Etik Dilemma

 

Etik dilemma peşənin əsasını təşkil edən bir neçə peşə öhdəlikləri arasında münaqişənin yaranmasıdır.

Minahana əsasən etik dilemmalar 7 əsas qrupa bölünür:

  • Sirr və məxfi məlumatın saxlanılması
  • Həqiqətin söylənməsi
  • Paternalizm və öz müqəddəratını həll etmə
  • Qanun, qayda və siyasət
  • Həmkarın etdiyi qeyri–qanuni hərəkətə dair şikayətlər
  • Məhdud resursların paylanması
  • Şəxsi və peşəkar dəyərlər

Sosial iş təcrübəsində etik dilemmalara səbəb olan əsas amillər rəqabətdə olan dəyərlər, loyallıq və qeyri–müəyyənlikdir.

Etik dilemmalarm paternalistik qrupuna sosial işçinin müştərinin ən yaxşı maraqlarının təmin edilməsi üçün onun öz müqəddəratıru təyin etmək hüququnu məhdudlaşdırması aiddir.

Sosial işçinin şəxsi dəyərləri ilə peşə borcu arasında yaranmış ziddiyyətlər etik dilemmaların şəxsi və peşə dəyərləri qrupuna aiddir.

Müasir sosial iş təcrübəsində etik dilemmaların həlli prosesində paternalistik yanaşmaya adətən müştərinin əqli problemləri olduğu aşkarlandığı və müştərinin özünə xəsarət yetirməsinin qarşısının alınmasının labüd olduğu hallarda müraciət edilir.

Çalışdıqları sosial agentliklərdə olan nizamnamələr və qanunlarda olan və aynseçkiliyə yol açan maddələrlə mübarizə aparan sosial işçilər qanun, qayda və siyasət sahəsində etik dilemma ilə qarşılaşmış olurlar.

Müasir sosial iş etikası muxtariyyət, fayda və ədalət prinsiplərinə əsaslanır.

Müasir sosial iş etikasının fayda prinsipinə əsasən etik təcrübə həyata keçirən sosial işçi müştərilərinin fikirlərinə hörmətlə yanaşır, onları ziyandan qoruyur və onları müdafiə etmək üçün bütün mümkün səyləri göstərir.

Müasir sosial iş etikasının muxtariyyət prinsipinə əsasən etik təcrübənin əsas məqsədlərindən biri seçim azadlığından ibarətdir.

Müasir sosial iş etikasının ədalət prinsipinə əsasən etik təcrübənin əsas prinsiplərindən biri bütün insanları bərabər hüquqlu insanlar kimi qəbul etməkdən ibarətdir.

Etik qərar qəbul etmə prosesində 6 əsas mərhələ var. Düzgün ardıcıllıq aşağıdakı kimidir:

  1. dilemmaya aid faktların qısa təsviri
  2. aidiyyəti şəxslərin (müştəri, onun ailəsi və sosial işçi) dəyər və prinsiplərinin müəyyən edilməsi
  3. dəyərlər arasında münaqişənin aydınlaşdırılması və qərar qəbul etmədə prioritetlərin müəyyən edilməsi
  4. mənəvi prinsiplərin qiymətləndirilməsi və hansı fəaliyyətin ən yaxşı nəticə verəcəyinə dair qərarın verilməsi
  5. təhlil nəticəsində qərarın qəbul edilməsi
  6. atılmış addıma bəraətin qazandırılması

Etik qərar qəbul etmə prosesinə aidiyyəti olan şəxslər sosial işçi, müştəri, müştərinin ailəsidir.

Müştərinin qərar qəbul etmə bacarığının qiymətləndirilməsi üzrə mərhələlər bunlardır:

  1. Sosial işçi başqa məlumat olmadığı təqdirdə müştərinin qərar qəbul etmə bacarığına malik olduğunu ehtimal edir və məlumatı birbaşa ondan almağa cəhd edir
  2. Sosial işçi müştərinin qərar qəbul etmə bacarığının olmadığmı müəyyən edir və buna dair yekun rəy psixiatr tərəfindən verilir

Müştərinin qərar qəbul etmə bacarığına malik olması aşağıdakına əsasən müəyyən olunur:

  1. Müştəri qərar qəbül etmək üçün ona təqdim edilən bütün məlumatı anlayır və onun məqsədlərinə müvafiq olaraq bütün alternativləri qiymətləndirə bilir, verəcəyi qərarın mümkün nəticələrini bilir, öz qərarını sosial işçiyə bildirə bilir
  2. Müştəri verəcəyi qərarın mümkün nəticələrini bilir və öz qərarını sosial işçiyə bildirə bilir

Sosial işdə "sosial işçinin yanıb qurtarması" işdəki stressverici mühit və problemlər nəticəsində sosial işçinin depressiya və apatiya yaşamasıdır.

Etik dilemmalar əsasən hansı məsələlər güc, bərabərlik, məhdud resursların ədalətli bölüşdürülməsi ətrafında yaranır. Etik dilemmanın həllinin tapılması üzrə proses əsasən sosial işçinin əsaslandığı etik nəzəriyyə, prinsip, qayda və normalar, birbaşa fəaliyyət mərhələlərindən ibarətdir. Etik dilemmanm həllinin tapılması üzrə prosesdə olan müxtariyyət prinsipi sosial iş prosesinin müştəri iştirakçısma aiddir. Etik dilemmanın həllinin tapılması üzrə prosesdə olan fayda prinsipi sosial iş prosesinin sosial işçi iştirakçısına aiddir. Etik dilemmanın həllinin tapılması üzrə prosesdə olan ədalət prinsipi bütövlükdə cəmiyyətə aiddir.

Tərcümə edilən ədəbiyyat

D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294. (s.155-160)