Uşaq, davranış və vərdişlər (2 yaş)

Uşağınız 2 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər

 

  • Mənfi davranışlarına və yaramazlıqlarına (israrla istəmək, inadkarlıq etmək, bağırmaq, sözə qulaq asma maq, dağıtmaq, oyuncaqlara və əşyalara zərər vermək....) mane olmaq maraq dilə onu əyləndirməyə çalışaraq diqqətini başqa yerlərə çəkə bilərsiniz.
  • Uşağınız həmişə gözünüzün qabağında olsun. Onunla məşğul olun, özünün də məşğul olmasını təmin etmək üçün asan imkanlar (zərərsiz oyuncaqlar oynamaq kimi) təşkil edin.
  • Etməsini istəmədiyiniz bir davranışı və ya almasını istəmədiyiniz bir əşyanı diqqətini başqa yerlərə çəkərək unutdura bilər, ya da ala bilərsiniz.
  • Bu yaşdakı uşağınıza qarşı qərarlı mövqe və davranışlar nümayiş etdirə bilərsiniz. Ancaq onu danlamayın, qorxutmayın, təzyiq göstərməyin və vurmayın.
  • Yemək-içmək, geyinmək kimi məsələlərdə nəzarət etməklə onu özbaşına qoyun. Təkbaşına yeməsinə, içməsinə və geyinməsinə fürsət verə bilərsiniz.
  • Bu yaşda bir az çox əsəb, bağırma, ağlama, mızıldanma kimi mənfi vərdişlərin olduğunu yaddan çıxarmayın.
  • Uşağınız hələlik başqaları ilə ortaqlıq edə biləcəyi şüurda və anlayışda olmadığı üçün, oynayacağınız oyunlarla onun ortaqlıq anlayışını mənimsəməsi üçün səy göstərin.
  • Əgər uşağınızın vəziyyəti münasib olarsa, lazımi tədbirləri görərək uşağınıza ayaqyolu ilə bağlı müəyyən şeyləri öyrətməyə başlaya bilərsiniz. Uşağınız tualetlə bağlı vərdişlərə gündüz yiyələnə bilər, lakin gecə vaxtı bunlara riayət etmə si çox çətindir və bu vərdişlərə yiyələnməsi uzun müddət ərzində reallaşa bilər.
  • Ayaqyolu ilə bağlı məlumatlar verərkən uşağınızı qorxudan hərəkət və davranışlardan (söylənmək, qışqırıb-bağırmaq, döymək kimi) qətiyyətlə uzaq durun. Əks təqdirdə, onu öyrətmək daha da qəlizləşəcəkdir.
  • Bu məsələdə səbirli olub tələsməmək lazımdır. Bəzi uşaqlar tualetlə bağlı vərdişlərə çox qısa müddət ərzində yiyələnərkən, bəziləri üçün uzun müddət lazım olduğunu unutmayın.
  • Uşağınıza zərər verə biləcək, ya da zərərə məruz qala biləcək hər cür əşya və oyuncağı ondan uzaq tutun.
  • Zərər vermədən, ya da zərər görmədən daşıya bildiyi bəzi əşyaları gətirib-aparmasını təmin edərək uşağınıza bir işi yerinə yetirmə zövqünü daddıra və onu sevindirə bilərsiniz.
  • Şəkilli nağıl və hekayə kitabları oxuyun və onun da danışma si üçün fürsət verin. Beləliklə də, oxuma və kitab sevgisinin təməlini qoymuş olarsınız.
  • Uşağınızın danışmasını təmin edən oyunlar oynayın. Danışması üçün ona söz verərək suallar soruşun (bu nədir? o kimdir?...). Beləcə, onun dil baxımından inkişaf etməsinə kömək etmiş olarsınız.
  • Qaçmasını, hərəkət etməsini, enerji sərf etməsini təmin edən oyunlar oynaması üçün lazımi imkanları (top oynama, qaçma, gizlənpaç...) təşkil edin. Lazım olarsa birlikdə oynayın.