Atalar və uşağın qayğısı

Ataları ilə çox zaman keçirən uşaqların özünəinamı yüksək olur, məktəbdə daha uğurlu olur və yeniyetmə dövründə az problemlər yaşayırlar. 

Ata övladını qucaqladığı və ona qayğı göstərdiyi, onunla oynadığı, mütaliə etdiyi və gəzməyə apardığı andan etibarən uşaq emosional və psixoloji cəhətdən daha sağlam böyüyür. Bu münasibət hətta uşaqların intellekt səviyyəsinə müsbət təsir göstərir. Atasından xoş münasibət görən uşaq anası ilə də yaxşı əlaqə qurur. 

Qadın ya kişi olmağından asılı olmayaraq hər bir valideyn körpəsinə qayğı göstərməlidir; körpəni bələyin, çimizdirin, bezini dəyişin, ona nağıl danışın, birgə əylənin, onunla söhbət edin, səsini təqlid edin, ünsiyyət qurun. Bunlar ilk baxışdan adi işlər kimi görünsə də, uşağın inkişafına çox böyük təsiri var. Bu cür münasibət uşaqların erkən inkişafını və öyrənməsini stimullaşdırır. Uşaqla yaxın və xoş emosional ünsiyyət xüsusilə onun beyin inkişafına dəstək verir, beyində sinaptik yolların (beyin neyronları arasında əlaqələr) inkişafına təkan verir. 

Uşaqların inkişafını sürətləndirmək üçün qeyri-adi tədbirlər görməyə ehtiyac yoxdur. Yuxarıda verilən tövsiyələrə əməl etməklə ev şəraitində də övladınızın hərtərəfli inkişafını təmin edə bilərsiniz. Unutmayın ki, ana ilə yanaşı atanın da övlada qayğı göstərməsi onun emosional harmonik böyüməsinə imkan yaradar.

 

Abuta Ağayeva

Nevroloq, UNİCEF-in milli təlimçis