Hamiləlikdə yaranan çatlar

 

Dəri çatları (Stria Distensae) nədir?

Qarnın sürətlə həcminin artması, hamiləlik və ya kökəlmə səbəbindən dərinin altındakı təbəqənin tamlığının pozulması nəticəsində yaranan incə cizgilərdir. Bu çatlar nəticəsində tibbi bir problem yaratmayan, ancaq kosmetik olaraq narahatlıq verəngörüntü yaranır.

Dəri çatları dəridəki gərginliyin çox olduğu bölgələrdəgörülür. Gərginlik olan bu bölgələr: hamilə qadınların qarın və sinələri, yeniyetməlik dövründə qızların sinə və sağrıları,piylənməsi olan kəslərin bədənlərinin fərqli bölgələri ola bilər.

Dəri çatları necə görünür?

Dəri çatları yaranmazdan əvvəl ilk olaraq dəri rəngində çəhrayılaşma və bu mərhələdə qaşınma olur. Qısa bir vaxtdan sonra qırmızı bənövşəyi cizgi halını alır (stria rubra). Müəyyən bir zaman keçdikdən sonra ağarmağa başlayır və daha az görünür. Çox zamanbu çatlar bir neçə sm uzunluğunda 1-10 mm dərinliyində olur.

Dəri çatlarının müalicəsi mümkündürmü?

Çatların müalicəsində istifadə olunan dərmanlar dərinin orta təbəqəsi olan dermisdəki kollagenləri artırır və elastin sintezinə də təkan verir. Retinoid tərkibli kremlər: Retinoidler A vitamini sintez edir. Bu kremlər yara izlərində də yararlıdır, dəri səthini düzləşdirir, incə cizgiləri aradan qaldırır, dəri rəngini normal vəziyyətinə gətirir. Ümumilikdə müalicə müddəti 3-6 aydır. Müalicə müddətində günəşdən qorunmaq vacibdir.

Kimyəvi pilinq: bu müalicə növü xüsusilə 15-20 konsentrasiyada və trixloroasetik asit ilə hazırlanan pilinq dərinin orta təbəqəsinə qədər soyulma yaratdığına görə çatların izinin itməsinə gətirib çıxarır.

Fraksion lazer: son zamanlar daha çox istifadə olunan bu üsul vasitəsilə 3 seansdan sonra çatlarda gözlə görünən bir sağalma müşahidə edilir.

Çatlardan necə qoruna bilərik?

Bədəndə çatların olmasını istəmirsinizsə həddindən artıq və sürətli kilo almaqdan çəkinməlisiniz. Hamiləlik dövründə uyğun vasitələrlə dərinin masajı və dərini yumşaldan kremlərdən istifadə etmək məsləhətdir.

  

 Nərmin Həsənli 

Mama-ginekoloq