Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Valideynləri və qadınları çox narahat hirsutizmin bir növü olan idiopatik hirsutizm haqqında məlumat vermək istəyirəm.
Hirsutizm nədir? Hirsutizm dedikdə ilk nəyi düşünmək lazımdır?
Hirsutizm-Qadınlarda və daha çox gənc qızlarda üzdə,çənədə,üst dodaqda,çənəaltı nahiyədə, sinə arasında,süd vəzisi giləsi ətrafında,qarın və göbək ətrafında(androgenə həssas bölgələrdə) kişilərə xas tüklərin yaranmasıdır.5% qadınlarda rast gəlinir.
Hipertrixozla səhv salına bilir.Hipertrixoz-androgenə həssas olmayan bölgələrdə yumşaq və nazik tüklərin olmasıdır.Məsələn: çənəaltı nahiyədə nazik tük örtüyü var,burada tek örtüyünün artması-hipertrixoz,qalın,tünd,uzanan tüklərlə əvəzlənməsi-hirsutizmdir.
İdiopatik və ya konstitusional hirsutizm-androgenlərin(yəni kişi cinsi hormonları) artması olmadan yaranan normadan artıq tük örtüyünün olmasıdır.Adətən müəyyən etnik qruplarda,xüsusən də Aralıq dənizi ətrafında daha çox rast gəlinir.
Bu zaman qadının normal menstrual tsikli və qan plazmasında normal testoteronun səviyyəsi müşahidə olunur.Bu növ hirsutizmin səbəbi hələ də məlum deyil.Müəyyən olunub ki,bu qadınlarda dəridə 5@ reduktazanın aktivlik səviyyəsi yüksəkdir.
Qanında sərbəst və ümumi testosteronun səviyyəsi,menstrual tsikli müntəzəm olan qadınlarda diaqnostikası aparılır.Mütləq prolaktinin yüksək səviyyəsi və qalxanvari vəzin funksiyası inkar olunmalıdır.
Bu tip hirsutizm müalicəyə tabe deyil.Dərman müalicəsinə ehtiyac yoxdur.İlk növbədə irsiyyət araşdırılmalıdır!
Fikriniz
0
0