Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş modelləri (II hissə)

Qərbdə XX əsrin 70-ci illərində sosial iş praktikasında bu üsulun tətbiqi geniş vüsət almağa başlayır. Sistem üsulunun ən məşhur nümayəndələri kimi A.Pinkus və A.Minaxanı qeyd edirlər. Bu üsulun tətbiqi ilə əlaqədar, tədqiqatçılar tərəfindən irəli sürülən əsas arqument ondan ibarət idi ki, insanlar bir çox hallarda, öz həyatlarını yaxşılaşdırmaq istəklərində, onları əhatə edən çox saylı sistemlərdən asılı olurlar. Buradan isə belə bir nəticə hasil olur ki, insanın sosial müdafiəsi problemlərinin həllinin uzunmüddətliliyi, əsasən, sistemin tək milləşdirilməsi və tənzimlənməsindən asılı olur. Bu baxış çərçivəsində belə bir təsəvvür geniş yayılmışdır ki, insanlara 3 tip sistemlər yaxından kömək göstərirlər:

  1. Birincisi, qeyri formal sistemlərdir (ailə, dostlar və s).
  2. İkincisi, formal sistemlər, məsələn, siyasi partiyalar, həmkarlar və s.
  3. Və nəhayət, əsas sosial institutları (məktəb, hüquq mühafizə orqanları və s.) təqdim edən sosietal sistemlər.

Bu kontekstdə sosial işçinin vəzifələri 2 qrupa ayrılır.

  • Bir tərəfdən, insanlara problemlərinin həlli ilə əlaqədar kömək göstərəcək təşkilat və idarələrin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar olan vəzifələr;
  • digər tərəfdən, öz tələbatlarını ödəmək, insanın özünümüdafiə potensialını yüksəltmək məqsədi ilə, köməyə ehtiyacı olan insanlara, sosial iş müəssisələrin dən geniş istifadə olunması ilə əlaqədar, sosial işçilər tərəfindən köməyin göstə rilməsi.

İnsan həyatında problem situasiyaları o halda yaranır ki, onunla mühiti arasındakı əlaqə ya pozulur, yaxud da təhrif olunur. Məhz aşağıdakı hallarda bu baş verə bilər:

  • bu və ya digər növ sistem mövcud olmur;
  • insan ona kömək göstərmək iqtidarında olan sistemlərin mövcudluğu haqqında ya bilmirlər ya da bilmək istəmirlər;
  • insanın bu və ya digər sistemə daxil olması onun üçün yeni problemlər (məsələn, asılılıq) yaradır;
  • və ən nəhayət, müxtəlif sistemlərin münaqişəsi.

Müvafiq üsulun tətbiqi zamanı sosial işçinin qarşısında duran əsas vəzifə, kliyent ilə onu əhatə edən sistemlər arasındakı münasibətlərin elə tərəflərini axtarıb tapmaqdır ki, məhz onlar problem və gərginlik mənbəyidir və bu problemlərin həllində sosial işçi hansı əməli tədbirlər keçirə və təklif edə bilər məsələləri gerçəkləşdirilmiş olsun.

İkinci sistem modeli. Bu model T.Parsons nəzəriyyəsinin sosial işin tələbatlarına uyğunlaşdırılması ilə əlaqədar idi və qeyd etmək lazımdır ki, onun tətbiqi çox uğursuz oldu. Məsələ ondan ibarət idi ki, Parsons konsepsiyasının sosiologiya elmində ənənəvi olaraq tənqidə məruz qalan hissələri məhz, sosial sistemdə münasibətlərin ifrat ahəngdarlığı, sistemin ta əvvəldən tarazlığa meylli olması, subyektin fəallığının təcrid olunması kimi konseptual məqamları sosial işə tətbiq etmək cəhdləri göstərildi və bu da əsasən qeyri-sabit sistemlərlə əlaqəli olan sosial iş təcrübəsi üçün işlək nəzəri model ola bilməzdi.

Və nəhayət, praktiki tətbiq və dinamik inkişaf nöqteyi-nəzərindən uzun müddətli hesab edilə biləcək son model sistem ekoloji modelidir. Bu modelin “hayat modeli” adlanan konsepsiyası günümüzdə çox populyardır. Cari model, insanları “qarşılıqlı mübadilə” vasitəsi ilə daima ətraf mühitə uyğunlaşmağa çalışan subyektlər kimi nəzərdən keçirir, yəni fərdlər ətraf mühiti dəyişdikləri kimi, özləri də onun təsiri altında dəyişirlər. Qarşılıqlı adaptasiya (uyğunlaş ma) anlayışı “şəxsiyyət mühit” münasibətlərinin analizində əsas yeri tutur. Cəmiyyətdəki yoxsulluq, diskirminasiya və s. bu kimi sosial problemlər, ətraf mühiti “çirkləndirir” və onun qarşılıqlı adaptasiya qabiliyyətini aşağı salır. Adaptiv balansın pozulması, bizim tələbatlarımızla ətraf mühitin imkanlarının üst-üstə düşməməsi formasında ifadə olunur. Streslərin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

  • birincisi, müxtəlif həyati dəyişikliklər (məsələn, status və rolun, sosial mə kanın dəyişdirilməsi, yaşla əlaqədar dəyişikliklər və s);
  • ikincisi otraf mühitin təzyiqi (mas, sosial qeyri-bərabərsizliyin nəticəsi olaraq sosial qrupların qeyri-bərabər imkanları);
  • üçüncüsü. şəxsiyyətlərarası münasibətlər (məsələn, istismar). Həyatları boyunca insanlar bu problemlərin böyük əksəriyyəti ilə üzləşməli olurlar.

