Məktəbəhazırlıq qruplarında dərs keçən müəllimlərin işinə verilən pedaqoji tələblər

Məktəbəhazırlıq qruplarında dərs keçən müəllimə verilənpedaqoji tələbləri aşağıdakı kimi sxemləşdirə bilərik:

Məktəbəhazırlıq qruplarında dərs demək sözün həqiqimənasında həm çox çətin, həm də çox ağırdır. Çünki bu zaman müəllimin üzərinə çox böyük məsuliyyət düşür. Bu mərhələdəuşağın oyun fəaliyyəti qismən təlim fəaliyyətinə keçir. Bundanbaşqa bu mərhələdə uşaqda bir sıra psixoloji və fiziolojidəyişikliklər baş verir. Bütün bunlar prosesi bir az dahaağırlaşdırır. Uşağın məktəb mühitinə düşməsi onun əlindənoyuncağın alınıb qələmin verilməsi və s. kimi dəyişikliklərmüəllimin köməyi olmadan çətinliklə həyata keçirilir. Məktəbdəməktəbəhazırlıq qruplarında dərs keçən müəllim bu dəyişiklikləribilmədən onların öhtəsindən gələ bilməz.

Müəllim uşaqlarda formalaşan “böyüklük” hissinidəstəkləməli, onları ünsiyyət və fəaliyyətlərində daha sərbəst vəməsuliyyətli davranmağa sövq etməlidir. 

Müəllim məktəbəqədər və ibtidai təhsil proqramlarını ətraflıbilməli və onlar arasında varisliyin təmin olunmasını bacarmalıdır.

Müəllim müxtəlif təbəqədən olan ailələrin uşaqlarınaməktəbəhazırlıq, təhsil alma imkanlarını bərabər yaratmağıbacarmalıdır.

Müəllim təlim prosesində uşaqların fiziki, psixoloji, sosial,emosional-iradi, idraki, nitq və estetik inkişafına yönələninkişafetdirici mühit yaratmalıdır. 

Müəllim təlim prosesində uşaqların maraq və tələbatlarınınödənilməsinə şərait yaratmalıdır (bunu müxtəlif üsullarla həyatakeçirərək edəbilər). Müəllim uşaqların məktəb şəraitinə daha rahatuyğunlaşmaları üçün psixoloji mühitin yaradılmasını bacarmalıdır. Təlim prosesində uşaqyönümlülük prinsiplərinə əməl olunmasıpsixoloji mühitin yaradılmasına imkan verir. Müəllim öz davranışıvə münasibəti ilə uşaqlara qarşı mehriban və qayğıkeş olmağıbacarmalıdır. 

Müəllim elə bir şərait yaratmalıdır ki, orada uşaqlarındiqqətini milli-mənəvi və ümumbəşəri dəyərlərə cəlb edə bilsin.

Bütün bunlar müəllim bacarığını qiymətləndirmək kimigöstərilməməlidir, onun öz işini düzgün qurması, müxtəlifməşğələlərin planını tərtib edərkən, bilik və bacarıqların xüsusicəhətlərinə diqqət yetirməsinə kömək göstərməsi üçün nəzərdətutulub. 

Məktəbdə məktəbəhazırlıq qruplarında dərs keçən müəllimməşğələlər təşkil edərkən bütün bunları nəzərə almalı, uşaqlarınyaradıcı işlərinin sərgisini təşkil etməli, valideynlər üçün söhbətlər, məsləhət saatları keçirməlidir.  

 

Mühitin təşkili

İnkişafetdirici mühiti təşkil edən elementlər uşaqlarınpsixoloji və yaş xüsusiyyətlərinə, həmçinin sanitar-gigiyenikqaydalara cavab verməlidir. İnkişafetdirici mühitin yaradılmasıişində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

➢ uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edəninsanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklərqazanması;

➢ uşaqların inkişafını və öyrənməsini təmin etmək üçünonların maraq, ehtiyac və güclü tərəflərinin nəzərəalınması. 

Məktəbdə sinif otağında inkişafetdirici mühitin yaradılmasıüçün hər məşğələ üzrə lazım olan material və vəsaitlər aşağıdakıkimi qruplaşdırılır:

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 günolmaqla 3 dərs keçirilir. Məşğələlərin həftəlik saatı 12 olmaqla 7fənn üzrə keçirilir. 

 

Dərs məşğələləri

Həftəlik məşğələsaatlarının miqdarı

1

Ətraf aləmlə tanışlıq

2

2

Nitq inkişafı

2

3

Bədii təfəkkürün inkişafı

1

4

Məntiqi və riyazi təfəkkürün inkişafı

2

5

Təsviri fəaliyyət

2

6

Musiqi

2

7

Fiziki mədəniyyət

1

 

Cəmi:

12

 

Məktəbdə dərs məşğələsinin müddəti 30 dəqiqə olmaqla, hər10 dəqiqədən bir idman fasiləsi, məşğələlər arası fasilə 10-15 dəqiqə olmalıdır. Zehni gərginlik tələb edən məşğələlərdə ehtiyacolduqca, 2-3 dəqiqə idman edilə bilər.

 

Həftənin günləri

Məşğələlər

Məşğələlərin

miqdarı

Bazar ertəsi

Ətraf aləmlə tanışlıq

Musiqi

Təsviri fəaliyyət

1

1

1

Çərşənbə axşamı

Məntiqi və riyazi təfəkkürün inkişafı

Fiziki mədəniyyət

Nitq inkişafı

1

1

1

Çərşənbə

Ətraf aləmlə tanışlıq

Musiqi

Bədii təfəkkürün inkişafı

1

1

1

Cümə axşamı

Məntiqi və riyazi təfəkkürün inkişafı

Təsviri fəaliyyət

Nitq inkişafı

1

1

1

Yekun

 

12

 

Qeyd: Məktəbdə məşğələ cədvəli hazırlanarkən müəllimuşaqların zehni gərginliyinin artırılmamasını daim nəzərəalmalıdır. Məsələn, məntiqi və riyazi təfəkkürün inkişafı və nitqinkişafı məşğələləri arxa-arxaya olmamalıdır. Çünki hər iki fənnzehni fəaliyyət tələb edir. Onların arasına bir fiziki fəaliyyət tələbedən fəaliyyət verilməsi məsləhətdir. 

 

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi