Enurez (gecə yerini islatma)

Enurez dedikdə qeyri-iradi sidik ifrazı başa düşülür. Bu, gecə və gündüz ola bilər. Enurez daha çox oğlanlarda görülür. 7 və 10 yaşlarında enurezin yayılmasına müvafiq olaraq oğlanlarda 9% və 7%, qızlarda isə 6% və 3% hallarda rast gəlinir. 

Enurez birincili və ikincili olur. Birincili enurezdə uşaq fasiləsiz olaraq yuxuda yerini isladır. İkincili enurezdə isə həmişə quru yatan uşaq altını islatmağa başlayır. Bu halda psixoloji problemlər ümumi bir səbəb olmasa da, mümkün bir səbəbdir. Psixoloji səbəblərəmüxtəlif vəziyyətlər – yeni bir qardaşın dünyaya gəlməsi,valideynlərin boşanması və ayrılması, ailədə ölüm, uşaq istismarı və ya evdə, məktəbdə hər hansı digər sosial disfunksiya səbəbi daxil olmaqla psixoloji bir enurezis səbəbini ortaya qoyur. 

Neyrogen sidik kisəsi, beyin qabığı, onurğa beyni və periferik sinirlər daxil olmaqla sinir sistemindəki hər hansı bir səviyyədə bir patoloji ocağın olması enurezlə nəticələnə bilər. Serebral iflic olan uşaqların 37%-i enurez xəstəsidir. Uşaqlarda davranış pozuntuları,həyat hadisələri və davamlı psixo-sosial stres nisbəti birincili enurez olan uşaqlarda əhəmiyyətli dərəcədə yüksəkdir.

Qıcolma tutması olan uşaqlarda bir gecədə böyük motor tutmanın bir simptomu ola bilər. Yeni başlayan qıcolmalar nadir hallarda yalnız gecə baş verir, ancaq nəticədə yatağı islatma görülən bir təzahürdür.

Ümumiyyətlə, gecə enurezinin diaqnozu bütün digər səbəbləri istisna etdikdən sonra qoyulur. Diaqnostikada sidik analizi enurezin ən vacib müayinə testidir. Birincili enurezdən şübhə varsa, görüntüləmə lazım deyil. Lakin ikincili enurezdə radioloji qiymətləndirmə təmin edilə bilər.

Enurezli uşağa yanaşma necə olmalıdır?

• Valideynin münasibəti qayğıkeş olmalıdır, enurezin qeyri-iradi olduğunu başa düşmək və qəbul etmək lazımdır.

• Enurezisin ehtimal olunan səbəbi uşağa izah edilməlidir.

• Gündüz normal sidik və nəcis boşaltma rejimi təmin edilməlidir.

• Normal həcmdə maye qəbulu nəzarətdə saxlanılmalıdır.

Bu yanaşma ilə 3 aya qədər davam etmək quruluqlanəticələnmirsə, ya həyəcan terapiyası, ya da farmakoloji terapiyahaqqında düşünmək olar.

Effektiv olduğu sübut edilən tək müalicə üsulları siqnal terapiyası və desmopressin və ya imipraminlə müalicədir. Müalicə ümumiyyətlə, 6 və ya 7 yaşdan kiçik uşaqlar üçün tövsiyə edilmir. Hər bir xəstə üçün siqnal terapiyası düşünülməlidir. Dərin yuxu rejimi və oyanma çətinliyi olan uşaqlar müvəffəq bir nəticə verə bilməzlər.Həyəcan terapiyası ən azı 3 ay ardıcıl istifadə edildikdən sonra uşaq hələ də yatağını isladarsa, terapiya uğursuz hesab edilə və dayandırıla bilər. Ancaq bu hal müalicənin gələcəkdə də uğursuz olacağını istisna etmir.

Siqnal terapiyası (alarm) enurezin davamlı yaxşılaşma ehtimalınıartırır və hər bir xəstə üçün nəzərə alınmalıdır. Gecə sidik kisəsi tutumunu artırmaq və ya gücləndirilmiş həyəcan səsi vermək yataq islatma sayını azaldır, gecə sidiyinin miqdarını azaltmır.

Çoxsaylı həyəcan siqnalları (alarm) mövcuddur. Siqnal yuxu vaxtı islanmanın dərhal  bilinməsinə imkan vermək üçün seçilmiş vəziyyətdə alt paltarına və ya pijamaya bağlanılır. Enurezisli uşaqların əksəriyyəti həyəcan siqnalına oyanmasa da, sidik kisəsini boşaltmağa çox vaxt ara verirlər. Həyəcan siqnalı verildikdə, valideyn uşağın tam şüurlu oyanmasına və sidiyi boşaltmaq üçün tualetə getməsinə kömək etməlidir. Yataq örtüyü, alt paltarları və ya pijama dəyişdirildikdən sonra uşaq yatağa qaytarılmalı və siqnalizasiya sıfırlanmalıdır. Bəziuşaqlar müalicənin ilk 2 həftəsində, bəziləri isə yalnız bir neçə aydan sonra yaxşılaşır. 

Optimal nəticələr uşaq yaxşı motivasiya olduqda baş verir.Valideynin uşağa motivasiyası və prosesdə iştirakı da vacibdir. Valideyn yanaşmanın dəyərli olduğuna inanmalı və ən azı 3 ay ardıcıl hər gecə uşağa kömək etməlidir. Vəziyyəti nəzarətdə saxlamaq,motivasiyanı davam etdirmək, texniki problemləri aradan qaldırmaq və ya başqa şəkildə terapiyanı izləmək lazımdır.

 

Süleymanova Siddiqə

Nevroloq, UNİCEF-in milli təlimçisi