Aralarında müəyyən fərqlər olmasına baxmayaraq, sistem modellərinin ümumi xüsusiyyətləri ondan ibarətdir ki,

  • onlar diqqətlərini ətraf mühitin dəyişməsi üzərində cəmləşdirir;
  • bir şəxsiyyətin digər şəxsiyyətə birbaşa təsirini (gizli fikir və hisslərini deyil) təhlil edir;
  • arzu olunan nəticələrin müxtəlif yollarla əldə edilməsi imkanlarını tanıyırlar.

Metodoloji nöqteyi-nəzərdən cari model inteqrativ model kimi çıxış edir, çünki o həm ayrı-ayrı fərdlərlə, həm də onların daxil olduqları sosial qruplar və icmalarla eyni zamanda işləməyi nəzərdə tutur. Sistem metodu hadisələrin səthi, birbaşa izahından qaçır və təlimatlandıran, tövsiyə verən deyil, izah edən model olaraq qalır.

Bundan başqa, sistem və sistemekoloji modelləri münaqişəni sistemin bütövlüyü və inteqrasiyası üçün təhlükə mənbəy: hesab edərək sistemin qorun ması üçün onlann vaxtınüa söndürülməsini təklif etsələr belə, real həyatda əksər hallarda, belə münaqişələrin qarşısını almaq üçün, bütün sistem səviyyə sində qlobal dəyişikliklər aparmaq lazım gəlir. Beləliklə, yeni müstəqi nəzəri model kimi, sistem modeli kokret praktik fəaliyyətdə tətbiq üçün çətin olsa da, asas metodoloji prinsiplərdən biri olmaqla, sosial iş nəzəriyyəsini daha yeni analiz səviyyəsinə qaldırmış oldu.

Ekosistemlər nəzəriyyəsində sosial işin asas vəzifəsi, insanların adaptiv qabiliyyətlərinin yüksəldilməsindən, insanla mühit arasındakı kompromisi daha da adaptiv etmək məqsədi ilə, insanların əhatəsinə təsirin göstərilmə sindən ibarətdir. Beləliklə, müvafiq üsulda sosial işçi, müştərinin problemlə rinin həlli lə əlaqədar, təkcə onun özünə deyil, həmçinin onu əhatə edən mühitə də təsir göstərməli olur.

Sosial işin strukturunda sistem ekoloji üsulu öz nümunəsini hərtərəfli şəkil də, əhalinin sosial təminatı və dəstək işinin təşkilində tapır. Bu dəstək, əhalinin ehtiyacı olan müəyyən qruplarına həm mərkəzləşdirilmiş (formal), həm də fər di qeyri-formal şəkildə (qonşuların, qohumların) göstərilən köməyi əhatə edir. Beləliklə, bu kömək həm şəxsi, həm də ictimai ola bilər. Şəxsi kömək əsasən sosionomların və müştərilərin psixoloji imkanlarından, ictimai (sosial) isə, tər biyə və əks əlaqədən, ixtisaslaşdırılmış müəssisələrin təsir effektlərindən istifadə edir.

Sistem üsulunun digər üsullardan fərqli cəhəti ondan ibarətdir ki, o, diqqətini kliyentin şəxsiyyətində və psixi problemlərində deyil, onun həyati prob lemlərinin sosial məzmununda cəmləşdirir. Bu üsulun mövcud çatışmazlıqlarından biri kimi, insanlara köməyin göstərilməsi ilə əlaqədar yolların seçilmə sindəki konkretliyi və texnoloji cəhətdən qeyri-mükəmməlliyini qeyd edirlər.

Sosial iş nəzəriyyəsində yuxarıda nəzərdən keçirdiyimiz konseptual mo dellərdən başqa digərləri də mövcuddur və qısaca olaraq onların da üzərində dayanmaq önəmli olardı. Söhbət:

  1. “müdaxilə” yaxud “böhran situasiyasına müdaxilə” və
  2. “prevensiya” nəzəriyyələrindən gedir.

