilməlidir.

  • Əgər uşaq rəqəmlərə, hərflərə maraq göstərirsə, onu maqnit lövhəsi, rəqəm, hərf, xətkeş dəsti ilə təmin etmək lazımdır.