Hər bir qadının həyatında hamiləlik dövr&u...
Uşaqlıq dövründə yuxu, böyümə və inkişaf prosesləri, hüceyrəyenilənməsi, immun sistemin güclənməsi və s. üçün olduqca vacibdir. Buna görə də uşaqlarımızın kifayət qədər yatmasından əminolmalıyıq. Kiçik yaş dövrlərində yuxu saatlarının normaları hər yaş qrupu üçün fərqlidir. Yenidoğulan körpələr gün ərzində 16-20 saat yatırlar. Artıq 4 aylıqkən 14-15 saat olan yuxu, 6 aylığından etibarən13-14 saatadək azalır. 3-5 yaş arası uşaqlara isə 11-13 saat yatmaqkifayət edir.
Körpələrdə gecə-gündüz arasındakı fərqi ayırd edə bilməkbacarığı 6 həftə ilə 3 ay arasında inkişaf etməyə və gecə yuxularınınmüddəti artmağa başlayır. 9 aylıqdan etibarən isə yuxu prosesinin 70-80%-i gecə yuxusu olur. Yəni 5-8 ay arasında körpələr adətən 3 dəfəyatdıqları halda, 9-14 ay aralığında olan körpələrdə bu say 2-yə düşür.
15-18 ay yaş aralığında olan uşaqlar artıq gündüzləri ancaq bir dəfə yatmağa başlayırlar. 2,5 yaşında yuxunun müddəti fasiləsizolaraq gündüz 1,5-2 saat, gecə isə 10-11 saat təşkil edir. 5 yaşına gəldikdə isə artıq uşaqlar gündüz yuxusunu tərgitməyə başlayırlar.
Əgər uşağınız yaşına uyğun olan müddətdən daha az yatırsa və ya gecələri tez-tez oyanırsa, onda uşaqda yuxu problemlərininmövcudluğundan söhbət gedə bilər. Çox vacib olan bir məsələnibilməyimiz lazımdır: Uşaqların gündüz yatmaları mütləq şərt deyil, bəzi uşaqlar gündüz yatmaq istəməyə bilər, bu normaldır. Önəmliolan uşağın gecələri fasiləsiz və kifayət qədər yatmasıdır.
Bəs bəzən uşaqlarda baş verən yuxu problemlərinin səbəbi nədir?
Tipik inkişaf edən uşaqların 25%-də, neyro-inkişaf problemləriolan uşaqların isə təxminən 75%-də yuxu problemləri müşahidəolunur. Bunlar da yuxuda gəzmək, yuxuda danışmaq, kabus görmək,yuxuda dişlərini qıcırdatmaq, yuxuya keçməkdə çətinlik, gecəyuxudan tez-tez ayılmaq, gecə oyanıb valideynlərin yanına getməkkimi müxtəlif şəkillərdə qarşımıza çıxa bilir. Əgər uşaqda yuxuproblemi varsa bunun altında yatan səbəb mütləq şəkildə araşdırılıbtapılmalıdır. Məsələn: gecə tez-tez oyanan, ağzı açıq yatan vəxoruldayan uşaqda problem xalq dilində burunda artıq ət dediyimizadenoid böyüməsi ilə bağlı ola bilər və bu vəziyyətdə əməliyyat lazım gələ bilər. Bundan əlavə bəzi nevroloji problemlər, xroniki xəstəliklər, artıq çəki, inkişaf problemləri uşaqda yuxu problemlərinə səbəb ola bilər və burda mütləq həkim nəzarətinə ehtiyac duyula bilər. Əgəraltda yatan hər hansı bir tibbi səbəb olmamasına baxmayaraq uşaqdayuxu problemi varsa biz artıq uşağın psixo-sosial mühitiniaraşdırmalıyıq. Çünki uşağın temperamenti, genetik yatğınlığı, valideynlərin təzyiqi və ya qərarsız tutumu, valideyn davaları və ailəiçi şiddət, uşağın fiziki-emosional ehtiyaclarının yetəri qədərqarşılanmaması, psixoloji travmalar, ayrılıq qayğısı (anksiyetəsi), qorxular, kabuslar uşaqlarda yuxu problemləri ilə nəticələnə bilər. Xüsusən 2-5 yaş arası uşaqlarda ən çox rastladığımız yuxu problemi səbəbindən birisi uşağın qaranlıq qorxusu və kabuslarıdır. Bu dövrdəuşaqların xəyal dünyaları çox geniş olur və xəyali dostlar, qorxuducusenarilər uydura bilirlər, ancaq gerçəkliklə xəyal arasındakı fərqi hələtam ayırd edə bilmədikləri üçün yatağın altından canavar çıxabiləcəyinə inana bilirlər və ya yuxuda kabus görürlər, bunuxatırlayırlar ancaq tam olaraq nə gördüklərini mənalandıra bilmirlər. Təkrardan o qorxulu yuxuları görməmək üçün də yatmaq istəməyəbilirlər. Ayrılıq qayğısı yüksək olan uşaqlarda isə gecələri tez-tez yuxudan oyanıb valideynlərinin yanına getməsini müşahidə edəbilirik. Bu dövrdə ən çox qarşılaşdığımız bir başqa problem isə uşağın yuxu vərdişinə yiyələnməməsidir, yəni uşağın yuxu rejiminin olmamasıdır.
Ülviyyə Mirzəyeva
Uşaq inkişafı üzrə mütəxəssis, həkim
Fikriniz
0
0