Hər bir qadının həyatında hamiləlik dövr&u...
Sinfini keçərkən
Əksər ana və ya atalar uşağının oxuyub sinfi keçməsi üçün onu sövq etməyi, həvəsləndirməyi tamamilə unudur və buna əhəmiyyət vermirlər. Sövq edici cümlələr ümumiyyətlə belədir:
Hörmətli analar və atalar!
Uşağın oxuyub sinfi keçməsi onun tamamilə normal, yerinə yetirməli olduğu vəzifəsidir. Bu kimi vəzifələri müqabilində mükafatlandırıldığını görən uşağınız daha da uğurlar qazanması mümkün ikən, o, mövcud olanla kifayətlənəcək və daha çox nailiyyətlər qazanmaq üçün lazımi səyi göstər məyəcəkdir. Bundan əlavə, "bir sinifdən o biri sinfə keçməyin böyük bir iş olduğunu, sinfi keçdiyi təqdirdə ana-atası tərəfindən seviləcəyini, sinifdə qalmağın adi bir hal, keçməyin isə qeyri-normal bir hal olduğunu" fikirləşə bilər.
Məktəb həyatında uşağınızı norma üstü bir davranışından və ya uğurundan ötrü (təşəkkürnamə almaq; sənət, idman, sosial fəaliyyətlərdə fəal olmaq...) mükafatlandırdıqda, onun səyini və nailiyyətlərini daha da artırmış olarsınız.
Mükafatlandırma metodundan ölçülü bir şəkildə istifadə edildiyi təqdirdə, uşağa müsbət təsir bağışlayacağını və bunun uzun müddət davam edəcəyini unutmayın. "Sinfi keçərsən..." ifadəsi ilə başlayan ölçüsüz vədlərdən çəkinin; uşağınızı yanlış yönləndirməyin!
Fikriniz
0
0