Hamiləlikdə cinsi münasibətlər

Cütlüklərin əksəriyyəti hamiləlik zamanı cinsəllik mövzusunda yetəri qədər məlumatlı olmurlar və bu durum onlarda bir çox qorxulara səbəb olur. Dölə zərər vermə qorxusu, hamiləlik zamanı və sonrasında yarana biləcək ağırlaşmaların həyəcanı cütlüklərdə stresli bir vəziyyət yaradır. Bir çox hallarda isə (həkim tərəfindən qadağa yoxdursa) hamiləlikdə cinsi münasibətlər zərərsiz olur.

Qadınlar bilməlidir ki, uşaqlıq və uşaqlıq yolu fərqli məfhumlardır. Hamiləykən uşaqlıq boynu mukus (xüsusi seliklə) qapanır və doğuma az vaxt qaldıqda həmin selik atılır və doğum fəaliyyəti başlayır. Ona görə də mukusla uşaqlıq boynunun bağlı olması bakteriya keçməsinin qarşısını alır.

Adətən hamiləliyin ilk 3 ayında cinsi istəyin azalmasına rast gəlinir. İrəlidə gələn 2 və 3-cü trimestrdə isə istəyin artması müşahidə oluna bilər. Buna səbəb qanlanmanın artmasıdır. Bəzən hamiləlikdə bütün hamiləlik boyu cinsi istəksizliyə də rast gəlinir. Hamiləlik gözəl olduğu qədər, çətin və stressli bir dönəmdir. Bu halların daha çox yaranmasına səbəb hamiləliklə bağlı qayğılar və hamiləlik hestozlarıdır.

Əgər:

  • çoxdöllü hamiləlik müşahidə olunursa;
  • iki fərdin birində və ya hər ikisində kondilomalar,
  • cinsi yolla keçən infeksiyalar,
  • hamiləliyin ilk aylarında qanaxma,
  • istmiko-servikal çatışmazlığı varsa o zaman həmin müddətdə cinsi münasibətlər zamanı diqqət etmək olduqca önəmlidir.

Normal şərtlər daxilində cinsi münasibətlər doğumu rahatlaşdırmaz, sadəcə doğum sancılarının yaranmasına gətirib çıxara bilər.

 

Həsənli Nərmin

Mama-ginekoloq