Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Ana olmaq istəyən hər bir qadın hamilə olub-olmadığını bilmək üçün müxtəlif üsullardan istifadə edir. Bu üsullara fərqli hamiləlik testləri də aiddir. Hamiləlik testi qadının hamilə olub-olmadığını bilməsi üçün qan və ya sidik vasitəsi ilə yoxlanılır. Bu zaman qanda və ya sidikdə HCG hormonu axtarılır. Əgər HCG hormonu təsdiq olunursa, demək ki, qadın hamilədir.
Ev şəraitində hamiləlik testi nə zaman istifadə oluna bilər?
Adət gecikməsinin 10-cu günündə sidikdə HCG dəyərləri artır. Bu zaman ev şəraitində testdən istifadə etmək mümkündür. Lakin tam əmin olmaq üçün gecikmənin 11 və ya 12-ci günündə testi təkrarlaya bilərsiniz. HCG yalnız hamiləliyə bağlı hormon deyil. Başqa xəstliklər zamanı da kişi və ya qadınlarda bu hormonun artımı müşahidə oluna bilər. Hamilə olmayan, sağlam bir qadında HCG dəyəri 0-10mlU/ml arasında olur. Hamiləlik zamanı bu hormonun səviyyəsi kəskin yüksəlir. Sidik testləri tez olsa da, bəzən yanlış nəticələr verə bilir. Ona görə də hamiləliyin yoxlanması üçün qan testinin verilməsi daha yaxşı olar.
Test pozitiv çıxdıqdan sonra nə etmək lazımdır?
İlk növbədə həkim mama-ginekoloqunuza müraciət etməlisiniz. Həkiminizin qəbulunda daha tez olmanızda fayda var. Müayinə zamanı ilk olaraq uşaqlıq və ya ektopik (uşaqlıqdankənar) hamiləliyin olması araşdırılmalıdır.
Testiniz pozitivdirsə və sizin şiddətli qasıq və ya qarın ağrınız, ləkələnməniz varsa yenə də həkiminizə müraciət etməlisiniz. Hamiləlik testi neqativdirsə, gecikmə davam edirsə, daha bir həftə gözləyə bilərsiniz.
Həsənli Nərmin
Mama-ginekoloq
Fikriniz
0
0