Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Hamilə qadında tromboemboliya riski hamilə olmayan qadınla müqayisədə 4-5 dəfə daha artıqdır. Əsasən tromboemboliyalarvenoz trombozla (80% hallarda) əlaqəli olur. Hamilələrdə ən sıx rast gəlinən dərin ven trombozu (75%) və pulmonar emboliyadır (25%). Əgər zəif inkişaf etmiş ölkələrdə ana ölümünün əsas səbəbi qanaxmalardırsa, güclü inkişaf etmiş ölkələrdə bu tromboembolikağırlaşmalardır. Tromboemboliyaların ciddiyətini nəzərə alaraq bu xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına həkimlər və pasientlər tərəfindən böyük önəm verilməsi vacibdir.
Son 30 il ərzində hamiləlik zamanı qan durulaşdırıcıdərmanlardan geniş istifadə olunur. Bu tendensiya son illərdə hamilələrin yaşının artması və müxtəlif növ ekstragenital (somatik) patologiyalı qadınların hamilə olması ilə əlaqədardır. Antiaqreqantpreparatlar yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır. Bu dərmanların göstərişli istifadəsi nəticəsində hamiləliyin ağırlaşmalarının (düşük təhlükəsi, dölün bətndaxili inkişaf geriliyi, ciftin vaxtından əvvəl ayrılması, preeklampsiya kimi) sayı azalır,dölün diri doğulma şansı artır. Həmçinin tromboz riskini azaltmaq üçün bu preparatlar zahılıq yəni doğuş/əməliyyat sonrası dövrdə də istifadə olunurlar.
Antikoaqulyant preparatlar hansı qrup xəstələrə tövsiyə olunur?
• Hamiləlik zamanı dərin ven trombozu və ağciyər arteriyasının tromboemboliyası, hər hansı növ arterial trombozu olan xəstələr,
• ürəyində süni klapanlar olan xəstələr,
• antifofolipid sindromlu xəstələr,
• müxtəlif növ trombofiliyaları olan xəstələr,
• fetoplasentar yetməzlik olanda (döldə və ciftdə qan dövranı pozulanda).
Bu hallarda antikoaqulyantlar tromboemboliya və qanaxma riskini azaldır, ciftdə qan dövranını artırır, hamiləliyin prolongasiyasına (uzadılmasına) kömək edir.
Tromboz (qanın laxtalanması) üzrə risk qrupuna hansı hamilələr aiddir?
• Hamilənin yaşı 35-dən yuxarıdırsa,
• piylənmə və artıq çəki,
• anamnezdə tromboz hekayəsi,
• aşağı ətrafların varikoz xəstəliyi,
• hamiləliyin ağırlaşmaları (preeklampsiya),
• süni mayalanma,
• çoxdöllü hamiləliklər,
• uzun müddətli yataq rejimində olan hamilələr və s.
Ən geniş istifadə olunan preparatlar qeyri-fraksiyalı heparinlərdir – enoksaparin, parnaparin, tinzaparin və s. Bu qrup preparatların hamiləlikdə istifadəsinin digərlərindən üstünlüyü istifadənin rahat olması və nisbi təhlükəsizliyidir. Preparatlar dərialtı istifadə olunur. Həmçinin hamiləlikdə istifadə olunan qandurulaşdırıcı dərmanlar antiaqreqantlardır (aspirin). Onlar tablet şəkilində təyin olunur. Dərmanların növü, dozası və müalicənin müddəti həkim tərəfindən təyin edilir. Antikoaqulyant preparatlar uzun müddət istifadə olunduqda trombositopeniya (trombositlərin sayının düşməsi), hipokalsiyemiya (kalsiumun səviyyəsinin qanda düşməsi) və osteoporoz yarada bilirlər. Sadalanan yan təsirləri nəzərə alaraq həkim dinamikada qan analizləri yoxlayır, adekvat terapiya təyin edir.
Həsənova Fidan
Ginekoloq
Fikriniz
0
0