Çay və qəhvə içmək ölkəmizdəki bir çox insan üçün böyük bir zövqdür; Bəziləri üçün bu, əvəzolunmaz bir vərdişdir. Unudulmamalıdır ki, demək olar ki, hər gün formada qalmaq, enerjini yüksək saxlamaq və ya sadəcə xoş bir söhbətə yoldaşlıq etmək üçün içdiyimiz qəhvə və çayın tərkibindəki kofeinin ciddi zərərləri vardır. Xüsusilə hamiləlik dövründə həddindən artıq kofein qəbulunun körpənizin sağlamlığı üçün geridönməz fəsadlara səbəb olacağını heç düşünmüsünüzmü? Kofein, təbiətdə ən az 63 bitkinin toxum və yarpaqlarında olan bir maddədir. Hər kəsin çay, qəhvə və kola kimi içkilərlə demək olar ki, hər gün qəbul etdiyi bir maddədir. Hamiləlik dövründə gələcək anaların kofein qəbulu, bilərəkdən və ya bilməyərəkdən içkilər və yeməklər vasitəsilə alınır. Kofein maye yolu ilə (içkilərlə) qəbul edildikdə, daha sürətlə mənimsənilir və ciftdən dölə keçir.Vücuda hər 200 mq kofein daxil olduqda, ciftdə qan axını 25% azalır və kofein körpəyə keçir. Gələcək anada olan kofeinin yuyulmasını təmin edən maddələr mübadiləsi döldə və ciftdə yoxdur. Bu səbəbdən, xaric olmayan kofein döldə daha yüksək səviyyədə tapıla bilər. Uzun müddət kofein istifadəsi olan hamilələrin körpələrində bətndaxili inkişaf ləngiməsi müşahidə edilmişdir. Alınan kofein miqdarının körpənin inkişafına necə təsir etməsini cavablandırmaq çətin bir sualdır. Hamilələrin fərqli metabolik, ekoloji və genetik xüsusiyyətlərindən asılıdır. Mövzu ilə əlaqədar nəşr olunan elmi araşdırmanın nəticələrinə görə; Gündə 200 mq kofein qəbul edildikdə dölün çəkisi 60-70 qr azalır. Eyni araşdırmada 1)hamiləlikdən öncə 300 mq kofein qəbul edib,hamiləlik dövründə bu miqdarı gündə 50 mq -a qədər azaldan gələcək anaların körpələri və 2)kofein qəbulunu hamiləliyin ilk günlərindən 300 mq -da davam etdirən hamılələrin gələcəkdə doğulan körpəıərinin çəkiləri müqayisə edildi. Kofein qəbulunu azaltmayan gələcək anaların körpələrinin çəkilərində 160 qr. azalma aşkar edilmişdir. Kofein qəbulu artdıqca,döldə bətndaxili inkişaf ləngiməsinin dərəcəsi artməşdır; Beləliklə, hər mq kofein körpənin inkişafına mənfi təsir göstərir. Bildiyimiz kimi,hamiləlik dövründə dəmirə olan tələbat artır. Kofeinin mənfi təsirlərindən biri də budur ki,hamilə qadınlarda dəmirin sorulmasınıı 40% -ə qədər azaldır. Bir sözlə, gələcək ananın dəmir ehtiyacını ödəmək üçünqəbul etdiyi dərman preparatlarının effektinə kofein qəbulu mane olur. Sağlamlığınızın qeydine qalın və gələcəkdə doğulan körpənizin sağlam olmağı üçün yalnız sağlam qidalanın!
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan həkim pediatr - neonatoloq Nərmin Məmmədova canlı yayımda COVID-19 virusundan uşaqların qorunması yollarından danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsi həyata keçirilir. Layihəmizin yeni rubrikasının qonağı uşaq cərrahı və uroloqu Aqil Abilov canlı yayımda uşaqlarda cərrahi patologiyalar haqqında danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan bədən tərbiyəsi müəllimi Hüseyn Hüseynov canlı yayımda idman və onun uşaq inkişafına təsiri haqqda danışıb və izləyicilərdən gələn sualları cavablandırmışdır.