Hər bir qadının həyatında hamiləlik dövr&u...
Sosial iş, sosial problemlər və bu problemlərin öhdəsindən gəlmək üçün inkişaf etdirilən təşkilatlar, demək olar ki, paralel bir tarixə malikdir. Müasir Cəmiyyət ailə, mülkiyyət, dövlət və digər sosial institutlarla yanaşı onun stabilliyini təmin edən bir mexanizm yaratmışdır. Bu mexanizm- ehtiyacı olanlara kömək göstərməyə istiqamətlənmiş peşəkar fəaliyyət kimi qəbul olunan sosial işdir. Sosial dəstəyin müasir forması olan sosail iş həm qədim Şərqdə, həm də qədim Qərbdə formalaşmış şərait əsasında yaranmışdır.
Qədim zamanlarda yaranmış xeyriyyəçlik əsrlər boyu ehtiyacı olanlara kömək göstərmənin əsas forması olmuşdur. Bu forma XVIII əsrin sonu XIX əsrin əvvəlinə qədər, yəni Avropa və Amerika ölkələrində sənaye çevrilişi başlayan dövrə qədər davam etmişdir. Sənaye çevrilişi istehsalatın texniki təkmilləşməsi ilə yanaşı sosial problemlərin kəskinləşməsi ilə də nəticələndi, işsizlik, yoxsulluq, cinayətkarlıq artdı. Getdikcə aydın olurdu ki, dövlətin sosial problemlərinin həllinə qarışmasa ciddi fəsadlarla üzləşə bilər. Nəticədə XIX əsrin sonunda avropa və amerika ölkələrində sosial qanunvericilik yarandı.
Xeyriyyəçiliklə məşğul olan insanlar göstərdikləri köməklikdən maddi yox, ancaq mənəvi məmnunluq hiss edirlər. Həmçinin onlardan xüsusi peşə hazırlığı tələb olunmurdu. Elə bu səbəbdən xeyriyyəçiliyin müəyyən müsbət nəticələrinin olmasına baxmayaraq, peşəkarlığın olmaması xeyriyyəçilərin insanlara sosial problemlərin həll edilməsində effektiv kömək göstərməsinə mane olurdu. Beləliklə köməyə ehtiyacı olanlara dəstək göstərmək peşəyə çevrilməyə başladı. Amerikada bu peşəyə sosial iş, Avropa ölkələrində isə sosial təbabət adlandırmağa başladılar. Hal-hazırda bütün dünyada bu peşə sosial iş peşəsi adlanır.
Qərb ölkələrində mövcud qanunvericiliyində təsbit edilmiş hüquqlar: təhsil almaq, tibbi xidmət, yaşa görə təqaüd, əlilliyə və işsizliyə görə müavinatla təminat əksər hallarda elə kağız üzərində qalırdı, çünki bir çox insanın bunlar haqqda heç məlumatlı deyildilər və vətəndaşların sosial hüquqları haqqda qanunun qəbul edilməsi hələ onların həyata keçirməsinə zəmanət vermir. Digər tərəfdən aydın görünürdü ki, bu hüquqların reallaşması üçün insanlara peşəkar, fəaliyyətlərində fərdi yanaşma prinsiplərinə əsaslanan sosial işçilər olmalıdır. Son nəticə olaraq bu, sosial işi ancaq böhran vəziyyətinə düşmüş (məsələn, ağır xəstəlik, işin itirilməsi) insanlara köməklik etmək üçün deyil, vətəndaşların hüquqlarının həyata keçməsinə istiqamətlənən fəaliyyət kimi qəbul etməyə gətirib çıxartdı. Başqa sözlə desək, insanlar gündəlik həyatlarında üzləşdikləri problemləri onların qanunla təyin edilmiş hüquqlarının təmin edilməməsi kimi yanaşmağa başladılar. Təəccüblü deyil ki, bəzi ölkələrin, məsələn İsveçin qanunvericiliyində hər bir vətəndaşın sosial işçinin köməyindən istifadə etmək hüququ təsbit olunmuşdur. [5]
Beləliklə, XX əsrin 50-ci illərində qərb ölkələrində sosial işçilərin fəaliyyətini tənzimləyən həm hüquqi, həm də mənəvi sistemi formalaşdı. Hüquqi normalar öz əksini sosial qanunvericilikdə, mənəvi normalar isə sosail işçinin etik kodeksində öz əksini tapmışdır.
Son 5 onillikdə sosial iş bütün dünyada daha çox inkişaf etmiş və sosial instituta çevrilmişdir. 1956-cı ildə yaranmış Beynəlxalq Sosial İşçilər Assosiasiyasının fəaliyyəti bu inkişafa təkan vermişdir. [6]
Sosial iş peşə kimi XIX əsrdə yaranmışdır. Ilk dəfə 1898-ci ilin yayında Kolumbia Unversitetində sosial iş üzrə sinif açıldı. [7] İngiltərədə də sosial iş demək olar ki, Amerika ilə paralel başladı. İngiltərədə ilk sosial işçilər xəstəxana sosial xidmətçisi adlandırılırdı. 1895-ci ildə Mary Stewart Royal Free Xəstəxanasında ilk sosial xidmətçi kimi çalışdı. [8]
Peşə kimi sosial iş Avstraliyada İngiltərə və Amerikadan sonra inkişaf etdi. 1920-ci ildə ilk peşəkar sosial işçilər yetişmişdir. 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başladı.