Böhran situasiyasına müdaxilə nəzəriyyəsi günümüzdə sosial iş praktikasında ən geniş yayılmış universal nəzəri metodlardan biridir. Ənənəvi olaraq böhran deyəndə, gözümüz önünə məşəqqətli keçid dövrləri, nəzərəçarpacaq situativ dəyişikliklər, gözlənilməz faciəvi hadisələr (ölümlər, qəzalar) və s. gəlir. D.Kaplanın əsərləri ortaya çıxandan sonra, fərdin vərdiş etdiyi vasitələrlə öhdəsindən gələ bilmədiyi problem situasiyaları da, böhran situasiyaları kimi qiymətləndirilməyə başlandı. Bu məntiqə rəğmən sosial xidmət orqanlarına kömək üçün müraciət edən insan böhran situasiyasında olan insandır. Bu nəza riyyənin daha dolğun izahını Naomi Qolan aşağıdakı tezislərdə ifadə edir:

  • hər bir insan, sosial qrup yaxud təşkilat ömrü boyunca böhranlı vəziyyətlərlə qarşılaşa bilər və bu hadisələr gözlənilən və gözlənilməz ola bilər;
  • hər Hansısa bir itki ilə müşayət olunan hadisələr ən qorxulu hadisələrdir, çünki bu halda şəxsiyyətin müvazinəti pozulur, o, öz problemlərini adi hallar da olduğu kimi həli etmək qabiliyyətini itirir və onun durumundakı psixoloji gərginlik artır,
  • stresli hadisələr təhlükə, itki, çıxılmazlıq hisslərini yaratdırından, fərdin
  • ilkin reaksiyası narahatçılıq, daha sonra depressiya, daha sonra isə, mövcud narahatçılıq nəticəsində yaranmış problemi həll etmək cəhdləri ola bilər;
  • yaranmış problemlərin əksəriyyəti əvvəllər tətbiq olunmuş strategiyalar əsasında həll edilir və bu da foal böhran ehtimalını aşağı salır, lakin problemin həlli yönümündə uğursuz cəhdlər edilmiş olarsa, onda böhranlı situasiya kəskinləşə və onun nəticələri acınacaqlı ola bilər;
  • böhranlı hadisələr arasındakı aralıq və ondan çıxmaq üçün tələb olunan zaman kəsiyi, şəxsiyyətin psixoloji xüsusiyyətlərindən və hadisələrin xarakterindən asılı olaraq dəyişir. Lakin bir qayda olaraq, foal böhran dövrü 46 həftə aralığını əhatə edir;
  • böhranlı durumda olan insanlar, xarici təsirə məruz qalmaq nöqteyi nəzərindən daha həssas və “Açıq” insanlar olduqlarından, onların durumuna məhz bu dövrdə müdaxilə olunmasının əhəmiyyəti təkzib edilməzdir;
  • bərpa yaxud “reinteqrasiya” dövründə kliyent problemin həlli ilə əlaqədar yeni üsulları mənimsəyir və bu da onun gələcəkdə gözlənilə biləcək böhranlı situasiyalar üçün dayanıqlığını artırır.

Bərpa yaxud “reinteqrasiya” prosesi özünə bir neçə mərhələni daxil edir:

  • birincisi. koqnitiv duyumun korreksiyası nəticəsində kliyentlər, onların başlarına gələn hadisələrlə əlaqədar daha dəqiq və ətraflı məlumatlara malik olur, dünyagörüşlərini zənginləşdirirlər;
  • ikincisi, hisslərin idarə olunması güclü emosiyalardan «azad olma», sosial işçilər tərəfindən məqbul hesab edilən reaksiya kimi nəzərdən keçirilir;
  • ücüncüsü, situasiyanı ələ almaq nöqteyi nəzərindən yeni davranış model ləri inkişaf etdirilir.

Beləliklə, sosial işçinin başlıca vəzifəsi, mümkün dərəcədə çox sosial vərdişlərin mənimsənilməsi məqsədi ilə, kliyentə zəruri emosional və sosial köməyin göstərilməsindən ibarətdir. “Müdaxilə” yaxud “böhran situasiyasına” müdaxilə nəzəriyyəsi, sosial iş praktikasına daxil olmaqla, müxtəlif kateqo riyalardan olan müştərilərin problemlərinin həllində köməkçi rolunu oynayır. Bu model, konkret müdaxilə texnologiyalarının işlənib hazırlanması nöqteyi nəzərindən empirik tədqiqatlar üçün həmişə “Açıq” olmuşdur məsələn, suisid hallarının qarşısını almaq, ailə terapiyası və s. mərkəzlər nəzdində böhran xidmətlərinin açılması.

Bu nəzəriyyə ilə bilavasitə əlaqədar olan və sosial iş praktikasında geniş tətbiq olunan nəzəriyyə “prevensiya” nəzəriyyəsidir. Ümumi şəkildə prevensiyanı arzuolunmaz hadisələrin, proseslərin qarşısını almaq cəhdləri kimi qiymətləndirmək olar. Sosial iş institutlaşmara başladığı dövrdən ta bu günədək, davamlı olaraq prevensiya konsepsiyasına istinad etmişdir. Sosial işin labüd elementləri olan planlaşdırma və sosial layihələşdirmə, elə əslində preventiv tədbirlərin yığcam ifadəsindən başqa bir şey demək deyildir. Bütün qərb ölkələrində preventiv kömək, sosial müdafiənin formalaşması və inkişafının əsas mərhələrindən biri olmuşdur.

 

İstifadə edilən ədəbiyyat:

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с.