Hər bir qadının həyatında hamiləlik dövr&u...
Siqmatizm – bir sıra samitlərin fitli və fışıltılı “s”,” s”, “z”, ” ş”, “j”, “ç”, “c” səslərin qüsurlu tələffüzü adlanır. Bu səslərin Azərbaycan dilində əvəzlənməsi, yəni fitli səslərin, fışıltılı və əksinə səslər kimi tələffüz edilməsi isə parasiqmatizm adlanır.
Siqmatizmin müxtəlif növləri var:
1.Dişarası siqmatizm
Bu qüsur özünü uşaqda dişlər arasında böyük boşluqların olması, fitli və fısıltılı səslərin tələffüzü zamanı dilin həmin boşluqlara girib, düzgün olmayan səsin çıxmasıilə göstərir.
2.Dil-diş siqmatizmi
Bu qüsur zamanı “s”,” z”,” ş” səsləri «v» və «f» kimi tələffüz edilir. Bunun səbəbi aşağı dodağın üst kəsici dişlərə tərəf qalxıb dar keçid əmələ gətirməsi, dilin isə “s” səsinin tələffüzü üçün vəziyyətdə olmasıdır. Belə kombinə olunmuş artikulyasiya nəticəsində alınan səs həm “f”, həm “s2samitinin (“v” və “z”) elementlərinə malik olduqlarından onlar qulaq üçün xoşagəlməz anlaşılmaz və qeyri-dəqiq tələffüz edilirlər.
3.Diş siqmatizmi
Bu qüsur digərlərindən onunla fərqlənir ki, burada fitli səslərin tələffüzü zamanı dilin ucu üst və alt dişlərin kənarlarına söykənib tıxac əmələ gətirərək gələn hava axınının dişlər arasındakı yarıqlardan keçməsinə mane olur, nəticədə ”s” və “z” əvəzinə «t» və «d» səsləri tələffüz edilir.
4.Fısıldayan siqmatizm
Siqmatizmin bu növündə dilin ucu alt kəsici dişlərdən ağız boşluğunun içərisinə dartılır, dilarxası sərt damağa doğru kəskin əyilmiş vəziyyətdə ”s” və ”z” səsləri “ş” və ” j” kimi tələffüz edilir.
5.Yan siqmatizm
Bu tələffüz qüsurunda fitli və fısıltılı səslər (bəzən isə digər səslər) iki cür ifadə edilir:
a) Dilin ucu alveollara söykənir. Dilin qalan hissəsi isə böyrü üstə, kənarları isə azı dişlərin daxili hissəsinə doğru qalxıb hava axınını dilin kənarlarından buraxır və nəticədə xırıltılı səs tələffüz edilir.
b) Dilin ucu yuxarı alveollara dirənib, hava axınını yanlardan “l” səsinin tələffüzündə olduğu kimi buraxır.
Qeyd etmək lazımdır ki, yan siqmatizm həm birtərəfli, həm də ikitərəfli olur.
6.Burun siqmatizm
Burun siqmatizmi zamanı fitli və fısıltılı səslər dilin aşağıdakı vəziyyətində tələffüz olunurlar:
• dilin kökü qalxaraq yumşaq damağa dirənir;
• yumşaq damaq bir qədər aşağı düşüb ağız boşluğuna gedən yolu tutur;
• hava axını burundan çıxıb tələffüz edilən səsə tıntınlıq çalarlığı verir;
• “s”, “z”,” ş” səsləri «x» kimi tələffüz edilir.
Bu səslərin düzgün tələffüzü üzərində korreksiya işi apararkən onların normada olan artikulyasiya vəziyyətini dəqiq bilmək lazımdır, əks təqdirdə bu işin yüksək səmərəsi olmayacaqdır.
Bəhram Ələkbərov
Defektoloq-loqoped
Fikriniz
0
0