Koronavirus və hamiləlik

Həkimlər, mütəxəssislər hələ də, virusun dölün inkişafınanecə təsir etdiyini tam izah edə bilmirlər. Bununla birlikdə,koronavirus infeksiyasına yoluxma zamanı hamilə qadınlarda digərsağlam insanlara nisbətən daha şiddətli simptomlar müşahidəedilmir. Əksər insanlar kimi hamilə qadınlar da xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə – öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətləri ilə keçirir və bir neçə gün ərzində sağalırlar.

Son dərəcə nadir hallarda hamilə qadınlarda ciddi simptomlar olur. Ürək problemi, astma, diabet, böyrək və ya qaraciyər xəstəliyi olanlar xüsusi bir risk qrupundadır və onlara xəstəlik dövründə evdə qalmaları, mümkün olduqca hər hansı bir sosial təmasdan çəkinmələri tövsiyə olunur. Bəzi viruslar hamiləlik üçün daha təhlükəli ola bilir, lakin koronavirusla bağlı hələ ki, belə hallara rast gəlinməyib.

Hamiləlik dövründə böyüyən döl qadının ciyərlərinə və ürəyinə təzyiq göstərməyə başlayır və qan dövranını çətinləşdirir. Gələcək ananın COVID-19 ilə yanaşı ağır bir xəstəliyi varsa, bu, vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemləri yarada bilər.Belə hallarda hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdır.

Koronavirusla bağlı tənəffüs problemi olan qadınların əksəriyyətində həkimlər qadının nəfəs almasına kömək etmək üçün qeysəriyyə əməliyyatına müraciət etməli olurlar. Belə hallarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər isə yoxdur.

Virusun anadan dölə keçməsi mümkündürmü?

Bu mümkündür. Uşağın anadan koronavirusa yoluxması hallarını bilirik. Çində aparılan bir araşdırmada COVID-19 olan 33 hamilə qadında üç yoluxma faktı aşkarlanmışdır. Ümumilikdə körpənin nə zaman (uşaqlıq yolunda, doğuş zamanı və ya doğuşdan sonrakı ilk anlarda) yoluxduğunu dəqiq müəyyənləşdirmək çox çətindir.

Hamiləsinizsə və virusa yoluxduğunuzu düşünürsünüzsə, nə etməlisiniz?

Soyuqlama və buna bənzər simptomlarınız varsa, evdə qalın və həkiminizə müraciət edin. Həkimlə görüş planlaşdırmısınızsasimptomlarınız barədə ona məlumat verin və müayinəni daha sonrakı bir tarixə təyin edin. COVID-19 diaqnozu təsdiqlənərsə, xəstəliyin yüngül forması olduğu halda hamilə qadınlar terapevt nəzarəti altında evdə müalicə ala bilərlər. Xəstəliyin orta və ağır formaları olduqda xəstəxanaya yerləşdirmə tələb olunur. Hamilə qadının təcrid olunmuş tək nəfərlik palataya yerləşdirilməsi tövsiyə olunur.

 

Abuta Ağayeva

Nevroloq, UNICEF-in milli təlimçisi