Uşaqlarda yad cismin qida borusunda qalması

 Uşaqlarda yad cisim nəfəs yollarında deyil, qida borusunda qalıbsa uşaqda aşağıdakı hallar qeyd edilir:

Udmada çətinlik,

Ağız suyunda artma,

İştah pozğunluğu,

Kilo itirməsi və öskürəyə səbəb olur

         Udulan yad cismin ölşüsü əsasdır.Ölçüsü böyük olan əşyalar (dəmir pul, elemet) qida borusuna, mədəyə, bağırsağa keçərsə əsas problem ölçü ilə bağlı yaranacaq. Qida borusunda anatomik olaraq 3 fizioloji darlıq var və cisimlər həmin bu darlıqlarda ilişib qalır. Uzun müddətli həmin nahiyyədə qaldıqda yerli iltihaba, qida borusunun deşilməsinə səbəb ola bilər. Valideynlər diqqətli olmalıdır. Yad cisim həzm sisteminə düşərsə əsasən bağırsaqlar vasitəsilə xaric olur. Mexaniki, maqnit, dəmir tərkibli yad cisimlər həzm sistemində ilişib qala bilər. Bağırsaqların deşilməsinə səbəb olur. Bu səbəbdən belə yad cisimlər tez çıxarılmalıdır.

           Dəmir pullar udan uşaqlarda əgər qəpik böyükdürsə  dərhal çıxarılmalıdır. Qəpik kiçikdirsə uşaq nəzarətdə saxlanılmalıdır. Bu dövrdə uşaqlara duru qidalar verilməlidir. Bu qidalar qəpiyin nəcis vasitəsilə çıxmağına kömək edir. Uşaqlar həmin dövrdə tualetə getməlidirlər ki, qəpik çıxanda bilinsin. Nəcisdə qəpiyi görmədiyiniz halda həkimə müraciət edin.

            Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır. Təhlükəli hallar uşağın tüpürcəyini uda bilməməsi, ürək bulanma, qusma hallarıdır. Dəmir pullar udan uşaqlarda qəpik kiçik olsa belə qusma, qanaxma əlamətləri olarsa dərhal çıxarılmalıdır. Udulan əşyanın kənarı hamar-kiçik  və ya qəpik kiçikdirsə uşaq nəzarətdə saxlanılmalıdır. Öskürək həmişə bronxit əlaməti deyil. Qida borusunda qalan yad cisimlər öskürək, xırıltı kimi əlamətlər yarada bilər. Müalicə: yad cisim udmasına şübhə olan uşaqlar bronxoskop ilə tənəffüs yolları və qida borusu müayinə edilməlidir. Yad cisim varsa bronxoskop vasitəsilə çıxarılmalıdır.