1865-ci ildə İngiltərədə keşiş Vilyam Buts "Xilas ordusu" təşkilatını yaratdı bu təşkilat məzlumlara, yazıqlara maddi və mənəvi köməklik edirdi.
1899-cu ildə ABŞ-da Ceyn Adams, sosial iş nəzəriyyəsi və təcrübəsinin əsasını qoyan şəxslərdən biri Amerikada işsiz və evsiz qalan, dili bilməyən emiqrantlara yardım etməyə başladı. Bu miqrantlarla sosial işin əsasının qoyulması idi.
XIX əsrin sonu- XX əsrin əvvəllərində könüllü xeyriyyəçilikdən elmi və peşəkar filantropiyaya keçid baş verdi. Avropada "Sosial tibb", Amerikada "sosial iş" termini yarandı.
1917-ci ildə ABŞ-da ilk sosial işçilərin təşkilatı qeydiyyatdan keçdi. 1921-ci ildən bu təşkilat Amerika Sosial İşçilərinin Assosiasiyası ilə əvəz olundu. [1. S8-11]
Hal-hazırda sosial iş ölkəmizdə özünün institutlaşma mərhələsinə qədəm qoy maqda, təşəkkül istiqamətlərini müəyyənləşdirməkdədir. Bu sahənin inkişafı bir sıra obyektiv və subyektiv problemlərlə qarşılaşmasına baxmayaraq, onun elmi-nəzəri əsaslarının ölkəmizdə təsis edilməsi gündəmdə duran ən vacib məsələlərdən biridir. Əgər nəzərə alsaq ki, sosial iş insan fəaliyyətinin elə bir sahəsidir ki, orada nəzəriyyə daima praktikanın davamı kimi çıxış edir, onda sosial işin nəzəri problemlərinin tədqiqi xüsusi önəm kəsb edir. Bu və ya digər sosial problemlərin həllinin praktiki cəhətdən mürəkkəbliyi sosial işçiləri, mütəmadi olaraq nəzəri sahəyə müraciət etməyə və biliklərini davamlı olaraq zənginləşdirməyə məcbur edir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, sosial işin nəzəriyyə və praktikası anlayışlarının seçilib ayrılması prosesi XX əsrin 70-ci illərindən başlamışdır.
Ümumiyyətlə, sosial iş mütəxəssisləri sosial işin yaranma tarixini bir neçə mərhələyə ayırlar:
I mərhələ- qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranır. Sədəqə, mərhəmət, filantropiya, xeyriyyəçilik formalaşır.
II mərhələ- XIX əsrin sonu-XX əsrin əvvəlləri sosial işin ayrıca peşə sahəsi kimi inkişaf etməsi.
III mərhələ- sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.
IV mərhələ- 80-ci illərin sonu-90-cı illərin əvvəli sosial işin nəzəriyyəsi və təcrübəsi əsas fəaliyyətin klientin fəallaşması prinsipi əsasında keçirilməsi konsepsiyası ilə zənginləşir. [2, s20]
Ictimai hadisə kimi sosial iş insan toplumu yarandığı gündən mövcuddur və müxtəlif tarixi dönəmlərdə, bu yönümdən hər bir cəmiyyət, öz üzvlərinə müxtəlif cür kömək etməyə çalışmışdır. Göstərilən kömək və dəstək, müvafiq cəmiyyətin ümumi inkişaf, konkret tarixi dövr üçün mədəniyyətinin səviyyəsi ilə müəyyən olunur. Tarixdən məlum olan ən birinci sosial kömək vasitəsi sədəqədir. Sonralar dövlətin meydana gəlməsi ilə əlaqədar, kömək, dəstək göstərmək prosesinin məzmunu sistem xüsusiyyətləri ilə zənginləşdi (köməyin qanunvericilik əsasları, prosesin nizama salınması və s). Sosial işin inkişafında xristian ideologiyası da önəmli rol oynamışdır. Kilsə, əhalinin müxtəlif kateqoriyalarına köməyin və dəstəyin göstərilməsi sahəsində institutların yaradılması ilə əlaqədar fəal rolu ilə qənaətbəxş olmayıb, o, həmçinin xristian doktrinası vasitəsi ilə də dəstək prosesinin məzmununu zənginləşdirir. Yoxsulluq, dilənçilik kimi halların anlamı özünəməxsus fəal sosial-dini kontekstdə dünyanın böyük “Allahın” obraz və simasına rəğmən dəyişdirilməsi yönümündə nəzərdən keçirilir.
Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib edir. Qanuna daxil edilmiş əsas məqamlardan biri insanların məhrumolmalar zamanı bir-birilərinə dəstək olması tələbi idi. E.ə. 1200-cü ilə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edir. Filantropiya yunan dilindən insan sevərlilik, ehtiyacı olanlara yardım mənalarında istifadə olunur. [3.s 25]
Ədəbiyyat
Fikriniz
0
0